ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə52/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   48   49   50   51   52   53   54   55   ...   123

 

167 


edir.  Siz  bütün  bunların  öhdəsindən  bacarıqla  gəlirsiniz.  Biz 

inanırıq ki, Azərbaycan xalqı bu bəladan da, bu problemlərdən 

də  Sizin  sayənizdə  uğurla  çıxacaqdır.  Tanrı  bu  müqəddəs  işdə 

sizə kömək olsun. 

Cənab  Prezident,  yaranmış  şəraitdən,  Sizin  yaratdığınız  bu 

mehriban  atmosferdən  istifadə  edib,  bərdəlilərin  arzu  və 

istəklərini  də  Sizin  diqqətinizə  çatdırmaq  istəyirəm.  Reallıq 

budur ki, Bərdə Qarabağ zonasının ən böyük şəhəridir. Hələ ulu 

öndərimizin  vaxtından  böyük  tədbirlər  –  istər  regional,  istər 

yerli  tədbirlər  olsun  –  ümummilli  liderimizin  1970-ci  ildə 

bünövrəsini qoyduğu Mədəniyyət sarayında keçirilir. Bu gün o 

sarayın  təmirə  ciddi  ehtiyacı  vardır.  Biz  istəyirik  ki,  Sizin 

sayənizdə  o  kompleks,  o  saray  da  Diaqnostika  Mərkəzi  kimi, 

Olimpiya  İdman  Kompleksi  kimi  təmir  edilib  bərdəlilərin 

ixtiyarına verilsin. 

Cənab  Prezident,  bir  daha  Sizə  Bərdəyə  –  yeni,  müasir  və 

qədim  Bərdəyə,  Qarabağa  gəlməyinizə,  bizə  göstərdiyiniz  bu 

qayğı  və  diqqətə  görə  minnətdarlığımızı  bildiririk.  Sizi  Azər-

baycanın, bütün xalqımızın ümid və inam yeri hesab edirik. 

İcazə  verin  Sizi  əmin  edim  ki,  prezidentimizə  məhəbbətin 

mərkəzi  şəhəri  olan  Bərdənin  Azərbaycan  dövlətçiliyinə, 

Azərbaycan  xalqına  sadiq  sakinləri  bundan  sonra  da  Sizin 

ətrafınızda  sıx  birləşəcək,  Sizin  müəyyənləşdirdiyiniz  yolla 

gedərək yeni-yeni uğurlar qazanacaqlar. 

Sizə cansağlığı arzu edirəm, Allah Sizi qorusun! 

İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Çox  sağ  olun,  xoş  sözlərə  görə 

minnətdaram. Qeyd etdiniz ki, mən prezident kimi, 5-ci dəfədir 

Bərdəyə  gəlirəm.  Amma  əvvəlki  dövrdə  də  dəfələrlə  Bərdədə 

olmuşam. Ulu öndərlə bərabər, həmişə olmasa da, o 14 səfərdən 

bəlkə də 5-6-sında onun yanında idim və Mədəniyyət Mərkəzi 

ilə  də  yaxından  tanışam.  Orada  tədbirlər  keçirilmişdir  və  çox 

böyük,  möhtəşəm  bina  idi.  Tamamilə  haqlısınız  ki,  Qarabağın 

mərkəzi  şəhəri  olduğu  üçün  məhz  Bərdədə  belə  əzəmətli 

binanın tikilməsi qərarı verilmişdir. 



 

168 


Bilirəm ki, o Mədəniyyət sarayı indi bərbad vəziyyətdədir və 

indicə  icra  başçısı  bu  məsələ  ilə  bağlı  mənə  məruzə  etdi, 

konkret təkliflər vardır. Tapşırıqlar verdim ki, layihə işlənilsin, 

mənə  təqdim  olunsun  və  biz  bu  gözəl,  möhtəşəm  Mədəniyyət 

Mərkəzini  bərpa  edək.  Əminəm  ki,  həm  Diaqnostika 

Mərkəzindən, həm Olimpiya Kompleksindən daha da gözəl və 

möhtəşəm Mədəniyyət sarayı olacaqdır. 

S a k i n l ə r: Çox sağ olun, təşəkkür edirik. 

İ l h a m  Ə l i y e v: Ulu öndərin Bərdəyə olan münasibətini 

siz  məndən  yaxşı  bilirsiniz.  Hər  il  Bərdəyə  səfər  edirdi  və 

Bərdənin  o  illərdə  inkişafı  üçün  tarixi  xidmətlər  göstərmişdir. 

Bu gün onun siyasətinə sadiq qalaraq bütün sahələrdə,          o 

cümlədən bu sahədə də Azərbaycan dövləti öz siyasətini aparır. 

Bərdəyə  xüsusi  diqqət  göstərilir,  göstərilməlidir.  Yenə  də 

deyirəm, Qarabağ torpağıdır, qədim, tarixi şəhərdir və bərdəlilər 

bütün  dövrlərdə  Azərbaycan  dövlətçiliyinin  möhkəm-

ləndirilməsində  fəal  olmuşlar,  sadiq  olmuşlar,  öz  əməyi, 

zəhməti ilə müstəqilliyi möhkəmləndirmişlər. Bu gün ölkəmizin 

inkişafı,  iqtisadi  potensialının  gücləndirilməsi  üçün  Bərdənin 

çox böyük rolu, böyük potensialı vardır. 

Gələcək  illərdə,  xüsusilə  ölkə  iqtisadiyyatının  qeyri-neft 

sektorunun  inkişafı  üçün  Bərdə  çox  böyük  töhfələr  verəcəkdir. 

İnkişafla bağlı, kənd təsərrüfatının, emal sənayesinin inkişafı ilə 

bağlı  böyük  planlarımız  var.  Bu  planların  bir  hissəsi  artıq 

reallaşıb, bir hissəsi də gələcəkdə reallaşacaqdır. 

O  ki  qaldı  Ermənistan–Azərbaycan  münaqişəsinin  həllinə, 

mən  şəxsən  şübhə  etmirəm  ki,  biz  bu  məsələnin  həllinə  nail 

olacağıq  və  Azərbaycan  öz  ərazi  bütövlüyünü  bərpa  edəcək. 

Belə nikbin əhval-ruhiyyədə olmağımın səbəbləri də aydındır – 

Azərbaycanın  uğurlu,  sürətli  inkişafı.  Hər  bir  sahədə  – 

iqtisadiyyat, sosial məsələlərin həlli, hərbi quruculuq, ölkəmizin 

beynəlxalq  mövqelərinin  möhkəmləndirilməsi  –  yəni  bu  gün 

Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz 

irəliyə gedirik, onlar isə geriyə gedir, tənəzzülə uğrayır. Bizim 

iqtisadiyyatımız  artır,  onların  iqtisadiyyatı  faktiki  olaraq  iflic 



 

169 


vəziyyətindədir.  Bizdə  əhali  artır,  orada  artıq  demoqrafik 

fəlakət  yaşanır,  demək  olar  ki,  təbii  artım  yoxdur,  ölkədən 

kütləvi  surətdə  köç  gedir.  Onların  öz  rəsmi  statistikasının 

məlumatlarına  görə,  ilin  birinci  yarısında  təqribən  70–80  min 

insan  ölkəni  həmişəlik  tərk  etmişdir.  Nəyə  görə?  İnamsızlığa 

görə, iş yox, ədalət yox və onların işğalçı siyasəti ilk növbədə 

özlərinə  böyük  zərbə  vurur.  Ümid  edirik  ki,  onlar  bunu, 

nəhayət,  dərk  edəcək  və  torpaqlarımızı  sülh  yolu  ilə 

boşaldacaqlar.  Əgər  dərk  etsələr,  ilk  növbədə  öz  xalqına tarixi 

xidmət göstərmiş olarlar. Dərk etməsələr, mən tam əminəm ki, 

biz  o  torpaqları  istənilən  yolla  qaytaracağıq,  o  torpaqlara 

qayıdacağıq,  Azərbaycanın  ərazi  bütövlüyü,  suverenliyi  bərpa 

ediləcəkdir. 

Bilirsiniz, bu ədalətsizlik hər birimizi üzür. Çünki bu, tarixi 

ədalətsizlikdir,  hüquqi  nöqteyi-nəzərdən,  siyasi  cəhətdən 

ədalətsizlikdir. 20 ildir ki, Ermənistan bütün sülh danışıqlarının 

mərhələlərində  gedən  ümidverici  meyillərə  balta  vurur. 

Razılaşmaya  bir  balaca  yaxınlaşarkən  müxtəlif  bəhanələrlə  ya 

danışıqlardan  yayınmaq  üçün  cəhd  edir,  yaxud  da  ki, 

ümumiyyətlə,  danışıqlardan  imtina  edir.  Ona  görə  20  ildir 

köçkün soydaşlarımız əziyyət çəkirlər. Bu, əlbəttə ki, xalqımız 

üçün  çox  ağır  bir  haldır.  Ancaq  tarix  var  və  tarix  qarşısında 

məsuliyyət var. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 

Azərbaycan  torpağı  kimi,  dünya  birliyi  tərəfindən  tanınır, 

tanınacaq və Azərbaycan torpağı kimi, tam şəkildə Azərbaycan 

dövlətinə  inteqrasiya  edəcəkdir.  Ona  görə  biz  elə  çalışmalıyıq 

ki,  münaqişənin  həlli tam  olsun.  Azərbaycanın suverenliyi  tam 

şəkildə  təmin  edilsin.  Dağlıq  Qarabağ  Azərbaycanın  ayrılmaz 

hissəsi  kimi,  Azərbaycanın  tərkibində  olmalıdır,  başqa  variant 

nəzərdən  keçirilmir  və  biz  bu  varianta  nail  olmaq  üçün 

çalışmalıyıq.  Bəlkə  də  danışıqlar  bir  müddət  də  aparıla  bilər, 

mən  bunu  istisna  etmirəm.  Ancaq  danışıqların  sonunda  biz  o 

torpaqlara qayıdacağıq. 

Mən  istəyirəm  ki,  biz  bunu  qan  tökülmədən  edək.  Ancaq  

istənilən  varianta  hazır  olmalıyıq  və  hazırıq.  Bu  gün  nəinki 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə