Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə57/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   53   54   55   56   57   58   59   60   ...   92

Elm adamları elm haqqında 
 
- 188 - 
xaricdə  təsadüfən  apardığı  o  tədqiqatın  ardını  Türkiyədə 
davam  etdirmək  cəhdidir.  Yəni  bu  mövzu  Türkiyədə  nə 
üçün tədqiq ediləcək? Bu heç kimi maraqlandırmır. Nəticə 
etibarilə, geri dönənlərin bəziləri bir neçə il burada müqa-
vimət  göstərdikdən  sonra  ya  yenidən  xaricə  qaçır,  qaça 
bilməyənlər isə bir müddət sonra buradakı sistemə uyğun-
laşırlar.  Əslində,  həqiqətən  də  Türkiyə  universitetlərində 
tədqiqat  aparmaq  hər  adamın  işi  deyil.  Çünki,  universitet 
müəllimlərindən  soruşanda  ki,  neçə  saat  dərsin  var?  De-
yirlər 40 saat. Deyəndə ki, bəs bu necə olur, heç orta mək-
təbdə bu qədər dərs yoxdu. Deyirlər ki, nə etmək olar, do-
lanmaq lazımdı, çox dərsə girəndə çox pul alırıq. Bəs təd-
qiqat  aparanların  vəziyyəti  necədir?  Tədqiqat  aparanlar 
üçün  çox  da  həvəsləndirici  amillər  yoxdur.  Belə  çıxır  ki, 
Türkiyədə əslində 70-cı illərdə bəzi universitetlərdə başla-
mış araşdırma ənənəsi zəifləmiş və sanki, universitetlər bir 
liseyə  çevrilmişdir.  Buna  baxmayaraq,  daxilində  elm  sev-
gisini  hiss  etmiş  və  hiss  edən  şəxslər  olduğu  üçün  onlar 
fövqəlbəşəri  bir  səylə  tədqiqat  aparmağa  davam  edirlər. 
Mən də Yıldız Teknik Universitetində müxtəlif kafedralar-
da belə insanlarla tanış oldum, çox məmnun oldum. Əslin-
də onları təbrik etmək lazımdır. Çünki, xaricdə tam təchiz 
olunmuş  bir  laboratoriyada  tədqiqat  aparmaq  normal  bir 
hal olsa da, bizim ölkədəki bu şəraitdə belə dəyərli tədqi-
qatlar aparan insanları həqiqətən də təqdir etmək lazımdır.  
Lakin  tədqiqat  təkcə  haradasa  nəşr  olunmaq,  elmlər 
doktoru  olmaq  və  s.  üçün  aparılmamalıdır.  İndi  dünyada 
tədqiq  edilməli  çox  məsələ  var.  Bütün  bəşəriyyət,  dünya-
nın bütün insanları yığılsa, hər bir fərd səfərbər olsa, bütün 
məsələləri tədqiq etməyə başlasalar və 100 il çalışsalar tə-
biətin  sirlərinin  neçə  faizini  üzə  çıxarda  bilərlər?  Heç  bir 
ölkənin  gücü  bütün  problemləri  tədqiq  etməyə  kifayət  et-


Elm və dil   
 
- 189 - 
məz.  Deməli,  bu  problemlərin  içindən  seçim  etmək  çox 
önəmlidir.  Nələr  araşdırılmalıdır?  Nə  üçün  araşdırılmalı-
dır?  Buna  görə  də,  hər  bir  ölkənin  öz  elm  siyasəti,  bir 
tədqiqat  siyasəti  var.  Bu  da  hər  şeydən  təcrid  olunmuş, 
müstəqil bir məsələ deyildir. Bu siyasət elm və texnologi-
ya, tədqiqat siyasəti, təhsil siyasəti, iqtisadi siyasət və xa-
rici siyasət bunlar hamısı bir-biri ilə sıx surətdə bağlı olan 
məsələlərdir.  Bunların  heç  biri  olmasa  araşdırma  siyasəti 
də olmaz. Soruşmaq lazımidir, 50 ildir Türkiyənin bir xa-
rici siyasət konsepsiyası  varmı? Türkiyənin xarici siyasəti 
Avropa  və  Amerikaya  yalvarmaqdan  ibarətdir,  başqa  bir 
xarici  siyasət  görmək  mümkün  deyil.  İqtisadi  siyasət  bu-
ranı  tamamilə  bir  bazar  yerinə  çevirməkdən  ibarət  olub. 
Təəssüf ki, getdikcə bu belə olur. Yəni indi hər tərəf Mak 
Donalds  və  Pizza  Hut  ilə  doludur.  Xarici  sərmayə  budur-
mu?  Bununlamı  dirçələcəyik?  Qısacası,  bu  məsələlər  ha-
mısı  bir-biri  ilə  bağlıdır,  əlaqəlidir.  Və  belə  bir  şəraitdə 
araşdırma aparanların işi həqiqətən də çətindir. Lakin çətin 
olmayan işin ləzzəti də olmaz. Asan işin nə ləzzəti olacaq? 
Xaricdən qayıdıb gəlib burada “o  yoxdur, bu  yoxdur” de-
yərək  şikayət  edənlərə  mən  həmişə  deyirəm  ki,  əsas  odur 
ki, bu şəraitdə nəsə edək. Və nəsə edəndə də bunu nə üçün 
etdiyimizi düşünməliyik. Dövlətimiz bunu düşünə bilmirsə 
heç  olmasa  biz  düşünək.  Nə  etmək  olar,  başqa  çarəmiz 
yoxdur. Aparılan tədqiqatların bu ölkəyə bir faydası olma-
lıdır. Xarici ölkələrə beş min tələbə, aspirant və s. göndəri-
lir, milyardlarla dollar sərf edilir. Təhsil nazirliyi və müx-
təlif  qurumlar  və  şəxslər  tərəfindən  bu  məqsədlə  xaricə 
göndərilən  valyutanın  miqdarının  nə  qədər  olduğu  dəqiq 
bilinmir.  Lakin  təxmini  bir  hesablama  aparılsa  bu  miqda-
rın milyardlarla dollar olduğu ortaya çıxar və məlum olar 
ki,  bu  miqdar  Türkiyədəki  bütün  universitetlərin  toplam 


Elm adamları elm haqqında 
 
- 190 - 
büdcəsindən çoxdur. Belə də təhsil sistemi olar? Bu təhsil 
sisteminin  məqsədi  nədir?  Mən  sizə  əsl  məqsədi  deyim: 
Burada açıq şəkildə ifadə edilməyən bir məqsəd vardır ki, 
o  da  xaricdəkilərin  təfəkkürünə  uyğun,  türk  dilindən  çox 
ingilis dilini bilən, onu sevən, burada gəlib türk gənclərinə 
türk dilində yox, ingilis dilində dərs keçməkdən başqa ayrı 
bir  bacarığı  olmayan  və  öz  mühitindən  təcrid  olunmuş 
insanlar yetişdirməkdir. Bu işdən Türkiyəyə xeyir gəlməz. 
Bəli,  bizdə  olmayan  bilik  və  bacarıqları  öyrənmək  üçün 
xaricə müəyyən sayda insan göndərmək olar. Amma onlar, 
yaponların etdiyi kimi müəyyən məqsədlərlə və göndərilən 
hər kəsə müəyyən vəzifələr verərək, əsas bir siyasətin his-
sələri kimi bir vəzifə ilə göndərilməli və o vəzifəni yerinə 
yetirmədən  geri  qayıtmamalıdırlar.  Bizdə  isə  belə  deyil. 
Təsadüfi  adamlar  gedir.  Yeganə  məqsəd  onların  qayıdıb 
burada  ingilis  dilində  dərs  keçmələridir.  Bu  gün  dünyada 
təhsil dilini tamamilə ləğv edib, təhsili ingilis dilində ver-
məyə  çalışan ikinci  bir ölkə tapmaq mümkün deyil. Müs-
təmləkə  ölkələrdə  belə,  yerli xalqın dili  ilə təhsil vermək, 
öz dilini və mədəniyyətini inkişaf etdirmək səyləri və siya-
səti günümüzdə olduqca artmışdır. Lakin Türkiyədə vəziy-
yət  tamam  başqa  cürdür.  Türkiyə  kimi  kütləvi  şəkildə 
mənlik,  şəxsiyyət  və  kimlik  intiharına  təşəbbüs  göstərən 
başqa  bir  cəmiyyət  tapmaq  mümkün  deyildir.  Və  təəssüf 
ki,  millətimiz  bunu  ara-sıra  bizim  kimi  Don  Kixotlardan 
eşitsə  də  hələ  ki,  vəziyyətin  ciddiliyini  hiss  edə  bilmir. 
Hara getdiyimizin fərqində deyilik. 
Bu məsələlərdə gənc tədqiqatçıların üzərinə çox bö-
yük  vəzifələr  düşür.  Bəli,  indi  də,  gələcəkdə  də  şəraitlə 
bağlı çox çətinliklər olacaq. Amma bu çətinliklər olmasa, 
bu işlərin də ləzzəti olmaz. Əslində belə çətin bir şəraitdə 
bu  qədər  problemlərlə  məşğul  olmaq  bizim  kimi  insanlar 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə