Elm və dil
- 181 -
Necə bir Türkiyə mümkündür?
İnsanın və cəmiyyətin səadəti təkcə maddi rifaha
əsaslanmır. Qərb dünyası maddi rifahı ilə yüksək səviyyə-
də olsa da, bir-birindən qopmuş, könülləri qurumuş çox
sayda bədbəxt insanlarla doludur. Bizə aşılanmaq istənən
də budur. İnsanların səadəti maddi və mənəvi zənginliyin
eyni anda mövcud olması ilə mümkündür. Bu, Mövlana-
nın “Məsnəvi”sindəki bir hekayə ilə çox gözəl ifadə edil-
mişdir. Babalarımız mənəvi elmlərdə bugünkü Qərbdən
çox qabaqda olublar. Bizdə bir alimin həqiqi bir alim ola
bilməsi üçün həm maddi, dünyəvi, həm də mənəvi, yəni
daxili aləmin elmlərinə vaqif olması vacib hesab edilirdi.
Maddi elmlər fizika, kimya formulları bir şeyin necə for-
malaşdığını göstərir, lakin nə edilməli olduğu haqqında
heç nə demir.
Nəyi seçmək insanın və millətlərin mədəniyyətlərin-
dən, mənəvi aləmlərindən asılıdır. Mənəvi və insanlıq yö-
nü zəif olanların məşğul olduqları elm və texnoloji inkişaf
çox vaxt bəşəriyyətin əleyhinə istifadə edilir. Məsələn te-
levizoru götürək. Bu gözəl texniki vasitə ilə insanların təh-
sil səviyyəsinin, mədəni və mənəvi zənginliklərinin yük-
sək səviyyədə inkişaf etdirilməsi mümkün olduğu halda,
bu gün bir çox kanallar, məsələn Amerika televiziya ka-
nalları insanlara vəhşilik, dələduzluq, əxlaqsızlıq öyrədir,
insanları öz düşüncəsi olmayan bir qoyun sürüsünə çevirir.
Biz həm Asiyayıq, həm Avropa, həm də Yaxın Şərq.
Söhbət coğrafi mövqeyimizin bizə bəxş etdiyi mədəniyyət
və mənəviyyat zənginliyindən gedir. Şərqin mənəvi zən-
ginliyi və insan anlayışı ilə Qərbin maddiyatı arasında kör-
Elm adamları elm haqqında
- 182 -
pü qura biləcək bizdən daha münasib bir millət yoxdur.
Dəhşətli bir naqislik kompleksi ilə xaçlı səfəri mentalite-
tindən xilas ola bilməyən Avropaya yalvara-yalvara qal-
maqdansa Asiyalı olmağımızdan qürur duyaraq tarixi mə-
nəvi zənginliklərimizlə maddiyatı ən yeni qabiliyyətlərlə
insanı əzmə və istismar etmək üçün yox, insanın yüksəl-
məsinə, səadətinə, qardaşlıq duyğusuna və rahatlığa
qovuşması üçün istifadə edən bir millət olmalıyıq. Necə
ki, əsrlərcə olmuşuq.
Son vaxtlar Qərbin keçirdiyi mənəvi böhran onun
başqaları ilə olan davranışlarında da özünü göstərir və bə-
sit mədəniyyət maskası altında Qərbin nə dərəcədə qəddar,
eqoist və barbar olduğunu nümayiş etdirir. Demokratiya,
BMT, insan haqları Qərbin sadəcə öz çirkin əməlləri üçün
istifadə etdiyi örtük və maskadan ibarətdir.
Türkiyə həm Qərb üçün, həm də Şərq üçün insanlıq
nümunəsi olan bir ölkə ola bilər. Bir millət zülmə məruz
qalırsa türkü öz yanında, sülh yaradılmasına çalışan, vasi-
təçilik edən, bütün beynəlxalq təşkilatlarda öz səsini eşit-
dirən, insanlığa dəvət edən ən fəal bir sülhpərvər kimi gör-
məlidir.
Gələcəyin Türkiyəsi yeni bir Yapon möcüzəsi ola-
caq, elmdə, texnikada ən ön cərgədəki yenilikləri ilə həm
özünə, həm də bəşəriyyətə faydalı bir şəkildə çalışacaqdır.
Türk gənci həm öz tarixini, dilini, ədəbiyyatını, həm də
xarici aləmi, texnologiyanı biləcəkdir. Türk nə başqaları
tərəfindən xor görüləcək, nə də öz mənliyindən vaz ke-
çəcəkdir.
Türk, Asiya ölkələri və İslam dünyası ilə öz arasında
yaradılan soyuqluğu, hətta düşmənçilik hisslərini yox et-
məli və müxtəlif ölkələrlə mədəniyyət, təhsil, elm və həm-
rəylik münasibətlərini inkişaf etdirməlidir. Yeni Şərqi Av-
Elm və dil
- 183 -
ropa ölkələri ilə, Yaxın Şərq və Asiya ölkələri ilə, hətta
Afrika və Cənubi Amerika ilə tamamilə yeni əlaqələr qu-
racağıq. Köhnə dostlar, düşmənlər hamısı bizim insanlığı-
mızın və qabiliyyətlərimizin həsrətində olacaqlar və biz-
dən nümunə götürəcəklər.
Orta Asiya Türk dövlətləri ilə sıx mədəniyyət, təhsil,
texnologiya, ticarət münasibətləri qurulacaq və siyasi bir
məqsəd güdmədən aramızdakı qopmuş qardaşlıq əlaqələri
möhkəmləndiriləcək, gömrük, pasport, viza maneələri ləğv
ediləcək və əsl bir türk dünyası yaradılacaqdır.
Türk gənci, həm köhnə, həm də yeni Türkiyəni çox
yaxşı tanıyacaq, hər peşədə, hər sahədə gözəl və daim in-
kişaf edən Türk dilini istifadə edərkən hər kəlmənin bir bal
damlası kimi dadını ağzında hiss edəcək. Türk dilini dün-
yanın qardaşlıq və insan sevgisi dilinə çevirəcəkdir.
Səlcuqlu babalarımızın dövründə olduğu kimi, təhsil
müəssisələrimizə dünyanın hər tərəfindən xarici müəllim-
lər gələcək, Türk dilində təkcə ən yeni elm və texnologiya-
nı yox, insanlığı da öyrənib öz ölkələrinə dönəcəklər.
Türkiyəyə gələn xarici turistlər təkcə Roma, Bizans
və ilk dövr Xristian xarabalıqlarını yox, Səlcuq, Osmanlı
əsərlərini də görəcək, karvansaralarda türk qonaqpərvərli-
yini dadacaq, yenidən canlanan gözəl ənənə və həyat tər-
zimizin həsrətində olacaqlar.
Qısa bir vaxtda belə bir Türkiyə formalaşdıra bilərik.
Necə bir təhsil?
Təhsilin məqsədi nədir? İnsanın aid olduğu cəmiyyət
üçün və özü üçün dəyər yarada biləcək səviyyəyə gətiril-
Elm adamları elm haqqında
- 184 -
məsi. Təhsil eyni zamanda bir ölkənin, millətin keçmişi ilə
gələcəyi arasında bir körpü olma vəzifəsini üzərinə götü-
rür. Təhsil bir tərəfdən insani, mənəvi, mədəni dəyərlər
verir, insanın özünə inam hissini artırır, digər tərəfdən də
ona elm və texniki qabiliyyətlər verir. Yoxsa təhsilin
məqsədi son qırx ildə bizdə olduğu kimi fərdi millətindən,
dilindən, tarixindən, milli mədəniyyətindən qoparmaq, onu
cəmiyyətə, adət-ənənəsinə, keçmişinə yadlaşdırmaq deyil-
dir. Təhsilin məqsədi qərbləşmə də deyildir. Elm və texni-
kada ən qabaqda yer almaqdır. Artıq elm və texnika Uzaq
Şərqdədir. Ona görə indi biz bunun adına şərqləşməmi de-
yəciyik? Türkiyə elm və texnika bəhanəsi ilə Qərb mis-
sionerliyi oyununa cəlb edilmişdir.
1.
Türk təhsil səviyyəsinin təhsil dili hər sahədə, hər sə-
viyyədə türkcə olmalıdır. Bu ifrat bir görüş və yaxud
arzu deyil. Müstəmləkə ruhuna bürünməmiş hər ölkə-
nin təhsil dili, öz rəsmi dilidir.
2.
Peşə sahəsinin tələblərinə uyğun olaraq müxtəlif xarici
dillər, ayrıca xüsusi və sürətli metodlarla yaxşı öyrədil-
məlidir. Bu problem hətta xüsusi yay kursları ilə də
həll edilə bilər.
3.
Əzbərçi, şablonçu yox, araşdırıcı ruhda gənclər yetişti-
rilməlidir. Universitetlərdə həvəsləndirməyə yox, hə-
qiqi mənada tədqiqata önəm verilməlidir. Bu tədqiqat-
lar xarici siyasətdə, iqtisadiyyatda, elm və texnologi-
yada, tarixdə və istənilən digər sahələrdə dövlətə, hö-
kumətə, orduya və millətə yol göstərməli və məlumat
verməlidir. Universitet, dövlət və sənaye arasında sıx
əlaqələr və həmrəylik qurulmalıdır. Bilik əldə etməkdə
mənliyindən vaz keçmədən alimlər hər cür beynəlxalq
elm münasibətlərindən faydalanacaqlar.
Dostları ilə paylaş: |