ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə61/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   57   58   59   60   61   62   63   64   ...   123

 

194 


müzakirə edəcəyik. Birinci 6 ayın yekunları çox müsbət olmuşdur 

–  iqtisadiyyat,  qeyri-neft  iqtisadiyyatı  artır,  sosial  məsələlər  həll 

olunur,  sovet  dövründən  qalan  əmanətlərin  qaytarılması  prosesi 

başlamışdır və deyə bilərəm ki, MDB məkanında ən qısa müddət 

ərzində  qaytarılacaq  vəsait  məhz  Azərbaycanda  olacaqdır. 

Azərbaycanda  bu  vəsaitlər  ən  yüksək  əmsalla  insanlara 

veriləcəkdir.  Digər  sosial  layihələr  icra  edilir.  Ölkənin  ümumi 

inkişaf dinamikası onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. 

Biz  bu  yolla  gedirik,  gedəcəyik  və  elə  etməliyik  ki,  hər  bir 

vətəndaş, hər bir vəzifəli şəxs öz vətəndaşlıq borcunu dərk etsin və 

ümumi işimizə töhfəsini versin. 

Mən  əminəm  ki,  ilin  sonuna  qədər  iqtisadi  və  sosial 

göstəricilərimiz  müsbət  olacaq  və  2012-ci  ili  də  biz  uğurla  başa 

vuracağıq.  Ondan  sonrakı  dövr  üçün  də  bizim  konkret 

proqramlarımız  vardır.  2004-cü  ildə  regionların  birinci  sosial-

iqtisadi  inkişafı  proqramının  icrası  nəticəsində  böyük  işlər 

görülmüşdür.  Artıq  ikinci  proqram  icra  edilir,  o  da  gələn  ilin 

sonuna qədər başa çatacaqdır. Bu proqramın icrası nəticəsində əsas 

infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Ondan sonrakı 

dövr  üçün  də  bizim  konkret  konsepsiyamız,  baxışlarımız  vardır. 

«Azərbaycan–2020»  strateji  inkişaf  planımız  vardır.  2020-ci  ilə 

qədər görüləsi işlər haqqında bizdə çox dəqiq təəssürat vardır və 

bu  proqram  üzərində  işlər  gedir.  Biz  öz  işimizi  planlaşdırırıq, 

proqnozlaşdırırıq. Hər şey plan üzrə gedir – istər xarici siyasətlə, 

istər  daxili  siyasətlə  bağlı.  İqtisadi  və  infrastruktur  layihələrinin 

icrası bizim işimizin mühüm hissəsidir. 

Mən  bir  daha  sizi  ürəkdən  təbrik  edirəm.  Biz  sizinlə  keçən  il 

görüşmüşdük.  O  vaxt  Heydər  Əliyev  Mərkəzində  tamamlanma 

işləri  gedirdi,  çox  səmimi  görüş  idi.  Mən  o  vaxt  da  dedim  ki, 

Zərdabda gedən proseslər daim diqqət mərkəzində olacaqdır. Bir il 

keçdi,  gözəl  hadisə  münasibətilə  yenə  də  görüşürük.  Yenə  də 

deyirəm, bu gün tarixdə qalacaqdır. Onilliklər, bəlkə də yüzilliklər 

ərzində  ilk  dəfə  olaraq  Zərdaba  24  saat  təmiz  içməli  su 

veriləcəkdir.  Əminəm  ki,  siz  hamınız  bu  gün  eyni  hissləri 

keçirirsiniz. Mən də bu hissləri keçirirəm, mən çox sevinirəm, sizi 



 

195 


ürəkdən  salamlayıram,  təbrik  edirəm  və  sizə  cansağlığı,  yeni 

uğurlar arzulayıram.  



«Azərsu»  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  Qorxmaz  Hü-

seynov  hazırda  Bakıda  və  regionlarda  su  xətlərinin  çəkilişi  və 

kanalizasiya  sistemlərinin  təkmilləşdirilməsi  ilə  bağlı  görülən 

işlər barədə məlumat verdi: 

– Möhtərəm Prezident, hörmətli tədbir iştirakçıları. 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-

iqtisadi inkişaf strategiyası Sizin rəhbərliyinizlə uğurla davam 

edir.  Ölkəmizin  sosial-iqtisadi  həyatında  inkişaf  daha  da 

sürətlənmiş  və  infrastruktur  layihələrinin  icrasında  böyük 

uğurlar  əldə  olunmuşdur.  Sizin  qayğı  və  diqqətinizin  nəticə-

sidir  ki,  içməli  su  təchizatı  sektorunda  həyata  keçirilən  layi-

hələr artıq bütün ölkəni əhatə edir və əsas diqqət Azərbaycan 

vətəndaşlarının sosial rifahının yaxşılaşmasına yönəldilmişdir. 

Möhtərəm  cənab  Prezident,  bu  gün  açılışına  toplaşdığımız 

Küllülü–Zərdab magistral su kəməri Sizin «Azərbaycan əhalisi  

24  saat  keyfiyyətli  su  almalıdır»  tapşırığınızın  icrası 

istiqamətində atılmış növbəti uğurlu addımdır. 

Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, Zərdab 

şəhərində mərkəzləşdirilmiş içməli su sistemi keçən əsrin 80-ci 

illərinin  əvvəllərində  yaradılmışdır.  Şəhərin  təxminən  yarısını 

əhatə  edən  şəbəkə  artıq  istismar  müddətini  başa  vurmuşdur. 

Mərkəzləşdirilmiş  şəbəkə  olmadığından  Zərdab  şəhərinin 

əhalisinin  yarısı  suya  olan  tələbatını  fərdi  qaydada  ödəyir. 

Şəhərdə kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur. 

Möhtərəm  cənab  Prezident,  diqqətinizə  çatdırım  ki,  Zərdab 

şəhərinin  su  təchizatı  və  kanalizasiya  sisteminin  yenidən 

qurulması  layihəsi  üzrə  tikinti  işlərinə  təxminən  bir  il  əvvəl 

başlanılmışdır.  Layihə  çərçivəsində  Küllülü  mənbəyində 

sugötürücü  qurğu  tikilmiş  və  buradan  Zərdab  şəhərinə  72  ki-

lometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. 

Bu  müddətdə  magistral  kəmərlə  yanaşı,  şəhərdaxili  şəbəkənin 

tikintisi  də  aparılmışdır.  İndiyə  qədər  Zərdab  şəhərində  28 

kilometr su xətləri, 12 kilometr kanalizasiya xətləri tikilmişdir. 




 

196 


Layihənin  icrası  nəticəsində  Zərdab  şəhəri  və  rayonun  15 

kəndində yaşayan 36 min əhalinin içməli su problemi birdəfəlik 

həll olunacaqdır. 

Qeyd  edim  ki,  ilkin  layihədə  çirkab  sularının  kənarlaş-

dırılması üçün 7 nasos stansiyasının inşası nəzərdə tutulmuşdu. 

İntensiv  yağıntılar  zamanı  nasosxanalar  şəbəkəyə  toplanan 

suları kənarlaşdıra bilmir və nəticədə kanalizasiya sisteminin işi 

pozula bilərdi. Bu amilləri nəzərə alaraq çirkab, yağış və yeraltı 

suların  birgə  idarə  olunması  əsas  götürülməklə,  layihəyə 

dəyişikliklər edilmişdir. Zərdab şəhərinin kanalizasiya şəbəkəsi 

layihəsində nasos stansiyaları ləğv edilmiş, əvəzində özüaxımlı 

mikrotunellərin  tikintisi  variantına  üstünlük  verilmişdir.  Bu 

sistem  çirkab  suların  optimal  idarəolunması  ilə  yanaşı, 

gələcəkdə yağış və drenaj şəbəkəsinin tikintisi üçün də etibarlı 

kommunikasiya rolunu oynayacaqdır. 

Möhtərəm  cənab  Prezident,  icazənizlə,  paytaxt  Bakıda  və 

Abşeron  yarımadasında,  eləcə  də  regionlarda  həyata  ke-

çirdiyimiz  digər  layihələr  haqqında  qısaca  məlumat  verim. 

2011-ci  ilin  may  ayında  təsdiqlədiyiniz  «2011–2013-cü  illərdə 

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət 

Proqramı»na  uyğun  olaraq,  Ceyranbatan  ultrasüzgəcli 

sutəmizləyici  qurğusunun,  Ceyranbatan–Balaxanı–Ramana–

Zirə  magistral  su  kəmərinin,  anbar  komplekslərinin  inşası 

uğurla  davam  etdirilir.  Qəsəbə  və  kəndlərin  içməli  su  və 

kanalizasiya şəbəkəsinin tikintisinə başlanılmışdır. «Regionların 

sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı»  çərçivəsində  isə  35 

rayon  mərkəzinin  su  təchizatı  və  kanalizasiya  sistemlərinin 

yenidən qurulması ilə bağlı tikinti işləri sürətlə davam etdirilir. 

Bu  layihələr  çərçivəsində  250-dən  artıq  kəndə  də  suyun 

verilməsi nəzərdə tutulur. 

Bir  faktı  xüsusi  qeyd  etmək  istəyirəm  ki,  «Azərsu»  Açıq 

Səhmdar  Cəmiyyətinin  sifarişi  ilə  22  rayonda  həyata  keçirilən 

layihələr  çərçivəsində  bu  ilin  9  ayı  ərzində  140  kilometr 

magistral  su  kəməri,  430  kilometr  su  şəbəkəsi,  55  kilometr 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə