170
güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da,
insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür. Bu
gün səhər Tərtərdə bölgə gəncləri ilə görüş əsnasında bir daha
dedim ki, gənclər üçün bilik, savad, peşəkarlıq, əlbəttə ki, çox
vacibdir, eyni dərəcədə vətənpərvərlik vacibdir. Vətənə bağlılıq,
Vətənə sədaqət – bunlar bizim cəmiyyətdə var və bütün bu
amillər qələbəmizi şərtləndirəcəkdir.
Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
Ermənistanın acı məğlubiyyətidir. «Qoşulmama Hərəkatı»nda
120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki
dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi
əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim
nüfuzumuz artır. Azərbaycan bölgədə söz sahibidir və biz
nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə
edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar
onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu
siyasəti, əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da
güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar.
Ona görə mən bir daha Qarabağ bölgəsində bu məsələ ilə
bağlı fikrimi bildirmək istəyirəm. Bu barədə dəfələrlə demişəm:
Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı
kimi qalacaq və Azərbaycanın bayrağı Şuşada, Xankəndidə
dalğalanacaqdır.
S a k i n l ə r: İnşallah! Sizin sayənizdə.
İ l h a m Ə l i y e v: O günü yaxınlaşdırmaq üçün biz
çalışırıq və çalışacağıq. Bütün bərdəlilərə yeni uğurlar, can-
sağlığı arzulayıram.
171
«Qarabağ» ç
örək zavodunun açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də
Bərdədə «Qarabağ» çörək istehsalı müəssisəsinin açılışında
iştirak etmişdir.
Məlumat verildi ki, «Qarabağ» çörək zavodu regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bərdə
şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilib. Bu
layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən güzəştli kredit ayrılmışdır. Ümumi dəyəri 4 milyon
manat olan çörək zavodunun yaradılması məqsədilə fond
tərəfindən 2,7 milyon manat güzəştli kredit verilib. «Regionların
2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na
uyğun olaraq tikilən çörək zavodu ən yüksək standartlara cavab
verir. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılmışdır.
Müəssisənin foyesində ümummilli lider Heydər Əliyevin və
prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına
dəstəklərini əks etdirən fotostendlər qurulmuşdur.
Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə bağlı filmə baxdı.
Qeyd olundu ki, zavodun xammal bazasının yaradılması üçün
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 680 min
manat güzəştli kredit hesabına eyni vaxtda taxıl sahəsi, tutumu
10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton
olan dəyirman kompleksi də inşa edilmişdir. Bu isə istehsal
olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı
olmasını şərtləndirir.
Prezident İlham Əliyev zavodda istehsal olunan hazır çörək
məhsullarına baxdı.
Dövlətimizin başçısına Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər
barədə də məlumat verildi.
Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Aran
iqtisadi rayonu üzrə 5 min 13 sahibkara 240 milyon manatadək,
o cümlədən yeni texnologiyalara əsaslanan 63 layihəyə 135,4
milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına