ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə47/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   43   44   45   46   47   48   49   50   ...   123

 

152 


ehtiyat  fondundan  Gənclər  Fonduna  ilkin  olaraq  5  milyon  manat 

vəsait  köçürülmüşdür.  Yəqin  ki,  gələn  il  əlavə  vəsait 

köçürüləcəkdir. Bu fond vasitəsilə də müxtəlif layihələr icra edilə 

bilər.  Peşəkar,  bilikli,  savadlı,  Vətənə  bağlı  olan  müasir 

gənclərimizi  biz  qabağa  çəkməliyik.  Amma  yenə  də  burada  ən 

vacib  rolu  gənclərin  hazırlığı  oynamalıdır.  Yəqin  bilirsiniz  ki,  bir 

neçə  müddət  əvvəl  pensiyaya  gedəcək  şəxslərin  də  yaş  həddi 

müəyyən  edildi.  Bu  da  çox  vacibdir.  Müəyyən  yaş  həddindən 

sonra dövlət qurumlarında işləyən insanlar pensiyaya getməlidirlər. 

İstisna hal kimi, onların fəaliyyəti bir neçə il uzadıla bilər. 

Mən  yeni  müəssisələrin  açılışlarında  tez-tez  oluram.  Yeni 

biznes  sahələrinin  yaradılması  ilə  bağlı  konkret  tapşırıqlar 

verilir  və  çox  şadam  ki,  bu  sahədə  əsas  fəaliyyət  göstərən 

gənclərdir.  Bilikli,  savadlı  olmaq,  xarici  dil  bilmək  də  çox 

vacibdir,  xüsusilə  internet  dövründə  bunsuz  mümkün  deyildir. 

Bizim gənclərimiz həm ingilis dili, həm rus dili – azı        2 dil 

bilməlidirlər  və  onların  hazırlıq  səviyyəsi,  peşəkarlığı  elə 

olmalıdır  ki,  onlar  bütün  vacib  vəzifələrdə  öz  məharətlərini 

inamla göstərə bilsinlər. 

G  ü  l  ş  ə  n    O  r  u  c  o  v  a  (Bərdə  şəhər  3  saylı  tam  orta 

məktəbin tarix  müəlliməsi): Cənab Prezident, Sizi öz adımdan, 

Bərdə  gəncləri  adından  salamlayır  və  gənclərə  göstərdiyiniz 

yüksək qayğıya görə minnətdarlığımızı bildiririk. 

Cənab  Prezident,  bildiyiniz  kimi,  bu  gün  Azərbaycanda 

sosial  şəbəkələrdən  istifadə  daha  geniş  yayılmışdır.  İnternetin 

daha çox yayıldığı bir dövrdə sosial şəbəkə artıq yeni bir media 

növünə  çevrilmişdir.  İnsanlar  sosial  şəbəkədən  əsasən 

informasiya  əldə  etmək,  həmçinin  informasiyanın  paylanması 

üçün istifadə edirlər. Bu isə Azərbaycanın hər bir sahədə olduğu 

kimi,  həmçinin  sosial  şəbəkə  sistemində  olan  fikir  azadlığının 

ən  gözəl,  ən  bariz  nümunəsidir.  Bugünkü  gəncliyimizə  nəzər 

salsaq,  gənclərin  bir  qismi  sosial  şəbəkədən  əsasən  əyləncə 

vasitəsi kimi istifadə edir. Amma sosial şəbəkədən  informasiya 

əldə  etmək,  həmçinin  Azərbaycanda  və  dünyada  gedən 

prosesləri  izləmək,  paylaşmaq  daha  əhəmiyyətli  və  daha 



 

153 


vacibdir.  Bu  barədə  Sizin  fikirlərinizi  dinləmək,  tövsiyələrinizi 

eşitmək bizlər üçün maraqlı olardı. 



İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Sosial  şəbəkələr  nisbətən  yeni  bir 

anlayışdır,  dünyada  geniş  şəkildə  yayılır.  Azərbaycan  açıq 

dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir, bütün azadlıqlar var, 

heç bir məhdudiyyət yoxdur. Hər şey ancaq qanun çərçivəsində 

olmalıdır.  Əgər  hər  şey  qanun  çərçivəsindədirsə,  heç  bir 

məhdudiyyət  ola  bilməz.  Bizdə  mətbuat  azadlığı,  vicdan 

azadlığı,  bütün  siyasi  azadlıqlar  vardır.  Azərbaycanda  internet 

azaddır.  Əgər  ölkələrin  statistikasına  baxsaq  –  yəni  harada 

internet azaddır, harada yox – görərik ki, heç də hər bir dövlətdə 

azad  internet  yoxdur.  Məhdudiyyətlər,  qadağalar  vardır.  Bizim 

dövlət  siyasətimizin  bu  istiqamətdə  fəaliyyəti  tamamilə  şəffaf 

və  açıqdır.  Mən  çox  istərdim  ki,  ilk  növbədə  bu  şəbəkələrdən 

informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. 

Çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan 

ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı, bax, bu sosial 

şəbəkələr  vasitəsilə  dünyaya  çatdırsınlar.  Bəzi  hallarda 

Azərbaycan  haqqında  qəsdən  formalaşdırılan  rəy  reallıqla 

tamamilə  ziddiyyət  təşkil  edir.  Nə  üçün  bu rəy  formalaşdırılır, 

biz  bunu  da  bilirik,  bunu  kim  formalaşdırır,  biz  onu  da  bilirik. 

Bir  tərəfdən,  dünya  erməniliyi,  erməni  lobbisi  Azərbaycanı 

ləkələmək  üçün,  digər  tərəfdən,  Azərbaycan  reallıqlarını  həzm 

edə  bilməyən  bəzi  siyasi  və  ictimai  qurumlar.  Üçüncü  təbəqə, 

onu  da  biz  açıq  deməliyik,  islamofobiya  xəstəliyinə  düçar 

olmuş  bəzi  dairələr,  qeyri-hökumət  təşkilatlarıdır  ki,  onların 

gündəlik  fəaliyyəti  Azərbaycanı  qaralamaqdan  ibarətdir.  Mən 

onların adlarını heç çəkmək də istəmirəm. Ancaq deyə bilərəm 

ki,  onların  heç  bir  şantaj  cəhdləri  uğur  gətirməyəcək,  bütün 

səylər  əbəsdir.  Ancaq  bu  var  və  biz  öz  ölkəmizi,  öz 

mədəniyyətimizi  təbliğ  etmək  üçün  sosial  şəbəkələrdən  geniş 

şəkildə istifadə etməliyik. Dövlət bu istiqamətdə öz fəaliyyətini 

aparır  –  xaricdə  müxtəlif  tədbirlər  keçirilir,  diaspor  təşkilatları 

güclənir,  səfirliklər  öz  fəaliyyətlərini  göstərir.  Mən  bilirəm, 

xaricdə oxuyan gənclərimiz də çox fəaldırlar, sərgilər, tədbirlər, 



 

154 


konsertlər keçirirlər. Xarici qonaqları dəvət edirik. Bu günlərdə 

II  Beynəlxalq  Humanitar  Forum  keçirilmişdir.  Cəmi      2  il 

ərzində  biz  öz  təşəbbüsümüzü  real,  konkret  formata  çevirdik. 

Forumda  10  keçmiş  prezident,  11  Nobel  mükafatı  laureatı, 

yüzlərlə  siyasətçi,  ictimai  xadim  iştirak  etmişdir.  Bu  gün  və 

dünən onlar  bölgələrə  səfərlər ediblər,  bölgələrlə tanış  olublar. 

Bu  bizim  əlimizdə  olan  çox  güclü  bir  tanıtma  imkanımızdır. 

Misal  üçün,  bu  foruma  600  nəfər  gəlib,  hansısa  başqa  tədbirə 

ola  bilər  200  nəfər  gəlir.  Sosial  şəbəkələr  vasitəsilə  minlərlə, 

milyonlarla  insan  Azərbaycanla  tanış  ola  bilər.  Ona  görə 

gənclərdən  xahişim  ondan  ibarətdir  ki,  sosial  şəbəkələrdən  bu 

məqsədlə  istifadə  etsinlər,  öz  ölkəsi  ilə  fəxr  etsinlər,  öz  ölkəsi 

haqqında  dolğun,  dəqiq,  qərəzsiz  məlumat  ötürsünlər.  Bütün 

dünya  da  bilsin  ki,  insanların  sərbəst,  bütün  xalqların 

nümayəndələrinin  bir  ailə  kimi  yaşadığı  belə  bir  ölkə  var  – 

Azərbaycan! Bu da, əfsuslar olsun ki, heç də hər bir ölkəyə xas 

olan  məsələ  deyildir.  Azərbaycanda  inkişaf,  tərəqqi  var  və 

gələcəyə baxışlar da çox nikbindir. 

Mən  sizi  bir  daha  ürəkdən  salamlayır,  sizə  uğurlar  arzu-

layıram. Sağ olun.  

 

            Dövlət Bayrağı  Meydanı ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 



Tərtərdə  Dövlət  Bayrağı Meydanında  yaradılmış  şəraitlə tanış 

olmuşdur. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  şəhərin  Bərdə 

istiqamətindəki  girişində  1  hektara  yaxın  ərazidə  yaradılmış 

Dövlət  Bayrağı  Meydanı  yüksək  səviyyədə  inşa  edilib.  Burada 

quraşdırılan  bayraq  dirəyinin  hündürlüyü  65,  bayrağın 

uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı Tərtərin bir çox 

yerindən  aydın  görünür.  Düşmən  tapdağında  olan  torpaq-

larımızla  az  bir  məsafədə  yerləşən  möhtəşəm  meydanda 

Azərbaycanın  Dövlət  bayrağının  dalğalanması  qürurverici 

haldır. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə