Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

Elm adamları elm haqqında 
 
- 138 - 
görüş  sahəsini  böyüdür.  Şedevrlər  istedad  yetkinliyi  ilə 
dünyagörüşü yetkinliyi bir vaxta düşdükdə yaranır. Bəzən 
belə hesab edirlər ki, Rasinin sonralar zəif dram – faciələr 
yazmasına səbəb onun sənətkarlıq məsələləri üzərində çox 
işləməsi  olmuşdur.  Əlbəttə,  bunun  səbəbi  Rasinin  sənət-
karlıq məsələləri ilə məşğul olması deyil, istedadının itili-
yini itirməsi idi.  
Dünyagörüşün formalaşmasında dəqiq elmlərin əldə 
etdiyi nəticələr həlledici rol oynayır. Sənətkarın müasir in-
tellektual  səviyyədə  dünyagörüşünə  malik  olması,  oxucu-
sunu, dinləyicisini duya bilməsi, insanlar arasındakı, xalq-
lar  arasındakı  fərdlə  cəmiyyət  arasındakı  münasibətlərin 
müasir xüsusiyyətlərini görə bilməsi deməkdir.  
İndiyə kimi insanların əldə etdiyi bilik müəyyən həc-
mə malikdir. İnsan özü və xarici aləmi haqqında nə öyrənə 
bilmişsə, bu xəzinədə toplanmışdır. Burada bir çox cəhət-
dən  bərabərsizlik  hökm  sürür:  təbiətin  cəhətləri  öz  əksini 
bərabər şəkildə tapa bilməmişdir, bu xəzinədə bütün dövr-
lərin, bütün xalqların payı eyni deyildir. Bir sıra xalqların 
müasir bilik həcmi insanlığın bilik həcmi səviyyəsindədir. 
Belə ki, “inkişaf etməkdə olan ölkələr” dedikdə, təkcə sə-
naye  və  kənd  təsərrüfatının  inkişafı  nəzərdə  tutulmur. 
Xalqların bərabərliyindən söhbət gedəndə onların intellek-
tual imkanlarının bərabərliyini də nəzərdə tuturuq. Ancaq 
bu imkanın istifadəsi baxımından bərabərlikdən danışmaq 
hələ  tezdir.  Şübhəsiz,  zaman  keçdikcə  bu  fərq  azalmağa 
doğru  gedir.  Hələ  xalqın  bilik  həcmi  də  onun  müasirliyi-
nin, tərəqqisinin tam göstəricisi deyil. Müasirliyi müəyyən 
edən şərtlərdən biri də bilik həcminin hansı hissəsinin hə-
yat  üçün  məqsədəuyğun  istifadə  edilməsidir.  Əlbəttə,  bü-
tün  sahələrdən  mütəxəssislər  hazırlayıb  bilik  həcmini  in-
sanlığın  bilik  həcminə  çatdırmaq  olar.  Çünki  bir  fərdin 


Elm və sənət   
 
- 139 - 
nisbilik  nəzəriyyəsini  mükəmməl  bilməsi,  onun  mənsub 
olduğu  xalqın  bu  nəzəriyyəni  bilməsi  üçün  zəmanət  de-
məkdir.  
Vətəndaş  sənətkar  olmaq  üçün  xalqların  taleyində 
biliyin rolunu bilmək lazımdır və onu intuisiya – fəhm ix-
tiyarına  atmaq  olmaz,  onun  çox  ciddi  və  əsaslandırılmış 
bilik  kimi  öyrənilməsi  lazımdır.  Elmi  özünə  fəaliyyət  sa-
həsi  seçən  gənclərin  yaşadığı  mühit  üçün  ənənəvi  olma-
yan, lakin bilik həcmi baxımından çox vacib sahələrdə ix-
tisaslaşmaqdan ötrü müvafiq emosional şəraitə böyük eh-
tiyac var. Vətəndaş sənətkarlar Mirzə Cəlilin, Sabirin çağı-
rışlarını yada salın. Dünyanın, zamanın intellektuallıq ya-
rışında öz yerini bilmək, xalqların taleyində biliyin rolunu 
aydın hiss etmək sənətkar yaradıcılığına xüsusi çalar verir, 
ona yol açır.  
Elmin inkişafı texniki tərəqqi vasitəsilə insanı həyat 
tərzini  yeniləşdirməyə,  adət  etdiyi  anlayışların  bəzisindən 
əl çəkməyə, bəzilərini dəyişdirməyə məcbur edir. Öz əlləri 
ilə yaratdığı  yeniliklər onu ilk baxışdan həlledilməz görü-
nən suallar qarşısında görür. Beləliklə, sənət, səbəbi texni-
ki tərəqqi olan yeni problemlərlə qarşılaşır. Mənə elə gəlir 
ki, elmin, texniki tərəqqinin bu baxımdan sənətə təsiri öy-
rənilməmişdir.  
Elmin sənətə güclü təsir göstərdiyi  yollardan biri də 
sənətdə istifadə olunan texniki vasitələrdir: sənətin bir mə-
lumat  kimi  yayılma  vasitələri,  yeni  rənglər,  yeni  mate-
riallar, yeni tembrli səslər və s. 
Bu vasitələrin sənət üçün yaratdığı imkan sənətə ye-
ni  çalar  verir,  yeni  janrların  meydana  gəlməsinə  səbəb 
olur. Texniki tərəqqi sənəti xalqa daha da yaxınlaşdırır, sə-
nət  gündən-günə  kütləviləşir,  kitab  sözünə,  sənət  səsinə 


Elm adamları elm haqqında 
 
- 140 - 
ehtiyacı  olanların  sayı  artan  sürətlə  çoxalır.  Bütün  bunlar 
sənətə, sənətkara necə təsir etməyə bilər?  
Dediyimiz  kimi  bilik,  bioloji,  sosioloji  mühitlərin 
mükəmməlləşdirilməsi  üçün  əsas  amildir.  Bu  amilin  inki-
şafındakı  hər  bir  yüksəlişi  sənətkar  həm  cəmiyyət  üzvü, 
həm də sənətkar kimi hiss etməlidir.  
“Yaşamaq”  anlayışının  mənası  müasir  adam  üçün 
başqalaşmışdır. Sənətkara nəyisə təlqin etmək məqsədi ilə 
yox, onu başa düşmək məqsədi ilə bu məsələ üzərində bir 
az dayanaq.  
Biz olum və ölüm arasında  yaşayırıq. Dünyaya  gəl-
diyimiz və onu tərk etdiyimiz günlər fərdi-fiziki, fərdi-bio-
loji varlığımızın sərhədləridir. Eyni vaxtda dünyaya gələn, 
eyni  vaxtda  da  onu  tərk  edənlərdən  birinin  “yaşı”  o  biri-
ninkindən dəfələrlə fərqlənə bilər.  İnsan bilik hesabına öz 
yaşını  dünyaya  gəldiyi  vaxtdan  çox-çox  qabağa  da  çəkə 
bilər. İnsan bilik hesabına dünyanı fiziki olaraq tərk etdik-
dən sonra da yaşaya bilər. Biz gördüyümz hadisələrin çox 
az  bir  hissəsini  yadda  saxlayırıq.  Ancaq  görmədiyimiz, 
məlumat  kimi  qəbul  etdiyimiz  nə  qədər  hadisələrin  şahi-
diyik. Onların bəzən iki min illik tarixi olur. Yaşadığımız 
məhəllədə  baş  verən  hadisələrin  çoxundan  xəbərsizik, 
ancaq buna fiziki imkanımız var. Buna baxmayaraq, fiziki 
cəhətdən  getməyimizə  imkan  olmayan  aləmlərdə  baş  ve-
rən  hadisələrdən  belə  xəbər  tuta  bilərik.  Beləliklə,  insan 
ömrünün  uzunluğu  ala  bildiyi  məlumatın  həcmi  ilə  ölçü-
lür. Bu məlumatın hansı vasitə ilə alınmasının əhəmiyyəti 
yoxdur.  Bu  gün,  dünən  olmuş  hadisə  ilə  min  il  bundan 
qabaq baş vermiş iki hadisənin bu baxımdan fərqi onların 
xatirə canlılığındadır, ancaq hər ikisi keçmişdir, eyni dərə-
cədə  əlçatmazdır.  Zəmanəmizdə  baş  vermiş  bir  hadisənin 
bizdən necə uzaq olduğu bizi xüsusi hallarda maraqlandıra 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə