Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə31/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

Elm adamları elm haqqında 
 
- 104 - 
suz  təkrar  etməsi  həmin  dərsin  hələ  tam  mənimsənilməsi 
deyil.  O,  kompasdan,  kristaldan,  ağ  işığın  spektrindən  və 
s.  danışdıqda,  biliklə  bərabər  bir  heyrətli  həyəcan  keçir-
mirsə və ya hər şeyi tam aydın hesab edirsə bunu necə mə-
nimsəmə adlandırmaq olar. Son dərəcə qəribə və yuxu ki-
mi  ecazkar  gerçəkliklərə  “bilərəkdən”  soyuq  münasibəti 
necə  izah  etmək  olar?  Öz-özlüyündə  təbiət  hadisələrinin 
hər biri biliksevərlik aşılamaq üçün kifayət qədər maraqlı-
dır.  Belə  olduğu  halda  orta  məktəb  şəhadətnaməsi  almış, 
başqa sözlə, külli miqdarda təbiət hadisələrinin mahiyyəti-
ni  öyrənmiş  şagirddə  biliksevərlik  olmamasını  necə  izah 
etməliyik?  Deməli,  fənlərin  tədrisi  yalnız  bilik  vermək 
məqsədi güdmüş, biliksevərlik aşılaya bilməmişdir.  
Yaradıcılıq  qabiliyyəti  adətən,  şagirdin  sənətlə  əla-
qədar  fənlərə  münasibətində  özünü  göstərir:  şer,  hekayə 
yazmaq,  şəkil  çəkmək,  aktyorluq  etmək  həvəsi...  Orta 
məktəb  şagirdinin  nədə  isə  qanunauyğunluq  axtardığına 
nadir hallarda rast gəlmək olur. Təbiət elmlərinə aid bütün 
fənlərdən müvəffəq qiymət almaq hələ şagirddə bu sahəyə 
uyğun  istedad  olduğunu  göstərmir.  Bu  baxımdan  bir  az 
“təbiətçi”  olub  lakin  müvəffəqiyyətsiz  sənət  azarkeşi  ol-
maq daha ümidverən göstəricidir. 
Bizim  təhsil  sisteminin  üstünlüklərindən  biri  də  bu 
yaşlarda  ixtisaslaşmaya  yol  verməyib,  hərtərəfli  inkişafı 
əsas  götürməsidir.  Bu  üstünlüyə  Eynşteyn  də  çox  böyük 
qiymət  vermişdir.  “Ciddi  sistem,  tez  ixtisaslaşmaya  tələs-
mək mədəni həyatı və son nəticədə onunla əlaqədar xüsusi 
elm  sahələrinin  çiçəklənməsi  üçün  zəruri  olan  ruhu  öldü-
rür”. Sənətdə, elmdə özünü belə tez “tapmaq”, başqa sözlə 
kim  olduğunu  tələsik  müəyyən  etmək,  çox  hallarda  əsas 
istedadı istifadəsiz itirmək deməkdir. Sənətsevərliyin nəti-
cəsi olan romantiklik elm adamına onun bütün ömrü boyu 


Elm və sənət   
 
- 105 - 
özünü axtarmağa sövq eləyən bir azadlıq verir. İllərlə həl-
linə  can  atdığın  bir  məsələnin  sənin  üçün  köhnəlməsi  bir 
çox halda sənin özünün köhnəldiyini göstərir. Deməli, səni 
axtarışa  çağıran  o  sehrli  səsi  daha  eşitmirsən,  ürəyində  o 
həyəcan bulağı daha çağlamır.  
Beləliklə,  sənətə  aid  fənlərin  tədrisində  sənət,  təkcə 
bilik  kimi  öyrənilmir,  həm  də  gələcək  şəxsiyyətin  forma-
laşmasına  səbəb  olur,  başqa  biliklərin  mənimsənilməsi 
üçün münasib emosional mühit  yaradır. Tədrisə  belə mü-
nasibət bəsləyən müəllim peşəkar deyil, yaradıcıdır. Çünki 
sənətin, elmin  yaranmasının standart qaydası olmadığı ki-
mi, təbliğinin də standart qaydası yoxdur. Elmdə ən böyük 
xidmətlərdən biri də başqalarını bu işə həvəsləndirməkdir. 
Elmi yaratmaq və elmə yeni adamlar cəlb etmək elm ada-
mının işinin əsas iki cəhətidir. Müəllimin, alimin bu sahə-
dəki müvəffəqiyyəti onun mədəniyyətindən, eləcə də dün-
yagörüşündən asılıdır. Bəzən təbiətşünaslıq fənlərinin təd-
risində emosional mühiti müəllimlər özləri yaradırlar. Mə-
nim  tanıdığım  kimya  müəllimlərindən  birinin  şagirdləri 
kimya olimpiadalarında birincilik qazanır və ali məktəblə-
rimizin kimya fakültələrinə müvəffəqiyyətlə qəbul olunur-
lar. Bu müvəffəqiyyətin səbəbi təkcə müəllimin öz fənnini 
dərindən bilməsi deyil. Həm müəllimin sənətsevərliyindən 
doğan işıqlılıq, həm sözünün ürəyə yatımlılığı, həm də əla-
qəli və yerində deyilmiş bədii parçalar sinifdə uyğun emo-
sional  mühit  yaradır.  Beləliklə,  kimyada  çatışmayan  este-
tik  məlumat  paralel  estetik  məlumatla  əvəz  olunur.  Söz-
süz,  müəllim  öz  fənninin  estetik  cəhətini  görə  bilməyə, 
hiss etməyə qədər yüksələ bilmişsə, dediklərinin şeirlə, ya 
başqa  bir  yol  ilə  qüvvətləndirilməsinə  ehtiyac  yoxdur. 
Onun dedikləri şeir təsiri buraxa bilər. Məsələn, Azərbay-
can SSR EA-nın  müxbir üzvü Heydər  Əfəndiyev belə  bir 


Elm adamları elm haqqında 
 
- 106 - 
müəllimlik  qabiliyyətinə  malik  idi.  O,  daşlardan,  torpaq-
dan, onların kimyəvi tərkibindən və s. başqa “adi” şeylər-
dən  elə  danışardı  ki,  biz  “adi”  sözünü  birdəfəlik  lüğətdən 
atmaq  istərdik  –  dünyada  adi  şey  yoxdur,  adi  subyektiv 
münasibətlər var. Onun dərsləri təkcə öz fənni üçün deyil, 
bütün dərslər üçün emosional mühit yaradacaq qədər təsir-
li olurdu. Biz akademik Şəfahət Mehdiyevin mühazirələri-
ni  də  eyni  həvəslə  dinlərdik.  Onlar  dərslərində  sənətin 
sehrkar təsirinə birbaşa müraciət etməzdilər.  
Heydər müəllim auditoriyaya sanki bizimlə ən səmi-
mi  hisslərini  bölüşməyə  gəlirdi.  Azərbaycan  dilini  bilmə-
yən adam onun mühazirəsini dinləsəydi, söhbətin mineral-
lardan, kimyəvi elementlərin yer qabığındakı dövranından 
getdiyini  zənn  etməz,  danışığın  sənətdən  getdiyini  güman 
edərdi.  Onun  heyranlıqla  söylədiklərinə  heyran  olmamaq 
çətin idi.  
Şəfahət müəllimin mühazirələri isə emosiyasız, ciddi 
olardı.  Ancaq  onun  mühazirələri  emosiyanı  bizim  özü-
müzdə  yaradırdı. Onun ümumi geologiya haqqındakı söh-
bətlərində biz hər şeyin rəngini görür, formasını hiss edir-
dik.  Bu  müəllimlərimizin  müvəffəqiyyəti  öz  fənlərini  çox 
dərindən bilmələrindən əlavə sənətlə yaxın əlaqələri hesa-
bına  idi.  Biz  sonralar  onların  bədii  yaradıcılıq  istedadına 
və təcrübəsinə də malik olduqlarını bildik.  
Şəxsiyyətin  formalaşmasının  əsas  cəhətlərindən  biri 
də  həyat  məqsədinin  müəyyənləşməsidir.  Bu  işə  sənət 
güclü  təsir  göstərir.  Sənət  bizi  ictimai,  bəşəri  məqsədləri 
başa  düşməyə,  onlara  xidmət  etməyə  hazırlayır.  Sənət 
əsərlərinin  ən  qədim  nümunələrində  belə,  insanın  dünya 
vəhdətinin  ayrılmaz  hissəsi  olduğu  fikrini  oxumaq  müm-
kündür.  Onlar  hamısı  öyrədir  ki,  insan  yaratdığında  yaşa-
yır.  Böyük  sənət  pərəstişkarı  P.Aleksandrov  elmi  işçilər 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə