Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə48/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

Elm adamları elm haqqında 
 
- 156 - 
Çox  halda  belə  problemləri  hamıdan  qabaq  sənətkar  du-
yur.  
Müasir  estetika,  sənətşünaslıq,  bədii  tənqid  ictimai 
elmlərin inkişaf etməkdə olan vacib qollarıdır. Elm sənətə, 
sənətkara bu qollar vasitəsi ilə təsir edir. Elmin bu sahələ-
rinin rolunu yalnız şərhçilikdə, müşahidəçilikdə və təhlildə 
görmək səhv olardı. Əlbəttə, sənətkarın bu sahələrdə tanış-
lığının  onun  yaradıcılığına  təsirini  açmaq  bütün  hallarda 
asan deyil. Əksinə, belə bir tanışlığın olmamasının təsirini 
görmək daha asandır. Bir qayda olaraq, görkəmli sənətkar-
lar həm də elm sahələrini inkişaf etdirmiş olurlar və hər bir 
sənət əsəri yeni sənət meyarı ilə birlikdə yaranır.  
Elm,  bilik sənətin xidmət  göstərdiyi  insanları  dəyiş-
dirir.  Emosional  mühitə  ehtiyac  həm  kəmiyyət,  həm  də 
keyfiyyətcə  dəyişir.  Elmin  sənətə  təsir  yollarının  biri  də 
budur. “Atom əsrində sənət necə olmalıdır?” kimi sualları 
meydana atan səbəb bu təsirdir.  
Elm,  bilik  sənətin  texniki  vasitələrini  dəyişdirir,  da-
ha doğrusu, zənginləşdirir. Elm, texnika, sənət əsərlərinin 
bir məlumat kimi yayılma vasitələrini keyfiyyətcə yeniləş-
dirir,  oxucu,  dinləyici,  tamaşaçı  sənət  əsəri  ilə  tamamilə 
yeni şəraitdə, yeni tərzdə tanış olur: radio, televiziya, kino, 
maqnitafon,  və  s.  Bu  texniki  yeniliklər  yeni  sənət  janrla-
rının meydana gəlməsinə  səbəb olur. Başqa tərəfdən belə 
vasitələr  sənətin  kütləviləşməsinə  kömək  edir.  Sənət,  tex-
niki  tərəqqidəki  inqilabların  təsirindən  azad  deyil.  Buna, 
sənəti  kiçildəcək  bir  təsiri  kimi  yox,  onun  inkişafına  yeni 
tələb qoyan təbii bir hal kimi baxmaq lazımdır.  
Elm,  bilik  sənətkara  ağılın  gözləri  ilə  görünən  alə-
min  üfüqlərini  açır.  Aləmin  bilavasitə  gözlə  görünən  his-
səsinin  zənginliyi onun ümumi zənginliyinin çox kiçik bir 
hissəsidir. Aləmin genişlənməsi isə sənətə təsirsiz qala bil-


Elm və sənət   
 
- 157 - 
məz. Müasir elmi fantastikanın xeyli hissəsi, kosmik möv-
zular, riyazi asılılıqlardan təsviri sənət mövzuları kimi is-
tifadə və s. bu təsirin hələ ilk əlamətləridir.  
Elmlə  tanışlıq  biliyə  inam  yaradır.  Bu  inam  insana, 
onun  gələcəyinə  inamdır.  Sənətkarın  hissinə  əsaslandığı 
inamın üstünə belə bir inam da gələrsə onun yaratdığı əsər 
heyran etməklə bərabər, daxili məntiqi, dərinliyi, ciddiliyi 
ilə heyrətləndirə də bilər.  
Elmin  sənətə  təsirinin  mahiyyəti  sənətin  elmə  təsi-
rindən çox-çox mürəkkəb olduğunu nəzərə alaraq, belə bir 
təkrarı  lazım  bildim.  Ali  məktəb  illərindən  bu  günə  kimi 
elm  adamlarının  sənətə  münasibəti  ilə  onların  elmdə  mü-
vəffəqiyyətləri arasındakı uyğunluğun səbəbi mənim üçün 
maraqlı  bir  sual  kimi  qalmışdır.  Bir  qayda  olaraq,  istər 
təhsildə,  istərsə  də  elmi  işdə  orijinal  müvəffəqiyyət  qaza-
nanların  sənət  həvəskarları  olduğunu  müşahidə  etmişəm. 
Bu adamların  çoxunda sənətə ehtiyac o qədər böyük olub, 
o  qədər  sənəti  duya  biliblər  ki,  tanıyanlar  onları  “sənət 
üçün  itirilmiş  adamlar”  hesab  edirlər.  Belə  itki  ağrı  gə-
tirmir.  Qoy  həmişə  elmin  itirdiyi  adamları  sənət,  sənətin 
itirdiklərini elm tapsın. Bəlkə də belə hallarda kimin hara-
da olmasının əlverişliliyini dəqiq təyin  edə bilməməyimi-
zin mübhəm bir əhəmiyyəti var. Bir neçə il bundan qabaq 
iki  şəxsiyyətin  yuxarıda  göstərdiyim  qanunauyğunluqdan 
kənara  çıxması  məni  darıxdırırdı.  Bunlardan  biri  müasir 
fizikanın  yaradıcılarından  olan  alman  alimi  Heyzenberq 
idi. Lakin fizikanın ümumi məsələlərinə həsr etdiyi bir ki-
tabını və bir neçə məqaləsini oxuyandan sonra onun təbiət-
cə şair olduğuna şübhəm qalmadı.  
İkinci böyük şəxsiyyət  alimimiz Yusif Məmmədəli-
yev idi. Bəlkə də onun sözə qənaətcilliyi sənətə münasibə-
tini  kənar  adamlardan  gizli  saxlayırdı.  Belə  böyük  alim, 


Elm adamları elm haqqında 
 
- 158 - 
gözəl  insan  (mən  bu  sözləri  öz  müşahidələrimin  nəticəsi 
kimi  deyirəm!)  sənətə  necə  laqeyd  ola  bilər!  Sonra  onun 
həmyaşlarından öyrəndim ki, Yusif Məmmədəliyev də bö-
yük  sənət  pərəstişkarı  imiş!  Beləliklə,  elm  üçün  istedadlı 
kadrlar seçilməsində, sənətə münasibət bəlkə də bir meyar 
kimi istifadə oluna bilər.  
Mənim iştirak etdiyim aspirant, kiçik elmi işçi attes-
tasiyalarında,  bir  qayda  kimi,  öz  elmi  işinə  marağı  olma-
yanların sənətə ancaq utilitar münasibət bəslədiklərinin şa-
hidi olmuşam.  
Fikrimizə  incəlik  verən,  onu  dağ  çayları  kimi  coş-
qun, iti, gözlənilməz döngəli, şəlaləli edən sənətin təsiri el-
mimizin inkişafı üçün son dərəcə lazımdır. Sənətin inkişa-
fı,  çiçəklənməsi  dünya  elminin  tərəqqisi  və  onun  insanlı-
ğın xeyrinə yönəldilməsi üçün lazımdır. Sənət insanı həm 
“ağıl artıqlığı”, həm də ağıl azlığı bəlasından qoruyan va-
sitədir.  Sənət  bizi  peşə,  məşğələ  əsirliyindən  qurtarır,  gö-
zümüzdə dünyanın sxematikləşməsinə imkan vermir, daxi-
li – psixoloji bütövlüyümüzü, xarici aləmlə sağlam vəhdə-
timizi saxlamağa kömək edir.  
Müasir elmin sənəti zəifləşdirdiyini, “intellekt sahib-
ləri” üçün sənətin az əhəmiyyətli olduğunu eşitdikdə, necə 
deyərlər,  matım-qutum  quruyur.  Elə  bil,  sənətin  vaxtı  ilə 
meydana gəlməsinin səbəbi elmin zəifliyi olmuşdur. Sənə-
tin  və  ya  elminmi  insan  üçün  daha  vacib  olması  sualı  da 
gülüncdür. Bu suyun və ya havanınmı insan üçün daha va-
cib olması sualına oxşayır.  
Elm  və  sənət  insan  mədəniyyətini  yüksəklərə  qaldı-
ran qoşa qanaddır. Quş tək qanadla uça bilməz. Uçuş, yük-
səliş  hər iki qanad eyni  qüvvədə  olduğu zaman  əldə  edilə 
bilər. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə