Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə56/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   52   53   54   55   56   57   58   59   ...   92

Elm və dil   
 
- 185 - 
4.
 
Gənclərimizin və onların valideynlərinin fikri zikri xa-
rici ölkələrə getmək, xaricdə oxumaq və uşaqlarını xa-
ricdə  oxutmaq  olmamalıdır.  Bugünkü  ən  böyük  uğur 
əldə  edən  biznesmenlərimiz  təhsil  dili  o zaman  tama-
milə türkcə olan İstanbul Texniki Universitetində yeti-
şiblər.  Bizim  nəsil  orta  məktəbdə  oxuyanda  ən  çox 
arzu etdiyimiz şey bu universitetə qəbul oluna bilmək 
idi.  İndi  isə  hamı  təhsil  üçün  xarici  ölkəyə  getməyə, 
buna da gücü çatmasa, təhsil dili ingiliscə olduğu üçün 
Orta Doğu Texniki Universitetinə və ya Boğaziçi uni-
versitetinə girməyə çalışır. Gənclərin bir ildən artıq xa-
rici dil üçün hazırlıq sinfi oxumaları da başqa ölkələr-
də  rast  gəlinməyən  vaxt  itkisidir.  Bir  il  artıq  oxumaq 
lazımdırsa hamı bu bir ili riyaziyyat oxusun. Bax, onda 
o biri dövlətlərdən də qabağa keçərik və bilik  yığının-
dan ibarət tələbələr yetişdirmərik. Dövlətin və ayrı-ayrı 
şəxslərin xaricdə  təhsilə  sərf  etdiyi  valyutanın  ümumi 
miqdarı  müəyyənləşdirilməli  və  milyardlarla  dollara 
çatan bu imkanın heç olmasa bir hissəsi dərhal mövcud 
universitetlərin  sağlam  və  araşdırma  ruhuna  əsaslanan 
bir vəziyyətə gətirilməsinə ayrılmalıdır. Xarici ölkələrə 
isə ancaq ölkəmizin məqsəd və hədəfləri istiqamətində
diqqətlə  seçilmiş  sahələrdə,  məsələn  bizdə  heç  olma-
yan fənlər üzrə aspirantlar və aspirantlıqdan sonra ixti-
saslaşmaq üçün şəxslər göndərilməlidir.  
5.
 
İstər  orta  təhsildə,  istərsə  də  ali  təhsildə  gənclərimiz 
həm  Qərb, həm  də Asiya mədəniyyəti, tarixi  və fəlsə-
fəsini öyrənməlidirlər. Dekartı  bilən lakin Qəzali haq-
qında  heç  nə  eşitməmiş  bir  türk  gənci  təsəvvür  edilə 
bilməz.  
6.
 
Bu  universitetlərimizdə  və  tədqiqat  institutlarımızda 
milli  hədəflərə  yönələn  tədqiqatlar  aparılmalı,  mole-


Elm adamları elm haqqında 
 
- 186 - 
kulyar  biologiya,  kompüter  və  s.  sahələrdə  ciddi  irəli-
ləyişlər əldə edilməlidir.  
7.
 
Məktəblərdə və universitetlərdə türk dünyasını, müqa-
yisəli  türk  dillərini,  türk  ölkələrinin  ədəbiyyatını,  tari-
xini,  ictimai  strukturunu  və  coğrafiyasını  əhatə  edən 
dərslər  tədris  olunmalıdır.  Yay  aylarında  şagird  və  tə-
ləbələrin  o  ölkələrə  səyahətləri  təşkil  olunmalı,  tələbə 
və müəllim mübadiləsi aparılmalıdır.  
8.
 
Təhsil  sistemimiz  vətənini,  millətini  və  insanı  sevən, 
tarixini, mədəniyyətini  türk  dilini  yaxşı  bilən,  Asiyanı 
da tanıyan, istər Avropa dillərini, istərsə də ərəb, fars, 
urdu, hind, yapon çin dili olsun, bir xarici dili seçəcəyi 
peşəyə  görə  kifayət  dərəcədə  bilən,  öz  mənliyini  itir-
mədən hər  yerdən hər  yeniliyi öyrənə biləcək, özünün 
və  xalqının  maddi  və  mənəvi  rifahına  töhfə  verə  bilə-
cək, müəyyən bir qabiliyyət və bacarığa sahib olan in-
sanlar yetişdirməlidir.  
Gəlin bu səfərbərlikdə birlikdə iştirak edək.  
 
 
 
Elm, elm siyasəti və universitetlər 
 
Universitetin vəzifəsi təhsil və tədqiqatdır. Universi-
tetdə təhsilə, yoxsa tədqiqata daha çox əhəmiyyət verilmə-
lidir və hansına, nəyə görə daha çox əhəmiyyət verilməli-
dir? Bu məsələ təkcə bizim ölkəmizdə yox, başqa ölkələr-
də də tez-tez müzakirə mövzusu olur. Əslində isə təhsil və 
tədqiqat bir-biri ilə sıx surətdə bağlı olmalı və bir-birini ta-
mamlamalıdır. Çünki, ən yaxşı öyrənmə üsulu bir şeyi tət-
biq  edərək  öyrənməkdir.  Kimisə  dinləyərək,  dinlədiyin 
adam  əllamə  olsa  belə,  bir  müəllimi  dinləyərək  çox  şey 


Elm və dil   
 
- 187 - 
öyrənmək  mümkün  deyil.  Müəllim  sadəcə  olaraq  bəzi 
yollar  göstərə  bilər.  Əsl  öyrənmə  isə  bundan  sonra,  yəni 
insanın  özünün  yeni  problemlər  qoyması,  problemdəki 
həlledici  məqamları  görərək  bu  problem  haqqında  ağlını 
işlətməsi, problemləri həll edərək o məsələni mənimsəmə-
si  nəticəsində  reallaşır.  Bu,  hələ  tədqiqatın  başlanğıcıdır. 
Tədqiqat  aparmayan  və  başqasının  tədqiqatına  rəhbərlik 
etməyən  müəllimin  nəticədə  bir  CD-dən  fərqi  qalmaz, 
özünü  yeniləyə  bilməz  və  həvəsi  qalmaz.  Müəllimdə  hə-
vəsin olması üçün yeni elmi yaradıcılıq fəaliyyəti ilə məş-
ğul  olması,  bu  fəaliyyətin  verdiyi  həvəs  və  həyəcanı  hiss 
etməsi lazımdır ki, o həvəs və həyəcanı gənclərə də aşılaya 
bilsin.  
Bu tədqiqat deyilən şey nədir? Biz indi tərəçiyə tərə 
satacağıq.  Tədqiqat...  İndi  hamı  tədqiqatçıdır.  Türkiyədə 
tədqiqat  1962-ci  ildən  bəri  TÜBİTAK  qurulandan  bəri 
aparılır.  Kimlərsə  aspirantura  təhsili  üçün  və  yaxud  aspi-
ranturadan sonra bir tədqiqat üçün xarici bir ölkəyə gedir. 
Niyə gedir? Hansı mövzunu öyrənəcək? Qayıdıb Türkiyə-
yə nə fayda verəcək? Bunu heç düşünən yoxdu. Təsadüfən 
hansı  ölkəyə  getməyə  imkan  tapsa  ora  gedir.  Getdiyi  yer 
haqqında ona heç bir məlumat verilmir. Nə o ölkəni, nə də 
o ölkədə getdiyi yeri tanıyır. Getdiyi ixtisas sahəsindəki ən 
vacib alimləri və yaxud o sahədə faydalı araşdırmalar apa-
ran tədqiqatçıları da tanımır. O universitetə gedir və orada 
kim onu yanına qəbul etsə onun yanında bir tədqiqata baş-
layır.  Yəni,  başqasının  tədqiqatında  köməkçi  kimi  iştirak 
edir. Təsadüfən bir mövzuda bir-iki yazısı çıxır, bir nami-
zədlik dərəcəsi alır və Türkiyəyə qayıdır. Qayıdıb Türkiyə 
universitetlərində işə başlayanlar əvvəlcə giley-güzar edir-
lər:  biz  burada  necə  araşdırma  aparaq,  o  yoxdu,  bu  yox-
du... yaxşı, niyə yoxdu? Əvvəla, onların etmək istədiyi şey 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə