Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə38/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

Elm və sənət   
 
- 125 - 
Bütün  yaradıcıların  həyatında  –  mənəvi  həyatında 
sənətin  rolunu  qədim  zamanlardan  izləyən  olsaydı,  Bols-
manın Şiller haqqında dediyi sözləri dəyişdirib, sənət haq-
qında deyərdi: “Elm indiki nailiyyətlərinə görə sənə min-
nətdar”dır. 
Heç  kəs  açıq  havada  gəzməyin,  dincəlməyin  xeyirli 
olduğunu inkar edə bilməz. Çox vaxt həkimlər xəstənin el-
mi  işçi  olduğunu  bilib  ona  belə  məsləhət  verirlər.  Bəlkə 
arası kəsilməyən baş ağrısının, yuxusuzluğun səbəbi özünə 
inamın itirilməsidir? Nyuton ola bilmədiyinə bəlkə şübhən 
qalmadığındandır?  Tez  Eksüperini  oxu.  Lap  balaca  imka-
nında dünyaya lazım olduğunu görəcəksən. Hər şey üzünə 
güləcək,  dünya  ilə  vəhdətin  bərpa  olunacaq.  İnsanların 
müvəffəqiyyəti sənin olacaq, sənə doğma olacaq! Axı dün-
yaya Nyutonla bərabər “adi” adamlar da lazımdır. Özü də 
müqayisəolunmaz dərəcədə çox. Əks halda Nyuton insan-
lığın tarixində bu qədər nadir görünməzdi.  
Anamız  təbiət  hər  şeyin  düzgün  nisbətini  bizdən 
yaxşı  bilir.  Ulduz  tutmaq  üçün  göyə  tullanmağın  ziyanı 
yoxdur,  lakin  tuta  bilmədinsə  özünü  yerə  çırpıb,  ağlama-
ğın  nədir.  Uğursuzluğuna  uşaq  səmimiyyəti  ilə  gül  və 
vaxtını itirmədən əlçatar istəklər dalınca qaç.  
Həyatın  xırda  çətinlikləri  səni  böyük  məqsədlərdən 
yayındırırsa, Füzulini oxu! 
Məqsədin uğrunda çəkdiyin əzablar səni üzürsə, Fü-
zulini oxu:  
         Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni... 
Kim  səni  belə  bir  yol  seçməyə  məcbur  etdi?  Sənin 
ömrün bu yolda “itirilmiş” ömürlər yanında heçdir.  
Motsarta,  Bethovenə,  Qriqa,  Çaykovskiyə  qulaq  as, 
sərgilərə  get,  başqalarının  yaradıcılıq  əzabları  ilə  tanış  ol, 
sakitlik tapacaqsan.  


Elm adamları elm haqqında 
 
- 126 - 
Müvəffəqiyyətsizlik  üz  vermişsə  “Koroğlu”nun  öl-
məz  uvertürünə  qulaq  as,  saz  havalarını  dinlə,  sənə  yeni-
dən qalxıb irəli getmək həvəsi gələcək! 
Sənə elə gəlirsə ki, xalq səni başa düşmür, lazımınca 
qiymətləndirmir,  “Dədə  Qorqud”u  oxu,  nağıllarımızı  öy-
rən,  bayatılarımızı  əzbərlə,  xalq  arasına  çıx.  Onda  görə-
cəksən ki, sən ona borclusan, sən onu başa düşürsən, o da 
səni  qiymətləndirir.  Onda  görəcəksən  ki,  insan  səhv  etdi-
yinə də sevinərmiş.  
 
 
Fikir çalarlı duyğu 
 
                           
Zira ki, elmsiz şeir əsası yox divar olur 
                             Və əsassız divar qayətdə bietibar olur. 
   Füzuli 
 
Dünyagörüşünün, biliyin sənətkar üçün rolu çox bö-
yükdür.  Bu  böyüklüyü  inkar  edənlər  varmı?  –  deyə  soru-
şula bilər. Qəribə də olsa var. 
Sənəti  elmlə  qarşı-qarşıya  qoymaq,  biliyin  sənəti 
qurulaşdıracağını  zənn  etmək,  təbiət  elmlərinə  məktəb 
yaşlarından  marağın  olmamasını  sənətkar  üçün  ilkin  əla-
mətlərdən  biri  hesab  etmək  və  s.  kimi  qəribə  mülahizələr 
dünyagörüşün, biliyin sənətkar üçün böyük rolunun inkarı 
deyilmi? 
İnsan fəaliyyətinin elə bir sahəsi tapılmaz ki, sənətin 
ona  müsbət  təsiri  olmasın.  İnsanın  fikir  fəaliyyəti  sənətin 
ən çox təsir etdiyi sahələrdən biridir. İki min il bundan əv-
vəl  yaşamış  yunan  coğrafiyaşünası  Strabona  görə  “Poezi-
yanın  yaratdığı  heyrət  və  heyranlıq  onu  məmnuniyyətlə 
qavramağa məcbur edir. Buna görə də poeziya biliyə sevgi 


Elm və sənət   
 
- 127 - 
yaradan şirin bir dərmana çevrilir”. Ola bilsin ki, bu fikir 
Strabondan  da  qabaq  deyilmişdir.  Ancaq  mən  sənəti  elm 
baxımından  qiymətləndirdiyinə  görə  Strabona  istinad 
etdim.  
Zəmanəmizdə sənətin bu xüsusiyyətinə həmişə oldu-
ğundan daha çox ehtiyac vardır:  bilik  günü-gündən həyat 
üçün  daha  böyük  əhəmiyyət  kəsb  etməklə  yanaşı  mürək-
kəbləşərək, dərinləşərək kütləvi cazibəliyini, şirinliyini iti-
rir. Bir tərəfdən bu, bir tərəfdən də sənətimizdə bilik məsə-
ləsinə münasibətlə az-çox tanışlığım məni belə bir söhbətə 
cürətləndirdi.  
Söhbətdə  məqsəd  istedadlı  gənclərimizin  diqqətini 
indidən bu məsələyə cəlb etməkdir – biliksiz istedad sənət-
karlıq zirvəsinə  yüksələ bilməz. Dünyagörüşün təməli in-
sanın dünya ilə ilk tanışlığından başladığı halda onun zəif-
liyi yetkinlik yaşlarında, istedad fəaliyyətə başladıqda üzə 
çıxır.  
Dünyagörüşün, biliyin sənət və sənətkar üçün böyük 
rolunu  göstərmək  üçün  sənətkarlardan  danışmaq,  onların 
bu barədə fikirlərini təkrar etmək də olardı. Ancaq bu yol-
da oxucu suallarla az qarşılaşardı. Gerçəkliyə yaxınlaşmaq 
üçün  ən  yaxşı  yol  onun hansı  suallarla meydana gəldiyini 
və hansı sualları doğurduğunu izləmək, araşdırmaqdır.  
Haqıında  danışmağa  hazırlaşdığımız  qədim  həqiqət 
sadə səslənsə də çox mürəkkəb mahiyyətlidir.  
Bu bir sıra təsvir çətinliklərinə səbəb olur. Hər şey-
dən əvvəl mahiyyətini başa düşmək istədiyimiz anlayışları 
elə həmin anlayışlarla araşdırmaq – təhlil etmək məcburiy-
yətindən  tamam  uzaqlaşmaq  mümkün  deyil.  Belə  bir  və-
ziyyət almazı almazla cilalamağa oxşayır.  
Başqa bir psixoloji çətinlik belə məsələlərdən söhbət 
açarkən min il qabaq deyilmiş fikirləri bir az da pis təkrar 


Elm adamları elm haqqında 
 
- 128 - 
etmək qorxusudur. Sənət – bilik əlaqəsini öyrənmək üçün 
bir-birinin  müasiri  olan  sənətkarların  yaradıcılığının  mü-
qayisəli təhlili də bəsdir. Buna görə də hər yerdə, hər dövr-
də bu barədə kim isə, nə isə demişdir. Necə deyərlər, göy 
hər yerdə mavidir. Yeri gəlmişkən belə söhbətlərdə prinsi-
pial  mənası  olan  bir  çətinlik  üzərində  də  dayanmaq  istər-
dim. Nəyinsə dəqiq təsviri tələb  olunduqda siz onu fikri-
nizdə  az-çox  müstəqil  hissələrə  ayırıb,  bu  hissələrin  ayrı-
lıqda təsviri ilə yanaşı, onların arasındakı əlaqələri də gös-
tərməyə çalışırsınız.  
Mücərrəd  sistemlər,  həyat,  fikir  fəaliyyəti,  sənət  ki-
mi mürəkkəb mahiyyətli sahələr üzərində belə bir iş apar-
maq çox böyük çətinliklərlə bağlıdır. Bu məsələlərdə baş-
qa çətinliklər bir yana, hissələr arasındakı əlaqələr o qədər 
zəngin,  o  qədər  sıxdır  ki,  bu  hissələri  müstəqil  nəzərdən 
keçirdikdə özünü o qədər də haqlı bilmirsən. 
Sənət  əsərləri  xarici  aləmi  özünəməxsus  bir  tərzdə 
əks  edən,  fərdi  quruluşa  malik  beynin  yaradıcılıq  məhsu-
ludur. Bu iki iş  bir beyninkidir, proses bir beyində  gedir, 
həm  də  onun  ayrı-ayrı  yerlərində  yox,  hər  yerində  gedir. 
Bir  də  beyin  təkcə  bu  işlərlə  məşğul  olmur,  beyin  bütün 
psixoloji  damarların  oynandığı  yeganə  səhnədir.  Bu  da-
marların hamısı mürəkkəb şəkildə bir-biri ilə bağlıdır. Be-
lə bir halda, nəyi isə ayırıb qalanlarla az bağlı hesab etmək  
qabaqcadan yanılmağa ilk addım atmağa bərabərdir.  
Ancaq nə etmək olar?! Bütün bu çətinliklərdəndir ki, 
belə söhbətlərdə müəlliflər obrazlılığa əl atmalı olurlar. Bu 
heç  də  həmişə  yazıya  oxunaqlıq  vermək  arzusunun  nə-
ticəsi deyil, ənənəvi elm dilinin elmi üslubun belə hallarda 
imkansız olduğundan irəli gəlir. Öz-özlüyündə bu müsbət 
hadisədir; bir tərəfdən məsələyə cazibəlilik verir, digər tə-
rəfdən müxtəlif ifadə üslubları arasında körpü yaradır.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə