Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə47/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   43   44   45   46   47   48   49   50   ...   92

Elm və sənət   
 
- 153 - 
təkrarı  gedir.  On  il,  on  beş  il  böyüklərlə  yanaşı  “qaçdıq-
dan” sonra bilik estafetini onlardan qəbul edib irəli aparı-
rıq. Lakin bu 10-15 il bizi elmin əsrlər boyu əldə etdiyi ən 
əsas  nailiyyətlərlə  ümumi  şəkildə  tanış  edir.  Təhsil  bu 
müddətlə qurtarmır. Təhsil insanın ömrünün sonuna qədər 
davam edir və davam etməlidir.  
Keçmişə  doğru  getdikcə  elm  və  sənət  arasında  sər-
həd itir və çox vaxt eyni şəxsiyyətdə hər iki sahənin birləş-
diyini,  bir  əsərdə  elmin  sənətlə  qəribə  birliyini  görürük. 
Bu,  keçmiş  haqqında  biliyimizin  azlığının  nəticəsi  deyil. 
Alimin  sənətkardan  ayrılması  həm  sənətin,  həm  də  elmin 
budaqlanması zəmanəmizə doğru inkişaf edən bir meyl ol-
muşdur.  Bu  insanın  aləm  haqqında  biliyinin  artması,  ge-
nişlənməsi, yeni görmə və ifadəetmə üsullarının meydana 
gəlməsinin zəruri nəticəsidir.  
Qalileyə qədər əldə edilən biliklərin əksəriyyəti pas-
siv müşahidələr və məntiqi mühakimələrin nəticəsi idi. O 
vaxtdan  indiyə  kimi  əldə  edilən  biliklər,  demək  olar  ki, 
fəal  müşahidələr,  təcrübə  şəklində  təbiətə  verilən  suallar, 
insanın  təbii  hissetmə  adi  teleskopdan  başlamış  müxtəlif 
sürətləndiricilər,  radioteleskoplar  və  müasir  elm  cəbbəxa-
nasını  dolduran  yüzlərcə  cihazla  əvəz  olunması  hesabına 
əldə  edilmişdir.  İnsan  təbii  imkanları  ilə  təbiətin  çox-çox 
məhdud  hissələrini  görə  bilirdi.  İndi  o  bilavasitə  ən  uzaq 
qalaktikalardan  elementar zərrəciklər arasındakı  aləmə  ta-
maşa edə bilər.  
İndi  Aristotel,  İbn  Sina,  Tusi,  Leonardo  do  Vinçi, 
Lomonosov olmaq mümkündürmü?   
Şübhəsiz yox! Təəssüf ki, yox! Kimya sahəsində çı-
xan jurnalların hamısı ilə heç kimyaçı da tanış ola bilmir. 
O  ancaq  kimyanın  müəyyən  sahəsini,  bilavasitə  işlədiyi 
məsələlərə aid yenilikləri izləməyə qadirdir.  


Elm adamları elm haqqında 
 
- 154 - 
Başqa  sahələr  də  belədir.  Məsələ  təkcə  məlumatın 
həcmində deyil. Əsas çətinliklərdən biri də spesifik və şər-
ti dil çətinliyidir. Siz fizika və ya kimyaya aid bir məsələni 
oxuyub anlaya bilməyəcəksinizsə, bu hələ sizin həmin sa-
hədə qabiliyyətsiz olduğunuzu göstərmir. Məqalə azərbay-
canca  yazılmış  olsa  da,  oradakı  sözlər  adi  mənada  işlən-
məmişdir.  Onların  tamamilə  müəyyən  və  məhdud  mənası 
var. Elm dəqiqləşdikcə bu məhdudiyyət daha da artır.  
Fizikada qüvvə cismə hərəkət təcili verən səbəbə de-
yilir.  Nə  artıq,  nə  də  əskik.  Ümumi  dildə  qüvvə  sözünün 
mənası genişdir. Eləcə də başqa sözlər. Başqa ciddi bir çə-
tinlik tamlıq məsələsidir. Siz istədiyiniz bədii əsəri başqa-
larından asılı  olmayaraq  oxuya bilərsiniz.  Lakin  elmi  mə-
qalələr belə deyil. Sizin təsadüfən seçdiyiniz məqalə əgər, 
doğrudan  da,  elmi  məqalədirsə,  bu  çox  böyük  söhbətin  – 
çoxdan  başlanmış  söhbətin  bir  hissəsidir.  Söhbətin  əvvə-
lindən xəbərsiz kiçik bir hissəni anlamaq asan ola bilməz.  
Dünyagörüşün genişləndirilmə yollarından bəzilərini 
– aşağıdakıları göstərmək olar.  
1.
 
Bizim təhsil sistemindən doğru istifadə etmək. 
Hələ aşağı siniflərdən şagirdlər arasında ixtisaslaşma 
başlanır: texniki fənlərə gedənlər, ictimai fənlərə gedənlər. 
Əslində burada bir pis şey yoxdur. Lakin bu məqsədlə eh-
tiyatsız  atılan  addımlar  çox  zərərlidir.  İctimai  səhəyə  ge-
dənlər  bütün  texniki  fənlərdən  əl  çəkib,  ona  bir  yük  kimi 
baxırlar. Əslində isə burada, orta məktəbdəki imkandan – 
texniki  elmlər  üçün  ayrılmış  imkandan  səmərəli  istifadə 
edilməlidir.  Çünki  ali  məktəbdə  belə  ardıcıl  imkanı  tap-
maq  çətindir.  Bu  cəhətdən  texniki  fənlərə  gedənlərin 
vəziyyəti yaxşıdır. Onlarda ədəbiyyata maraq öz-özlüyün-
də yaşamaqla ictimai bilik ali məktəbdə davam etdirilir.  


Elm və sənət   
 
- 155 - 
2.
 
Kütləvi  kitablar,  kütləvi  elmi  jurnallar  dünyagö-
rüşün, biliyin artırılmasının digər vasitələrindəndir.  
Elmi  kitabları  qalınlaşdıran,  mürəkkəbləşdirən  əs-
lində  elmi  həqiqətin  alınma  yollarının  təsviri,  onun  həqi-
qiliyinin,  sübutunun  müzakirəsidir.  Bu  həqiqətləri  aydın 
təsəvvür etmək lazımdır. Belə bir biliyi elmi-kütləvi kitab 
və jurnalları oxumaqla, elmi söhbətlərə qulaq asmaqla əldə 
etmək olar. Elə bu cür ədəbiyyat da eyni məqsədi güdür. 
 
 
Son  söz 
 
Elmlə  sənətin  əlaqəsi  haqqındakı  söhbətimiz  sona 
çatır.  Mən  istəməzdim  ki,  oxucu  buradakı  mühakimə  və 
mülahizələri  təhlilə,  tənqidə  ehtiyacı  olmayan  hökmlər 
kimi  qəbul  etsin.  Yazıya  belə  bir  oxucu  münasibəti  söh-
bətimizin ruhuna zidd olardı. Ancaq çox istərdim ki, oxu-
cu müəllifin xeyirxah bir məqsəd güddüyünə inansın.  
Elə bir müasir adam tapılmaz ki, onun sənətlə elmin 
əlaqəsinə öz münasibəti olmasın.  Bu söhbət  belə münasi-
bətlərdən  biridir  və  daha  ciddi,  elmi  araşdırma  üçün  bir 
stimul olacağına ümidimin doğrulmasını ən böyük müvəf-
fəqiyyətim sayırdım.  
Elmin  sənətə  təsirini  işıqlandırmaq  arzusu  ilə  gətir-
diyim  misallardan  çıxarıla  biləcək  nəticələri  aşağıdakı  şə-
kildə qruplaşdırmaq istərdim. Əslində onlar nəticədən çox 
açılmasına ehtiyac duyulan suallardır.  
Hər  şeydən  əvvəl,  elm-bilik  sənətkarda  müasir  dün-
yagörüşünun  formalaşması  üçün  zəruridir.  Elmin  nailiy-
yətləri ilə ümumi tanışlıq sənətkar düşüncəsini insan – tə-
biət, insan – insanlıq, insan – insan, isan – həyat və s. kimi 
münasibətlərin  müasir  problemləri  təsiri  altında  saxlayır. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə