Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə53/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

Elm adamları elm haqqında 
 
- 174 - 
4.
 
Hüquqşünaslarımız  əcnəbi  dillə  təhsilin  konstitusi-
yaya zidd olması baxımından lazımi instansiyalara xəbər-
darlıq  etməli,  hətta  toplu  şəkildə  cinayət  işləri  açmalıdır-
lar.  
5.
 
Bütün orta və ali təhsil müəssisələrində əcnəbi dildə 
təhsil  dövlət  tərəfindən  qadağan  edilməlidir.  Hətta  xarici 
missioner məktəblərində belə, təhsilin dili tamamilə türkcə 
olmalı, əcnəbilər bu məktəblərdə ayrıca xarici dil dərsində 
intensiv,  yeni  və  sürətli  əcnəbi  dil  öyrənmə  metodları  ilə 
fayda verməlidirlər. Əgər bu dəyişikliyə razı olmasalar, əsl 
məqsədləri  aydın  olacaq.  Bütün  özəl  və  ya  dövlət  təhsil 
müəssisələrində əcnəbi dillər ayrıca, yeni metodlarla tədris 
olunmalı,  yay  kursları  açılmalı,  ictimai  rəy  formalaşdırıl-
malı,  hazırlıq  sinfi  anlayışı  tamamilə  ləğv  edilməlidir. 
Əgər dövlətin bir-iki il artıq təhsil vermək imkanı varsa və 
mütləq  başqa  ölkələrdən  daha  çox  təhsil  verilmək  istə-
nilirsə,  hazırlıq  dövründə  hər  tələbə,  ixtisasından  asılı  ol-
mayaraq,  riyaziyyat,  kompüter  və  proqramlaşdırmanı  öy-
rənməlidir.  Bax,  onda  başqa  ölkələrdən  geridə  yox,  öndə 
olarıq. Çünki, hazırda öyrədilən ingilis dili “rock and roll” 
dilidir. Əsl elm dili isə riyaziyyatdır.  
6.
 
Partiyasından və siyasi  görüşündən asılı  olmayaraq, 
iqtidarda  olan  hökumətlər  Türkiyə,  Türk  dünyası  və  türk 
xalqının  əbədiliyini  və  maraqlarını  birinci  planda  dəyər-
ləndirməli  və  bu  mənada  milliliyə  önəm  verməlidirlər. 
Türkiyə  və  Türk  dünyasının  ən  əsas  problemi  olan  təhsil 
və  təhsilin  dili  məsələsidir  və  bu  məsələlərə  diqqətlə  ya-
naşmayan,  qəti  tədbirlər  görmək  istəməyən  bir  iqtidar, 
təmsilçilərinin nitqlərindən və xarici görünüşlərindən asılı 
olmayaraq milli ola bilməz.  
 


Elm və dil   
 
- 175 - 
 
 
 
 
XXI əsrdə Türkiyənin hədəfləri 
baxımından təhsil 
 
XXI əsrdə dünya hansı istiqamətə gedir? Yeni dünya 
gücləri  kimlər  olacaq,  dünyada  güc  balansı  necə  formala-
şacaq,  yeni texniki elmlər cəmiyyətlərə, onların  mədəniy-
yətlərinə necə təsir göstərəcək? Milli mədəniyyətlərin, dil-
lərin  yerini  vahid  bir dünya mədəniyyəti, vahid  bir dünya 
dilimi  tutacaq?  İnsanların  insan  təsəvvürü,  bir-birilərinə 
qarşı  münasibət  və  davranışları,  əxlaqları  necə  olacaq? 
Aşağıda  bütün  bunlara,  görünən  üfüqə  nəzər  salacağıq. 
Sonra  isə  belə  bir  suala  cavab  axtaracağıq:  bu  görünən 
üfüqə  doğru  kor-koranə  gedəcəyik,  yoxsa  özümüzə  məx-
sus bir istiqamət seçə bilərik? Bütün istədiklərimizin real-
laşma imkanı olsa necə bir Türkiyə, necə bir türk dünyası, 
necə  bir  dünya  olmasını  istərdik?  Gəlin  bunun  haqqında 
düşünək.  Parıldayan  o  uzaq  ulduzlara  doğru  addımlayaq. 
Oralara gedib çatmaq üçün biz ancaq müəyyən fundament 
yarada  bilərik.  Və  yaxud  nə  vaxtdandır  yaradılan  xəyanət 
fundamentini dağıdaraq yerinə yenisini yaradarıq. Binanın 
formalaşmasını,  damının  vurulmasını  ancaq  növbəti  5-10 
ildə yetişəcək nəsillər və onların xələfləri görə biləcəklər.  
Yaradılacaq fundament, görünən mavi səmaya doğru 
nəsillərin  yüksəlişi  ancaq  daxili  və  xarici  bədxahların 
xəyanətkar əlləriylə təhrif edilən təhsil sistemimizin  yeni-
dən qurulması ilə mümkün olacaqdır. Ona görə də, könlü-
müzün istədiyi və daimiliyimiz üçün zəruri olan bir Türki-
yəyə  doğru  addımlamağı  mümkün  edən  bir  təhsil  sistemi 


Elm adamları elm haqqında 
 
- 176 - 
və  onun  əsas  prinsipləri  üzərində  dayanacağıq.  Allah  kö-
nüllərimizi bu yolda birləşdirsin və könül əhlinə güc-qüv-
vət versin.  
 
 
Dünya hara gedir, Türkiyə hara? 
 
İkinci dünya müharibəsindən sonra Avropa və Asiya 
güc  imkanlarını  itirmiş,  meydanda  təkcə  Amerika  (Qərb 
İttifaqı) və Rusiya (Şərq İttifaqı) qalmışdı. Bu iki güc əv-
vəlcə dünyanı öz aralarında bölüşdürdülər sonra isə öz ara-
larında silahlanma yarışına girdilər. Bu müddət ərzində bi-
rinin hədə-qorxu gəldiyi bir ölkəni o birisi himayəsi altına 
alaraq öz əlinə keçirdi. Kimisi rəsmi şəkildə bu ölkələri iş-
ğal etdi, kimisi də üzdə dost görünərək ölkənin içinə nüfuz 
etdi və bu ölkənin mədəniyyəti, təhsili və ictimai strukturu 
üzərində  oynadı,  özünə  əlaltılar  yetişdirib  müəyyən  möv-
qelərdə yerləşdirdi, beləliklə də o bədbəxt, sadəlövh ölkəni 
içəridən istila etdi.  
Lakin 40 il müddətində iki nəhəng güc bir-birini iq-
tisadi  baxımdan  zəiflətdilər.  İkisinin  də  maddi  imkanları 
tükəndi. Öz ölkələrində lazım olan xərcləri ayıra bilmədi-
lər  və  cəmiyyətləri  sürətlə  tənəzzülə  üz  tutdu.  Nə  vəzifə 
əxlaqı, nə ailə həyatı, nə də küçələrdə təhlükəsizlik qaldı. 
Lakin  iki nəhəng gücün hegemonluq  altına aldıqları ölkə-
lər  üzərindəki  hakimiyyətləri  davam  etdi.  Çünkü,  o  ölkə-
lərdə  bütün  təbəqələrin  içinə  nüfuz  etmiş,  özlərinə  sadiq 
kadrlar yetişdirmişdilər. O ölkələrin öz imkanlarını özləri-
ninin  əli  ilə  istismar  etdirərək,  hegemon  gücün  gələcək 
məqsəd və maraqlarına istiqamətləndirməyi bacarmışdılar. 
Bu, hegemon ölkəyə artıq heç bir əlavə yük gətirmirdi.  


Elm və dil   
 
- 177 - 
Bu  müddət  ərzində  Avropanın  və  Uzaq  Şərqin  iqti-
sadiyyatı  və  sənayesi  güclənməyə  başladı  və  getdikcə  iki 
hegemon gücə  az da olsa sözünü keçirə biləcək vəziyyətə 
gəldi. İki hegemon güc ancaq silah istehsal etməklə və bu 
silahlara daimi bazar tapmaq və bu məqsədlə də dünyanın 
hər  tərəfində  qonşu  ölkələr  arasında  və  ölkələrin  öz  daxi-
lində münaqişələr yaratmaqla məşğul oldular.  
Lakin  bütün  bunlara  baxmayaraq,  hər  iki  hegemon 
güc  də  daxili  tənəzzüllə  qarşılaşdılar.  Sovet  İttifaqı  görü-
nüşdə  dağıldı.  Xaricdən  bariz  şəkildə  hiss  edilməsə  də 
Amerika  və  İngiltərə  də  içəridən  ciddi  şəkildə  çökməyə 
başladı.  
Bu proseslər davam edə-edə Avropa İttifaqı və Uzaq 
Şərq  (Yaponiya,  Koreya,  Tayvan,  Sinqapur,  Malayziya) 
yeni iqtisadi güc kimi ortaya çıxdılar. İki keçmiş hegemon 
güc bir-birini gücdən salmağa davam edərkən, Çin səssiz-
küysüz  nəhəng  iqtisadi,  sənaye  və  texniki  gücə  çevrildi. 
Ən gücsüz qalan ölkələr isə İslam ölkələri, Afrika və Cə-
nubi Afrika ölkələri oldu.  
İkinci  dünya  müharibəsindən  sonra  elm,  texnologi-
ya, təhsil və mətbuat-nəşriyyat (təbliğat) üstünlüyü iki he-
gemon ölkədə qalmış, sosialist blokunda rus dili, kapitalist 
blokunda  isə  ingilis  dili  hakim  dil  olmuşdu.  Ruslar  Orta 
Asiyada  tədris  dili  rusca  olan  təhsil  müəssisələri  açdılar. 
Düzdür, özbək dilində, türkmən dilində və s. türk dillərin-
də  təhsil  verən  təhsil  müəssisələri  də  vardır.  Lakin  əsas 
imkanlar  rus  dilli  təhsil  müəssisələrinə  verilir  və  rus  dilli 
təhsil  müəssisələrindən  məzun  olanlara  iş  üçün  daha  bö-
yük imkanlar açılırdı. Nəticə etibarilə yerli dildə təhsil ve-
rən məktəblər ikinci dərəcəli təhsil müəssisələrinə çevrilir-
dilər.  Valideynlər,  şagird  və  tələbələrin  özləri  daha  imti-
yazlı olan rus dilli təhsil müəssisələrinə maraq göstərməyə 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə