Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə52/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

Elm və dil   
 
- 171 - 
Yapon  dilinin  Ural-Altay  Dili  olduğu,  dolayısı  ilə 
türk dili ilə qohum dil olması təfərrüatlı şəkildə 1975-ci il-
də  isbat edilmişdir. 800-cü ildən sonra Çindən Uyğur tər-
zində  Buddizmin  Yaponiyaya  keçməsindən  sonra  Yapon 
dilinə çox sayda Çin sözü daxil olmuş, lakin yapon dilinin 
türk dilinə bənzəyən strukturu hakim olmuşdur. Yapon di-
linin dünya üzərindəki əhəmiyyəti artmağa davam edir. Bu 
gün  Qərb  ölkələrində  bir  çox  beynəlxalq  toplantılarda  in-
gilis, fransız, alman, ispan və italyan dili ilə  yanaşı yapon 
dilinə də tez-tez rast gəlmək mümkündür.  
 
 
Bəs biz? 
 
Bəs biz nə etdik? Osmanlı dövründə ziyalıların necə 
elm  və  texnologiya  terminləri  yaratdıqlarından  yuxarıda 
danışmışdıq.  Türkçülük  cərəyanlarından  sonra  yaranan 
Cümhuriyyətdə  dildəki  artıq  ərəb,  fars  sözləri  təmizləndi. 
Qərbdən yeni gələn məfhumlara lazım olan qarşılığın türk 
dilində yaradılması təbii idi. Onsuz da, yazının dəyişməsi, 
ərəb və fars dillərinin tədris olunmaması, İslam dünyasın-
dan  sıyrılıb  Atatürkdən  sonra  müasirləşmənin  avropalıya 
bənzəmə səyinə çevrilməsi ilə, əski türk dilini (Osmanlıca) 
bilənlər də çox az qalmışdı. Atatürk elm dilinin və təhsili-
nin türk dilində olması üçün böyük diqqət ayırmış, o dərə-
cəyə  qədər  ki,  hətta  1934-cü  ildə  bir  “Geometriya”  kitabı 
yazmışdır.  Bu  gün  istifadə  etdiyimiz  “üçgen”  (üçbucaq) 
kimi  terminləri  özü  yaratmışdı.  Əcnəbi  dilli  missioner 
məktəblərinə həvəs yaranmasın deyə, Türk təhsil dərnəyini 
və  onun  özəl  məktəbi  TED  Yenişehir  Liseyi  qurmuşdu. 
Şəxsən  mən  bu  məktəbdə  yetişmişəm.  Orada  əcnəbi  dil 
dərslərinə önəm verilir, lakin bu, bütün ağıllı ölkələrdə ol-


Elm adamları elm haqqında 
 
- 172 - 
duğu kimi  intensiv  əcnəbi  dil dərslərində həyata keçirilir-
di.  Bütün  fənlər,  o  cümlədən,  ədəbiyyat,  fəlsəfə  dərsləri 
tam türkcə idi. Bax, belə bir məqsədlə qurulmuş belə uğur 
qazanan  bir  məktəbə  1953-cü  ildə  ingilis-amerikan  qar-
mağı atıldı və dərslər ingilis dilinə çevrildi. Məktəbin adı 
dəyişdirilərək “Ankara kolleci” edildi. O vaxta qədər ölkə-
də  belə  missioner  tipli  bir  türk  məktəbi  yox  idi.  “Kollec” 
missioner məktəbi deməkdir. Açılan bu ingilis dəliyindən 
sonralar sel axmağa başladı. “Anadolu liseyləri” geniş ya-
yılmağa başladı və bu, əcnəbi dil öyrənməyin yeganə yolu 
kimi qələmə verildi. Gələcəyimizin təminatı olan Türk dili 
qalasında bu dəliyi açmağa müvəffəq olan Oxfordlu Mr. 
Browningi isə 20 il sonra İngiltərə kraliçası medalla təltif 
etdi. Mərasimdə iştirak edənlər, heç soruşmadılar ki, kiçik 
bir  məktəbdə  ingilis  dili  dərsi  deyən  sıravi  bir  müəllimə 
İngiltərə  kraliçası  niyə  medal  verir?  Bunun  arxasından 
OTDÜ  (Orta  doğu  teknik  universiteti)  gəldi...  Tamamən 
Amerikanca.  O  vaxtlar  hələ  bəhanə  lazım  idi.  Dedilər  ki, 
buraya  Yaxın  Şərqdən  tələbələr  gələcək  və  biz  bir  neçə 
tələbə üçün öz dilimizi qurban verə bilmərik. Halbuki, bü-
tün  ölkələrdə  əcnəbi  tələbələrə  təhsilvermə  fədakarlığı 
göstərilirsə, o tələbələrin təhsil aldığı ölkənin dilini öyrən-
mələri şərt kimi irəli sürülür və ölkənin mədəniyyətini se-
vən  tərəfdarlar  yetişdirilir.  Şübhəsiz  ki,  onların  irəli  sür-
dükləri bu arqument mərhələli fəth etmədə istifadə olunan 
müvəqqəti bir bəhanə idi. Belə ki, sonra arxa-arxaya gələn 
Boğaziçi,  Bilkent,  sonra  da  Koç  universiteti  üçün  artıq 
bəhanəyə  ehtiyac  hiss  edilmir.  Bunun  sonu,  çox  yox,  bir-
iki nəsil sonra türk dili “bye-bye” demək olacaq. Bu, türk 
dilinə, türk tarixinə, türk hegemoniyasına, türk dünyasına, 
müsəlman  ölkələr  öndərliyinə,  türkün  dünya  üzərindəki 
heysiyyətinə “bye-bye” deməkdir. Bəylər! Havaydan ibrət 


Elm və dil   
 
- 173 - 
alaq.  Türk  dilini,  dolayısı  ilə  türkün  gələcəyini  satanlar 
nəvələrinin miras sahibi olaraq rifah içində yaşayacaqları-
nı  zənn  edib  sevinməsinlər.  Havay  millətini  Amerikan 
missionerlərinə satan yerli əsilzadə, hətta onun prinslərinin 
nəvələri, bu gün Havayda hamballıq edirlər. Gedin bunları 
görün!  
 
 
Yenidən QurtuluĢ savaĢı: nədən baĢlayaq? 
 
Dilimizə  olan  son  hücumların  altında  yatan  şey  əc-
nəbi dil ilə təhsildir. Buna qarşı alınacaq çox tədbirlər var. 
Təcili tədbirlər aşağıdakılardır: 
1.
 
Əcnəbi  dilin  ancaq  əcnəbi  dildə  təhsil  ilə  mümkün 
olduğu haqqında səhv ictimai rəy yaradılmışdır. Məsələnin 
ciddiliyini dərk edənlər ətrafındakı hər kəsə, valideynlərə, 
pedaqoqlara və xalqa həqiqəti başa salsınlar. Hazırlıq sinfi 
anlayışının  başqa  ölkələrdə  olmadığını,  bunun  böyük  bir 
israfçılıq olduğunu hər kəsə bildirməlidirlər.  
2.
 
Hər hansı bir əcnəbi dilin, hansı ixtisaslarda faydalı 
olduğu,  hansı  formada  öyrənilməli  olduğu  müəyyənləşdi-
rilsin. Məsələn, turizmə rəhbərlik edənlərin və otel idarəçi-
lərinin  ingilis  dilindəki  fizika  və  riyaziyyat  terminlərini 
bilmələri zəruri deyil. Eyni zamanda, elm adamının da mə-
işət  səviyyəsindəki  ingilis  dilini  çox  yüksək  səviyyədə 
bilməsi lazım deyil və öz ixtisasının hüdudları çərçivəsin-
də  əcnəbi  dil  bilməsi  kafidir.  Əsas  bilməli  olduğu  şey  isə 
riyaziyyatdır. 
3.
 
İnsanlar,  yeni  seçilən nazirlər və s. təkcə  əcnəbi  dil 
bildikləri  üçün  mədh  edilməməli,  riyaziyyat,  kompüter 
proqramları, iqtisadiyyat, fəlsəfə, türk ləhcələri, mühəndis-
lik və s. bilik və qabiliyyətlərinə görə alqışlanmalıdır.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə