Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə36/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

Elm və sənət   
 
- 119 - 
Elmin mücərrəd məsələləri ilə məşğul olan adamla-
rın sənətin mücərrəd sahələrinə ehtiyacı daha çoxdur. Sə-
nətin mücərrədliyi deyəndə onun qollarının bir-birinə nis-
bətən  mücərrədliyini  nəzərdə  tuturam.  Məsələn,  musiqi 
söz sənətinə görə mücərrəddir. Sənətin mücərrəd sahələri-
nə görə bu ehtiyacı akademik Y.Aleksandrova istinad edə-
rək bir misalla göstərmək istərdim.  
Məşhur riyaziyyatçılar – Xauzdorf və Brauer cavan-
lıqda musiqiçi olmaq istəyirmişlər: biri bəstəkar, biri pia-
noçu. Hər ikisi cavanlıqdan ömürlərinin sonuna qədər fəl-
səfə  ilə  maraqlanmışdır.  Hər  ikisinin  kabinetində  royal 
varmış  və  tez-tez  işlərini  “dayandırıb”  royal  arxasına  ke-
çirmişlər.  Hətta  Xauzdorfun  yazdığı  pyeslər  Almaniya 
səhnələrində oynanılarmış. Xauzdorf və Brauer riyaziyya-
tın mücərrəd sahələrində ölməz yenilikləri ilə məşhurdur-
lar. Bəlkə  də  hər bir  yaradıcı öz həyatı ilə insanların  fikir 
təmayülünü  təkrar  edir:  gözəllik  hissi,  onun  ifası  –  sənət; 
nəhayət, bu gözəllik arxasında gizlənmiş ümumi qaydanın 
kəşfi  –  elm!  Nyutonun  şeir  yazması,  rəssamlığı,  orta  əsr 
Şərq  alimlərinin  şairliyi  (İbn  Sina,  Xəyyam,  Tusi,  Uluq 
bəy  və  s.)  Luis  Kerol,  Norbert  Viner  və  bir  sıra  başqa 
alimlərin  bədii  yaradıcılığı  belə  bir  mülahizəyə  əsas  ola 
bilməzmi? 
Bütün  bu  dediklərimiz  sənətin  bilavasitə  vəzifəsin-
dən əlavə başqa bir vəzifəsidir.  
Ümumiyyətlə, sənətin elmi yaradıcılıq üçün əhəmiy-
yətindən bəhs edən yazıları oxumaq çox azdır, sənətin özü 
ilə tanış olmaq lazımdır.  
İngilis alimi T.H.Haksleyin fikrincə, elmdə ən böyük 
faciə  çirkin  dəlillərin  gözəl  fərziyyələri  məhv  etməsidir. 
Yox!  Əsla  yox!  Bu  faciə  deyil,  elmin  adicə  inkişaf  yolu-
dur. Gözəl görünən fərziyyənin çirkin, çirkin görünən dəli-


Elm adamları elm haqqında 
 
- 120 - 
lin  isə  gözəl  olduğu  aşkara  çıxarılırsa,  buna  faciə  demək 
olarmı?  Məqsəd  elmi  gerçəkliyi  üzə  çıxarmaqdan  ibarət-
dirsə,  elmi  işçi  öz  fərziyyəsinin  daxili  çirkinliyini  göstərə 
bilən  “çirkin”  dəlili  müqəddəs  hesab  etməlidir.  Bütün  də-
lillər bizim fərziyyələrimizi təsdiq etsəydi fikrin inkişafını 
necə təsəvvür etmək olardı? Əlbəttə, gözəl fərziyyənin çir-
kin olduğunu görmək heç də ağrısız keçmir. Elm aləminə 
qədəm qoyanın mərdliklə qarşıladığı çətinliklərdən biri də 
bu olmalıdır.  
Yazmağı  bacarmaq  üçün  yazılandan  imtina  etməyi 
də bacarmalısan. Alimin böyük bəlalarından biri öz fərziy-
yəsinin  gözəlliyinə  vurulub  gerçəklik  hissini  itirməsidir. 
Söz  yox  ki,  əsassız  olaraq  fərziyyədən  əl  çəkmək  də  düz 
deyil.  Ümumiyyətlə,  nə  qədər  səhv  fərziyyə  olursa  olsun, 
yenisi düzələnədək, adətən, ondan əl çəkmirlər. Məşhur ri-
yaziyyatçı Poyanın dediyi kimi, doğru olmayan fikirdən əl 
çəkmək üçün alimə ağıl mərdliyi lazımdır.  
Paster  deyirdi:  “Mən  öz  ömrümü  hədər  itirdim”. 
Alimin  özü  üçün  ən  böyük  faciə  belə  fikirdir.  O  səmimi 
olaraq  belə  fikirləşirsə  (əsil  alim  başqa  cür  fikirləşə  bil-
məz!), siz onu böyük işlər gördüyünə necə inandıra bilər-
siniz? Axı o, nailiyyətlərini öz arzuları ilə tutuşdurur. Əldə 
etdikləri isə artıq ona adi şeylər kimi görünür. O: “mən bu-
nu tapdım” deyə sevinməkdən çox “nə üçün mən bunu in-
diyə  kimi  anlaya  bilməmişəm,  burada  nə  var,  neçə  dəfə 
yanından  ötüb  keçmişəm...”,  deyə  haldan-hala  düşür,  “öz 
ümidsiz kiçikliyini” görür. Bir də o, axtarışlarını tərif eşit-
mək  üçün  etmir,  öz  nailiyyətləri  haqqında  özünə  hesabat 
verir.  Bu  cür  faciələrin  bədbəxt  hadisələrlə  nəticələndiyi 
az  olmamışdır.  Belə  hallarda  həqiqətin  qurbansız  əldə 
edilə  bilməməsini  yada  salan  bir  söhbət  və  ya  yazı  sizin 
vəziyyətinizi olduqca yüngülləşdirə bilər: nə üçün bu qur-


Elm və sənət   
 
- 121 - 
ban  mən  olmayaydım?  Başqa  cür  uzun-uzadı  nəsihətlər 
vəziyyəti daha da ağırlaşdıra bilər. Başqalarının musiqi ilə, 
rənglə,  forma  və  sözlə  söylənən  dərdini  dinləmək,  ətrafa 
baxıb öz aləmindən kənarda saysız hesabsız aləmlər oldu-
ğunu görmək lazımdır. Özün kimi ümidsiz düşüncələr alə-
minə  çəkilənləri  oyatsan,  onlar  üçün  buluddan  çıxan  bir 
günəş olsan, öz qəlbin də işıqla dolacaq. Lakin daxili alə-
min  sənətlə,  gözəlliklə  qovuşmamışsa  özün  və  ya  özgəsi 
sənə necə təsir edə bilər?  
Sənət  öyrədir  ki,  həqiqət  aşiqi  bu  yoldakı  əzabları 
böyük bir mükafat kimi qəbul etməlidir.  
Sənət öyrədir ki, görülən işin böyüklüyü imkanla öl-
çülür.  Qabiliyyətsiz  olduğundan  şikayətlənməyin  elə  özü 
də qabiliyyətsizlikdir. Qabiliyyət olanını əsirgəməməkdir.  
Bəs xidmətləri “qiymətləndirilməyənlər”, – dərin ol-
duqları üçün müasirləri tərəfindən başa düşülməyənlər ne-
cə? Onların dərdi azdırmı? Bu da faciədir. Təəssüflə qeyd 
etmək  lazımdır  ki,  elmdəki  kütləviliklə  əlaqədar  belə  “fa-
ciələr” daha çoxdur. Lakin Pasterin faciəsi ilə müqayisədə 
bunlar adicə  ağrılardır.  Axı  onlar bir gün qiymətləndirilə-
cəklərinə,  bir  gün  başa  düşüləcəklərinə  şübhə  etmirlər. 
Ancaq şöhrət onlara bir az tez lazımdır.  
Yüksək  emosionallıq,  müşahidəçi  həssaslığı,  xəyal-
pərəstlik  elmi  yaradıcılıq  üçün  əvəzedilməz  keyfiyyətlər 
olduğu  kimi,  eyni  zamanda,  elmi  işçi  psixologiyasındakı 
gərginliklərin əsas səbəblərindəndir.  
Aylarla,  illərlə  üzərində  baş  sındırdığımız  hər  hansı 
məsələnin  bir  həftə  və  ya  yüz  il  sizdən  qabaq  həll  edildi-
yini eşitdikcə özünüzü necə hiss edərsiniz?  
Bəzən  adama  elə  gəlir  ki,  müvəffəqiyyətsizliklərin 
səbəbi  sizi  əhatə  edən adamlar və  mikromühitdir. Yaradı-
cılıq  mühiti  müvəffəqiyyətə  şansı  artırıb  azalda  bilər, 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə