Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə58/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   54   55   56   57   58   59   60   61   ...   92

Elm və dil   
 
- 191 - 
və  gənc  tədqiqatçılar  üçün  böyük  bir  nemətdir.  Hər  şeyin 
oturuşduğu bir cəmiyyətdə çalışan insanlar, yəni gözəl iş-
ləyən  bir  sistem  içərisində  normal  vəzifələrini  yerinə  ye-
tirən  insanlar  bu  həyəcanı  hiss  edə  bilməzlər  və  bu  işdən 
xoşbəxtlik duya bilməzlər. Ona görə də, gəlin, bu cəmiy-
yətə layiq savada malik olan, konstruktiv, problemləri özü 
qoya bilən, başqalarından cavab dilənməyən, məsləhət di-
lənməyən  təfəkkür  sahiblərini  yetişdirmək  üçün  səfərbər 
olaq. 
 
 
 
Elm və dil

 
 
Dil  sosial  həyatın  ayrılmaz  tərkib  hissəsidir  və  onu 
ümumi  ictimai  tərəqqidən  kənarda  təsəvvür  edənlər,  dilin 
inkişaf potensialını yalnız onun öz hüdudları daxilində ax-
taranlar, – yanılırlar. Dil əməli fəaliyyət prosesində yaran-
mışdır  və  əmək  bölgüsü  nəticəsində  tarixən  dilin  özündə 
də  daxili  bölgü  getmiş,  adi  danışıq  dili zəminində  profes-
sional dil üslubları formalaşmağa başlamışdır. Bu üslublar, 
lazım gəldikdə müəyyən ixtisas sahəsinin tam spesifik dili 
olan simvolika sistemi ilə danışıq dili arasında körpü rolu-
nu oynayır. Məsələn, riyazi simvollarla ifadə olunmuş qa-
nun  müvafiq  terminlər  vasitəsilə  danışıq  dilində  də  ifadə 
oluna bilər. Lakin bu, artıq adi danışıq dili deyil, milli elmi 
dildir. Onun inkişafı bir tərəfdən elmin regional inkişaf sə-
viyyəsi,  digər  tərəfdən  də  milli  danışıq  dilinin  potensial 
imkanları  ilə  müəyyən  olunur.  Elm  inkişaf  etdikcə  daha 
çox  nisbi  müstəqillik  qazanan  elmi  dil,  dönüb  adi  danışıq 
                                                 

 S.Xəlilov. Elm və dil.- «Elm və həyat» jurnalı, 1991, № 9-10 


Elm adamları elm haqqında 
 
- 192 - 
dili ilə əks əlaqəyə girir, onun daha da zənginləşməsinə sə-
bəb  olur.  Sözlərin  mənaları  dəqiqləşir,  incə  mahiyyət  və 
məzmun fərqləri adi danışıqda da nəzərə alınır. 
Milli  dili  zənginləşdirən,  inkişaf  etdirən  ən  mühüm 
professional  dil  sahələrindən  biri  də,  hec  şübhəsiz,  bədii 
dildir.  Sözlər  obrazlaşır  və  bədii  obrazlar  sözə  çevrilərək 
milli  bədii  dilin  nisbi  müstəqilliyini  artırır.  Bu  sahədəki 
inkişaf  da  yenə  əks  əlaqə  vasitəsilə  adi  danışıq dilində  iz 
buraxır.  Beləliklə,  söz  ehtiyatı  bədii  ifadələr  və  elmi  ter-
minlər  hesabına  artır,  dilə  yeni  üslub  çalarları  əlavə 
olunur. 
Lakin biz dilimizin bu iki mühüm inkişaf mənbəyinə 
münasibətdə  açıq-aşkar  ayrı-seçkiliyə  yol  veririk.  Nəinki, 
ümumiyyətlə Azərbaycan bədii dilinin, hətta ayrı-ayrı  ya-
zıçıların bədii dil xüsusiyyətlərinin öyrənilməsinə dair xü-
susi  kitablar  yazıldığı  halda,  Azərbaycan  elmi  dili  təzə-
təzə  öyrənilir,  milli  fəlsəfi  dilimiz  isə  hələ  də  müstəqil 
tədqiqat  obyektinə  çevrilməmişdir.  Belə  vəziyyət  Azər-
baycan  dilinin  ahəngdar  inkişafına  mane  olur  və  habelə 
dilçilik elminə qeyri-sağlam mənəvi iqlim gətirir. Əsl mü-
təxəssislər  tərəfindən  araşdırılmamış  belə  "xam  sahə"nin 
olması  bəzən  elm  və  fəlsəfədən  baş  çıxarmayan  və  elmi 
tədqiqat  səriştəsi  olmayan  adamlar  tərəfindən  sui-istifadə 
olunur. Nə qədər ki, bu sahənin həqiqi elmi tədqiqinə baş-
lanmamışdır, nə qədər ki, ciddi daxili rəqabət yoxdur, dil-
çilikdəki bu boşluq, "ağ ləkə" diletantlar tərəfindən məha-
rətlə  istifadə  ediləcək,  hətta  onlara  dilçiliyin  yeni  sahələ-
rinin  pionerləri  adı  veriləcəkdir.  Halbuki,  bu  problem  də 
yalnız  dilçilik  problemi  deyil.  Bizcə,  alimlərimiz,  milli 
elmi-fəlsəfi  fikrin  bütün  təəssübkeşləri  bu  mühüm  sahəyə 
xüsusi diqqət yetirməlidirlər. 
Xüsusi  diqqət,  lap  elə  ilk  yaxınlaşmada,  bizi  etiraf 


Elm və dil   
 
- 193 - 
edilməsi  ağır olan iki faktla qarşılaşdıracaqdır. Biri budur 
ki,  elmi-fəlsəfi  dilimizin  xüsusiyyətlərini  öyrənmək  üçün 
tədqiqat obyekti, orijinal material yox dərəcəsindədir. Çox 
nadir və cüzi misallar tapmaq olar ki, hər hansı  yeni elmi 
ideya,  nəzəriyyə  həyata  vəsiqəni  bizim  dildə  almış  olsun. 
Orijinal fəlsəfi tədqiqatlar da həmçinin. 
Deməli, Azərbaycan elmi-fəlsəfi dilini öyrənmək is-
təyən tədqiqatçılar əslində nə isə başqa bir şey – özgə dil-
lərdə  yaranmış elmi biliklərin bizim dilə tərcüməsinin xü-
susiyyətlərini  öyrənmiş  olurlar.  Milli  elmi  və  fəlsəfi  dilin 
təfəkkürlə üzvi vəhdətdə inkişaf etməməsi, dilimizin bu is-
tiqamətdə inkişafının ləngiməsi, ümumən milli ədəbi dilin 
strukturuna təsir göstərir, onun daxili ahəngi pozulur. Bü-
tün xalqların milli ədəbi dili adi danışıq dili zəminində bə-
dii,  fəlsəfi  və  elmi  üslubun,  habelə  digər  professional  dil 
üslublarının (məsələn, idarə dili, konkret təsərrüfat sahələ-
ri ilə bağlı ixtisas dilləri və s.) təsiri ilə formalaşır. Müasir 
Azərbaycan ədəbi dili isə daha çox dərəcədə bədii dilə ar-
xalandığından  və  məhz  bu  istiqamətdə  "düz  yola"  çıxdı-
ğından, hələ də özünə cığır aça bilməyən elmi dilə bir növ 
yuxarıdan aşağı baxır, onu yaxına buraxmır. Artıq birtərəf-
li surətdə  formalaşmış  olan  ədəbi  dilimizin  özünümüdafiə 
instinkti  işə  düşmüş  və  vaxtında  bu  sistemə  daxil  ola 
bilməmiş  professional  dillərə,  dil  üslublarına  ögey  müna-
sibət yaranmışdır. 
Elmi dil, idarə dili və s. nisbi müstəqillik səviyyəsi-
nə  qalxa  bilmədiyindən,  öz  təsir  imkanlarına  görə  bədii 
dillə  rəqabət  apara  bilmir.  Nəticədə  dil  üçün  olduqca  zi-
yanlı bir proses başlanır. Hazırkı  səviyyəsindən  müştəbeh 
olan  ədəbi  dil  özünün  gələcək  inkişafı  üçün  təminat  verə 
biləcək  professional  dillərin  nisbi  müstəqilliyini  əlindən 
alır, müxtəlif daxili dil  üslubları arasında rəqabət itir,  ya-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə