Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə32/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

Elm və sənət   
 
- 107 - 
haqqındakı məqalələrinin birində yazır: “Məncə, alim psi-
xologiyasının  əsas  cəhətlərindən biri  onun özünü bir döv-
rün,  ölkənin  bütün  mənəvi  həyatının  iştirakçısı  hesab  et-
məsidir. Daha yüksək hallarda isə o, özünü insanlığın mə-
nəvi həyatının iştirakçısı hesab edir və buradan irəli gələn 
məsuliyyətini hiss edir”. Belə məqsədlərin təbliğinə yönəl-
miş  çoxlu  bədii  əsər  də  misal  göstərmək  olar.  Məsələn, 
Emil  Zolyanın  “Doktor  Paskal”  əsəri.  Əsərin  qəhrəmanı 
doktor  Paskal  keçmişi  və  indisi  olan  bir  zadəgan  ailəsin-
dəndir.  O,  qohumları  arasında  ruhi  xəstəliyin  tez-tez  baş 
verməsini müşahidə edir. Buna görə də Doktor Paskal hə-
kimlik  fəaliyyətini  dayandırıb  öz  nəslinin xəstəlik  tarixini 
öyrənməyə başlayır. Bu yolda elmi maraq xatirinə nəslinin 
zadəganlıq  şöhrətindən,  maddi  rahatlıqlardan  əl  çəkməli 
olur və şöhrətpərəst  ananın ciddi müqavimətinə rast  gəlir. 
O,  yüksək  mənəvi  keyfiyyətli  bir  alim  kimi  öz  nəslinin 
zadəgan şöhrəti ilə deyil, bəşəri məqsədlə  elmə  gətirəcəyi 
yeniliklə yaşamaq istəyir.  
Alimin  belə  bir  bəşəri  məqsədi  müstəqil  formalaşsa 
da,  sənətin  də  ona  haqq  qazandırdığını  gördükdə  o  öz 
məqsədinin  doğruluğuna  bir  daha  inanır  və  dönmədən 
özünü  bu  məqsədə  həsr  edir.  Bu  məqsədə  qulluq  edərkən 
eqosentrizm  kimi  xüsusiyyət  aradan  götürülür  və  alim 
özünü  eyni  məqsədlilər  cəmiyyətinin  üzvü  sayır.  Məqsə-
din  böyüklüyü  həmkarları  yoldaşa  çevirir.  O,  yoldaşların 
çoxluğunda,  müvəffəqiyyətlərində  öz  məqsədinə  daha  bir 
inam  tapır.  Bu  fikri  Eynşteynin  aşağıdakı  yazısında  da 
oxuya  bilərik:  “İmkan  daxilində  xarici  aləmi  fikrim  ilə 
əhatə  edə  bilməyi  yarımşüurlu-yarımşüursuz  özümə  ali 
məqsəd  seçmişəm.  İstər  keçmişdə  yaşayanlardan,  istərsə 
də müasirlərimdən belə fikirləşənlər öz dünyagörüşləri ilə 
birlikdə mənim vahid və dəyişməz dostlarım olmuşlar”. 


Elm adamları elm haqqında 
 
- 108 - 
İndiki  elm üçün kollektivlik və böyük  yaradıcı kol-
lektivlərinə  ehtiyac  çox  səciyyəvidir.  Belə  kollektivlərin 
müvəffəqiyyətlərini  haqqında  danışdığımız  məqsəd  olma-
dan ağıla gətirmək çətindir. Bir-iki əsr bundan əvvəl alim 
təkliyə çəkilib öz düşüncələri ilə  yaşaya bilərdi. Lakin in-
di,  həyatın  bir  vəhdət  kimi  daha  da  yetkinləşdiyi  bir  za-
manda bu mümkün deyil, hər bir alim həm də öz ölkəsinin 
vətəndaşıdır.  Onun  öz  ölkəsində  və  ölkəsindən  xaricdə 
olanlara laqeyd qalması mümkün deyil. Belə olduğu halda, 
elmdə  sənətin  təsirinə  həmişəkindən  daha  artıq  ehtiyac 
vardır  və  gündən-günə  də  artır.  Bu  münasibətlərin  həyat 
vəhdətinə  qulluq  edəcək  bir  səmtə  yönəldilməsində  başqa 
ictimai  tədbirlərlə  yanaşı  sənətin  böyük  rolu  olmalıdır. 
Amerika  yazıçısı  Mitçel  Uilsonun  “Şimşəklə  yaşa”  roma-
nını buna misal göstərmək olar. Romanda elmi kəşflərdən 
insanlıq  əleyhinə  istifadə  edilməsinə  qarşı  etiraz  təbliğ 
olunur,  bu  məqsədlə  tədqiqat  işlərini  dayandıran  alimlərə 
haqq qazandırılır. Yeri  gəlmişkən, göstərmək lazımdır ki, 
M.Uilsonun  bu  əsəri  və  başqa  romanları  da  başqa  üstün-
lükləri ilə birlikdə, elmi işçi psixologiyasını çox gözəl açır. 
Bu  təsadüfi  deyildir.  O,  eyni  zamanda,  alimdir  və  Fermi 
kimi  tanınmış  alimlə  birlikdə  uzun  zaman  atom  enerjisi, 
nüvə reaksiyası məsələləri üzərində işləmişdir.  
Qəzetlərin xəbər verdiyinə görə, bu yaxınlarda ingi-
lis  alimi  beyin  üzərindəki  müvəffəqiyyətli  sınaqlarını  da-
yandırmağı qərara almışdır. Onun fikrincə, yaddaşın köçü-
rülməsi ilə əlaqədar elmi işlərin nəticələri pis əllərə düşsə, 
insana  qarşı  işlədilə  bilər.  O,  belə  hesab  edir  ki,  bu  kimi 
elmi  işlərdən  səmərəli  istifadə  etmək  üçün  insan  hələlik 
təhlükəli sınaqları dayandırıb, ictimai elmlərlə məşğul olsa 
yaxşıdır.  


Elm və sənət   
 
- 109 - 
Bu  hal  Openheymerin  atom  bombası  əleyhinə  çıxı-
şını və başqa görkəmli alimlərin oxşar çıxışlarını yada sa-
lır.  Bütün  bunlar  sənət  zəminində  insanlıq  naminə  yaran-
mış  böyük  məqsədlərin  nəticəsidir.  Gənc  ingilis  aliminin 
öz  böyük  elmi  kəşfindən  imtinası  onun  qəlbən  şair  oldu-
ğuna şübhə  yeri qoymur. Openheymerin isə böyük sənət-
sevər  olduğu  məlumdur.  Belə  alimlər  öz  vətənini  ədalət-
sizlikdən çəkindirməyə çalışaraq, dünya vətəndaşlığına qə-
dər yüksəlir, eyni zamanda, öz ölkələrinin böyük vətəndaşı 
olurlar.  
Sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğu-
nu  itiləşdirən  bir  vasitə  kimi  böyük  gücü  vardır.  Böyük 
fransız alimi Paster demişdir: “Elmin vətəni yoxdur, lakin 
alimin  vətəni  olmalıdır”.  Paster  bir  çox  ölməz  kəşflərini 
doğma vətəni Fransanın həyati tələbləri ilə əlaqədar etmiş-
dir. Başqa sözlə, onu bu elmi rəşadətə yönəldən vətəni idi. 
Ancaq  o,  elə  bir  ilhamla  işləmiş,  elə  kəşflər  etmişdir  ki, 
bütün  insanlıq  faydasını  görmüş,  görür  və  görəcəkdir.  Bu 
mənada  yaxşı elmin,  yaxşı sənətin vətəni  yoxdur, o bütün 
dünyanın,  bütün  insanlığındır.  Necə  deyərlər,  yalnız  zəif 
elm, zəif sənət konkret coğrafi məkana bağlanıb qalır, ya-
randığı yerin sərhədlərini aşa bilmir.  
Zəmanəmizdə  vətəndaşlıq  hissinin  elm  üçün  xüsusi 
əhəmiyyəti vardır. Bu, elmin müasir dünyamızdakı rolu ilə 
əlaqədardır. Xalqlar bəşəriyyətin siyasi və mədəni tarixin-
dəki  xidməti  ilə  tanınır.  Bu  baxımdan  rus  alimi  Fransada 
da işləmiş olsa, yenə də rus xalqının intellektual imkanını 
nümayiş etdirir. Lakin indi alimin hansı ölkədə işləməsi və 
hansı suallara cavab axtarmasının başqa bir əhəmiyyəti də 
vardır. Axı, müasir dövrümüzdə hər bir ciddi elmi nəzəriy-
yənin  tətbiq  olunma  imkanı  böyükdür.  Həm  də  nəzəriyyə 
yüksək  olmayan  bir  ölkədə  tətbiq  yüksək  ola  bilməz.  Bir 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə