34
Ə
li
İld
ırı
m
oğ
lu
da, qatı millətçilik xəstəliyi günbəgün onların da
əminamanlığına sirayət etməkdədir. Elə bir xəstəlik
ki, dünyanın əsrarəngiz guşəsi olan qoca Qafqaz neçə
illərdir onun əziyyətini çəkir. Elə bir xəstəlik ki, okea
nın o tayında cəm olan yüzlərlə, minlərlə millətin
sayılıbseçilən siyasətçiləri, diplomatları ona çarə tap
maqda acizdir.
Belə bir xəstəliyin kökünü kəsməyə qadir olan bəzi
superdövlətlər sinəsini irəli verib üzdəsözdə “mər
həmət” göstərib bu dərdbəlaya çarə qılmağa cəhd
etdik lərini car çəksələr də, əməldə… kəndimizin dili
ilə desək, gah nala vururlar, gah mıxa. Dovşana qaç
deyirlər, tazıya tut. Odur ki, saf abhavalı qoca Qafqa
zın əzəmətli dağları və onun zavallı bəndələri zinhara
gəlib. Və bir ovuc qatı millətçinin törətdiyi fitnə
fəsaddan yaxa qurtara bilmir ki, bilmir!!
Ey oxucu! Bu əsər kinküdurət, qisasçılıq yolu tu
tan bədnam qonşuların iyirminci əsrdə viran qoydu
ğu şəhər və kəndlərin, əsirlik əzabına məruz qalan
Əliquluuşağı torpağının, Həsənli kimi qələmə aldı
ğım Köhnə və Təzə Balahəsənli xarabalıqlarının,
müsi bətli günlərə düçar olan yüzlərlə, minlərlə Nəcə
fin və Nəcəflərin ərşə qalxan fəryadıdır!
35
Daş y
ağan gün
Ömür-gün yoldaşım Şəfiqə xanıma
ithaf edirəm!
D
aş yağan gün
İlıq yaz axşamı... Bağlıbağatlı kənd alma, gilənar,
gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə
qayıdırdı. Adamlar malqarasını yerbəyer edirdi. Çiy
ni sənəkli qızgəlin şən əhvaliruhiyyə ilə bulaq başı
na tələsirdi. Məscidlərin minarələrindən azan səsi
gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar.
Güney məhəllədəki həyətlərin birində toy məclisi qu
rulmuşdu. Çalçağır səsi kəndi başına götürmüşdü.
Aşıqların sazısözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə
saatdan sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola
salınmalıydı. Bu əsnada, aravermədən atılan top mər
mi lərinin qulaqbatırıcı uğultusu kəndi təlatümə gə
tirdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər
dörd bir tərəfdən qara qarışqa kimi kəndi mühasirəyə
aldı... Toy yasa döndü. Top mərmiləri evlərin külünü
göyə sovurdu. Güllüçiçəkli bağbağçaların xoş rayi
həsi yayılan həyətbacaları barıt qoxusu bürüdü. Məs
cidlər, mədrəsələr yerlə yeksan edildi. Qadınların
məşum naləsi, uşaqların tükürpərdici çığırtısı, mal
heyvanın mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə
insan bir gecənin içində evlieşikli odlara qalandı.
Kəsilən toy qoyunlarının qanı insan qanına qarışıb,
balacabalaca yumru daşları diyirlədirdi.
36
Ə
li
İld
ırı
m
oğ
lu
Çiynində tüfəng, əlində dəyənək olan bir neçə
erməni kəndin malqarasını, ətrafdakı at ilxılarını qa
baqlarına qatıb hara isə aparırdı.
Coşqun dağ çayının sahilində, yaşıllıqlara bürün
müş alçaq təpələrin arasında minillərdən bəri dinc
həyat sürən və üç yüzdən artıq evi olan Həsənli kəndi,
XX əsrin əvvəllərində bax, beləcə görünməmiş müsi
bətlərlə üzləşdi.
* * *
...Silahlı erməni quldurları neçəneçə Azərbaycan
kəndini viran qoyub, geri çəkiləndən bir neçə ay son
ra ara səngidi. Təsadüfən qaçıb canını qurtaran on bir
ailə pərgarı pozulmuş yurdyuvasına qayıtdı. Cəmi
cümlətanı on bir ailə... Xarabazarlığa çevrilmiş kənddə
daş üstə daş qalmamışdı.
Ölümün ağzından qurtaran bir neçə Həsənli əvvəl
əvvəl məsləhətməşvərət eləyib belə bir qərara gəldilər
ki, bu viranəlikləri tərk edib, uzaqyaxın kəndlərin
birində məskunlaşsınlar. Lakin dordolanışığın ucba
tından atababa yurdunu atıb unutmaq azlıqda qalan
Həsənlilərin böyük qəlbli insanlarına ağır gəldi,
Həsənli adlı kəndin yer üzündən silinməsini qürurla
rına sığışdırmadılar. Namərd qonşuların haçansa
yenə də girəvə tapıb bu yerlərə basqın edə biləcəyini
nəzərə alıb, biriki verst aralıda olan dağların arasın
da özlərinə yeni yurdyuva saldılar... Təzə Həsənli
ünvanlı.
* * *
Ana babamın dörddirəkli damı və sonradan tikilən
birotaqlı evi kəndin qurtaracağındakı dağın ətəyində
idi. Dama söykək olan daş kahadan tövlə kimi istifadə
37
Daş y
ağan gün
edilirdi. Qışda bu tövlə hamam kimi isti olur və qabaq
tərəfdə hörülmüş pəncərələrindən buğ qalxırdı.
Tövlənin tavanı, döşəməsi sal daşdan olduğu kimi,
axurlar da kahanın öz daşından yonulub düzəldilmişdi.
Bir neçə iydə, tut, şam ağacı əkilmiş kiçik həyətə qara
tikan kolundan çəpər çəkilmişdi.
Sübh tezdən, bir də ki, günəşin qürub çağı qənşər
bir yerə çıxıb uşaq heyranlığı ilə uzaqyaxın dağları,
dərələri, meşələri, göylərə dirənən ucauca ağ, sarı,
qonur, qara, çopur qayaları, dərindərin uçurumları
seyr etmək məndə adətə çevrilmişdi. Bir güllə mən
zilindəki qayalıqlarda xınalı kəkliklər səssəsə verib
hey qaqqıldaşırdılar. Gəvən, dovşanalması, yemişan,
qaratikan, tubulqa... kolları ilə örtülmüş yalyamac
larda quşlar vəcdlə oxuyurdular. Kəndi yarıya bölən
ağappaq daşın üstündən, köpüklənəköpüklənə axan,
bir dəyirmanlıq suyun qıjıltısı ətrafa çökən qərib sü
kutu pozub, on bir evli Təzə Həsənliyə xoş ovqat ya
yırdı. Kəndin sığındığı dağların ətəklərindən axan
çayın gümüşü suları və onun sahillərində zəncirvarı
çəltik ləkləri görünürdü. Təzə dən tutan çəltik zəmi
lərinin həndəvərində turaclar yorulmaq bil mədən
səhərdənaxşamacan dəcəlxata uşaqların yamsıladı
ğı “Xanım taxçadaboğçada” mahnısını oxuyurdu.
Dördbir tərəfdən süzülüb gələn bu səssəda bəlkə də
radionun nə olduğunu bilməyən Təzə Həsənliyə Tan
rının bəxş etdiyi və təbiətin qüdrəti ilə bəstələnən mu
siqi töhfəsi idi. Bu saysızhesabsız quşlar sanki dilbir
olub, öz nəğmələri ilə pərgarı pozulmuş Köhnə Hə
sən lilərin varislərinə təsəlli verib həyan olur, onların
sınıq qəlbini ovudaraq, ağır nisgildən xilas edirdilər.
Dostları ilə paylaş: |