Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə51/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   47   48   49   50   51   52   53   54   ...   92

Elm və dil   
 
- 167 - 
mək, görüb-götürmək, həm müəyyən bir ixtisas sahəsində 
biliklər əldə edərək, həm də elmi quruculuq sahəsində təc-
rübə toplayaraq, elmin təşkilatlanması modellərini mənim-
səyərək, elmlə həyat, elmlə dil, elmlə milli ruh arasındakı 
münasibətləri  saf-çürük  edərək  «qazandıqlarını»  vətəninə 
daşıyanları nəzərdə tuturuq.  
Oqtay  Sinanoğlu  –  25  yaşında  dünyanın  ən  məşhur 
universitetlərindən biri olan Yeel Universitetinin professo-
ru adını qazanmaqla «türkün silahı qələm deyil, qılıncdır» 
fikrinin  artıq  köhnəldiyini  və  bir  türk  gəncinin  elm  sahə-
sində  də  böyük  xariqələr  yaratmaq  iqtidarında  olduğunu 
sübuta  yetirdi.  Əlbəttə,  yeni  bir  elm  sahəsinin  təməlini 
qoymaq, Qərb elmi ictimaiyyəti tərəfindən qeyd-şərtsiz ta-
nınmaq və qəbul olmaq bir gəncin başını dumanlandıra da 
bilərdi, vətəni və milli kimliyi unutdura da bilərdi. Və əgər 
belə olsaydı, o artıq çoxdan Nobel mükafatı da almış olar-
dı. Lakin Oqtay Sinanoğlu kökündən ayrılmadı, şəxsi şöh-
rət dalınca qaçmadı, türk elminə və bütövlükdə Türkiyəyə 
xidmət  etmək  missiyasını  unutmadı.  Ola  bilsin  ki,  məhz 
buna  görə  də  Qərb  onu  bağrına  basmaqdan  imtina  etdi, 
çoxdan haqq etdiyi Nobel mükafatını da ona qıymadı. Ola 
bilsin ki, o, Türkiyədə böyük elm yaratmaq məqsədinə də 
hələ  gəlib  çata  bilməmişdir.  Lakin  o  öz  şəxsi  timsalında 
yandırdığı məşəllə sonrakı nəsillərə işıqlı yol açdı, nümu-
nə göstərdi.  
Oqtay  Sinanoğlu  türk  dilinin  tədrisinin  təkmilləşdi-
rilməsi, dilin “təmizlənməsi” sahəsində də xeyli işlər gör-
müş  və  gələcək  “şüurlu  nəslin”  (“conscious  generation”) 
yaranması yollarını araşdırmışdı. O, türk dilinin fəal təbli-
ğatçısıdır. Onun bir fikri çox ibrətamizdir: “Milli dil olma-
dan millətə təhsil vermək sui-qəsdə bərabərdir”.  


Elm adamları elm haqqında 
 
- 168 - 
Dünyada yeni qurulmağa başlayan molekulyar biolo-
giya  sahəsinin    əsasını  qoyanlardan  biri  olmuşdur.  Ame-
rika Milli Elmlər Akademiyasına üzv seçilmiş ilk və malə-
səf tək türkdür.  İki  dəfə  Nobel  mükafatına namizəd veril-
miş, dəfələrlə Nobel Akademiyasının istəyi ilə bu mükafat 
üçün namizədlər irəli sürmüşdür.  
O.Sinanoğlunu səciyyələndirən və milli elmi kadrlar 
üçün örnək ola biləcək  ən mühüm cəhət  onun Amerikada 
rahat  həyat  şəraiti  və  gözəl  elmi  yaradıcılıq  mühiti  olma-
sına  baxmayaraq,  öz  vətəni  üçün,  Türkiyədə    elmin  inki-
şafı üçün göstərdiyi səylərdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm və dil   
 
- 169 - 
 
 
 
 
 
 
 
 
Oqtay Sinanoğlu. “BYE-BYE” 
TÜRKCE

 
 
“Bye-bye” türk dili 
 
Yəqin  ki,  bizim  qədər  sürətli  və  tez-tez  dil  dəyişdi-
rən başqa bir millət olmayıb. Az qala, bir nəsildə Osmanlı 
dilindən  öztürkcəyə,  oradan  da  “Anglomanca”  adlandıra 
biləcəyimiz yeni qəribə bir dilə keçdik. Bu sonuncusu da-
ha inanılmaz bir sürətlə baş verdi. Əslində çox da təəccüb 
doğuracaq bir sürətlə baş vermədi. Bu öz-özünə baş verən 
bir proses deyildi. Əksinə, çox gözəl, planlı şəkildə həyata 
keçirilmiş  bir  işin  nəticəsi  idi.  Lakin,  hələ  bu  plan  ta-
mamlanmayıb və davamı var.  
Hər bir dildə elmin və texnikanın inkişafından yara-
nan  ehtiyacları  qarşılamaq  üçün  yeni  terminlər  yaratmaq 
lazım olur. Bu yaratma işini, çox vaxt dilçilər yox, həmin 
elmi və ya texniki məsələni kəşf edən elm adamları həyata 
keçirir.  Nəyə  görə?  Əlbəttə,  icadını  ilk  dəfə  yazarkən  və 
yaxud  izah  edərkən  yeni  məfhumların  adını  özü  qoymalı 
olduğu üçün. Əgər bu mövzu başqa bir dildə icad edilibsə, 
                                                 

  Oktay  Sinanoğlu.  Bir  Nev-York  Rüyası  “Bye-bye”  Türkce.  Otopsi, 
İstanbul. 1997. Türkcədən çevirən: Dr.Bəhram Həsənov). 


Elm adamları elm haqqında 
 
- 170 - 
onu  ilk  dəfə  öz  ölkəsində  təqdim  edərək,  tətbiq  edən  və 
onu  daha  da  inkişaf  etdirən  elm  adamı  gətirdiyi  bu  məf-
humları öz dilində adlandırmaqda məsuliyyət daşıyır. Ona 
görə də, elmin ön cərgələrində vuruşan, dünya elm meyda-
nında qurşaq tutmalı olan elm adamı lazımi  əcnəbi dil və 
ya dillər qədər öz dilinin strukturunu, söz və termin yarat-
ma qaydalarını çox yaxşı bilməlidir. Bu, bütün inkişaf et-
miş ölkələrdə  belədir. Amma,  əgər o elm adamı öz dilini 
bilməsə,  ölkəsinin  dilini  sevməsə  və  hətta  bəzi  keçmiş  və 
ya  yeni  tipli  müstəmləkələrdə  müşahidə  olunan  istismar 
edilmiş, naqislik kompleksinə qapılmış düşüncə ilə, öz di-
linə, mədəniyyətinə xor baxırsa, bax onda bu elm + könül 
adamında olmalı olan məsuliyyəti hiss etməz, hətta bir növ 
yad bir münasibət göstərərək əcnəbi sözləri istifadə etmək-
lə öyünür, lovğalanır, xalqının dilini məhv edərkən vicdanı 
belə sızlamır. ... 
 
 
Yaponlar o qarmaqarıĢıq yazıları ilə nələr etdilər 
 
Yapon Meici İslahatı bizdəki islahatdan 30 il sonra, 
1868-ci ildə başlamışdır. Bizim gəlib çıxdığımız yerlə, on-
ların gəlib çıxdıqları yer göz qabağındadır. Yaponlar hələ 
lap  əvvəldən,  “Qərb  texnologiyası,  Yapon  ruhu”,  sözünü 
özlərinə şüar etdilər (düzdür, bizdə də Ziya Göyalp, sonra 
isə Atatürk “türk mədəniyyəti içində müasirləşmək” şüarı-
nı irəli sürdülər. Lakin onlardan nə əvvəl, nə də sonra buna 
əməl olunmadı.) 1868-ci ildən etibarən bütün təhsilin Ya-
pon dilində verilməsinə böyük həssaslıq göstərildi. Elm və 
texnika  terminləri  daim  Yapon  dilində  yaradıldı.  Bu  gün 
Yaponiyada  “atom”,  “molekul”,  “elektrik”  kimi  terminlər 
belə Yapon dilindədir.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə