176
mərkəzlərin sayı çox olmalıdır. Bu Mərkəz bir neçə rayona
xidmət göstərir.
S ə m i y a r A b d u l l a y e v: Heydər Əliyev Fondunun,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə
layihəsi əsasında digər bölgələrdə də bu cür mərkəzlərin açıl-
ması nəzərdə tutulub. Şimal, cənub bölgəmizdə də.
İ l h a m Ə l i y e v: Bəli, şimalda da, cənubda da mütləq
olacaqdır.
Səməd Vurğun adına Mədəniyyət və istirahət
parkının açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də
Yevlax şəhərində Səməd Vurğun adına Mədəniyyət və istirahət
parkının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti
kəsdi və burada yaradılan şəraitlə yaxından tanış oldu.
Məlumat verildi ki, parkın ümumi sahəsi 10 min kvad-
ratmetrdən çoxdur. Onun 7 min kvadratmetrindən çoxunu
yaşıllıq sahəsi təşkil edir. Parkın mərkəzində Xalq şairi Səməd
Vurğunun abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun abidəsi
önünə gül dəstəsi qoydu.
Parkda 4 fəvvarə quraşdırılmış, uşaq əyləncə meydançası
yaradılmışdır. Səməd Vurğunun abidəsinin arxa hissəsində
şairin kitablarından ibarət kompozisiya qurulmuşdur. Müasir
işıqlandırma sistemi, oturacaqlarla təmin olunan parkda
sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan prezidenti parkda yaradılmış şəraitdən razılığını
bildirdi.
Kür çayının sahilində salınan «Bulvar» istirahət
mərkəzində aparılan tikinti və yenidənqurma
işləri ilə tanışlıq
177
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də
Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salı-
nan «Bulvar» istirahət mərkəzində aparılan tikinti və yeni-
dənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə il
əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bul-
varın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla
davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini
turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yar-
dımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil
etməkdir.
Dövlətimizin başçısı «Bulvar»da istirahət edən sakinlərlə
görüşüb söhbət etdi.
S a k i n: Salam, cənab Prezident, xoş gəlmisiniz!
İ l h a m Ə l i y e v: Salam. Xoş gördük.
S a k i n: Necəsiniz, cənab Prezident?
İ l h a m Ə l i y e v: Yaxşıyam, siz necəsiniz?
S a k i n: Çox məmnunuq. Bu gün balaca nəvəmlə bura-
dayıq. Bazar günləri buraya gəlirik. Bu gün nəvəmin yadında
qalacaqdır. Səhv etmirəmsə, Yevlaxa 7-8-ci dəfədir gəlirsiniz.
Hər gəlişinizdən biz stimul alırıq, güc alırıq. Siz həmişə
deyirsiniz ki, Avropa şəhərlərindən geri qalmamalıyıq. Nəinki
Avropa şəhərlərinə, dünyanın böyük şəhərlərinə çatmalıyıq. Biz
buna əminik, Sizin köməyinizlə bu yolla gedirik.
İ l h a m Ə l i y e v: Elədir, keçən dəfə burada olanda hələ
təmir işləri gedirdi. Artıq mənə məruzə edilmişdi. Çox gözəl
təşəbbüsdür. Əslində, bu təşəbbüs Yevlaxdan gəldi. Mən bu
təşəbbüsü dəstəklədim, çünki bulvar Bakıya xas olan bir istirahət
zonasıdır. Bakı bulvarının 100 ildən çox tarixi vardır. Biz son illər
ərzində Bakı bulvarını abadlaşdırdıq, uzatdıq, 3,5 kilometrdən
indi Bayraq Meydanı ilə birlikdə 14 kilometrə çatıbdır. İndi geniş
bir istirahət zonası açılıb. Biləndə ki, Yevlaxda bulvar salınır, çox
sevindim. Çox gözəl təşəbbüsdür. Biz gərək bütün gözəl
təşəbbüsləri dəstəkləyək. Bura boş yerlər idi, buraya heç kim
gəlmirdi, demək olar ki, sahil yox idi. İndi gözəl bir istirahət
178
zonasıdır. Özü də Kürboyu gəzinti xüsusi zövq verir. Bizim indi
həm Dənizkənarı, həm də çayboyu bulvarımız vardır. Çox güman
ki, hələ uzanacaqdır.
S a k i n: Bəli, o biri körpüyə çatmağa az qalıbdır. Cənab
Prezident, mən Yevlax sakiniyəm. Hər dəfə Sizin buraya gəlişiniz
bizi sevindirir. Bakıya tez-tez gedirəm, orada ailəmiz, uşaqlarımız
vardır. İnanın, hər dəfə Bakı bulvarını gəzəndə o qədər həsəd
hissi keçirirdim ki, kaş bizim də belə bir bulvarımız olaydı. Amma
bu gün ailəmlə, nəvəmlə gəzdiyimiz Kür çayının sahilində
yerləşən bu bulvar heç də Bakının bulvarından geri qalmır. Buna
görə, bütün yevlaxlılar Sizə təşəkkür edirlər. Xahiş edirəm, bizim
salamlarımızı Mehriban xanıma çatdırın. Biz onu da, Sizi də çox
istəyirik. Allah Sizi qorusun. Yevlaxa tez-tez gəlin, cənab
Prezident.
İ l h a m Ə l i y e v: Sağ olun, salamlarınızı çatdıraram. Mən
Yevlaxa tez-tez gəlirəm, vəziyyətlə tanış oluram, maraqlanıram və
görürəm ki, doğrudan da Yevlaxda böyük inkişaf gedir, böyük
quruculuq işləri aparılır. Siz yevlaxlılar bunu hamıdan yaxşı
bilirsiniz. Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonları
arasındadır. Bu onu göstərir ki, hər şeyi etmək mümkündür. Əgər
güclü iradə varsa və yerlərdə kadrlar yaxşı işləyirlərsə, hər şey
etmək olar, hər bir yeri cənnətə çevirmək mümkündür. İndi
Yevlaxda nəinki bulvar vardır – bulvar, əlbəttə ki, indi Yevlaxın
bir xüsusiyyəti olacaqdır – şəhər də cavanlaşır. Mən prezident
kimi, bir neçə ildir ki, Yevlaxa gəlirəm, görürəm ki, burada çox
yüksək zövqlə, səliqə ilə böyük quruculuq, abadlıq işləri görülür,
gözəl binalar, gözəl xiyabanlar salınır, yollar genişləndirilir, eyni
zamanda, iş yerləri açılır, sosial infrastruktur yaradılır, məktəblər
tikilir. Yəni hərtərəfli inkişaf var. Bu inkişaf belə gözəl istirahət
yerlərinin tikilməsində də özünü göstərməlidir. Çünki hər şey, nə
edilirsə insanlar üçün edilir. Bu yaxınlarda mən Bakı Humanitar
Forumunda çıxışımda da dedim. Siyasətimizin təməlində
Azərbaycan vətəndaşı, onun rifahı, rahat yaşaması durur. Bütün bu
işlər insanlar üçün görülür. Bu bulvar artıq tarixdə qalacaqdır. Bu
bulvarın da böyük tarixi olacaq. İndi biz deyirik ki, Bakı bulvarı