Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   35   36   37   38   39   40   41   42   ...   92

Elm və sənət   
 
- 129 - 
Sənətkar  kimdir,  o,  sənətkar  olmayanlardan  nə  ilə 
seçilir?  
Tamaşa, konsert,  sərgi  salonlarında və adi  yerlərdə 
biz sənətkarlarla dəfələrlə rastlaşırıq. Ancaq xarici əlamət-
lərinə görə başqalarından seçilmədikləri üçün biz onları ta-
nıya  bilmirik.  Sənətkar  sənəti  ilə  seçilir,  özündən  qabaq 
yaşamış  sənətkarların  qeyri-adiliklərini  təqlid  etməklə  se-
çilmir. Onun sənəti kimi qeyri-adiliyi də özünə məxsusdur 
və  tez  gözə  çarpan  deyil.  Onlar  da  tamaşaçı,  dinləyici, 
oxucudurlar.  Sənət  əsəri  sənətkarı  hamıdan  çox  düşündü-
rür,  sevindirir,  qüssələndirir.  Axı,  o,  sənət  əsərlərini  daha 
çox cəhətlərdən görə bilir! 
Adətən  sənətkarla  ilk  tanışlıqdan  sonra  ona  verilən 
sual  çox  sevilən  əsərin  necə  yazıldığı  olur.  Belə  hallarda 
sənətkar  ya  sualın  özü  üçün  də  maraqlı  olduğunu  etiraf 
etməklə  kifayətlənəcək,  ya  da  əsərin  yaranma  tarixindən 
danışacaq.  
Sənətkarın öz yaradıcılığını izləməsi yaratmaq qədər 
çətindir. Yaratdığın anda da necə  yaratdığın haqqında dü-
şünmək və onu izləmək mümkün deyil. Belə anlarda yara-
dıcının  varlığı  bir  məqsədə  –  yaratmaq  işinə  yönəlir.  Bü-
tün  sənətkarların  necə  yaratdıqları  haqqında  fikirlərini  bir 
yerə toplasanız, çox olsa, orta həcmli bir kitab alarsınız.  
Necə yaratdığını bilmədən, fikirləşmədən yarada bil-
mək üçün üç cəhətin ahəngdar birliyi lazımdır: 
İstedad – sənətkarlığa məxsus cilalanmış, həssas tə-
bii xüsusiyyət. 
Dünyagörüşü  – xarici  aləmin beyində ümumiləşmiş 
əksi, xarici aləm və özün haqqında mühüm hissəsi obyek-
tiv olan bilik. 
Sənət texnikası – yazı, rəngkarlıq, bəstələmək, ifaçı-
lıq texnikası, uyğun peşələr üçün zəruri olan xüsusiyyət.  


Elm adamları elm haqqında 
 
- 130 - 
Əlbəttə,  sənətkarlarda  elə  bir  xüsusiyyət  yoxdur  ki, 
az da olsa başqalarında müşahidə edilməsin, ancaq sənət-
karlığı fərqləndirən bu xüsusiyyətlərin spesifikliyi, onların 
anadangəlmə  itiliyi  və  bir-biri  ilə  müəyyən  münasibətdə 
olmasıdır.  
İstedad haqqında nə demək olar?  
Bu sual çox yazıların obyekti olmuş və olmaqdadır. 
İndi,  istedad  axtarışının  cəmiyyətin  çox  vacib  bir  işinə 
çevrildiyi vaxtda bu məsələnin böyük əhəmiyyəti var.  
İstedad bir sıra xüsusiyyətlərin ahəngdar birliyidir:  
Yüksək  emosionallıq,  fantaziya  –  yaradıcılıq  təxəy-
yülü  –  Mikelancelo  kimi  mərmər  parçasında  Davidi  gör-
mək,  ahəng  hiss  etmək,  gözəlliyi  duya  bilmək,  şeylərə 
qeyri-adi  tərəfdən  yanaşmaq,  düşüncə  orijinallığı,  fikir 
azadlığı, ayrı-ayrı hissələrdəki ümumiliyi görmək, dönməz 
meyl, özünüifadə istəyi, tutduğu yolun doğruluğuna sarsıl-
maz inam, istedadın təbiətinə uyğun itiləşmiş hissələr: səs 
həssaslığı,  forma  həssaslığı,  rəng  həssaslığı  və  s.  ayrı-ay-
rılıqda belə, bu xüsusiyyətlərə tez-tez rast gəlinmir. Ən azı 
bu saydıqlarımızın  bir fərddə olması  çox nadirdir. Bu sə-
bəbdən istedad da arzu etdiyimiz qədər deyil. Bu deyilən-
lərdən də istedadın mürəkkəb mahiyyətini, həm də konkret 
xüsusiyyətlərindən  bir  qismini  hiss  etmək  olar.  Məşhur 
rəssam Van Qoqun “Mənim ticarət və uzunmüddətli təhsil 
üçün yaranmadığım hələ rəssamlığa qabiliyyətsiz olduğu-
mu  göstərmir. Əksinə,  mənim ruhaniliyə, ticarətə  qabiliy-
yətim  olsaydı,  yəqin  ki,  rəssamlığa  yaramazdım”  –  sözlə-
rini bu baxımdan dediyini zənn etmək lazımdır. Ruhanilik, 
tacirlik istedadı varsa, onun mahiyyəti başqadır və bu, ək-
sər hallarda sənətkar istedadı ilə vəhdətdə olmur.  
Bədii istedad sahibləri də hamı kimi həyatla müxtəlif 
şəkildə qarşılaşırlar. Onları müxtəlif fiziki sağlamlıq, mad-


Elm və sənət   
 
- 131 - 
di  imkan,  fərdi  və  ictimai  –  psixoloji  mühit,  yazılmış  və 
yazılmamış davranış sədləri gözləyir. Bu şəraitlərin hamısı 
istedadın  sənətkara  qədər  yüksəlməsi  üçün  eyni  dərəcədə 
əlverişli deyil.  
İnsan dünyaya “ağlaya-ağlaya” gəldiyi halda özü bir 
müddət  onu  gülən  görür:  ananın  bütün  varlığının  körpə 
üçün qayğıya çevrilməsi, körpə üçün ailənin, insanların və 
bütün dünyanın qayğısı... Bütün dünya bir körpə, sanki bir 
məqsəd  ətrafında  birləşir.  Körpə  bu  birliyin  başlanğıcı, 
mərkəzidir.  Bir  sözlə  körpə  bəxtiyarlığı!  O,  bu  birliyin 
azacıq pozulduğunu duyan kimi elə bir haray salır ki, sizdə 
onun birlik hüququna heç bir şübhə qalmır. Ana qucağın-
dan  düşüb,  həyatla  bilavasitə  üz-üzə  gəldikdən  sonra  bu 
qəribə  birliyin  pozulduğu  hallar  çoxalır,  həmin  vəziyyət 
etirazdan çox təəccübə, təəssüfə səbəb olur. Dünya gözlərə 
yeni  tərəflərdən  açılmağa  başlayır.  Həmişə  şirin  olmayan 
qəribəliklərlə  dolu  olan  bu  anlar  baharın  ilk  günlərini  xa-
tırladır: hər gün yeniliklərlə dolu dünya  təzələnir, gördük-
lərini  bir  şəkildə  cəmləşdirmək  istəyirsən,  fəqət  şəkillər 
çox  tez-tez  dəyişir.  Həyatla  ilk  müstəqil  tanışlıq  başlanır. 
İstedadın  ilk  əlamətləri  görünür.  Fəhmlə  duyulan  birlik, 
körpənin  gözündə  hamıdan  tez  pozulur.  Axı  onun  ahəngə 
– birliyə həssaslığı yüksəkdir. O yeni ahəng görməyə baş-
layır.  Bəlkə  də  uşaq  yaradıcılığı  itirilmiş  ahəngin  qüssəsi 
ilə yeni görünməyə başlayan ahəngin sevinci arasında çır-
pıntılardır. Bəlkə də bu aləmlərdən biri yaranıb qurtarma-
mış, yenisi başlanır. Yetkinliyə qədər istedadların bu fikir 
sərgüzəştləri  uşaqların  kəpənək  ovuna  oxşayır:  onlar  hey 
dünya haqqında bir şəkli görmək istədikcə, “ələ keçmək” 
istədikcə biçimlər dəyişir, uçaraq başqa bir çiçəyə qonur.  
Orqanizmin  fiziki  birliyini  saxlamaq  üçün  arası  kə-
silməyən bir yenidənqurulma işi lazım gəldiyi kimi, psixo-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə