182
görülməsi xalqımızın tarixi qələbəsidir. Biz bundan sonrakı 20
ili də nəzərə alırıq. İnşallah, 20 ildən sonra da görüşəcəyik,
bəlkə də bulvarın o tərəfində. Çünki bulvar bir qədər də
uzanacaqdır.
S a k i n: Allah ömür versin!
İ l h a m Ə l i y e v: Mən bundan sonrakı 20 ilin kontur-
larını da görürəm. Əminəm ki, Azərbaycan inkişaf etmiş
ölkələrin sırasında olacaqdır. Həyat səviyyəsi ən yüksək həddə
olacaqdır. Bütün infrastruktur layihələri, əlbəttə, ondan əvvəl öz
həllini tapacaqdır. Əhalimiz artacaqdır. Əhali də çox vacibdir.
Demoqrafiya vacibdir. Əhalimiz 15 milyon, 20 milyon
olmalıdır. İnşallah, o günləri də biz bərabər görəcəyik və daha
da güclü, daha da təsirli dövlət yaradacağıq. Mən buna şübhə
etmirəm. Bütün bunlara nail olmaq üçün Azərbaycanda hər şey
vardır – siyasi iradə, xalqın dəstəyi, iqtisadi güc və gələcəyə
olan baxışlarımız.
Bir daha qayıdıram Yevlaxda gedən inkişafa. Görürük ki,
burada qısa müddət ərzində çox iş görülüb. Rayon icra
hakimiyyətinin şəhərin inkişafı ilə bağlı başqa planları vardır.
Şəhər böyüməlidir, böyüyür, yeni inkişaf konsepsiyası
işlənməlidir. Bütün infrastruktur layihələri vaxtında icra
edilməlidir. Yevlaxda su layihəsi icra ediləcək, qazlaşdırılma
100 faiz olmalıdır. Bütün kəndlərdə qaz olmalıdır. Kənd yolları
bərpa edilməlidir. Mərkəzi Rayon Xəstəxanası tikilib. Böyük
xəstəxanadır. Ölkə miqyasında ən böyük xəstəxanalardan
biridir. Nə lazımdırsa onu da edəcəyik və sizinlə də çox
görüşəcəyik. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun!
S a k i n l ə r: Çox sağ olun, minnətdarıq.
* * *
Elektromobillə «Bulvar» istirahət mərkəzinin ərazisini gəzən
prezident İlham Əliyev burada aparılan tikinti və yenidənqurma
işlərinin gedişi ilə tanış oldu.
184
burada yeni inşa olunan Avtovağzal kompleksi bu tələbatın
ödənilməsində mühüm rol oynayır.
Diqqətə çatdırıldı ki, gələcəkdə ölkənin bir çox regionlarına
yeni marşrutların açılması nəzərdə tutulub. Yeni Avtovağzal
kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir.
Prezident İlham Əliyev yeni kompleksdə yaradılmış şəraiti
yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi ilə
bağlı tapşırıq və tövsiyələrini verdi.
Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı «N» saylı
yeni hərbi hissəsinin qarnizonu və yaşayış
binaları kompleksinin açılışı mərasimi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev oktyabrın 7-də Dövlət Sərhəd
Xidmətinin Yevlaxdakı «N» saylı yeni hərbi hissəsinin qarnizonu
və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quli-
yev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əvvəlcə hərbi hissənin qərargahında
yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada hərbi qulluq-
çuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait
yaradılıb. Azərbaycan prezidentinin 2011-ci il 18 iyul tarixli
Fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin
ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat
işləri görülmüş, 270 min kvadratmetr sahə isə abadlaşdırılmışdır.
Altımərtəbəli əsgər yataqxanasında olan prezident İlham
Əliyev bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış oldu. Məlumat
verildi ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti
və xidməti yüksək səviyyədə həyata keçirmələri üçün zəruri
tədbirlər görülmüşdür. Əsgərlərin məişət şəraiti üçün lazımi
infrastruktur yaradılmış, bütün növ xidmətlər yüksək standartlar
nəzərə alınaraq təşkil olunmuşdur. Bundan əlavə, binanın yuxarı
mərtəbəsində böyük konfrans zalı yaradılmışdır ki, burada da
hərbi hissənin həyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir.