Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə35/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

Elm adamları elm haqqında 
 
- 116 - 
disədə  qanunauyğunluq  hiss  etməyiniz  və  bu  hissi  suala 
çevirə  bilməyiniz  onu  göstərir  ki,  beyninizin  imkanı  bu 
məsələ səviyyəsindədir. Lakin bu hələ o demək deyildir ki
siz  suala  cavab  tapa  bilərsiniz.  Təbiətdəki  şeylərin  hansı 
hissələrdən  ibarət  olması  məsələsini  insanlar  hələ  eramız-
dan  əvvəl  qoymuşlar.  Həmin  sualın  indiki  cavabını  2500 
ilə  yaxın  bir  vaxtda  axtarmışlar.  Hər  hansı  bir  sualın  indi 
və ya gələcəkdə həll olunub oluna bilməməsi öz-özlüyün-
də böyük elmi əhəmiyyətə malikdir. Eynşteyn ümumi nis-
bilik  nəzəriyyəsinin  həlli  üçün  30  il  vaxt  sərf  etdi,  lakin 
nəticə  gözlənildiyi  qədər  də  yaxşı  olmadı.  Buna  görə  də 
Eynşteynin  və  bir  çox  başqalarının  yazılarında  belə  fikrə 
tez-tez  rast  gəlirik:  “Elmin  əsas  qanunlarını  kəşf  etmək 
üçün  məntiqi  yol  yoxdur.  Yeganə  yol  fəhm  yoludur.  Bu 
yol  hiss  olunan  aləm  arxasındakı  qanunauyğunluğun  du-
yulmasına  əsaslanır”.  Bəzən  sadəlövhcəsinə  belə  hesab 
edirlər ki, elmi nəticələr toplanmış faktların ümumiləşmə-
sindən alınır. Nəticənin xəyali bir şəkli, oxşarı məlum de-
yilsə bu faktları necə toplamaq olar. Elmi nəticəni qabaq-
cadan hiss etməyin nə dərsi, nə də qaydası var.  
Məşhur  yaradıcılar  belə  hesab  edirlər  ki,  elmi  sual 
müəyyən edildikdən sonra, asan  yadda qalan bir şəklə sa-
lındıqdan  sonra  onun  cavabını  axtarmaqla  məşğul  olmaq 
lazımdır. Bu o demək deyildir ki, sual unudulur. Beyin öz 
işini görür. Həmin sualla azacıq əlaqəsi olan bir şeyə rast 
gələn  kimi  o,  yadınıza  düşür.  Günlərin  bir  günü  sizə  çaş-
dırıcı bir xoşbəxtlik gətirir – evrika! – gözünüzə ümidli bir 
yol  sataşır.  Ümidin  həqiqət  olduğunu  yoxlamaq  üçün  he-
sablama  aparmağa,  sınaq  qoymağa  çox  vaxt  cürət  çatmır. 
Bu  cürətsizlik  əsassız  deyil.  Axı,  bir  məsələni  həll  edib, 
sona çatdırınca necə gözəl ümidlərə rast gəlib, onların tez 
puça  çıxdığını  görürsünüz.  Yalnız  biliyə  güvənərək  belə 


Elm və sənət   
 
- 117 - 
bir  təhlükəli  səfərə  çıxıb,  tez  qocalmaqdan  başqa  nə  tapa 
bilərsiniz? Hələ o da yaxşı halda.  
Suala cavab tapmaq üçün beyni alt-üst edib onun ən 
gizli  döngələrini  axtarmaq  lazımdır.  Əslində,  bu  da  azdır. 
Axı, beyin qeydlər toplanmış qovluq deyil ki, siz onu adi 
qayda  ilə  alt-üst  edib  yoxlayasınız?  Çox  təəssüf  ki,  hələ 
biz  beyin  üzərində  oxşar  əməliyyatı  necə  aparmaq  lazım 
gəldiyini bilmirik. Ən ümidli yol beyində qaydalı, həm də 
qeyri-adi  fikir  axını  yaradılmasıdır.  Bu  axın  yüksək  dra-
matik – psixoloji gərginliyə malik söz sənəti, düşündürücü 
rəngkarlıq  və  musiqi  əsərləri,  kəskin  relyefli  yerlərə  sə-
yahət təsiri altında yarana bilər. Dostoyevskinin əsərlərin-
də  nə  nisbilik  nəzəriyyəsi,  nə  də  fizikanın  başqa  sahəsinə 
aid  bir  şey  tapıla  bilməz.  Lakin  orada  insan  beynində 
özündən  xəbərsiz  gizlənmiş  fikirləri  oyada  biləcək  bir 
qüvvə  vardır, cazibəli bir mürəkkəblik vardır. Alim vacib 
bir iş arxasınca gedirmiş kimi dağ cığırlarında dolaşırsa, o 
bütün varlığı ilə bir romanın və ya bir musiqinin təsiri al-
tında xəyala dalmışsa, sadəcə olaraq, öz suallarının, sorğu-
larının  arxasınca  gəzir.  Bir  də  az-çox  elmlə  tanış  olanlar 
bilirlər ki, təbiət yeni qanunauyğunluq, yeni qayda “yarat-
maqda”  həmişə  xəsisdir.  Təbiət  bir  qaydanı  mümkün  ol-
duğu  qədər  çox  yerdə  istifadə  edir.  Siz  muğam  dinləyər-
kən oradakı qaydalar silsiləsində aradığınız qaydanın əsas 
rəsmini tapa bilərsiniz. Beləliklə, kabinet sakitliyi diqqətin 
mərkəzləşməsi  məsələsinin  texniki  cəhətlərinin  həllində, 
ondan  məntiqi  nəticələr  çıxarıldıqda  və  görülmüş  işi  mə-
qalə şəklində tərtib etdikdə gərək olur.  
Yeniliyin  yaranmasını  fantaziyasız  təsəvvür  etmək 
mümkün  deyil.  Fantaziyasız  yenilik  axtarmaq  cəhdi  bil-
diklərimizi  yada  salmaqdan  ibarət  olardı.  Buna  görə  də 
məşhur  kimyaçı  Kekule  “Gəlin  xəyal  etməyi  öyrənək, 


Elm adamları elm haqqında 
 
- 118 - 
ağalar!”  –  deyə  dostlarına,  tələbələrinə  üz  tuturdu.  Axı, 
onu  benzolun  quruluşunu  açmağa  cəsarətli  fantaziya  gəti-
rib  çıxarmışdı.  Səhv  etmirəmsə,  Mendeleyev  fantaziyanı 
uçurum  üzərindən  körpü  salmaq  üçün  o  biri  sahilə  ip  at-
mağa  oxşadırdı.  Bu  həmişə  müvəffəqiyyətli  olmur.  Lakin 
başqa  yol da  yoxdur. Uçurum dibsizdir, dirəklər üzərində 
körpü  salmaq  mümkün  deyil.  Sənət  beyni  elastikləşdirir, 
onun belə uçurumlar üzərindən körpü qurmaq qabiliyyəti-
ni, Nyutonun dediyi cürətli fərziyyələr yaratmaq bacarığı-
nı möhkəmlədir.  
Müasir fizika üçün əyanilik anlayışı tamamilə başqa 
məna daşıyır – bir qədər adət  olunmuş mücərrədlik kimi. 
İstər fizikada, istərsə də riyaziyyatın mücərrəd sahələrində 
tapıntıların həqiqiliyini sınaq və ya analitik yolla tez yox-
lamaq  həmişə  mümkün  olmur.  Böyük  cürət  və  zəhmət 
tələb  edən  bu  iş  üçün  alınan  nəticəyə  etibar  edilməsi  çox 
vacibdir.  Zəmanəmizin məşhur alimlərindən biri olan Di-
rak  nəticənin  etibarlılığı  üçün  gözəlliyi  ən  əsas  əlamət 
hesab edir. Gözəl nəticənin doğru olmasını Dirak öz yaşın-
da az görməmişdir. O hətta hesab edir ki, sınaq gözəl nəti-
cəni  təsdiq  etmirsə,  sınağı  yoxlamaq  lazımdır.  Nəticə  tə-
biətin  doğru  qaydasını  əks  etdirirsə,  o  gözəl  olmalıdır. 
Əlbəttə,  bu  gözəlliyi  görmək  qabiliyyəti  hər  kəsə  qismət 
deyil.  
Öz  işini  sənətkarlığa  qədər  yüksəldə  bilmiş  bir 
dostumun  fikrincə,  xarici  aləmin  dərk  olunmasında,  dün-
yanın  öyrənilməsində  məsələni  qoyan  sənət,  həll  edən 
elmdir. Onun obrazlı ifadəsinə görə sənət təbiətin öyrənil-
məsində strategiya, elm isə taktikadır. Ola bilər ki,  bu fi-
kirlə  razılaşmayanlar  tapılsın.  Ancaq  mən  şübhə  etmirəm 
ki,  dostum  bir alim  kimi həmişə sənətin qarşıya  qoyduğu 
problemlərə qulluq edir.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə