Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə40/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

Elm adamları elm haqqında 
 
- 132 - 
loji  birliyin  də  saxlanması  üçün  xarici  aləmin  beyindəki 
şəklinin  arasıkəsilməz  bərpası  –  yenidənqurulması  lazım-
dır.  
Biz  səhnəyə  tamaşa  edib,  söz,  oyun,  musiqi,  dekor 
birliyindən, ahəngindən zövq alırıq. Belə bir səhnəyə səh-
nə arxasından tamaşa edin. Əvvəlki birlikdən ya iz qalma-
yacaq,  ya  da  siz  onu  çətin  görəcəksiniz.  Ancaq  bilirik  ki, 
səhnədəki  ahəngi  yaratmaq  üçün  tamaşaya  qədər  görülən 
işlər,  tamaşa  getdiyi  vaxt  səhnə  arxasında  aparılan  işlər 
bir-biri  ilə  ahəngdar  bağlı  olmalıdır.  Bu  ahəngi  görmək 
üçün daha böyük hazırlıq, daha böyük təcrübə lazımdır.  
Dünyada  ahəng  heç  vaxt  pozulmur,  sadəcə  olaraq, 
ona  müxtəlif  münasibətlərdə  müxtəlif  ahəngləri,  əlaqələri 
görürük.  Vaqifin  səhnə  arxasında  Qacarla  şirin  söhbətini  
və onların səhnədəki söz atışmalarını bir vəhdət kimi qav-
ramaq üçün təkcə səhnəyə və səhnə arxasına deyil, teatr və 
aktyorların  həyatına  da  bir  səhnə  kimi  baxmaq  lazımdır. 
Beləliklə, dərk etməli olduğumuz hadisələri hər  dəfə  yeni 
çərçivəyə  alıb,  yeni  bağlılıqlar  görməli  oluruq.  Bu  yolla 
dünyanı  müxtəlif  bucaqlar  altında,  müxtəlif  rakurslarda 
görür,  şəklini  beynimizdə  mükəmməlləşdiririk.  Bu  mü-
kəmməlləşmə fərdin psixoloji aləmini, xüsusilə onun dün-
ya  haqqındakı  təsəvvürünü  bütün  insanlar  üçün  ümumi 
olan  cəhətlərlə  zənginləşdirir.  Başqa  sözlə  dünyagörüşü 
obyektivləşir.  
Davranışında  tarazlıq  (daxili  məntiq)  olan  hər  bir 
fərdin dünyagörüşündə tamlıq vardır. Lakin bu tamlıq bü-
tünlükdə  dünyanın  obyektiv  şəkli  hesabına  deyil,  xarici 
aləmin beyindəki əksinin bir hissəsi beynin öz “yaradıcılıq 
məhsulu”  və  ya  həmin  qaydada  başqa  beyinlərin  “yaradı-
cılıq məhsulu” olan hissə və əlaqələrdən ibarətdir. Dünya-


Elm və sənət   
 
- 133 - 
görüşün mükəmməlləşməsi beyində yaranan obyektiv his-
sələrin bir mərkəz ətrafında birləşib böyümə prosesidir.  
İnsanın  dünyagörüşünün  inkişafı  sanki  insanların 
dünyagörüşünün inkişaf yolunu təkrar edir. Şəklin mərkəzi 
əvvəl fərdin “məni” olduğu halda, sonralar öz yerini dünya 
vəhdətinə,  təbiətə  qədər  dəyişə  bilir.  Dünyagörüşün  bir 
ömürdə belə yüksək səviyyəyə qalxmasında beyindən əla-
və, bütün orqanizmin və konkret fərdi əhatə edən mühitin 
çox  böyük  rolu  vardır.  İstər  istedadın  inkişafı,  istərsə  də 
dünyagörüşün formalaşması fərdi mühitin təsiri altında ge-
dəcəkdir.  Biz  fərdi  mühit  dedikdə  fərdi  bilavasitə  əhatə 
edən  mühiti  nəzərdə  tuturuq.  Fərdi  mühit  ilk  görüş  dairə-
sidir. Hazırda bizdə mövcud olan mühitlər istedadların in-
kişafı, normal  dünyagörüşün  inkişafı üçün uyğun amillər-
dir.  
Sabir dövründə fərdi mühit çox-çox müqavimətli idi. 
Belə bir mühit  şair istedadı  olanlardan mədh və  mərsiyyə 
xarakterli  yaradıcılıq  tələb  edirdi.  Lakin  güclü  Sabir  iste-
dadı  fərdi  mühit  həddini  aşa  bildi,  bu  mühitin  tələbinə 
uyğun  olmayan  dünyagörüşü  ilə  istedadına  üsyankar  isti-
qamət  verə  bildi.  Fərdi  mühit  Sabiri  baqqal  görmək  istə-
diyi  kimi,  Nyutonu  da  fermer  görmək  istəyirdi.  Lakin 
Nyuton  istedadının  qüdrəti  fərdi  mühitin  tələbləri  ortalığa 
çıxana qədər Nyutonu təbiətin tələbləri ilə rastlaşdırıb onu 
bu tələblərin əbədi qulluğuna vermişdi.  
Əlbəttə, fərdi mühit istedadın inkişafı üçün sədd ol-
masa  da  yaradıcılıq  məhsuluna,  aşağı  səviyyəli  tələbi  ilə 
dünyagörüşün normal, yəni istedada uyğun inkişafına ma-
ne  ola  bilər.  Belə  halda  istedadın  dünyagörüşü  fərdi  mü-
hitin imkanlarından asılıdır. Müasir sənətkar dünyagörüşü-
nə  malik  olmaq  üçün  rəsmi  təhsil  zəruridirmi?  Çox  vaxt 
sənətkar üçün təhsilin vacib olmadığını iddia edənlər klas-


Elm adamları elm haqqında 
 
- 134 - 
sikləri misal gətirib, onların hansı universitet qurtardıqları-
nı  soruşurlar. Təhsili  beş-altı  il universitetə gedib-gəlmək 
kimi  başa  düşmək  gülüncdür.  Hər  bir  təhsil  səviyyəsinə 
uyğun bilik həcmi var. Bu bilik həcminə malik olmaq hə-
min təhsil səviyyəsinə qalxmaq deməkdir. Onun hansı yol-
la əldə edilməsi başqa söhbətdir. Klassiklər öz dövrlərində 
mümkün olan ən yüksək səviyyəli təhsilə malik idilər.  
Təhsilin  bitməsi  ilə  dünyagörüşün  inkişafı  tamam-
lanmır,  əksinə  onun  fərdi  yaradıcılıq  hesabına  inkişaf  et-
diyi  yeni  dövr başlanır.  Rəsmi təhsil bizə insanlığın  indi-
yədək  nəyi  əldə  etdiyini  öyrədir.  Beləliklə,  biz  mütərəqqi 
insanlığın dünyagörüşünə yiyələnərək sərbəst fikir uçuşu-
na hazırlaşırıq.  
Şərqin  böyük  alimlərindən  biri  olan  Əbu  Reyhan 
Biruninin  dediyi  kimi,  bilik  biliyə  ehtiyac  yaradır.  Bilik 
daxili azadlıqdır. O insanın bütün daxili imkanlarını xarici 
aləmlə qarşı-qarşıya qoyur. Bilik – daxili azadlıq – dünya-
görüşün ictimai və fikir azdlığını ortalığa çıxaran səbəbdir.  
İnsanlığın  dövrümüzdə  mövcud  olan  şəkli,  yəni 
onun daxilindəki münasibətlər, müxtəlif məhdudiyyətlərin 
nəticəsi kimi formalaşmalıdır. Sanki insan, xüsusiyyətləri-
ni bilmədiyi bir aləmə düşmüşdür və o bir səhvlə həyatını 
təhlükəyə  sala  bilərdi.  Deməli,  davranışa,  fikrə  müəyyən 
məhdudiyyət  qoyulmadan  xarici  aləm  təhlükəsiz  öyrənilə 
bilməzdi,  dinamik  cəmiyyət  şəkli  üçün  azadlıq,  qaydalı 
davranış azadlığı inkişaf etdirilə bilməzdi. Digər tərəfdən, 
köhnəlmiş qaydaları qoruyan bu məhdudiyyətlər yeni qay-
daların,  yeni  yolların  öyrənilməsinə  böyük  müqavimət 
göstərməkdədir.  Şübhəsiz,  bu  halda  da  insan  xarici  aləmi 
öyrənə  bilməzdi  və  yaratdığı  məhdudiyyətlər  içərisində 
dolaşıb  qalardı.  Bunun  nə  demək  olduğunu  insanlar  çox-
çox  qədimdən  başa  düşmüşlər.  Qədim  dövrün  naməlum 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə