Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə41/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

Elm və sənət   
 
- 135 - 
yazıçılarından biri deyir: “Biz müasir adamlar uşaq yaşla-
rımızdan mükəmməl qulluqçuluq ruhunda tərbiyə olunmu-
şuq.  Bizim  cocuq  düşüncələrimiz  quldarlıq  qanun-qayda-
ları  ilə qidalanmışdır. Mənim dərin inamıma görə, biz bu 
səbəbdən natiqliyin həyatverici qüvvəsi olan azadlıq dadı-
nı bilmədən ancaq və ancaq gözəl  yaltaqlar ola bilərik və 
ya  hər  cür  qulluq  insan  ruhunun  salındığı  bir  zindandır. 
Burada ruh alçalır və eybəcərləşir”. 
Belə  məhdudiyyətlər  çərçivəsindən  çıxmaq  istərkən 
dünyagörüşü  həm  daxili  azadlıq,  həm  də  ağıllı  çıxış  yolu 
tapmaq üçün lazımdır. Sənətkar dünyagörüşünün böyüklü-
yünə görə böyük və daxili azadlığa malikdir. Buna görə də 
o xarici azadlığın azlığını daha tez hiss edir və bu məsələni 
cəmiyyətin inkişaf yolunda əngəl olan bir məsələ kimi or-
talığa atır. Buna görə də Platon öz ideal dövlətindən şair-
lərin  qovulacağını  əsas  şərtlərdən  biri  kimi  qoyurdu.  Bu 
dövlətdə  vətəndaşlar  ancaq  dini  himnlər  oxuya  bilər,  dini 
himnlərə qulaq asa bilərdilər. Başqa sözlə, belə bir dövlət 
qarışqa  cəmiyyətini  xatırladırdı:  cəmiyyətdə  dəyişməz 
şəkil və fərdiyyətin yoxluğu. Belə cəmiyyətdə mükəmməl 
qanun və  göstərişlər kitabından başqa heç bir  yazıya ehti-
yac qalmazdı.  
Gördüyünüz kimi,  tarix boyu, sənətkarı  bəşəri mey-
dana çıxaran dünyagörüşü və onun verdiyi daxili azadlıq-
dır. Belə bir üstünlük şəxsi səadət əvəzinə tanıdığınız ne-
çə-neçə  sənətkarı  dar  ağacına,  cəllad  baltası  altına  gətirib 
çıxarmışdır.  
Bəs nə üçün istedad belə bir yolu seçir? 
Bunun səbəbi hər şeydə ahəng görməyə can atan bö-
yük daxili ehtiyacdır. Onu belə bir yol seçməyə vadar edən 
dünyanı  yalnız  olduğu  kimi  görmək  bacarığı  deyil,  eyni 
zamanda,  istədiyi  kimi  görmək  arzusudur.  Bu  arzular  sə-


Elm adamları elm haqqında 
 
- 136 - 
nətkarın şəxsi səadət anlayışına başqa çalar – məzmun ve-
rir. Daxili  aləmini  qaydaya salmaqla başlanmış bir müba-
rizə  bu  qaydanın  xarici  aləmdə  axtarılması  işinə  çevrilir. 
Sənətkar özünü xalqla, insanlarla, bəşəriyyətlə eyniləşdirə-
eyniləşdirə  vahid  ahəng  axtaran  bir  vəziyyətə  çatır.  Belə-
liklə, sənətkar insanlığın qəribə bir modelinə çevrilir.  
Yuxarıda dediyimiz bu mübarizədə, elə bil ki, sənət-
kar öz ideal arzusuna nail ola biləcəyinə inamla inamsızlıq 
arasında dayanır. Həm mütləq inam, həm də mütləq inam-
sızlıq fəaliyyətsizliyə gətirib çıxara bilərdi.  
Ümumiyyətlə,  belə  vəziyyətdə  insan  yeniliyə  daha 
həssas olur. Çünki, hər yenilik onun tamamlanmaqda olan 
aləmi ilə uzlaşmır, tamlığın mümkünlüyünə yarımçıq inam 
isə  yeninin  yanından  sürətlə  ötüb  keçməyə  imkan  vermir. 
Bu  mübarizədəki  yolüstü  müvəffəqiyyətlər  sənətkara 
səadət  gətirir və  ya onun adi  mənada şəxsiyyətini tamlaş-
dırır.  Lakin  səadət  böyük olduqca, onun gercək  olduğuna 
fərdi inam azalır. Bu xoşbəxtliyi başqalarının gözündə an-
lamaq tələbi əmələ gəlir. Sənətkar səadəti şəxsi səadətdən 
çox-çox  geniş  mahiyyətli  olduğu  üçün  başqalarında  tez 
əks-səda tapa bilir, hər kəs onu öz tapıntısının doğurduğu 
xoşbəxtlik kimi hiss edir. Qədim bir yazıçının dediyi kimi 
“İnsan  qəlbi  öz  təbiətinə  görə  gözəl  sözə  çox  həssasdır. 
Onun təsiri altında insan qəlbi ehtişamla dolur. Elə bil bu 
sözü özü yaratmışdır. Sənətkar əks-sədaların sayı qədər də 
öz  xoşbəxtliyinə  inanır  və  o  qədər  də  yenidən  xoşbəxt 
olur.  
Şəxsi  səadətin  özündə  də  bu  xüsusiyyət  var:  həyə-
canlandırır, düşündürür, ehtişamını başqaları ilə bölüşmək 
ehtiyacı doğurur. Bu səadətin kiçik səbəbləri belə gülməli 
görünsə  də  gözlərimizi  yaşardacaq  qədər  bizə  təsir  edir. 
Səadət sahibinin bu səadətə haqqı olması və bu hissin ifa-


Elm və sənət   
 
- 137 - 
dəsinin  səmimiliyi  bizim  həyəcanlanmağımıza  bəs  edir. 
Təəssüf  ki,  yaşımızın  ötən  vaxtlarında  başa  düşülməmək 
qorxusu, əks-sədasız qalmaq və səadətimizin bir xəyal ol-
duğunu  görmək  vahiməsi  bizi  ya  onu  gizlətməyə,  ya  onu 
oxşar “yuxular” görənlərlə bölüşməyə, ya da qeyri-səmimi 
şəkildə başqalarının mühakiməsinə verməyə məcbur edir. 
Biz bu qayda ilə nə qədər sevinc itiririk! 
Dünyagörüşü  geniş  olduqca  sənətkar  həyata  daha 
yüksək  zirvədən  baxır,  onun  hiss  etdiyi  ahəng  daha  ümu-
mi,  daha  bəşəri,  tapıntısının  gətirdiyi  səadət  daha  böyük 
olur. İstedada müvafiq dünyagörüşü bu səadətin bilavasitə 
əks-sədasını  eşitmək  ehtiyacından  sənətkarı  azad  edir. 
Dünyagörüşünün  verdiyi  inam  sənətkarı  başqa  fikirlərin 
əsirliyindən  xeyli  qurtarır.  İstər  Füzuli,  istər  Şekspir,  is-
tərsə  də  başqa  böyük  sənətkarlar  bizdə  və  bizdən  sonra-
kılarda  əks-səda  tapacağını  bizimlə  bir  zamanda  yaşayır-
mış  kimi  görürdülər.  Bu  baxımdan  dünyagörüşün  elmdə 
rolu ilə sənətdə rolunun fərqi yoxdur. Hər ikisində istedad 
uçuş  qüvvəsi  olduğu  halda,  dünyagörüş  uçuşa  istiqamət 
verən,  yolun  doğruluğuna  əminlik  yaradan,  gedilmiş  yolu 
bir  də  getməyə  qoymayan,  bir  nöqtə  ətrafında  fırlanmaq-
dan xilas edən səbəbdi. Hər yerin, hər zamanın insanlarına 
müraciət edib əks-sədasız qalmayacağına sənətkarda inam 
yaradan dünyagörüşüdür. Bir sözlə dünyagörüşü tapıntının 
qiymətləndirilməsi  üçün  zəruri  bir  vasitədir.  Digər  tərəf-
dən, tapıntıya fərdin şəxsi  baxımından deyil, daha  yüksək 
olan ictimai baxımdan qiymət verilir.  
Kanta  görə,  gözəl  olan  şeylər  arasında  əzəmətlini 
seçmək  üçün  estetik  mühakimə  qabiliyyətindən  başqa  bir 
də  idrak  qabiliyyətinə  malik  olmaq  lazımdır.  Dünyagörü-
şün  əhəmiyyəti  istedadın  tapıntısını  qiymətləndirməklə 
bitmir, istedadı daha da itiləşdirir, yuxarıda deyildiyi kimi 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə