ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə51/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   47   48   49   50   51   52   53   54   ...   123

 

164 


işləri  görürük.  Ancaq  Azərbaycan  tarixində  xüsusi  yeri  olan 

şəhərlər,  rayonlar,  diyarlar  üçün  xüsusi  proqramlar  da 

hazırlanmalıdır. 

Mən  Bakıya  qayıdandan  sonra  Bərdənin  sosial-iqtisadi 

inkişafı  ilə  bağlı  yeni  sərəncam  imzalayacağam.  Sərəncamda 

həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, həm də  rayonun 

inkişafı  istiqamətində  əlavə  tədbirlərin  görülməsi  üçün  əlavə 

vəsait də nəzərdə tutulacaqdır. 

Azərbaycanda bütün yerlərdə, demək olar ki, hər bir bölgədə 

inkişaf vardır. Haradasa daha sürətli, haradasa bir qədər yavaş, 

amma  hər  yerdə  inkişaf  vardır.  Mən  çox  şadam  ki,  indi 

rayonlararası  yarışma  gedir.  Əlbəttə  ki,  sağlam  yarışmadır, 

sağlam rəqabətdir. Bu rəqabətdə uduzan yoxdur. Hər kəs ancaq 

qələbə qazanır. Hər rayon bundan ancaq fayda görür. İnsanların 

rifah  halı  yaxşılaşır.  Bu  gün  Azərbaycan  həm  sosial  siyasət, 

həm  iqtisadi  inkişaf  baxımından  dünya  miqyasında  nümunəvi 

bir  ölkədir.  Elə  etməliyik  ki,  bu  müsbət  dinamika  daim 

saxlanılsın  və  hazırda  hələ  də  mövcud  olan  bütün  problemlər 

gələcək illərdə öz həllini tapsın. 

Şəhərlərin  abadlaşması,  gözəlləşməsi,  tarixi  simasının 

bərpası işləri çox sürətlə gedir. Biz bunu Bərdənin timsalında da 

görürük.  Bütün  infrastruktur  layihələri  də  icra  edilməlidir  və 

icra edilir. Bu gün mən Yevlax–Bərdə yolunun açılışında iştirak 

etdim. Hazırda Bərdə–Tərtər yolunda tikinti işləri gedir. Birinci 

mərhələ artıq başa çatıbdır. İndi Bakı ilə rabitə daha da yaxşıdır. 

Magistral  avtomobil  yolu  tikilir  və  genişləndirilir.  Mən  indi 

göstəriş  vermişəm  ki,  bütün  bu  yolu  Bakıdan  Gürcüstan 

sərhədinə  qədər  dördzolaqlı  edək.  Birinci  mərhələdə  ikizolaqlı 

idi, indi bəzi hissələri genişləndirmişik. Dördzolaqlı yol daha da 

rahat olacaqdır. İnsanlar təhlükəsiz hərəkət edəcəklər. 

Ölkə üzrə, o cümlədən Bərdədə digər infrastruktur layihələri 

də  icra  edilir.  Qazlaşdırma,  içməli  su,  kanalizasiya  layihələri 

başlanmışdır. Qarşıya vəzifə qoyulub ki, gələn ilin sonuna qədər 

içməli  su  layihəsi  tam  başa  çatsın  və  Bərdə  şəhəri  24  saat 

dayanıqlı  içməli  su  ilə  təmin  edilsin.  İnfrastruktur  layihələri, 



 

165 


kommunal xidmətin təkmilləşdirilməsi, abadlıq işləri və ümumi 

iqtisadi  inkişaf  –  bütün  bunlara  kompleks  yanaşma  əslində 

bizim uğurlarımızı şərtləndirir. 

Bərdənin iqtisadi göstəriciləri də çox yaxşıdır. Sənaye artır, 

iqtisadi  artım  vardır.  Sosial  infrastruktur  yeniləşdirilir. 

Məktəblər  gözəl  görkəm  alır.  Bu  da  Azərbaycana  xas  olan 

yanaşmadır.  Biz  indi  bütün  məktəbləri  ən  yüksək  səviyyədə 

təmir etdiririk. Mən istəyirəm ki, hər bir şəhərimiz gözəl, təmiz, 

səliqəli, yaşamaq üçün rahat olsun. Buna nail oluruq. Azərbay-

cana,  nəinki  Bakıya,  bölgələrə  də  gələn  qonaqlar  həm  inkişafı, 

həm  gözəlliyi,  həm  də  bizim  öz  mədəniyyətimizə,  tariximizə 

olan münasibətimizi görürlər. Bu da çox vacibdir. Çünki bunsuz 

heç bir uğur tam uğur sayıla bilməz, yarımçıq olar. 

Tarixi  keçmişimiz,  mədəniyyətimiz  bizim  milli  dayaqları-

mızdır. Bunun üzərində müasir dövlət qururuq, artıq qurulub və 

dövlətçilik  dayaqları  möhkəmləndirilib.  Əminəm  ki,  gələcəkdə 

daha  da  gözəl  işlər  görüləcəkdir.  Planlar  çoxdur.  Bərdənin 

inkişafı ilə bağlı böyük planlar vardır. Kənd yolları da qaydaya 

salınır. Yeni planlar vardır. Biz indi kənd yollarının bərpası ilə 

bağlı  ölkə  miqyasında  böyük  proqramları  icra  etməyə 

başlamışıq.  Elə  etməliyik  ki,  insanların  rifah  halı  ildən-ilə 

yaxşılaşsın, hər şey daha da kamil olsun və Azərbaycan inkişaf 

etsin. 

Sizi  bir  daha  salamlayıram  və  Bərdədə  gördüyünüz  işlərə 



görə sizə minnətdaram.                                       

H ə s ə n  H ə s ə n o v (rayon sakini): Siz Bərdəyə prezi-

dent  kimi,  beşinci  dəfədir  ki,  səfər  edirsiniz.  Bu  səfərlərin  hər 

birində  bizlərə  gördüyümüz  işlərə,  əldə  etdiyimiz  nailiyyətlərə 

görə  yüksək  qiymət  verirsiniz.  Bərdəlilərin  dövlətçiliyə,  Azər-

baycan xalqına sadiq olduğunu vurğulayırsınız. Bu münasibətin 

bizim  üçün  böyük  önəmi  vardır.  Bax,  bu  gün  gördüyünüz  bu 

möhtəşəm, əzəmətli Bərdə həmin münasibətin nəticəsidir. 

Çox  xoşbəxtəm  ki,  Tanrı  mənə  bu  yaşımda  Sizi  bir  daha 

görmək,  Sizinlə  görüşmək,  söhbət  etmək  səadətini  nəsib  edib. 

Mənim 70 yaşım  var, əvvəllər nə olub, bunlar hamısı tarixdən 




 

166 


məlumdur.  Ancaq  bu  70  ildə  mən  Azərbaycanda  belə  sürətli 

inkişafın,  belə  çiçəklənmənin  şahidi  olmamışam.  Allah  qəni-

qəni  rəhmət  etsin,  ulu  öndərimizin  rəhbərliyi  dövründə  də 

Bərdəyə  yüksək  rəğbət,  yüksək  hörmət  olub.  Bu  şəhərin 

tərəqqisi,  inkişafı  həmişə  onun  diqqət  mərkəzində  olubdur.  O, 

Bərdəni  sevdiyini,  bərdəlilərə  böyük  hörmət  bəslədiyini 

dəfələrlə  deyibdir.  Ulu  öndərimiz  Azərbaycana  rəhbərliyi 

dövründə  14  dəfə  Bərdədə  olubdur.  Bərdəlilərin  əziz  qonağı 

olubdur. O görüşlərin 4-də mən şəxsən iştirak etmişəm. Qədim 

Bərdəmizin  bugünkü  günü  üçün  də  ulu  öndərimiz  deyirdi  ki, 

mən istəyirəm  Bərdə Azərbaycanın ən gözəl şəhərlərindən biri 

olsun.  Bu  gün  iftixar  hissi  ilə  deyirəm  ki,  Bərdə  doğrudan  da 

gözəl şəhərlərdən biridir və ulu öndərimizin arzusu məhz Sizin 

sayənizdə  yerinə  yetirilir.  Bu  Sizin  Azərbaycanın  işıqlı 

gələcəyini  hədəfləyən  siyasətiniz  nəticəsində  mümkün 

olmuşdur. Xalqla rəhbər arasında olan bu sevginin, bu sevincin, 

münasibətin  təməli  ulu  öndərimiz  Heydər  Əliyev  tərəfindən 

qoyulubdur  və  Sizin  uzaqgörən  siyasətiniz  nəticəsində  bu  gün 

də  inkişaf  etdirilir.  Heydər  Əliyevin  –  ulu  öndərimizin 

Azərbaycana  verdiyi  töhfələrin  ən  böyüyü  isə  Sizin  kimi  bir 

oğlu bu Vətənə bəxş etməsidir. 

Möhtərəm  cənab  Prezident,  icazə  verin  bütün  bərdəlilər 

adından  deyim  ki,  gecə-gündüz  işləməkdən  doymuruq,  se-

vincimiz artır. Təkcə üzümüz, gözümüz yox, ürəyimiz, qəlbimiz 

gülür, ruhumuz oyanır. 

Biz  bərdəlilər  gecə-gündüz  əl-ələ  verərək  çalışırıq  ki,  res-

publikada  birincilər  sırasında  yox,  respublikada  birinci  olaq. 

Bunun  üçün  gördüyümüz  işlər  zəmanət  verir  ki,  biz  buna  nail 

olaq.  Həm  də  başqa  hər  cür  imkanımız  vardır.  Ən  başlıcası, 

Sizin  kimi  qayğıkeş  prezidentimiz,  respublikamızın  inkişafı 

naminə  irəli  sürülmüş  təşəbbüsləri,  yenilikləri  qiymətləndirən 

və onu dəstəkləyən bir rəhbərimiz vardır. 

Cənab Prezident, məlum məsələdir ki, Dağlıq Qarabağ kimi 

problemi olan və müharibə şəraitindəki bir dövləti inkişaf etmiş 

dövlətlər  sırasına  qaldırmaq  böyük  cəsarət,  bilik,  bacarıq tələb 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə