Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə55/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   51   52   53   54   55   56   57   58   ...   92

Elm və dil   
 
- 181 - 
 
 
Necə bir Türkiyə mümkündür? 
 
İnsanın  və  cəmiyyətin  səadəti  təkcə  maddi  rifaha 
əsaslanmır. Qərb dünyası maddi rifahı ilə yüksək səviyyə-
də  olsa  da,  bir-birindən  qopmuş,  könülləri  qurumuş  çox 
sayda  bədbəxt  insanlarla  doludur.  Bizə  aşılanmaq  istənən 
də  budur.  İnsanların  səadəti  maddi  və  mənəvi  zənginliyin 
eyni  anda  mövcud  olması  ilə  mümkündür.  Bu,  Mövlana-
nın “Məsnəvi”sindəki bir hekayə ilə çox gözəl ifadə edil-
mişdir.  Babalarımız  mənəvi  elmlərdə  bugünkü  Qərbdən 
çox  qabaqda  olublar.  Bizdə  bir  alimin  həqiqi  bir  alim  ola 
bilməsi  üçün  həm  maddi,  dünyəvi,  həm  də  mənəvi,  yəni 
daxili  aləmin  elmlərinə  vaqif  olması  vacib  hesab  edilirdi. 
Maddi  elmlər  fizika,  kimya  formulları  bir  şeyin  necə  for-
malaşdığını  göstərir,  lakin  nə  edilməli  olduğu  haqqında 
heç nə demir.  
Nəyi seçmək insanın və millətlərin mədəniyyətlərin-
dən, mənəvi aləmlərindən asılıdır. Mənəvi və insanlıq yö-
nü zəif olanların məşğul olduqları elm və texnoloji inkişaf 
çox  vaxt  bəşəriyyətin  əleyhinə  istifadə  edilir.  Məsələn  te-
levizoru götürək. Bu gözəl texniki vasitə ilə insanların təh-
sil  səviyyəsinin,  mədəni  və  mənəvi  zənginliklərinin  yük-
sək  səviyyədə  inkişaf  etdirilməsi  mümkün  olduğu  halda, 
bu  gün  bir  çox  kanallar,  məsələn  Amerika  televiziya  ka-
nalları  insanlara  vəhşilik,  dələduzluq,  əxlaqsızlıq  öyrədir, 
insanları öz düşüncəsi olmayan bir qoyun sürüsünə çevirir.  
Biz həm Asiyayıq, həm Avropa, həm də Yaxın Şərq. 
Söhbət coğrafi mövqeyimizin bizə bəxş etdiyi mədəniyyət 
və  mənəviyyat  zənginliyindən  gedir.  Şərqin  mənəvi  zən-
ginliyi və insan anlayışı ilə Qərbin maddiyatı arasında kör-


Elm adamları elm haqqında 
 
- 182 - 
pü  qura  biləcək  bizdən  daha  münasib  bir  millət  yoxdur. 
Dəhşətli  bir  naqislik  kompleksi  ilə  xaçlı  səfəri  mentalite-
tindən  xilas  ola  bilməyən  Avropaya  yalvara-yalvara  qal-
maqdansa Asiyalı olmağımızdan qürur duyaraq tarixi mə-
nəvi  zənginliklərimizlə  maddiyatı  ən  yeni  qabiliyyətlərlə 
insanı  əzmə  və  istismar  etmək  üçün  yox,  insanın  yüksəl-
məsinə,  səadətinə,  qardaşlıq  duyğusuna  və  rahatlığa 
qovuşması  üçün  istifadə  edən  bir  millət  olmalıyıq.  Necə 
ki, əsrlərcə olmuşuq.  
Son  vaxtlar  Qərbin  keçirdiyi  mənəvi  böhran  onun 
başqaları ilə olan davranışlarında da özünü göstərir və bə-
sit mədəniyyət maskası altında Qərbin nə dərəcədə qəddar, 
eqoist  və  barbar  olduğunu  nümayiş  etdirir.  Demokratiya, 
BMT, insan haqları Qərbin sadəcə öz çirkin əməlləri üçün 
istifadə etdiyi örtük və maskadan ibarətdir.  
Türkiyə həm Qərb üçün, həm də Şərq üçün insanlıq 
nümunəsi  olan  bir  ölkə  ola  bilər.  Bir  millət  zülmə  məruz 
qalırsa türkü öz yanında, sülh yaradılmasına çalışan, vasi-
təçilik  edən,  bütün  beynəlxalq  təşkilatlarda  öz  səsini  eşit-
dirən, insanlığa dəvət edən ən fəal bir sülhpərvər kimi gör-
məlidir.   
Gələcəyin  Türkiyəsi  yeni  bir  Yapon  möcüzəsi  ola-
caq, elmdə, texnikada  ən ön cərgədəki  yenilikləri ilə həm 
özünə, həm də bəşəriyyətə faydalı bir şəkildə çalışacaqdır. 
Türk  gənci  həm  öz  tarixini,  dilini,  ədəbiyyatını,  həm  də 
xarici  aləmi,  texnologiyanı  biləcəkdir.  Türk  nə  başqaları 
tərəfindən  xor  görüləcək,  nə  də  öz  mənliyindən  vaz  ke-
çəcəkdir.  
Türk, Asiya ölkələri və İslam dünyası ilə öz arasında 
yaradılan  soyuqluğu,  hətta  düşmənçilik  hisslərini  yox  et-
məli və müxtəlif ölkələrlə mədəniyyət, təhsil, elm və həm-
rəylik münasibətlərini inkişaf etdirməlidir. Yeni Şərqi Av-


Elm və dil   
 
- 183 - 
ropa  ölkələri  ilə,  Yaxın  Şərq  və  Asiya  ölkələri  ilə,  hətta 
Afrika və  Cənubi  Amerika ilə  tamamilə  yeni  əlaqələr qu-
racağıq. Köhnə dostlar, düşmənlər hamısı bizim insanlığı-
mızın  və  qabiliyyətlərimizin  həsrətində  olacaqlar  və  biz-
dən nümunə götürəcəklər.  
Orta Asiya Türk dövlətləri ilə sıx mədəniyyət, təhsil, 
texnologiya,  ticarət  münasibətləri  qurulacaq  və  siyasi  bir 
məqsəd güdmədən aramızdakı  qopmuş qardaşlıq əlaqələri 
möhkəmləndiriləcək, gömrük, pasport, viza maneələri ləğv 
ediləcək və əsl bir türk dünyası yaradılacaqdır.  
Türk gənci,  həm  köhnə,  həm  də  yeni  Türkiyəni  çox 
yaxşı tanıyacaq, hər peşədə, hər sahədə gözəl və daim in-
kişaf edən Türk dilini istifadə edərkən hər kəlmənin bir bal 
damlası kimi dadını ağzında hiss edəcək. Türk dilini dün-
yanın qardaşlıq və insan sevgisi dilinə çevirəcəkdir.  
Səlcuqlu babalarımızın dövründə olduğu kimi, təhsil 
müəssisələrimizə  dünyanın  hər  tərəfindən  xarici  müəllim-
lər gələcək, Türk dilində təkcə ən yeni elm və texnologiya-
nı yox, insanlığı da öyrənib öz ölkələrinə dönəcəklər.  
Türkiyəyə  gələn  xarici  turistlər  təkcə  Roma,  Bizans 
və  ilk  dövr  Xristian  xarabalıqlarını  yox,  Səlcuq,  Osmanlı 
əsərlərini də görəcək, karvansaralarda türk qonaqpərvərli-
yini  dadacaq,  yenidən  canlanan  gözəl  ənənə  və  həyat  tər-
zimizin həsrətində olacaqlar.  
Qısa bir vaxtda belə bir Türkiyə formalaşdıra bilərik.  
 
 
 
Necə bir təhsil? 
 
Təhsilin məqsədi nədir? İnsanın aid olduğu cəmiyyət 
üçün  və  özü  üçün  dəyər  yarada  biləcək  səviyyəyə  gətiril-


Elm adamları elm haqqında 
 
- 184 - 
məsi. Təhsil eyni zamanda bir ölkənin, millətin keçmişi ilə 
gələcəyi  arasında  bir  körpü  olma  vəzifəsini  üzərinə  götü-
rür.  Təhsil  bir  tərəfdən  insani,  mənəvi,  mədəni  dəyərlər 
verir,  insanın  özünə  inam  hissini  artırır,  digər  tərəfdən  də 
ona  elm  və  texniki  qabiliyyətlər  verir.    Yoxsa  təhsilin 
məqsədi son qırx ildə bizdə olduğu kimi fərdi millətindən, 
dilindən, tarixindən, milli mədəniyyətindən qoparmaq, onu 
cəmiyyətə, adət-ənənəsinə, keçmişinə  yadlaşdırmaq deyil-
dir. Təhsilin məqsədi qərbləşmə də deyildir. Elm və texni-
kada ən qabaqda yer almaqdır. Artıq elm və texnika Uzaq 
Şərqdədir. Ona görə indi biz bunun adına şərqləşməmi de-
yəciyik?  Türkiyə  elm  və  texnika  bəhanəsi  ilə  Qərb  mis-
sionerliyi oyununa cəlb edilmişdir.  
1.
 
Türk  təhsil  səviyyəsinin  təhsil  dili  hər  sahədə,  hər  sə-
viyyədə  türkcə  olmalıdır.  Bu  ifrat  bir  görüş  və  yaxud 
arzu deyil. Müstəmləkə ruhuna bürünməmiş  hər ölkə-
nin təhsil dili, öz rəsmi dilidir.  
2.
 
Peşə sahəsinin tələblərinə uyğun olaraq müxtəlif xarici 
dillər, ayrıca xüsusi və sürətli metodlarla yaxşı öyrədil-
məlidir.  Bu  problem  hətta  xüsusi  yay  kursları  ilə  də 
həll edilə bilər.  
3.
 
Əzbərçi, şablonçu yox, araşdırıcı ruhda gənclər yetişti-
rilməlidir.  Universitetlərdə  həvəsləndirməyə  yox,  hə-
qiqi mənada tədqiqata önəm verilməlidir. Bu tədqiqat-
lar  xarici  siyasətdə,  iqtisadiyyatda,  elm  və  texnologi-
yada,  tarixdə  və  istənilən  digər  sahələrdə  dövlətə,  hö-
kumətə,  orduya  və  millətə  yol  göstərməli  və  məlumat 
verməlidir.  Universitet,  dövlət  və  sənaye  arasında  sıx 
əlaqələr və həmrəylik qurulmalıdır. Bilik əldə etməkdə 
mənliyindən vaz keçmədən alimlər hər cür beynəlxalq 
elm münasibətlərindən faydalanacaqlar.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə