173
YEVLAX RAYONUNA SƏFƏR
7 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 7-də Tərtər və Bərdə rayonlarına səfərini başa
çatdıraraq Yevlax şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər
Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini
ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov
prezident İlham Əliyevə son zamanlarda şəhərdə aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Məhdud fiziki imkanlı insanlar üçün Regional
İnformasiya Mərkəzinin açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş
məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya
Mərkəzinin açılışında iştirak etmişdir.
Mərkəzin kollektivi və rayon sakinləri dövlətimizin başçısını
hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, bu Mərkəz Heydər Əliyev Fondunun «Kor
və görmə qabiliyyəti zəif olan insanların informasiya-kom-
munikasiya texnologiyalarına çıxışının təmin edilməsi» layihəsi
çərçivəsində inşa olunub. Bu gün Heydər Əliyev Fondunun Azər-
baycanda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı istiqa-
mətində həyata keçirdiyi layihələr bölgələrdə də uğurla icra olu-
nur. Fondun «Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-
yə çıxışının təmin edilməsi» layihəsi Azərbaycanda bu qəbildən
olan insanların İKT ilə bağlı ehtiyaclarını müəyyənləşdirməyi, bu
175
təchiz olunan Mərkəzdə «Pronto», «Brayl» printeri və digər zəruri
avadanlıqlar quraşdırılıb.
Mərkəzlə tanışlıqdan sonra prezident İlham Əliyev gözdən əlil
insanlarla görüşdü.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar
Abdullayev dedi ki, bu, artıq üçüncü Mərkəzdir. Belə Mərkəz
Naxçıvanda, bir də Gəncədə açılmışdır.
İ l h a m Ə l i y e v: Mən Gəncədə də, Naxçıvanda da
olmuşam. Yadımdadır, bu üçüncüdür.
S ə m i y a r A b d u l l a y e v (Azərbaycan Gözdən Əlillər
Cəmiyyətinin sədri): Heydər Əliyev Fondu digər regionlarda da
belə mərkəzlərin tikilməsi üçün artıq işlər görür, layihələr hazırdır.
Ona görə Sizə, Mehriban xanıma öz adımdan, təmsil etdiyim icma
adından bir daha dərin təşəkkürümü bildirirəm. Bir daha tam
əminliklə deyə bilərəm ki, bu gün ölkəmizdə fiziki qüsurlu
insanlara böyük qayğı və diqqət vardır. Bu qayğı nəinki postsovet
məkanında, heç Avropanın bir çox inkişaf etmiş ölkələrində
yoxdur. Bu cür mərkəzlərin xüsusilə də regionlarda açılması həmin
regionlarda yaşayan əlillərə çox gözəl töhfədir. Bu mərkəzlər
əlillərin fiziki imkanlarının genişləndirilməsi, informasiya-
kommunikasiya
texnologiyalarından
istifadə
vərdişlərinə
yiyələnmələri üçün geniş imkanlar açır. Bu isə onların sevincinə
səbəb olur.
İ l h a m Ə l i y e v: Sağ olun! Bu bizim siyasətimizdir. Hər bir
vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən
qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki,
bunu edək. Çox şadam ki, Heydər Əliyev Fondu da bu nəcib işdə
fəal iştirak edir. Burada yüksək şərait yaradılmış, müasir
avadanlıqlar quraşdırılmışdır. Bu ən mütərəqqi yanaşmadır.
S ə m i y a r A b d u l l a y e v: Burada çox müasir, ən yüksək
texnologiyalara əsaslanan imkanlar yaradılıb.
İ l h a m Ə l i y e v: Əlillərin normal həyata inteqrasiyası üçün
Azərbaycanda çox böyük işlər görülür. Bir çox hallarda bizim
təcrübəmiz başqa ölkələrdə öyrənilir. Əlbəttə, belə regional