Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə44/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

Elm adamları elm haqqında 
 
- 144 - 
zulini dərindən öyrənib təqlid etməklə onlardan böyük sə-
nət əsəri yaradan bir nəfər də göstərilə bilməz. Eləcə də tə-
biəti olduğu kimi təkrar edib onun özündən yüksəyə qalx-
maq mümkün deyil.  
Hər hansı bir dövrə məxsus böyük sənətkar dedikdə 
gözümüzün qabağına fikrində, şəxsiyyətində təzadlar toq-
quşan  bir  istedad  gəlir.  Bizi,  birinci  növbədə,  sənətkarın 
bu təzadlara hansı  yüksəklikdən baxa bilməsi,  onlara mü-
nasibəti, orada  görə  bildiyi qayda və  onun səmimi ifadəsi 
maraqlandırır.  Ola  bilər  ki,  bu  təzadlar  öz-özlüyündə  bi-
zim  üçün  kəskinliyini  itirmiş  olsun.  Əsas  məsələ  bunda 
deyil.  Sənətkar  öz  könül  çırpıntılarının  səmimi  ifadəsini 
taparsa,  o  əks-sədasız  qala  bilməz.  Belə  bir  səmimiyyətin 
olmamasından və yalnız müşahidələrlə qondarılması üzün-
dən çox kitabın qatı açılmır, çox şəklin qarşısında dayanan 
olmur, çox musiqi radionu bağlamağa vadar edir.  
Sənət texnikasına bələd başabəla sənətkar isə dünya-
ya  sanki  öz  fərdi  gözləri  ilə  yox,  müasir  hesab  etdiyi  ta-
maşaçı  gözü  ilə  baxır.  Sənətin  bəlası  olan  təqlid  buradan 
meydana  çıxır.  Belə  bir  təqlidin  məhsulu  olan  əsərlərin 
klassik Avropa sənətində ancaq çeşni kimi əhəmiyyəti var-
dır. Müasir sənətə gəlincə, məsələ tamamilə başqadır. For-
ma  öz  mahiyyətindən  çıxmadığı  üçün  mahiyyətə  enə  bil-
mir  və  formal  xarakter  daşıyır.  Belə  bir  təqlid  bilmədiyin 
əcnəbi dillərdən birini yamsılamağa bənzəyir. Bu cür yam-
sılama isə ancaq gülüş doğurur.  
Hacı  Qara  silahlanmaqla  quldurları  təqlid  etdiyi 
üçün gülüş doğurur. O, igidləri mahiyyətcə təqlid etsəydi, 
yəni Heydər bəylə çiyin-çiyinə “şücaət göstərməyə” daxi-
lən hazır olsaydı, bu heç bir gülüşə səbəb olmazdı. Əksinə, 
onun  zəmanə  ilə  ayaqlaşa  bilməyən  faciəli  təbiətinə  acı-
yardınız.  


Elm və sənət   
 
- 145 - 
Məktəb  yaşlı  uşaqların  əksəriyyəti  kimi  mən  də 
“əsər”lər yazar, “tablo”lar yaradardım. Əlbəttə, hələ o za-
man  bir  çox  sənətkarın  əsər  yaratmaq  üçün  öz  mühitinə 
müraciət  etdiyini  bilirdim.  Lakin  mənim  belə  “əsərlərim” 
nədənsə  həm  çətin  yazılır,  həm  də  çətin  başa  düşülürdü. 
Mən tezliklə “əsərlərimin” mövzusunu Aralıq dənizi sahil-
lərindən,  “rəsmlərimin”  mövzusunu  isə  Bibliya  əhvalatla-
rından götürdüm. Tanışlarımın ümumi fikrinə görə məndə 
böyük  qabiliyyət  var  idi.  Ancaq  nədənsə  yaradıcılığım  nə 
onları,  nə  də  özümü  həyəcanlandırırdı.  Mənim  “dramla-
rımda” odlu sözlər söylənilir, qəhrəmanın başına ağır mü-
sibətlər gəlirdi və mənə elə gəlirdi ki, yazılarımın ayrı-ayrı 
yerləri  hətta  Nizaminin  və  Cəfər  Cabbarlının  əsərlərindən 
yaxşıdır.  Hələ  İsa  peyğəmbərin  başına  gələn  əhvalatları 
əks etdirən şəkillər! Onlar kəndimizdə divara vurmaq üçün 
işlənmiş  tikmələrdəki  şəkillərdən  çox  “mükəmməl”  idi. 
Əlbəttə,  mənim  “yaratdıqlarım”  başqalarının  xoşuna  gəl-
məyəndə  bunu  başa  düşülməzlik  kimi  qəbul  edirdim.  İsa 
peyğəmbəri  əks  etdirən  şəkilləri  qonşu  kənddən  olan  er-
məni  dostuma  bağışladım.  Lakin  orada  da  bir  kəsin  hey-
ranlığına səbəb olduğunu görmədim. Bir sözlə, aydınlaşdı 
ki, məndə yaradıcılıq istedadı  yoxdur. Adi şeylərdə qeyri-
adilik görə bilmirdim. Ona görə də qeyri-adi mövzulara əl 
atırdım.  İndi  əsərə  müasirlik  libası  geyindirmək,  onu 
“müasirlərə”  cazibədar  donda  göstərmək  üçün  intellek-
tuallıqla  bağlı  sözlər  işləndiyini,  səs,  söz,  rəng,  forma 
dissonanası yaradaraq gözə kül üfürüldüyünü gördükdə öz 
“yaradıcılığım” yadıma düşür. 
Sənətkar  öz  bədii  fikrinin  ifadəsi  üçün  vasitə  seç-
məkdə azad olmalıdır. Bu vasitənin bədii fikrə münasibliyi 
başqa  məsələdir.  Lakin  sənətkar  belə  bir  vasitə  kimi  real 
təbiət  obyektlərindən  istifadə  etdikdə  onun  mahiyyətcə 


Elm adamları elm haqqında 
 
- 146 - 
fərqli  olmayan,  lakin  özünə  az  tanış  olan  obyektlərə  üs-
tünlük verməsi qəribə deyilmi? Fərz edək ki, rəssam yara-
dıcılığını müəyyən müddət Odlu torpaq adalarına həsr et-
mişdir. “Bədii məqsəd belə tələb etmişdir” – deyilə bilər. 
Ancaq  bu  hansı  bədii  məqsəddir  ki,  rəssam  öz  mühitində 
ona  münasib  ifadə  vasitəsi  tapa  bilməmiş  və  bu  qədər 
uzaqlara müraciət etməli olmuşdur? 
Məsələ  rənglərin,  səslərin  ahəngindədirsə,  necə  ola 
bilər ki, sənətkar göz açdığı mühitdə ahəng üçün ifadə va-
sitəsi tapa bilmir, onu bir-iki aylıq ezamiyyətdə olduğu bir 
diyardan  gətirir.  Sənətin  məqsədi  ekskursiya  deyildir.  Bi-
zim  başqa  ölkələr  haqqında  təsəvvürümüzü  zənginləşdir-
mək üçün daha yaxşı imkanlar var. Əgər məqsəd sənətka-
rın  dünyada  nəyi  gördüyünü  göstərməkdirsə  səyahət  ədə-
biyyatı, səyahət filmləri, fotoalbomlar daha çox şey göstə-
rə bilməzmi?  
Gürcüstanın  xalq  rəqs  ansamblının  və  Aleksandrov 
adına  Sovet  Ordusu  xorunun  İngiltərədə  böyük  müvəffə-
qiyyətlə  çıxışlarının  şahidi  olmuşam.  Gürcüstanın  xalq 
rəqs  ansamblının  konsertinə  mən  bir  neçə  tanışımı  da 
dəvət  etmişdim.  Bu  kollektiv  haqqında  çoxdan  eşitmiş-
dimsə də ilk dəfə idi ki, onun çıxışına tamaşa edirdim. On-
lar  birinci  nömrələrindən  sonuncuya  qədər  tamaşaçıların 
təsəvvür  etmədiyim  heyranlığına  səbəb  oldular.  Çox  qə-
ribə  idi:  musiqi  müşayiəti  qara  zurna  və  qarmon,  başqa 
sözlə,  gürcü  şənlik  məclislərində  işlənən  adi  çalğı  alətləri 
idi. Əlbəttə, gürcü qardaşları istəsələr müasir çalğı alətlə-
rinin hamısından istifadə edən orkestrlə, repertuar zəngin-
liyi ilə ingilisləri heyrətləndirə bilərdilər. Heyran etmək isə 
bu  yolla  mümkün  deyil.  Böyük  miqyas,  mürəkkəbliklə 
bağlı  zənginliklə,  bir-biri  ilə  az  əlaqəli  oyunları  ifa  et-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə