Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə33/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   29   30   31   32   33   34   35   36   ...   92

Elm adamları elm haqqında 
 
- 110 - 
ölkədə elmi səviyyə yüksək deyilsə, orada başqa ölkələrin 
elmi və texniki nailiyyətlərindən də səmərəli istifadə edilə 
bilməz. F.Engelsin sözləri ilə desək: “Elmin yüksəkliyində 
durmaq istəyən millət nəzəriyyəsiz ötüşə bilməz”. Ona gö-
rə  də  ölkənin  müasirliyini  və  qüdrətini  xarakterizə  edən 
göstəricilərdən biri  də  onun elmi-texniki  işçilərinin  səviy-
yəsi və sayıdır. ABŞ-a Avropa, Asiya və Afrika ölkələrin-
dən alimlərin axını indi bu ölkələr üçün milli  bəlaya çev-
rilmişdir.  Bu  axını  mətbuatda  “beyin  axını”  adlandırırlar. 
Başqa  ölkələrdən  ABŞ-a  keçən  minlərlə  ixtisasçının  sayı 
hər il artır. Qəribə burasıdır ki, bu axının çox hissəsi inki-
şaf etməyə başlayan ölkələrdəndir; halbuki öz ölkələrinin 
belə  adamlara  daha  çox  ehtiyacı  var.  Söz  yox  ki,  Avropa 
ölkələrindən olan axının səbəbi ilə bu ölkələrdən olan axı-
nın səbəbi eyni deyildir. İngilis qəzetlərinin birinin yazdı-
ğına  görə,  yeni  inkişaf  etməyə  başlayan  ölkələrdə  mütə-
xəssislərə  ehtiyac  olmasına  baxmayaraq,  onların  ölkədən 
getməsinə  bir  sıra  hallarda  siyasi  əmin-amanlıq  kimi  ba-
xırlar  və  bu  hadisənin  bir  milli  bəla  olduğunu  belə  hiss 
etmirlər.  Göstərmək  lazımdır  ki,  “beyin  axını”  məsələsi 
heç də yeni deyildir. Vaxtı ilə bu axın üçün mərkəz, Avro-
pa, xüsusilə İngiltərə olmuşdur. Hələ indi də İngiltərə uni-
versitetlərində  çalışan  başqa  ölkələrdən  gəlmiş  mütəxəs-
sislərin sayı az deyildir. Onların çoxu Asiya və Afrika öl-
kələrindəndir.  Mən  onların  böyük  əksəriyyətində  vətən-
daşlıq duyğusu görmədim, çünki bu adamlar öz sənətlərinə 
utilitar münasibət bəsləyir və heç bir ictimai məqsəd güd-
mürlər. Onlar özlərinə bəraət qazandıraraq deyirlər ki, biz 
vətəndaşlıq  duyğusuna  gərəksiz  bir  yük  kimi  baxırıq.  Əl-
bəttə,  vətənsiz  ixtisasçıların  beynini  istismar  etmək  üçün 
belə bir fikrin təbliği əlverişlidir. Lakin bu o demək deyil-
dir ki, bu ölkələrdə mütərəqqi sənət yoxdur.  


Elm və sənət   
 
- 111 - 
Mən  İngiltərədə  elektronika  sahəsində  ixtisaslaşan 
bir pakistanlı ilə tanış oldum və sevinərək qeyd etdim ki, 
sizin kimi mütəxəssislər Pakistana indi daha çox lazımdır. 
O  məni  başa  saldı  ki,  heç  Pakistan  haqqında  düşünmür, 
günü harada xoş keçirsə, ora vətənidir. Onun heç bir əzab 
çəkmədən dediyi  bu sözlər məni  heyrətə  gətirdi.  Axı  belə 
adamla adi maşın arasında nə fərq var?! 
Belə  meyllər Qərbdə  ciddi-cəhdlə təbliğ olunur.  Əl-
bəttə,  bu,  “köçmüş  beyinlərin”  sayını  artırmağa  xidmət 
edir.  
Hind alimi Roman Leninqradda olarkən ona sual ve-
rirlər: 

 
Sizinlə  birlikdə  oxuyanların  bir  çoxunun  elmi 
nailiyyətlərini nə ilə izah edə bilərsiniz? 
O : 
–  Biz  orta  məktəbdə  oxuyarkən  and  içdik  ki,  yaxşı 
oxuyub  İngiltərədən  Hindistana  gələn  müəllimləri  əvəz 
edək,  –  deyə  cavab  vermişdir.  Bu  müsahibə  vətəndaşlıq 
duyğusunun elmi nailiyyət üçün çox böyük stimul olduğu-
nu göstərən yaxşı bır misaldır. Belə misallardan çox gətir-
mək olar. Ancaq özlüyündə də aydındır ki, aləmdə öyrəni-
ləsi sualların sayı çoxdur, lakin alim onların arasından bi-
rinci  növbədə  öz  xalqı,  öz  vətəni  üçün  birbaşa  lazım  ola-
nını seçməlidir. Bu, eyni zamanda dünya üçün də qiymətli 
olacaqdır.  
Mümkündür  ki,  hind  aliminin  işlədiyi  elmi  proble-
min  nəticəsindən  istifadə  etməyə  hələ  Hindistanın  öz  im-
kanı olmasın. Bu nəticədən İngiltərə bəhrələnirsə, deməli, 
beynin  istismarı  üçün  hindlinin  İngiltərəyə  keçməsi  yox, 
onun İngiltərə sənaye və texnikasına lazım olan bir məsələ 
ilə məşğul olması kifayətdir.  


Elm adamları elm haqqında 
 
- 112 - 
Bir  sözlə,  alimin  öz  yaradıcılıq  imkanından  düzgün 
istifadə  etməsi  üçün  onun  vətəndaşlıq  duyğusunun  güclü 
olması həlledici rol oynayır.  
Dediklərimizdən  belə  nəticə  çıxarmaq  olmaz  ki, 
insan bir coğrafi mühitlə həmişəlik bağlı qalmalı, vətənin-
də  elmin  inkişafı  naminə  başqa  daha  münasib  imkandan 
istifadə  etməməlidir.  Əksinə,  bu  onun  həm  vətəndaşlıq, 
həm də alimlik borcudur. Eynşteynə görə “alim elə olmalı-
dır ki, öz borcuna ağır bir vəzifə kimi yox, qiymətli bir hə-
diyyə kimi baxsın”.  
İnsanlıq  borcumuzu  şirin  bir  arzuya,  qiymətli  və 
əvəzsiz bir hədiyyəyə çevirən sənətdir! 
Sənətin bilavasitə elmi yaradıcılıqda rolu nədən iba-
rətdir?  
Nə üçün Bolsman özünü Şillerə borclu hesab etmiş-
dir? 
Elm  adamı  üçün  ən  çətin  və  mənasız  vaxt  beynin 
qarmaqarışıq  fikirlərin  təsiri  altında  olduğu  anlardır.  O 
xarici aləmdə axtardığı, tapmaq istədiyi qaydanın ahəngini 
hiss  etmirsə,  xəyal  xaosda  dolaşırsa,  bu  üzücü  boşluğu 
musiqidəki, tablo və ya şeirdəki ahəng doldura bilər. Belə-
liklə,  sənət  alimi  dərk  olunmuş  qaydaya  ehtiyacını,  onu 
görməyə  həssaslığını  artırmaqla  birlikdə  itirilən  qaydanın 
gözəllik ağrıları üçün bir dərman, yeni qaydaların tapılaca-
ğına ümid verən bir vasitə olur.  
Heç təsadüfi deyildir ki, insanın ilk elmi nailiyyətləri 
göy  cisimlərinin  yerləşmə  və  hərəkət  qanunları  ilə  əlaqə-
dardır. Biz sadə ahəngin ilkin səbəbini göydəki ulduzların, 
planetlərin yerləşməsində və hərəkətində duya bilmişik.  
Qədim yunanlar elə hesab edirdilər ki, göy cisimləri-
nin  qanunauyğun  hərəkəti  mürəkkəb  bir  musiqi  yaradır. 
İnsan bu “musiqinin səsini eşitmir, ancaq onu duya bilir”. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə