ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə44/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   40   41   42   43   44   45   46   47   ...   123

 

143 


Hazırda  Azərbaycan iqtisadiyyatı  dünya  miqyasında aparıcı 

iqtisadiyyatlar  sırasındadır.  Rəqabətqabiliyyətliliyə  görə  biz 

dünya  miqyasında  46-cı  yerdəyik.  MDB  məkanında  1-ci 

yerdəyik.  Rəqabətqabiliyyətlilik  heç  də  neft-qaz  hasilatı  ilə 

ölçülmür.  Bu,  aparılan  islahatların  mahiyyətini  göstərir.  Yəni 

iqtisadiyyatımız indi geniş biznes fəaliyyətinin aparılması üçün 

bütün  imkanları  ortaya  qoyur.  Mən  görürəm  ki,  biznes 

strukturlarının  əksəriyyətinin  rəhbərliyində  gənclərdir.  Mən 

bunu çox bəyənirəm, alqışlayıram. Hesab edirəm ki, gələcəkdə 

bu proses daha da sürətlə getməlidir. 

Eyni  zamanda,  milli  ənənələrimizi,  mədəniyyətimizi  yaşat-

maq  üçün  də  gənclər  öz  rolunu  oynayır.  Milli  musiqimizin 

təbliği  ilə,  digər  tədbirlərlə  bağlı  gənclərin  fəallığını  görəndə 

mən  çox  sevinirəm.  Məsələn,  muğam  müsabiqələrinin  ke-

çirilməsi  çox  gözəl  bir  təşəbbüsdür,  gözəl  tədbirdir.  Nəinki 

gənclərin,  balaca  uşaqların  gözəl  ifaçılıq  qabiliyyətini  görəndə 

adam  sevinir,  görür  ki,  doğrudan  da  Azərbaycan  xalqı  öz 

istedadını  bütün  dünyaya  təqdim  edir.  Öz  mədəniyyətinə, 

musiqisinə,  ədəbiyyatına  bağlı  olan  insan  şübhəsiz  ki,  vətən-

pərvər insan olacaqdır. 

Mənim  gənclərlə  görüşlərim  mütəmadi  xarakter  daşıyır  – 

həm  Bakıda,  həm  bölgələrdə.  Bu  gün  biz  bu  gözəl  məkanda 

bölgə  gənclərinin  toplantısını  keçiririk.  Mən  əminəm  ki,  sizin 

hər biriniz yaşadığınız yerlərdə ölkəmizin ümumi inkişafına öz 

töhfənizi verəcəksiniz. 

Mən  rayonlarda  tez-tez  oluram.  Bizim  regional  inkişaf 

proqramımız  bu  rayonlarda  uğurla  icra  edilir.  Görürsünüz 

şəhərlər  necə  gözəlləşir,  abadlaşır,  yollar  çəkilir,  sosial 

infrastruktur  yaradılır.  Bu,  ölkəmizin  ümumi  inkişafıdır. 

Ümumi  inkişafımız  bundan  sonrakı  illərdə  də  çox  sürətli 

olacaqdır və ölkəmiz dünya miqyasında öz mövqeyini daha da 

möhkəmləndirəcəkdir. 

Bir  daha  sizi  ürəkdən  salamlayıram,  gözəl  binanın  açılışı 

münasibətilə sizi təbrik edirəm. 




 

144 


A  m  i  l    C  a  v  a  d  o  v  (Yeni  Azərbaycan  Partiyası Ağdam 

rayon təşkilatı Gənclər Birliyinin sədri): Cənab Prezident, mən 

Sizi  Ağdam  gəncləri  adından  salamlayıram.  Mütəmadi  olaraq 

gənclərlə  bu  cür  görüşlər  keçirdiyinizə  görə  Sizə 

minnətdarlığımızı bildiririk. 

Cənab  Prezident,  mən  bir  Azərbaycan  gənci,  həmçinin  də 

torpağı  işğal  altında  olan  qarabağlı  gənc  kimi,  bildirmək 

istəyirəm  ki,  biz  gənclər  Sizin  Qarabağımızın  azad  olunması 

yolunda  atdığınız  addımları  daim  dəstəkləyirik  və  Ali  Baş 

Komandanın hər an «İrəli!» əmrini gözləyirik. 

Cənab  Prezident,  20  ilə  yaxın  bir  zamanda  torpaqlarımızın 

geri  qaytarılması  ilə  bağlı  aparılan  danışıqlarda  işğalçı 

Ermənistan  dövləti  müxtəlif  bəhanələr  gətirməklə  sülh 

prosesinə  mane  olmağa,  mövcud  vəziyyətin  uzadılmasına 

çalışır.  Hətta  son  olaraq  Azərbaycan  Ordusunun  zabiti  Ramil 

Səfərovun  ölkəmizə  verilməsi  və  Sizin  tərəfinizdən  əfv 

olunmasını  aparılan  sülh  danışıqlarına  mənfi  təsir  kimi  təbliğ 

edirlər. Xahiş edirik, buna münasibətinizi bildirəsiniz. 

İ l h a m  Ə l i y e v: Sağ olun. Mən dəfələrlə bu barədə öz 

fikrimi bildirmişəm və bir daha demək istəyirəm: Ermənistanın 

məqsədi  ondan  ibarətdir  ki,  bu  münaqişə  öz  həllini  tapmasın. 

Hələ bir neçə il əvvəl Minsk qrupunun həmsədrlərinə öz fikrimi 

bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat bundan 

ibarətdir.  Əgər  Ermənistan  rəhbərliyi  münaqişənin  həllini 

istəsəydi, buna nail olmaq çox asandır. Müxtəlif variantlar təklif 

edilmişdi  və  2009-cu  ilin  sonunda  ATƏT-in  xarici  işlər 

nazirlərinin  toplantısında  yeni  təqdim  edilmiş  variant 

Azərbaycan  tərəfindən  prinsip  etibarilə  qəbul  edilmişdi  və  bu 

barədə Azərbaycan rəsmi qaydada öz mövqeyini bildirmişdi. 

Bu  variantın  mahiyyəti  barədə  artıq  mən  dəfələrlə  öz 

fikirlərimi bildirmişəm. Bütün işğal edilmiş rayonlardan erməni 

silahlı  qüvvələrinin  çıxarılması,  Azərbaycan  köçkünlərinin  o 

torpaqlara  qayıdışı,  Ermənistan  ilə  Dağlıq  Qarabağ  arasında 

dəhlizin fəaliyyəti, sülhməramlı qüvvələrin bölgəyə  gətirilməsi 

nəzərdə  tutulurdu  və  Dağlıq  Qarabağın  gələcək  statusu  qeyri-



 

145 


müəyyən  bir  vaxtda  müəyyən  olunacaqdı.  Status  nədən  ibarət 

olacaqdı?  Verilən  təklifdə  bu  göstərilmirdi.  Hesab  edirəm  ki, 

düzgün  yanaşma  idi.  Bu,  gələcəyin  işidir.  Dağlıq  Qarabağ 

Azərbaycanın  ayrılmaz  torpağıdır,  tarixi  torpağımızdır,  əzəli 

torpağımızdır  və  bu  gün  Dağlıq  Qarabağda  yaşayan  ermənilər 

gələcəkdə vahid Azərbaycan dövləti çərçivəsində yaşayacaqlar. 

Mən buna şübhə etmirəm. 

Ermənistan  tərəfi  hesab  edir  ki,  Dağlıq  Qarabağ  nə  vaxtsa 

müstəqil  dövlət  olacaqdır.  Bu  xülyadır,  fantaziyadır,  heç  vaxt 

mümkün  olmayacaqdır.  Dünya  birliyi  Dağlıq  Qarabağı 

Azərbaycan  torpağı  kimi  tanıyır  və  bütün  vacib  beynəlxalq 

təşkilatların  sənədlərində  bu  öz  əksini  tapıb.  Bu  yaxınlarda  

«Qoşulmama Hərəkatı»nın  qətnaməsində də –  o hərəkatda 120 

ölkə cəmləşir, yəni dünya birliyinin əksəriyyətidir – məsələnin 

ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu 

ilin  mayında  Çikaqoda  keçirilən  NATO  zirvə  görüşündə  son 

bəyanatda  yenə  də  münaqişənin  Azərbaycanın  ərazi  və  ancaq 

ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Bilirsiniz ki, 

BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır. 

Bu,  birmənalı  yanaşmadır  və  mən  şübhə  etmirəm  ki,  vaxt 

gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.  O 

təklifə biz prinsip etibarilə müsbət baxmışdıq. Hesab edirdik ki, 

ədalətli təklifdir. Ermənistan isə buna etiraz etmiş, təklifi qəbul 

etməmiş  və  ondan  sonra  müxtəlif  yollarla  verilən  təklifə 

dəyişikliklər etmə cəhdləri göstərmişdir. 

Münaqişənin həllinə gəldikdə biz bir neçə ay bundan əvvəl 

həmsədr  ölkələrin  dövlət  başçılarının  bəyanatını  eşitdik  ki, 

status-kvo  qəbuledilməzdir  və  dəyişdirilməlidir.  Çox  müsbət 

bəyanatdır.  Münaqişənin  ilkin  mərhələlərində  belə  bəyanatlar, 

əfsuslar  olsun  ki,  verilməmişdir.  Ancaq  bu  bəyanatdan  sonra 

real  addımlar  olmalıdır.  Yoxsa  bu  bəyanat  havada  qalacaq. 

Status-kvonun 

dəyişdirilməsi  erməni  qoşunlarının  işğal 

olunmuş  torpaqlardan  çıxarılması  deməkdir.  Status-kvo  başqa 

necə dəyişə bilər? Biz Ermənistan torpağını zəbt etməmişik ki, 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə