Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə45/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

Elm və sənət   
 
- 147 - 
məklə, tamaşaçı qəlbinə yatmaq cəhdi ilə ancaq heyrətlən-
dirmək olar.  
Aleksandrov  adına  xorun  repertuarı  isə  rus  xalq 
mahnılarından  ibarət  idi.  Bu  gözəl  mahnıları  ingilis  də, 
hindli  də,  türk  də  öz  mahnısı  kimi  heyranlıqla  dinləyirdi. 
Onların heç birində ingilis və ya başqa Avropa tərzinə uy-
ğunlaşma cəhdi  duyulmurdu. Xor ingilis  mahnısı  da oxu-
du. O da alqışlarla qarşılandı.  Lakin  bu alqışlar tamamilə 
başqa  mənalı  idi.  Bu  ifa  ingilis  xalq  mahnılarına,  ingilis 
musiqisinə hörmət idi. Hər iki kollektivin müvəffəqiyyəti-
nin səbəbi çox aydındır. Onlar özlərini olduqları kimi gös-
tərməyə,  yabançı  görkəmə  düşməməyə  çalışırdılar. Sənət-
də səmimiyyəti rəng və musiqiyə bənzətmək olar. Onu tər-
cüməsiz  hamı  başa  düşür.  Başqa  xalqların  sənətinə  bizim 
də münasibətimiz belədir.  
Sənətdə  özündən  uzaqlaşma,  yabançılaşma  psevdo-
müasirliyə,  əldəqayırma  universallığa  gətirib  çıxarır.  Bu 
qayda ilə bəziləri milli sərhədi aşmaq istəyir, lakin heç öz 
çərçivəsindən  də  çıxa  bilmir.  “Dil”  sözünü,  “pərdə”  (lad) 
sözünü  ümumi  mənada  işlətsək  hər  sənət  formasının  öz 
dili, öz ladı var. Biz bu əlamətə görə bir qaynağa mənsub 
əsərləri  seçə  bilirik.  Müxtəlif  dillərin,  ladların  qarışdırıl-
ması,  eklektika  sənət  əsəri  üçün  vacib  ahəng  birliyini  po-
zur. İki və ya üç dilin sözlərindən, qrammatikasından süni 
surətdə  yeni  bir  dil  yaratsaq  bu  özünü  doğruldarmı?  Əl-
bəttə, dil inkişaf etməlidir. Lakin bu inkişafı öz kökündən 
ayrılmaq kimi başa düşmək olmaz. Hər dilin özünəməxsus 
inkişaf yolu, inkişaf qanunları var. Bu qanunlar bizə qədər 
olan  inkişafı  izləməklə  müəyyən  olunur.  Sənət  dilinə  sa-
diqlik bu yolla əldə edilə bilər.  
Bu  münasibətlə  öz  vətəninin  və  yüzillərin  sərhədini 
aşa bilmiş sənətkarlardan birinin sözlərini yadınıza salmaq 


Elm adamları elm haqqında 
 
- 148 - 
istərdim. “Böyük Homer latınca yazmırdı, ona görə ki, yu-
nan idi. Vergili də yunanca yazmırdı, çünki romalı idi. Sö-
zün qısası, bütün qədim şairlər analarının südü ilə yoğrul-
muş  dildə  yazırdılar  və  öz  yüksək  fikirlərini  ifadə  etmək 
üçün  əcnəbi  dilə  müraciət  etmirdilər.  Buna  görə  də  bu 
adəti bütün  xalqlara  yaymaq lazımdır ki,  qoy  alman şairi, 
elə  də  kastiliya,  bask  şairləri  öz  dillərində  yazmağı  özlə-
rinə  alçaqlıq  bilməsinlər”.  Ölməz  Servantesin  bu  sözləri 
bütün mənalarda bütün sənət dillərinə aiddir.  
Əlbəttə, yayılmış sənət dilində əsər yaradaraq başqa-
larına  tanış  olmayan  bədii  vasitələrlə  başa  düşülmək  bö-
yük ustalıq istəyir. Əsil sənətin başqa yolu yoxdur. Alman 
xalq  musiqisinə  istinadən  alman  musiqi  mədəniyyətinə 
ümumdünya şöhrəti qazandıran Bethoven filosof idi.  
Bəzilərinə elə gəlir ki, müasirlik üçün ya elmdən, ya 
da elm adamlarının həyatından danışmaq lazımdır. Əsərdə 
alimlərlə  nadanların  vuruşması,  ya  da  alimlərin  təbiətlə 
mübarizəsi  təsvir olunur. Belə  əsərlərdə alim  və  elm haq-
qında  bütün  səthi  müşahidələrdən,  ucuz  məzhəkələrdən, 
elmdə hər yerdən az olan pafosdan bol-bol istifadə olunur.  
Elmlə sənətin belə calanması heç biri üçün gərək de-
yil. Bir-birinə sərhədsiz keçən duyğulardan yaranmış bədii 
şəkil  fikirlə  yox,  fikir  təsiri  altında  yarandıqda  məqsədə 
daha yaxşı xidmət edir.  
Bədii  əsərin  elm  aləmindən,  alimlərdən  bəhs  etməsi 
elmin  kütləviləşməsinə  kömək  edə  bilər,  lakin  bu,  bədii 
dəyəri heç də artıra bilməz.  
Müxtəlif  dövrlərdə,  müxtəlif  şəkillərdə  “sənətkar 
dövrün  övladıdır”  fikrinə  rast  gəlirik.  Adi  mənada  bu  bir 
trivial  həqiqətdir  –  hamı  dövrünün  övladıdır.  Əslində  bu 
fikir belə başa düşülməməlidir.  


Elm və sənət   
 
- 149 - 
Hər  dövrün  özü  üçün  səciyyəvi  ictimai  problemləri 
var.  Fərdi  məsələlər  dövrə  məxsus  rəng  alır.  Ancaq  bir 
dövrdə müxtəlif dövrlərin problemləri ilə yaşayan adamla-
ra  rast  gəlmək  mümkündür.  Buna  görə  də  biz  tez-tez  “o 
daş dövrünün adamıdır”, “gərək yüz il sonra dünyaya gə-
lərdi”, “gərək yüz il bundan əvvəl anadan olardı” və s. ki-
mi ifadələr eşidirik.  
Dövrünün  övladı  adına  layiq  görülmüş  şəxsiyyətlər 
üçün ümumi cəhət budur ki, onlar öz ömürlərinin əsas mə-
nasını ya dövrləri üçün zəruri olan, lakin özlərindən qabaq 
qoyulmuş bir məsələnin həllində, ya da dövrün ziddiyyət-
lərini  təhlil  edib  onu  həll  oluna  biləcək  şəklə  salmaqda 
görmüşlər.  
İllər,  əsrlər  keçir,  zəmanəni  böyük  sənətkarına  görə 
tanıyırlar (Nizami dövrü, Şekspir dövrü, Puşkin dövrü...) 
Bir nəşriyyatdan aldığı sifarişə görə Eynşteynin yaz-
dığı  tərcümeyi-hal  çox  maraqlıdır.  İlk  baxışdan  burada 
Eynşteynin bilavasitə özünə aid olan az şey vardır. O, baş-
dan-başa yeni fizikanın bioqrafiyasıdır.   
Əslində  bu,  tamamilə  təbii  haldır.  Axı,    Eynşteynin 
ömür yolunu yeni fizikanın tərcümeyi-halından necə ayır-
maq olar?  
Vətənin dərdləri sualları ilə yaşayan, ömrünü onların 
həllinə qurban verən bir vətəndaşın tərcümeyi-halı vətənin 
tərcümeyi-halının bir parçasıdır.  
Zamanın problemləri ilə yaşayan insanın tərcümeyi-
halı zamanın tərcümeyi-halıdır. 
Dünyagörüşü  geniş  sənətkarların  arzusu  arzulara 
çevrilir.  Yalnız  belə  sənətkarların  oxucusu,  tamaşaçısı 
dünyaya sənətkar arzusuyla baxa bilir və bu baxımın onun 
şəxsiyyətinin formalaşmasına təsiri olur. Qabaqda dediyi-
miz  kimi,  bu  arzu  ictimai  fəaliyyətlərin  səbəbi  olan  dün-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə