Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə43/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

Elm və sənət   
 
- 141 - 
bilər. Yaşamaq  –  aləmlə məlumat  əlaqəsində olmaq baxı-
mından  hadisənin  hansı  məsafədə  olmasının  heç  bir  əhə-
miyyəti  yoxdur.  Dediyimiz  mənada  fiziki  yoxluqdan  da 
sonra yaşaya bilmək gələcəyi görməklə şərtlənir. Bu, intel-
lektlə daha çox əlaqəsi olan bir xüsusiyyətdir. İntellekt in-
san ömrünü yalnız özü üçün deyil, başqaları üçün də uza-
dan  əsas  xüsusiyyətlərdən  biridir.  Biz  “ölməz  sənətkar” 
ifadəsini  işlətdikdə  onlara  həmişə  ehtiyacı  olacağını  de-
mək istəyirik. İntellektin gücü hesabına “yaşamaq” anlayı-
şını belə başa düşənlər bütün zamanlarda olmuşlar. Lakin 
“yaşamaq”  anlayışına  belə  yanaşmağın  kütləviliyi  bizim 
zəmanəmiz  üçün  səciyyəvidir.  İnsanın  fiziki  ömür  sərhə-
dindən çıxmaq imkanı heç vaxt indiki qədər hüdudsuz ol-
mamışdır. O özünü təbii imkanların məhdudiyyətindən xi-
las edərək zamanda, məkanda sərhədsiz yaşamaq bacarığı 
qazanmışdır. Bu imkan hesabınadır ki, müasir insan müx-
təlif  dövrlərə  müxtəlif  tərəflərdən  birdən-birə  baxa  bilir, 
onları  müqayisə  edə  bilir.  Hər  şeydən  əvvəl  müasir  sə-
nətkar,  zəmanəmizin  bu  xüsusiyyətini,  müasirlərinin  belə 
bir  baxışını  nəzərə  almasa  necə  düşündürə  bilər,  necə 
inandıra bilər? 
Sənətkarın  aləmi  görə  bilməməsində  təbiət  elmləri-
nin rolunu klassik sənətkarların misalında göstərmək olar. 
Onların çoxunun ilk təhsili təbiətşünaslığın müxtəlif sahə-
lərindən idi və bəziləri üçün təbiətşünaslıq ikinci bir iş sa-
həsi olmuşdur. Qədim sənətkarlara gəldikdə isə çox zaman 
onların  alim  və  ya  şair  olduğunu  müəyyən  etməkdə  çə-
tinlik çəkirik. Əlbəttə, əksər hallarda həm alim – mütəfək-
kir, həm də şair idilər. Nizami, Xaqani, Füzuli, Ömər Xəy-
yam, Nəsimi sənətkarlıqlarından başqa, həm də öz dövrlə-
rinin elminə dərindən bələd olan alimlər idilər. Biz o dövr-
lərin  elmlərini  çox  vaxt  sənətkarların  əsərləri  vasitəsi  ilə 


Elm adamları elm haqqında 
 
- 142 - 
bərpa  edə  bilirik.  Başqa  sözlə,  o  dövrün  intellektual  hə-
yatını  onların  gözləri  ilə  görə  bilirik.  Onları  zəmanəmizə 
qədər  yaşadan  və  ölməz  edən  sənətkarlıqla  bərabər,  eyni 
zamanda, fikir yüksəkliyidir.  
Dünyagörüşünün  bütövlüyü,  xüsusilə,  qiymətlidir. 
Şiller  bunu  çox  gözəl  ifadə  etmişdir.  “Tamın  qırıntısına 
əbədi  bağlanmış  adam  özü  də  qırıntıya  çevrilir.  Hərəkətə 
gətirdiyi  təkərin  yekrəng  səsini  daima  eşidərək  insan  öz 
varlığının ahəngini inkişaf etdirə  bilməz... öz təbiətindəki 
insanlığın ifadəçisinə çevrilə bilər”. 
Sənətkarlar, dünyanı obrazlarla görən gözlərimizdir. 
Onların  fərdi  dünyalarında  gəzib,  dünyanın  müxtəlif  cə-
hətlərini, qatlarını görüb öz fərdi dünyamızı təkmilləşdiri-
rik. Onlar bizi fikir aləmində gəzdirərkən dünya bizə daha 
qaydalı,  daha  mürəkkəb,  daha  yaşamalı  görünür.  Bunun 
üçün sənətkar yaxşı görə bilməklə bərabər yaxşı da göstərə 
bilməlidir.  Sənətkar  bizə  dünyanın  obrazlı  təsviri  ilə  ya-
naşı,  bəlkə  də  ondan  daha  artıq  dünyanı  necə  görmək  la-
zım olduğunu öyrədir.   
Başqa  sözlə,  o  bizə  passiv  müşahidəçi  kimi  deyil, 
eyni imkanlı bir sənətkar kimi müraciət edir, dünyanı görə 
bilməkdə  özünə  qədər  yüksəltməyə  çalışır.  Həm  də  bizi 
həll olunmuş misallar, şablon şəkillər əsirliyinə salmadan, 
yaxşı  bir  müəllim  kimi  dünyanı  müstəqil  görmək,  bu  sə-
yahətə sərbəst çıxmaq cürəti verir.  
Sənət bu  yolda öz vəzifəsini ən çox semantik məlu-
mat  vasitəsilə  yerinə  yetirir.  Elə  bu  vəzifəni  yerinə  yeti-
rərkən  sənətkar  yenidən  dünyagörüşün  imkanı  ilə  hərəkət 
edir.  
Sənət  haqqında  elə  söhbət  varmı  ki,  orada  “təqlid” 
sözünə  rast  gəlinməsin.  İnsan  bütün  yaradıcılıq  işində  tə-
biəti  təqlid  edir  desək  yanılmarıq.  “İnsan  təbiəti  dərk  et-


Elm və sənət   
 
- 143 - 
mək, onu təqlid etmək üçün yaranmışdır” – deyən Siseron 
təqlidi yaradıcılığın məqsədinə qədər yüksəltmişdir. “Təq-
lid” sözü ətrafında gedən mübahisələrin bir səbəbi də onun 
çox ümumi anlayış olmasıdır. Bülbül səsini andıran bir tə-
ranə də, muğam da, təbiətdə hazır şəkildə tapılan bir mad-
dənin də, təbiətdə olmayan bir maddənin də laboratoriyada 
alınması təbiətin təqlididir. Lakin bu təqlidlər arasında bö-
yük fərq var. 
Gətirdiyimiz  misalların  bir  qismində  təqlid  olunan 
təbiətin  yaradıcılıq  məhsuludur.  Bir  qismində  isə  təbiətin 
yaradıcılıq  yolu  təqlid  olunur.  Sənətkar  təbiətin  özü  kimi 
işləməyə, yaratmağa çalışır. Birinci mənada, təqlid heç bir 
dövrdə sənətin məqsədi olmamışdır. Az və ya çox dərəcə-
də  təbiətin  yaradıcılıq məhsulları  sənətkar üçün  vasitə ro-
lunu oynamışdır. Elmi dildə  desək, sənət əsəri rəmz, göz, 
dil rolunu oynamışdır.  
Bu  münasibətlə  Götenin  bir  fikrini  yadınıza  salmaq 
istərdim. O deyir: “...ancaq ideyanın rəssamı sənətkardır”. 
Dahi  alman  şairi  özü  ideyanın  rəssamı  idi.  Faust,  Mefis-
tofel,  Marqarita,  Voqner  və  s.  kimi  obrazlar  mahiyyətin 
ifadəsi  üçün  bir  vasitəçi  rolunu  oynamışlar.  Böyük  sənət-
kar öz ideyalarının rəsmini bu boyalarla çəkmişdir. Təbiəti 
yüksək  səviyyədə  təqlid  etmək  üçün,  “ideyanın  rəssamı” 
olmaq  üçün  dünyagörüşünün  genişliyi  lazımdır.  Göte  hə-
yatı, yaradıcılığı və dünyagörüşü ilə buna ən yaxşı misal-
lardan biridir. Bir qayda olaraq istedadlar sənətkarlıq sirlə-
rinə  yiyələnməyə təbiəti və  böyük sənətkarları öyrənmək-
dən  başlayırlar.  Bəs  təbiət  və  sənətkarlar  necə  öyrənilmə-
lidirlər?  Bu  sualın  geniş  cavabı  məqsədimizdən  xeyli  kə-
nardır.  Ancaq  belə  bir  qısa  cavabla  kifayətlənək:  birinci 
növbədə, keçmiş və müasir sənətkarların yaradıcılıq yolu-
nun  ümumi  cəhətlərini  aşkar  etməliyik.  Rafael  və  ya  Fü-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə