Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə54/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   50   51   52   53   54   55   56   57   ...   92

Elm adamları elm haqqında 
 
- 178 - 
başladılar.  Eyni  strategiyanı  əvvəlcə  ingilislər,  sonra  isə 
onların tarixi rolunu təhvil alan amerikalılar tətbiq etdilər. 
Elə bir təəssürat  yaradıldı ki, sanki artıq dünyanın dili in-
gilis dili olacaq, başqa dillərə ehtiyac qalmayacaq. Bu stra-
tegiya  dünyada  ən  çox  nədənsə  Türkiyədə  uğur  qazandı. 
Belə görünür ki, elə əsas “diqqət” də Türkiyəyə verilmişdi. 
Çünki,  türklər  bir  çox  imperiyalar  qurublar,  on  min  illik 
kökə, sanki riyazi bir struktura və əvəzsiz bir şəkildə özü-
nü  yeniləmə  gücünə  sahib  olan  bir  dilə,  dərin  bir  tarixə, 
mədəniyyətə və ənənəyə varis olublar. Min il islam dünya-
sının mərkəzi gücü, idarəçisi və himayəçisi olmuş, Məm-
lukilər  dövründə  gətirdikləri  dərin  Asiya  mədəniyyəti  ilə 
İslam sənəti, ədəbiyyatı, elmləri, fəlsəfəsi və texnologiya-
sına ən böyük töhfələri vermişlər. Türk və İslam düşməni 
olan, hələ də xaçlı səfəri mentalitetini davam etdirən təəs-
sübkeş qərblilər türklərin bu böyük töhfələrini əvvəlcə  İs-
lam dünyasında, sonra  Qərbdə və nəhayət Türkiyə  içində 
unutdurmaq və inkar etdirməklə işə başladılar. Sonra növ-
bə (düz 40 il əvvəl) tarixin, mədəniyyətin, milli hiss və bü-
tövlüyün və adət-ənənənin  yaşaması üçün əsas fundament 
olan Türk dilinin yox edilməsinə gəlib çatdı. Kağız üzərin-
də rəsmi dili Türk dili olan Türkiyənin təhsil dili tamamilə 
ingiliscə olmağa başladı.  
Bu  proseslər  əsnasında  Türkiyə  ciddi  bir  mənlik 
böhranı ilə üzləşdi, əhalisi parçalandı. Eyni millətin övlad-
ları müsəlmandır, avropalıdır yoxsa amerikalı? Millət çaş-
baş qaldı. Hətta eyni ailənin üzvləri arasında dərin mədəni 
fərqliliklər ortaya çıxdı.  
Türkiyə daxildən əriməyə davam edərkən son beş il-
də dünya səhnəsində böyük dəyişikliklər baş verdi. Türki-
yə  bu  dəyişikliklərlə  ayaqlaşmaq  əvəzinə  daxildəki  qarşı-
durmalarla,  korrupsiya  ilə,  iqtisadi  böhranlarla  məşğul 


Elm və dil   
 
- 179 - 
edildi.  Lakin  təhsil,  mədəniyyət,  dil  üzərində  oynanan 
oyunlar səssiz küysüz davam etdi. Halbuki bu illərdə digər 
ölkələr  özünün  milli  təhsilinə,  mədəniyyətinin  və  dilinin 
qorunmasına  və  inkişafına  təzədən  böyük  diqqət  ayırmış-
dı.  Artıq  rus  və  ingilis  dilinin  hakimiyyəti  zəifləmiş,  al-
man,  fransız,  ispan,  italyan,  yapon,  ərəb,  çin  və  s.  dillər 
yenidən  əhəmiyyət  qazanmağa  başlamışdı.  Polşa  polyak 
dilinə, Macarlar macar dilinə, koreyalılar da koreya dilinə 
çox  böyük  əhəmiyyət  verdilər.  Hətta  canlı  daşıyıcısı  qal-
mayan, ölü və yaxud yox olmaq üzrə olan dillər dirildildi. 
Məsələn,  İsrail  ibrani  dilini  yenidən  diriltdi,  onu  təhsil, 
hətta kompüter dili etdi. Əvvəllər mədəniyyətləri və dilləri 
ingilislər  tərəfindən  məhv  edilən  irlandiyalılar  özlərinin 
qədim  Qal    dilini  diriltməyə  çalışırlar.  Amerikanın  yerli-
ləri bir çox təzyiqlərlə üzləşsələr də yeni bir özünəqayıdış 
və dillərini xilas etmək üçün ciddi səylər göstərirlər. Bütün 
bunları  görəndə,  adam  türklərin  sanki  kütləvi  bir  şəkildə 
mənlik intiharı yarışına girmələrinə heyrət edir və dəhşətə 
qapılır.  
Yuxarıda Koreya, Polşa və s. ölkələr və onların nü-
munəvi  hərəkətlərindən  danışdıq.  Halbuki  bu  ölkələr  son 
yarım əsrdə bir növ yadellilərin işğalı altında idilər. Tarix-
də heç vaxt yayılmayan yapon dilinə günümüzdə amerika-
lılar və avropalılar canfəşanlıqla öyrənirlər. Yaponiya xa-
rici tələbələrə təqaüdlər ayırır və şərt kimi də yapon dilinin 
öyrənilməsini  irəli  sürür.  Türkiyə  isə  Orta  Asiyanın  türk 
ölkələrində  təcili  olaraq  müştərək  bir  türk  dili  yaratma 
fəaliyyətinə başlamaq yerinə, orada sanki ingilis-amerikan 
missioneri  kimi,  təəssüf  ki,  bir  çoxu  etdikləri  pisliklərin 
fərqində  belə  olmadan,  ingilis  dilli  təhsil  ocaqları  açırlar. 
Son  üç  dörd  ildir  ən  əsas  vəzifələri  o  ölkələrdəki  türklük 
şüurunu, mədəniyyətini (türk dili olmadan bunların olması 


Elm adamları elm haqqında 
 
- 180 - 
da mümkün deyil) yaşatmaq olan türk təşkilatları əvvəllər 
türkcə baş verənlərin hamısını ingilis dilində yazıb oradakı 
türklərə  paylayırlar.  1994-cü  ilin  yanvar  ayında  Vaşinq-
tonda keçirilən Amerikadakı türk alimləri təşkilatının top-
lantısı zamanı Orta Doğu Texniki Universiteti (OTDU) və 
Boğaziçi  Universiteti  mənsubları  başda  olmaqla  Türkiyə-
dən  gələn  bütün  çıxış  edənlər  –  hörmətli  Murad  Qarayal-
çından başqa hamı çıxışnı ingilis dilində etdi. Halbuki din-
ləyicilərin  hamısı  türk  idi.  İçəridəki  tək-tük  bir  iki 
Amerikalı  Türkiyə  mütəxəssisi  də  türk  dilini  çox  yaxşı 
bilirdilər.  Şəxsən  mən  utandım,  sıxıldım,  Hindistanda 
(hətta onlar da keçmiş hökmdarlarına indi lənət oxuyurlar 
və  necə  deyərlər,  bu  ingilis  bəlasından  xilas  olmağa 
çalışırlar) və ya Filippində olduğum hissə qapıldım. Mənə 
ən pis təsir edən isə, bir OTDU nümayəndəsinin türklərin 
qarşısında ingilis  dilində danışarkən açıq  bir şəkildə necə 
qürur duyduğunu görmək oldu.  
Yenidən qayıdaq öz mənliyini qoruyan ölkələrə. Son 
illərdə ən sürətli inkişaf edən və dünyanın mənzərəsini də-
yişdirəcək  keyfiyyətdə  olan  elm  və  texnologiya  sahələri 
molekulyar biologiya (Türkiyədə demək olar ki, bu sahədə 
tədqiqat yoxdu), kompüter və qlobal informasiya texnolo-
giyalarıdır.  Kompüterlə  dünyanın  hər  tərəfi  ilə  birbaşa 
əlaqə saxlamaq və informasiya mübadiləsi aparmaq müm-
kündür.  Bu,  ingilis  dilinin  beynəlxalq  bir  dilə  çevrilməsi 
cəhdlərinə  baxmayaraq  bir  çox  başqa  dillərin  yayılması 
üçün də vasitə rolunu oynayır. İnternetdə çox sayda alman, 
fransız, ispan, italyan, macar və s. dillərdə bülletenlər gör-
mək mümkündür.  
 
 
 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə