Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə50/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

Elm adamları elm haqqında 
 
- 164 - 
 
Yeel  universitetində  təşkil  etdiyi  kimyanın  riyazi 
əsasları  haqqında  uzun  müddət  verdiyi  seminarlara  dün-
yanın müxtəlif ölkələrindən elm adamlarını dəvət etməklə 
və  beləliklə  yeni  bir  sahə  olan  “riyazi  kimya”  sahəsinin 
yaranmasına öndərlik etmişdir.  
 
 
 
«Beyin köçü»: 
gedib qalanlar və qayıtmaq üçün gedənlər 
 
Qərbin  alim  və  ziyalıları  Şərq  ölkələrinə  bir  qayda 
olaraq, məqsədyönlü surətdə – öyrənmək, tədqiq etmək və 
əgər Şərqdə hələ də diqqətəlayiq  nə isə varsa, onları  mə-
nimsəmək  və  istifadə  etmək,  Qərb  mədəniyyətinə  qatmaq 
məqsədilə  səfər  edirlər.  Missionerliklə  məşğul  olanlar  da 
var ki, onların məqsədləri bir qədər fərqlidir: yəni öz dün-
yagörüşünü, əqidəsini, düşüncə tərzini, mədəniyyətini yay-
maq, özünə davamçılar yetişdirmək və beləliklə hərbi isti-
ladan fərqli olaraq, intellektual istilaya, əqidənin ekspansi-
yasına  nail  olmaq.  Həm  də  ayrı-ayrı  fərdlərin  missioner-
liyindən daha geniş miqyaslı fəaliyyət formaları da var idi 
ki,  bu  da  humanitar  dəstək  motivi  ilə  məktəblərin,  mədə-
niyyət  müəssisələrinin  açılmasından,  insanların  fikirlərini 
və  hətta  duyğusunu,  simpatiyasını  hələ  lap  uşaqlıqdan 
yönləndirmək, onları özününküləşdirməkdən ibarətdir.  
Ziyalıların,  böyük  elm  adamlarının  Şərqdən  Qərbə 
getməsini  şərtləndirən  amillər  isə  tamamilə  başqa  xarak-
terlidir. Bu sırada ilk növbədə azad düşüncə və yaradıcılıq 
fəaliyyəti üçün əlverişli məkan axtarışını qeyd etmək olar. 
Alim üçün elmi mühit və eksperimental baza, yazar üçün, 
bir tərəfdən, çap olunmaq imkanı, digər tərəfdən də oxucu 


Elm və dil   
 
- 165 - 
publikası  və  ədəbi  tənqidin  münasibəti  lazımdır  ki,  bu  da 
geri qalmış Şərq ölkələrində çatışmayan əsas cəhətlərdir.  
Gedib hər hansı bir Qərb ölkəsində özünə yer etmək, 
yabançı mühitin üzvünə çevrilmək, yadlaşmaq, bunun mü-
qabilində şəxsi həyatını təmin etmək və hətta müəyyən po-
pulyarlıq qazanmaq da mümkündür. Lakin beləliklə öz və-
təni  və  xalqı  üçün  tamamilə  itib  getmək  olar.  Bu,  bir  cür 
aqibətdir,  öz  simasını  və  amalını  dəyişmədən,  itirmədən 
yaradıcılıq mühiti əldə  etmək isə tamamilə başqa cür aqi-
bətdir. Buna nail olmaq üçün mühacir alimlər və  yazarlar 
böyük Amerika mühiti kontekstində öz nisbi müstəqil mə-
dəni-mənəvi  mühitlərini  yaratmağa  çalışırdılar.  Bu,  çox 
əlamətdar bir haldır.  
XX əsrdə Şərq ölkələrindən Amerikaya mühacirətdə 
iki fərqli motiv və hadisə fərqləndirilməlidir. Əvvəla, pla-
netin bütün guşələrindən Amerikaya iş tapmaq, pul qazan-
maq niyyəti ilə kasıb  ailələrdən  gedənlər var idi. Və  təbii 
ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də 
Amerikada öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıq-
larını ifadə  etməyə vaxt tapa bilirdilər. Daha doğrusu, bu, 
onların  nə  məqsədlərinə,  nə  də  hazırlıq  səviyyələrinə  uy-
ğun  idi.  Lakin  tədricən  fərqli  missiyaya  malik  bir  köç  də 
formalaşmağa  başladı.  Pul  qazanmaq  naminə  səfər  edən 
ataların  övladları  artıq  müəyyən maddi  təminata, ilkin  sa-
vad  və  bilik  səviyyəsinə  malik  olduqlarından,  indi  başqa 
missiya  ilə  səfər  edirdilər.  Bu  ikincilərin  səfəri,  bir  tərəf-
dən Qərb elmini və mədəniyyətini mənimsəmək, digər tə-
rəfdən də öz mühitlərində inkişaf etdirə bilmədikləri yara-
dıcı qabiliyyətlərini reallaşdırmaq, elmi və mədəni-mənəvi 
mühit əldə etmək məqsədini güdürdü.  
Atalar  və  oğullar.  Mədəni  intibaha  xidmət  edən 
maddi  dirçəliş.  Maddi  təminat  üçün  səfər  edənlərin  için-


Elm adamları elm haqqında 
 
- 166 - 
dəki  işığın  öz  simalarında  olmasa  da,  övladlarının  sima-
sında aydınlanması, zahirə çıxması... 
İkinci  nəfəs...  ikinci  nəsil...  Ömür  vəfa  etməyəndə 
ideyaların övladlar vasitəsilə və onların simasında işıq üzü 
görməsi, davam etdirilməsi.  
Bu problem bu gün də aktualdır. 
XX  əsrdə  Türkiyənin  yoxsul  ailələrindən  Avropaya 
və Amerikaya iş dalınca mühacirət edən yüzlərlə, minlərlə 
insanın  taleyinə  nəzər  salsaq  görərik  ki,  burada  da  səbəb 
bir  çox  hallarda  maddiyyatla  bağlıdır  və  türk  kimliyinin, 
türk mədəni-mənəvi simasının ifadə olunmasına xidmət et-
mir.  Əksinə,  onların  timsalında  Qərbdə  türklər  haqqında 
olduqca  yanlış  təsəvvürlər  formalaşmışdır.  İkinci  nəsil 
türklər Qərbdə hələ yeni-yeni ayaq tutub yeriyir, möhkəm-
lənir və əsl türk obrazı da məhz indi yaranmaqdadır. Məhz 
ataların ağır fiziki əməyi sayəsində  yaratdıqları  maddi tə-
minat  övladların  öz  genetik  intellektual  potensialını  və 
milli-etnik,  mədəni-mənəvi  sifətlərini  ifadə  etmələri  üçün 
vasitə, baza rolunu oynayır.  
 
Lakin  nə  yaxşı  ki,  istisnalar  da  vardır.  Hələ  körpə 
vaxtlarından Avropa mühitində böyüyən, ailədə də Şərq və 
Qərb mədəniyyətlərinin sintezi ruhunda tərbiyə alan Oqtay 
Sinanoğlunun Amerika səfəri elə lap əvvəlindən böyük bir 
missiyaya  xidmət  edirdi.  Oqtay  Sinanoğlu  xaricdə  çalış-
maq yolunu da Vətən naminə tutmuşdu. O, qayıtmaq üçün 
gedənlərdən idi. Hətta Amerikanın ən nüfuzlu universitet-
lərindən  birində  ona  ömürlük  kafedra  müdiri  kimi  şərəfli 
bir mövqe verilmiş olsa da, o, Vətən yolunu seçdi. 
 
Biz  «gedib  qayıdan»  və  ya  «qayıtmaq üçün  gedən» 
deyərkən  Qərbə  öz  şəxsi  məqsədləri  ilə,  hətta  sadəcə 
ümumbəşəri dəyərlər naminə deyil, öz millətinə xidmət et-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə