Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

Elm adamları elm haqqında 
 
- 78 - 
bizə heyrətlənmək, gözəlliklə sehrlənmək, ehtirasa gəlmək 
qabiliyyəti vermişdir. Bu, el arasında yayılmış belə bir əh-
valatı  xatırladır:  Ata  ömrünün  son  dəqiqələrində  tənbəl 
oğullarına vəsiyyət edir ki, bağda çoxlu qızıl gizlədib, onu 
tapsınlar.  Oğlanlar  qızılı  tapmaq  eşqi  ilə  bağın  hər  yerini 
belləyirlər. Əlbəttə, onlar xəzinəni tapa bilmir, lakin torpa-
ğı işlənmiş bağdan bol məhsul götürürlər.  
Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki 
əsas vasitə ilə – ağıl və hisslə ifadə olunur. Xarici aləmlə 
əlaqə  yalnız ağıla  əsaslanmış olsaydı,  insan dünyaya mü-
kəmməl  ağılla  gəlməli idi.  Bunun isə mümkün ola bilmə-
məsini sübut etməyə ehtiyac yoxdur.  
Elm  və  sənətin  ağıl  və  hiss  əsasında  necə  formalaş-
dığını, onların qarşılıqlı əlaqəsini aydın etmək üçün ümu-
mi şəkildə də olsa, həyatın mahiyyəti haqqında müasir fi-
kirlər üzərində dayanaq.  
Qədim  müəlliflərdən  biri  deyir:  “Biz  torpaq  olub 
getdik,  sən  də  diri  torpaqsan”.  Min  illərlə  insan  canlının 
“torpaqdan  əmələ  gəlib”  torpağa  çevrildiyinin  şahidi  ol-
muşdur. Qədim alimlərin fikrincə canlı torpaqla cansız tor-
pağın fərqi birincidəki “can” və ya “ruh”dur.  
Dəqiq  kimyəvi  təhlillərlə  müəyyən  edilmişdir  ki, 
“canlı torpağın” – tərkibində müxtəlif kimyəvi elementlə-
rin  sayı  cansız  torpaqdakından  azdır.  Canlı  aləmin  fərd-
lərinin  –  bitkilərin,  ali  canlıların  bədənləri  təsadüf  edilən 
92 elementdən  əsasən beşinin (karbon, oksigen, hidrogen, 
azot  və  fosfor)  hesabına  qurulmuşdur.  Qalan  elementlər-
dən  canlıların  “qurulması”  üçün  nisbətən  az  istifadə  edil-
mişdir.  Ancaq  həyatda  onların  əhəmiyyəti  böyükdür.  Hə-
yatı  bir  kitaba  oxşatsaq,  onun  yazılmasında  əsasən  beş 
müxtəlif  və  mühüm  hərfdən,  bütünlüklə  təbiətin  yazılma-


Elm və sənət   
 
- 79 - 
sında  isə  92-yə  yaxın  müxtəlif    “hərfdən”  istifadə  olun-
muşdur.  
Beləliklə, qədim insanlar canlı aləmlə cansız aləmin 
maddi  tərkibləri  arasında  fərq  olmadığını  güman  edərkən 
çox  da  yanılmamışdır.  İstər  canlılar,  istərsə  də  cansızlar 
kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Hələlik 
bütün  tədqiqatlar  göstərir  ki,  canlılıq  varlığın  bir  forması 
kimi yalnız yerdə mövcuddur.  
Cansızlıq kainatda geniş yayılmış varlıq forması ol-
duğu halda, planetimizdə  canlı varlıq formasının da möv-
cudluğu necə izah edilməlidir? 
Doğrudan  da,  sadəcə  cansızlıq  mövcud  olduğu  hal-
da, nə səbəbə planetimizi təşkil edən elementlərin həm çə-
ki, həm də müxtəlifliyinə görə az bir hissəsi həyat şəklin-
də,  yaşarı  formada  mövcuddur.  Elementar  tərkibinə  görə, 
cansız  aləmdən  sadə  olan  həyat,  quruluşuna  görə  ondan 
müqayisəedilməz  dərəcədə  mürəkkəbdir.  Bu  mürəkkəbli-
yin məziyyəti nədən ibarətdir? Məziyyəti müzakirə etməz-
dən  əvvəl  haqqında  danışdığımız  varlıq  formalarının  əsas 
cəhətlərini nəzərdən keçirək.  
Hər  iki  aləm  üçün  mərtəbəli  quruluş  xarakterikdir. 
Dil də bu xüsusiyyətə malikdir: 
 
 
 
 
 
 
        
 
Göründüyü kimi, cansızlara nisbətən canlılarda mü-
rəkkəbləşmə mərhələlərinin sayı müqayisəedilməz dərəcə-
canlılar:  
atomlar 
molekullar 
molekul qrupları 
hüceyrələr 
hüceyrə koloniyaları 
orqanellalar toxumlar) 
orqanlar və s.  
cansızlar:  
atomlar 
molekullar 
maddələr 
kristallar 
materiallar 


Elm adamları elm haqqında 
 
- 80 - 
də çoxdur. Hər bir səviyyənin fərdləri özündən sonrakı sə-
viyyə üçün quruluş vahidi rolunu oynayırlar.  
Kristal  cansız  aləm  fərdlərinin  ən  qəribə  nümayən-
dəsidir. Hər bir maddənin kristalı özünəməxsus zahiri for-
maya malikdir. Bu formalar adətən həndəsi çoxüzlülərdən 
ibarətdir.  Xörək  duzunun  kub  şəkilli  kiçicik  bir  kristalını 
duzun  doymuş  məhluluna  salsanız,  bir  müddətdən  sonra 
onun  böyüdüyünü  görəcəksiniz.  Oxşatma  kobud  da  olsa, 
kristal  hörülməkdə  olan  divar  kimi  məhlulda  həll  olmuş 
natrium və xlor ionları hesabına böyüyür. Kristalın böyük-
lüyü təcrübi imkan və zamandan asılıdır.  
Canlı aləm fərdləri də böyüyür. Lakin bu böyümə ta-
mamilə başqa xarakterlidir. Canlılar müəyyən ölçüyə kimi 
böyüyə bilirlər. Kristal böyüdükdə daxilində heç bir dəyi-
şiklik baş vermir, canlıda isə böyümə bütünlükdə gedir.  
İçində xörək duzu kristalı olan duz məhlulu qabının 
ağzını  örtüb  onu  buxarlanmağa  qoymasanız,  kristalın  bö-
yüməsi  dayanacaq,  yəni  müəyyən  vaxtdan  sonra  kristalın 
səthindən  məhlula  keçən  ionların  sayı  məhluldan  kristala 
keçənlərə bərabər olacaq. Çöldə şərait dəyişməsə bu taraz-
lıq əbədi yaşaya bilər.  
Bildiyimiz  kimi,  canlılar  belə  deyil.  Onlar  xarici 
aləmlə  maddələr  mübadiləsi  hesabına  özünü  bütünlüklə 
bərpa edərək yaşayır. Canlıda bütün atomlar hərəkətdədir. 
Ancaq biri az, biri çox. Orqanizmdə bir atomu nişanlamış 
olsanız  və  onu  bir  qayda  ilə  izləsəniz,  müəyyən  sürətlə 
hərəkət  etdiyini  görərsiniz.  O,  bir  müddət  orqanizmi  qay-
dalı  dolandıqdan  sonra  onu  tərk  edəcək,  öz  yerini  çöldən 
orqanizmə  daxil  olmuş  başqa  atoma  verəcəkdir.  Bu  halı 
şəlalə  ilə  müqayisə  etmək  olar.  Şəlalənin  şəkli  dəyişməz 
olduğu  halda  ibarət  olduğu  hissələr  –  su  molekulları  bir 
tərəfdən  gəlib  o  biri  tərəfdən  gedir.  Cəlaləddin  Rumi  də 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə