|
ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012
158
ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı
salınarkən balacalar da yaddan çıxmamış, onlar üçün əyləncə
meydançaları yaradılmış, xarici ölkələrdən gətirilən müasir
attraksionlar və yelləncəklər quraşdırılmışdır.
Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanmışdır.
Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti
hərtərəfli düşünülmüş, istirahət məkanında Çay evi də isti-
fadəyə verilmişdir. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə
xüsusi gözəllik verir.
Parkın yuxarı tərəfində iri postament üzərində «Ana»
heykəli ucaldılmışdır. Prezident İlham Əliyev «Ana» abidəsinin
önünə gül dəstəsi qoydu. «Ana» abidəsindən sonra geniş meşə
zolağı da salınmışdır. Yaşıllaşdırılan ərazidə avtomatik
suvarma sistemi quraşdırılıb. İstirahət guşəsinin ətrafındakı
binaların damı əsaslı təmir olunub. Bir sözlə, park ən müasir
standartlar səviyyəsində qurulub.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövləti-
mizin başçısı tapşırıqlarını verdi.
Bayraq Meydanı ilə tanışlıq
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Bər-
dədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə
dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yara-
dılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və
hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu ba-
xımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, meydanın inşasına ötən ilin iyununda
başlanılmış və yüksək keyfiyyətlə başa çatdırılmışdır. Meydan
şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir.
Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə
üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, Dövlət
159
himni və gerbi əks olunmuşdur. Burada inşa edilmiş fəvvarə
meydanın gözəlliyini daha da artırır.
Diqqətə çatdırıldı ki, meydan yaradılarkən Azərbaycan
memarlıq sənətinin bütün elementlərindən istifadə olunub.
Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış,
yaşıllıq zolağı salınmış, 1200 gül və bəzək kolu əkilmişdir.
Mərmər piltələr və tamet üzlüklər döşənmiş meydanda müasir
işıqlandırma sistemi quraşdırılmış, istirahət üçün hər cür şərait
yaradılmışdır.
Əsaslı surətdə yenidən qurulmuş Mərkəzi istirahət
parkı ilə tanışlıq
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də
Bərdədə əsaslı surətdə yenidən qurulmuş Mərkəzi istirahət
parkı ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, parkda tikinti
işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırıl-
mışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın
ərazisi 2 hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq
havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni
proqramlar təşkil olunacaqdır.
Parkın ərazisindəki Uşaq incəsənət məktəbinin fasadı
yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin
heykəlləri qoyulmuşdur.
Prezident İlham Əliyev parkda yeni ucaldılmış Dövlət
bayrağına baxdı. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu
da Dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait
yaradır. Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı park-
da yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış,
dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq
kompleksləri yaradılmışdır. Parkda quraşdırılmış böyük
monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif video-
görüntüləri izləmək mümkün olacaqdır.
160
Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev
Mərkəzinin, Rayon İcra Hakimiyyətinin, Rəsm qalereyasının,
Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər
bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri
aparılmışdır. Parkda istirahət guşələri yaradılıb, 40-dan çox
müasir oturacaq qoyulub.
Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev
parkının layihə sənədləri ilə bağlı stendlərə baxdı.
Bildirildi ki, yaxın vaxtlarda şəhərin Heydər Əliyev pros-
pektində, Tərtər çayının sahilində salınacaq park 16 hektar
ərazini əhatə edəcək. Burada ulu öndər Heydər Əliyevin büstü
qoyulacaq. Yeni parkda müasir fəvvarələr, əyləncə meydan-
çaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri
tikiləcək, istirahət üçün yüksək şərait yaradılacaqdır.
Sonra dövlətimizin başçısına 24 min nəfərdən çox əhalinin
yaşadığı 14 kəndi birləşdirən Alpout–Mustafaağalı–Qaratəpə–
Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verildi.
Vurğulandı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq indi rayonda əsas diqqət kənd yol-
larının abadlaşdırılmasına yönəldilmişdir. Azərbaycan prezi-
dentinin 2011-ci il 18 iyul tarixli Sərəncamı ilə bu yolun
tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan
vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin
sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa
çatdırılmışdır. Avtomobil yolunun ümumi uzunluğu 22
kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun
istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında
gediş-gəliş məsafəsi 3 dəfə qısalmışdır.
Azərbaycan prezidentinə yeni istifadəyə verilmiş «Qarabağ»
Aqrar Sənaye Kompleksinin Bərdə Ət Emalı fabriki və
soyuducu anbar kompleksi barədə də məlumat verildi.
Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proq-
ramına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində
tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və
Dostları ilə paylaş: |
|
|