Elm və dil
- 161 -
Oqtay Sinanoğlu: həyat və yaradıcılığından
səhifələr
Böyük türk alimi və mütəfəkkiri, kvant kimyasının
və riyazi kimyanın təməlini qoyan, habelə molekulyar bio-
logiyanın yaradıcılarından biri olan
Oqtay Sinanoğlu
1935-ci il 25 fevralda anadan olmuşdur.
1956-cı ildə Kaliforniya Universitetinin (Berkli, ABŞ)
Kimya Mühəndisliyi fakültəsini birincilik
diplomu ilə bitirmişdir.
1957-ci ildə Massaçuset Texnologiya İnstitutunda magistr
pilləsini 8 ayda birinciliklə bitirmişdir.
1959-ci ildə Kaliforniya Universiteti Berklidə iki il
müddətində nəzəri kimya ixtisası üzrə fəlsəfə
doktoru (Ph.D) olmuşdur.
1959-1960-ci illərdə ABŞ-da Atom
Enerjisi Mərkəzində
tədqiqat aparmışdır.
1960-ci ildə Yeel Universitetində dosent vəzifəsində
işləməyə başlamışdır.
1961-1962-ci illərdə “Atom və molekulların çoxelektronlu
Elm adamları elm haqqında
- 162 -
nəzəriyyəsi” ilə professorluğa addım atmışdır.
Əsas fizika qanunlarından başlayaraq müxtəlif
maddələrin kimyəvi
və fiziki xüsusiyyətlərini
tapmaq üçün vacib olan bu əsas tədqiqat işi ilə
50 ildir həll edilə bilməyən bir riyazi nəzəriy-
yəni elm aləminə qazandırdı və professorluq
vəzifəsinə yüksəldi.
1962-ci ildə Yeel Universitetindəki
professorluğu ilə yana-
şı Harvard Universitetində özünün kəşf etdiyi
“yeni kvant kimyası və fizikası” haqqında xü-
susi mühazirələr oxumuşdur. 26 yaşında, son
300 ildə Qərbdə ən gənc professor kimi Yeel
universiteti tərəfindən dünyaya tanıdılmışdır.
1963-ci ildə 28 yaşında Yeel universitetində rəsmən full
professor olmuşdur.
1964-ci ildə Yeel universitetində dünyada yenicə əsası
qoyulmağa başlanan “Molekulyar biologiya”
sahəsi üzrə kafedra müdiri olmuşdur. İrsiyyə-
ti təmin edən DNA
molekulunun strukturu ilə
bağlı yeni izahlar verərək molekulyar biolo-
giyanın əsasını qoyanlardan biri olmuşdur.
Elə həmin ildə tamamilə fərqli bir sahə olan
yüksək enerji fizikası ilə bağlı tədqiqatları
nəticəsində “Yeni səkkiz mezon və onların
xüsusiyyətləri nəzəriyyəsi”ni kəşf etmişdir.
1967-ci ildə İtaliyada, Fraskati şəhərində NATO-nun
Beynəlxalq Tədqiqatlar İnstitutunun
təşkil et-
diyi atom və molekulların təsirləri mövzusun-
da mütəxəssislərə xüsusi mühazirələr vermiş-
dir.
Elm və dil
- 163 -
1969-ci ildə SSRİ Elmlər Akademiyasının xüsusi dəvəti
ilə burada konfrans vermiş və öz nəzəriyyə-
ləri haqqında SSRİ-nin
hər tərəfindən toplan-
mış xüsusi mütəxəssislərə məlumat vermişdir.
1970-ci ildə atom fizikası ilə bağlı tədqiqatlarını intensiv-
ləşdirərək atomların əsas strukturu haqqında
təfərrüatlı bir nəzəriyyə qurmuşdur. Onun
“Atom fizikasında atomların strukturu və
elektron xüsusiyyətləri nəzəriyyəsi”nin göy
fizikası sahəsində tətbiq edilməsi sayəsində
günəş və ulduzlardakı kimyəvi elementləri
hesablamaq mümkün
olmuş və ABŞ Milli
Standartlar Qurumunun kataloqundakı yanlış
biliklər yenidən düzəldilmişdir.
1970-1973-ci illərdə ABŞ Milli Argon Atom Enerjisi La-
boratoriyasının rəhbər olmuşdur.
1971-ci ildə ABŞ, Vaşinqton, Müdafiə Strategiyaları
Komitəsinə üzv seçilmişdir.
1973-ci ildə Almaniyanın ən yüksək elm mükafatı olan
“Aleksandr von Humbolt Elm Mükafatı”nı
alan dünyada ilk elm adamı olmuşdur.
1975-ci ildə Yaponiya hökumətinin “Beynəlxalq
Elit Elm
Adamı” mükafatını almışdır.
1970-ci illərdən başlayan tədqiqatları nəticəsində
“Kimyanın əsaslarını yeni riyaziyyata uyğunlaşdırma”
nəzəriyyəsini kəşf etmişdir. Yeni kvant kimyası qanununu
inkişaf etdirərək kimyanı yeni riyazi fizika əsaslarına
bağlamışdır.