Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

Elm adamları elm haqqında 
 
- 150 - 
yanı  istənilən  kimi  görmək  arzusudur.  Şirin  bir  arzunun 
mövcudluğu  hələ  əməl  üçün  azdır.  Bu  arzuya  haqqın  ol-
duğuna inam da yaradılmalıdır. Dünyagörüşün böyük payı 
olan  bu  inam  yaradıcının  özündə  olmasa  o  həmin  inamı 
oxucusuna, tamaşaçısına necə təlqin edə bilər? 
Müasir dünyagörüşü, biliyə söykənmiş sənət  fəaliy-
yəti  fərdi  mənafe  çərçivəsindən  çıxaran  qüvvədir.  Bu  işi 
didaktik tövsiyyə də görə bilər. Lakin birincinin üstünlüyü 
müqayisəolunmaz dərəcədə yüksək emosiya yarada bilmə-
sindədir,  emosiya  vasitəsi  ilə  inandıra  bilməsindədir.  Sə-
nət,  bizə  arzularımız  içərisindən  həyata  layiq  arzunu  seç-
məyə kömək edir.  
Fikirli duyğulara əsaslanan sənətin vəzifəsi arzu do-
ğurmaq, bu arzuya haqqımız olduğuna inam  yaratmaqdır. 
Sənət, eyni zamanda, bu arzunu həyata keçirmək üçün la-
zımi qədər qüvvətli olduğumuza bizi əmin edir. İnsan sə-
nət  aynasında  öz  böyüklüyünü  görür.  O,  böyüklüyünə 
inanmadan böyük işlər arxasınca gedə  bilməz.  İnsanın  tə-
biəti belədir. Yalnız böyük işlər arxasınca  gedərkən insan 
insana  yüksək  mənalı  ehtiyac  hiss  edir,  özünü  insanlığın 
bir hissəsi  kimi  görə  bilir.  İnsan öz fəaliyyəti ilə  zamanın 
ictimai şəklinin elementi olur, öz yerini tapır, necə deyər-
lər,  özünü  tapır.  Amerika  pedaqoqları  belə  bir  təcrübə 
aparmışlar:  eyni  qabiliyyətə  malik  iki  qrupa  göndərilən 
müəllimlər aldadılmışdır. Onlara bir qrupun o birindən üs-
tün olduğu xəbər verilmişdir və eyni məsələnin həllində bu 
qrupların  müvəffəqiyyəti  yoxlanılmışdır.  Nəticədə  “qa-
biliyyətli” qrupda müvəffəqiyyət böyük olmuşdur. Sadəcə 
olaraq,  bu  qrupda  uşaqlar  müəllimlərin  onlar  haqqında 
yaxşı fikirdə olduqlarını hiss etmişdilər. Xalqa inanmadan 
onun  sənətkarı  olmaq  olmaz.  Sən  özün  ona  inanmırsansa 
onda özünə necə inam yarada bilərsən? Buna görə də, sə-


Elm və sənət   
 
- 151 - 
nətkarın  gözləri  xalqın  müvəffəqiyyətsizliyində  belə  mü-
vəffəqiyyətə aparan bir iz görməyə qadirdir.  
Bu iz onu qaldırmaq üçün istinad nöqtəsi olacaqdır. 
Bu məsələ böyük sənət nümunəsi olan xalq yaradıcılığında 
necə  də  gözəl  həll  edilmişdir.  Burada  qəhrəmanlıq  əl  çat-
maq  deyil.  Adi  adam  da  qəhrəman  ola  bilər.  Xalq  özünü 
geri qaldığı üçün lağa qoymur. Bu, ümidsizlikdən başqa nə 
verər.  Böyüklüyünə  ümid  yaradılmamış  kiçikliyinə  gül-
dürməklə insanı düzəltmək olmaz. Bütün insan çirkinliklə-
ri toplanmış bir obraz xəyalınıza gətirin. Bu, çirkin bir şe-
yin şəklini divardan asmaq kimidir. Belə bir bədii portret 
xoşa  gələrmi?  Əlbəttə,  yox!  İndi  də  təsəvvür  edin  ki,  ob-
razın çirkinlikləri onun öz dilindən etiraf kimi verilib. Siz 
burada xoşagələn bir şey hiss edəcəksiniz. Bu, insanın so-
nuncu  böyüklüyü  olan  etirafdır.  Bütün  təsvir  edilən  çir-
kinliklərə baxmayaraq etiraf sizdə ümid doğurur, siz “yenə 
də insan!” – deməyə məcbur olursunuz. Xeyir – şər, sevgi 
– nifrət,  yaxşı – pis bütün sənət əsərlərinin əsas mövzusu 
olmuşdur.  
Sərhədsiz  münasibətlər  içərisində  sevgi  bizi  işıq  ki-
mi cəlb  edir. Biz onun tərəfdarı olur, ona haqq qazandırı-
rıq.  Yaxşı  da  belədir.  O  da  fon  deyilsə  işıq  kimi  nəzəri 
cəlb edir. Onlar fona nisbətən çox-çox kiçik də olsalar in-
sanlığı arxalarınca aparan işıqlardır və onlarda güclənmək 
xassəsi var. Onlar öz azlığı ilə üstün gəlirlər.  
Səbəbi çox sadədir. Pislərin birliyi bir nöqtədə oldu-
ğu halda, yaxşıların birliyi bütün nöqtələrdədir. Pis, yaxşı-
ya  əks  olduğu  qədər  də  pisə  əksdir.  Beləliklə,  istər  fərdi 
aləmdə, istərsə də cəmiyyətdə qorxulu yaxşının, məhəbbə-
tin azlığı deyil, onların yoxluğudur.  


Elm adamları elm haqqında 
 
- 152 - 
Qaydasızlığın hamısı kimi pisliyin sifəti yoxdur, əqi-
dəsi  yoxdur,  o  yaşamaq  üçün  yaxşı  əqidə  ilə  maska-
lanmalıdır. Bütün bu hissləri bizdə doğuran fikirli sənətdir.  
Yuxarıda gətirdiyimiz misallarla mən sənətin müxtə-
lif cəhətlərdən dünyagörüşü ilə təmasını göstərməyə çalış-
dım.  Bu  təmasların  hər  biri  ayrılıqda  müzakirə  olunacaq 
qədər  böyük  və  ciddi  məsələlərdir.  Lakin  bunlar  sənətə 
qiymət  vermək  və  onun  təhlili  ilə  məşğul  olmaq  fikrinə 
düşən  istedadlı  gənclərdə  sənət  məsələlərində  dünyagörü-
şün böyük roluna inam üçün kifayətdir.  
Geniş  dünyagörüşü  olan  rəssamın  tablosuna  tamaşa 
edin.  O,  sizin  üçün  dünyaya  açılmış  bir  pəncərə  olacaq. 
Siz  orada  bir  dərinlik  görəcəksiniz.  Dünyagörüşü  geniş 
olan hər bir sənətkarın əsəri belədir. Siz orada müəmmalı 
heç bir şey  görməyəcəksiniz. Hər şey sadə və  yığcamdır. 
Lakin bu sadəlik sizi bir dərinliyə aparacaq, zəngin bir alə-
mə  müşayiət  edəcək. Dünyagörüşü məhdud olanların tab-
losundan  o  tərəfə  keçmək  mümkün  deyil,  siz  ancaq  onun 
dediyi və çəkdiyini görə bilərsiniz. O, işarələr, o sözlər ar-
xasında özü də heç bir işıq, genişlik görmədiyi üçün, daha 
doğrusu,  onların  arxasında  dünyagörüşü  durmadığı  üçün 
siz də ürəyəyatan bir şey görməyəcəksiniz.  
Bilik  həcmi  gündən-günə  genişlənən  dünyamızda 
belə bir dünyagörüşü necə əldə etmək olar?  
Bütün  bioloji  əlamətlər  kimi  yaradıcılıq  üçün  zəruri 
xüsusiyyətlərin  hamısı  irsi  deyildir.  Bilik  həcmi  biliklər, 
sözlər  vasitəsilə  qazanılır.  Söz  ancaq,  fərdlərin  bir-birini 
başa  düşməsi  üçün  deyil,  həm  də  nəsillərin  nəsilləri  başa 
düşməsi üçün lazımdır.  
Biz yetkinlik yaşına çatana qədər birhüceyrəlidən bu 
vaxta qədər keçilmiş təkamül prosesini təkrar edirik. 6-7 -
yaşlarından yetkinliyə qədər isə insanın bilik təkamülünün 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə