Azərbaycan şiəliyi (əliçilik)
fars şiəliyi (məcusi şiəliyi)
456
və dinsəl yöndən çoğulculuğa inanma (dinlərə sayqılı olma) və
nəhayətən hər millətin istəkəlrinə və haqlarına sayqılı olmaq kimi
şeylərdir.
-Şiəlik məfkurəsidə milliyətçilik kimi iki rüşeyimlidir əgər sağlam
təməllər üstündə oturarsa eyliyəbilir millətlərin, ölkələrin və
insanların xidəmətində olsun və onların səadətinə səbəb olsunlar və
əks halda böyük fəlaktlərə yol açacaqdır, onun sağlam təməlləri
millətlərə və hər ölkənin milli mənfəətlərinə dayalı bir
demokrasidən himayət etməkdir, yəni bütün millətlərə sayqılı olaraq
onların sivil toplum quruluşlarına, sınıfsal, düşüncəsəl qruplarına,
partı təşkilatlarına arxalanaraq sayqılı olursa və insanların vucdani
məsələsinə dönürsə inkişafa səbəb olar və beyləlikə dinlər özləridə
inkişaf edər və əgər bir tək millətin və dilin müdafiəsi kimi bir
məzhəbə dönürsə, onun sonucu diktatorluqdan, nəhayətən
faşizmdən, ırqçılıqdan, cinayət, terordan başqa bir şey olmayacaq və
sonunda fəsada çəkilib hətta öz milləti içindədə ən sadə insan
haqlarının əleyhinə olaraq, şeytani bir hərəkətə təbdil olmağa
məhkum qalacaqdır. Necə ki fars şiəliyi yalnız fars millətinin və
əslində farsçı din adamlarının mənfəətlərini gözətərək ırqçı bir
sistimə dönüşmüşdür.
-Milliyətçilik və impratorluqlar
milliyətçilik haqda batıda məruf bir söz işlənməkdədir və oda
milliyətçiliyin nə qədər önəmli bir qavram və hərəkət olduğunu
göstərir : impratorluqlar bir millətin o biri millətləri əgəmənlik
altına alaraq qurduqları hökümət deməkdir, impratorluqlar haqqında
umumi bir təcrübə vardır: hər impratorluğu yıxmaq üçün kifayətdir
orada milli məsələni aydınladasan, millətlər öz haqlarını tanıyarsalar
impratorluğun istemarçı sistimi çökməyə doğru gedəcəkdi.
-İnsanların sağlamlığı və milliyətçilik məfkurəsi
hər kəsin zehninə bu soru gəlir aya milliyətçilik yeniçilik və ya bir
növ təhəccür və geriçilikdi? Bəzən görünür və özəlliklə hakim
millətlərin dövləti, öz millətərinin milli hisslərini açıq və ya gizli
Azərbaycan şiəliyi (əliçilik)
fars şiəliyi (məcusi şiəliyi)
457
şəkildə gücləndirdiyi halda o biri millətləri tapdalamaq üçün
milliyətçilik qavramını bir növ təhəccür və geriçilik şəklində təbliğ
edirlər; bu Konuya aydınlıq gətirmək üçün bir neçə söz yığcam
şəkildə araz polad urg`un «milliyətçilik: təhəccür ya təcəddüd»
məqaləsindən veririk :
milliyət haqda rubərtner və ortaqları(1999, dabu və ortaqlarından
nəql olaraq, 2000) göstərillərki milli və qovmi hoviyət, gənclər üçün
etibarlı bir dayanaqdır və xoşgörülük, izzət-i nəfs və üzgünlüklə
(əfsürdəlik) dolayısız bağlantısı vardı, və hər nə qədər milliyətçilik
hissi gənclərdə böyük olursa, xoşgörülük, izzət-i nəfs çox və
üzgünlük də azaraqdır.
Fini (1997) öz araşdırmaları əsasında deyir: milli məfkurə haqqında
duyarlı olan gənclər o biri gənclərə nisbət, çevrə və toplumda, daha
çox geçinmə və mütabiqət sağlama gücünə malik olurlar, və ruhi
cismi sağlamlıqları daha yuxarı səviyə də olur [əlbətdə burada
sağlam və milli haqlar söz konusudur və illa ırqçı yaxlaşımlar və
özgələrini aşağılamaq dan danışılmır].
erikson və marsiya (1980) deyir: öz hoviyətlərinə və milliyətniə
tanış olan şəxslər gərçəkdən uğur və müvəffəqiyətlə hoviyət
bohranın və gərginliyin arxada buraxaraq yaşayış sorunlarını
çözməkdədə üstün sorumluluğa nail olaraq onları daha rahatlıqla
üstlənirlər və çətinliklər qarşısında yumşaq xuylu və münətif
(initaflı) davranırlar və azaraq ruhi və fərdi çətinliklərə düşürlər, və
özgələriylə iyi geçinirlər və güləş qabaq olurlar.
Bu haqda (desi və riyan, 2000), (ruka və gaynə, 2008), və (surbu,
helvari, guli və kristinsən, 2009) araşdırmalarında həman sonuclarla
birlikdə bunlarada varıblar: milliyətçi bir fərd, yeniçilik ortamını
özünün yanısıra özgələrinə də yaratmaq istəyir, bu üzdəndə
Azərbaycan milliyətçiləri hətta feministi konulardada yeniçiliyə
doğru gedirlər, və qadınlar üçün rasisti baxışları yoxdur, bir
milliyətçi gənc, asimilə olmuş və özünü itirmiş şəxs kimi yox, bəlkə
öz dil və tarixinə fəxr edərək özünü ətrafdakılara nisbət başı uca his
Azərbaycan şiəliyi (əliçilik)
fars şiəliyi (məcusi şiəliyi)
458
edir və yeni bir dünya kəşf etmiş kimi düşünür və ailə üçündə
sorumlu və mütəhid olur.
Yuxarıda deyilənin tərsi olaraq, hoviytsizlik, insani puçluğa və
köksüzlüyə (rişəsizəliyə) doğru aparar bu üzdəndə köçərilərin
sığınaq yerlərində(mühacirnişin), milli hoviyətin olmama səbəbiylə,
əfrad üzgünlüyə (əfsüdəliyə) və pərişanlığa düşərlər, bucür yerlərdə
məmulən əfrad neçə nəsldən sonra o bölgəyə, yurd və vətən kimi
baxarlar və özlərini oralara bağlı bilərlər və oraların qoruması üçün
təlaş edərlər (şərifi və həmkaran, 1389).
17-2-türkçülük nədir?
Millət olmaq istəyən hər bir qovmun (etnosun) tarixində «biz kimik,
haradan gəlib, haraya gedirik?», Ya da daha dəqiq ifadəiylə «biz
kimik, keçmişimiz nədir, gələcəyimiz necə olacaq?» Qaçınılmaz
sualının qoyulması millətləşəmə sürəcinin başlandığını göstərir, bu
tür sualları soruşub yanıt axtaranlar milliyətçi, və bu haqda olan
soru və yanıtların toplamına milliyətçilik deyilir. Azərbaycan
türklərinin milliyətçiliyi, türkçülük adıyla tanınır, türkçülərin amacı
yeni çağda tanınan millət və milliyətçilik qavramını və milli
dəyərlər anlamını millətimiz və xalqımız içində yaymaqdır. sual
buradadır Azərbaycanda türkçülüyün hədəfi nəmənədir və nə işləri
görmək istəyir?
Azərbaycan demokəratik respoblikası dövrü (1918-20) ilk dəfə
olaraq millətlə dövlət birbirini tamamladı, dövlət türkçülüyə sahib
çıxdı və dövlət dili türkcə oldu və milli təhsil sistemi quruldu.
Rəsulzadə nin «bolşevik türkçülüyü dövrü» adlandırdığı 1920-36-cı
illərdə türkçülüyün önundə olan Bəzi problemlər həll edildi, ya həlli
istiqamətində möhüm işlər görüldü: etnik kimliyin (türk milləti, türk
dili, türk ədəbiyatı, türk mədəniyəti, türk teatri və..) Təsbiti, təhsil
sisteminin milliləşməsi və inkişafı, milli dildə təmizlik, milli
ədəbiyatın və mədəniyətin inkişafı və sairə. Ancaq bu proses 1930-
cu illərin ortalarından savetlərcə dayandırıldı, və savet rejiminin
sonlarinda, özəlliklə prestroyka`dan başlayaraq türkçülük yenidən
Dostları ilə paylaş: |