Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə29/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

Elm adamları elm haqqında 
 
- 98 - 
mürəkkəbdir. Bu mürəkkəblik elə suallar meydana çıxarır 
ki,  bilavasitə  elmin  özünə  istinadən  onları  həll  etmək  çə-
tindir, bəzən isə mümkün deyil. Belə hallarda sənət kömə-
yə gəlir.  
Rəssamın işinə, bəstəkarın axtarışına, lap adicə divar 
hörülməsinə  tamaşa  etmək  nə  qədər  maraqlıdır!  Yeninin 
yaradılmasına  şahid  olmaq  yaradıcılığın  özü  qədər  həyə-
canlandırıcıdır.  Bahar  təbiət  yaradıcılığının  ən  məhsuldar 
çağıdır. Biz baharı bir də buna görə sevirik ki, saysız-he-
sabsız  yenilik  yaranır.  Biliyin  yaranması  prosesi  də  belə 
bir həyəcan qaynağı ola bilərdi, lakin bu prosesi müşahidə 
etmək  çox  çətindir.  Bilik  bir  gündə  deyil,  aylarda,  illərdə 
yaranır.  
Boynuma almalıyam ki, məni elmi işə çəkən bu sa-
hədə öz gələcəyimə inam  və ümiddən çox, elm aləmi haq-
qında  sehrli  nağıllara  oxşar  təsəvvürlərim  olmuşdur:  mö-
cüzəli sınaqlar, qeyri-adi söhbətlər, mübahisələr. 
Elmi  tədqiqat  institutlarına  düşdüyün  gündən  belə 
bir  aləmi  hey  axtarırsan,  lakin  gördüyün  adilikdən  başqa 
bir  şey  olmur:  öncə  tanıdığın  adamlardan  seçilməyən 
adamlar,  indiki  evlərdə  işlənən  qurğulardan  (radioqəbul-
edici,  televizor  və  s.)  çox  da mürəkkəb  olmayan  cihazlar. 
Sonralar bəlli olur ki, qeyri-adilik elə bu adiliklər içərisin-
də elmi yeniliyin yaradılmasıdır.  
Böyük alim və sənətkarların adi şeylərdən danışması 
ilk vaxtlar sizi acıqlandırır, onların nə vaxt elmin möcüzə-
lərindən, kəşflərini necə etdiklərindən danışacaqlarını həs-
rətlə, səbirsizliklə gözləyirsiniz. Sonra başa düşürsünüz ki, 
onların  belə  davranışının  səbəbi,  sadəcə  olaraq,  utancaq-
lığa oxşar bir hissin nəticəsi imiş. Axı, elmi söhbətlər on-
ların mənəvi varlıqlarının ən səmimi və ən qiymətli hissə-
sidir.  Onların  açıq-saçıq  söylənilməsi,  dinlənilməsi  utan-


Elm və sənət   
 
- 99 - 
caqlıq  hissi  doğurur:  “Bəlkə  hisslərim  əks-səda  tapa  bil-
mədi,  bəlkə  ona  inanmadılar”  bir  sözlə,  hisslərin  təhqir 
olunmaq qorxusu... 
Beləliklə,  elmi  işçilər  də  sənətkarlar  kimi  çox  vaxt 
söhbətlərini  uzaqdan  başlayıb,  ən  səmimi  düşüncələrinə 
gərəksiz  bir  şey  kimi  ehtiyatla  toxunub  uzaqlaşdıqlarını, 
həyəcanlandıqlarını hiss edirsən. Bu sahədə xeyli təcrübəli 
olanlar özlərini belə haldan zarafat və ya qeyri-səmimilik-
lə qurtarırlar. Bir elmi işçinin başqa biri ilə ilk tanışlığı za-
manı:  “P.S.Aleksandrovun  ölçülülüyün  homoloji  nəzəriy-
yəsinə sizin münasibətiniz necədir?” sualına elm haqqında 
zəif oçerklərdə rast gələ bilərsiniz.  
Göründüyü kimi, elm adamının öz səmimi düşüncə-
lərinə, hisslərinə yanaşması, əsil sevənlərin öz ürək duyğu-
larına  yanaşması  kimidir.  Belə  duyğularla  yaşayan 
adamlara sənətin necə gərəkli olduğunu anlamaq çətin de-
yildir. 
Elmi  iş  öz  təbiətinə  görə  kollektiv  fəaliyyət  sahəsi-
dir.  Gözlənilən  məqsəd  isə  bütün  dövrlərin,  ölkələrin  elm 
adamlarının  axtarışlarının  nəticələri  uzlaşaraq,  dünyadakı 
qaydanın  daha  aydın  elmi  şəklini  verməkdən  ibarətdir. 
Elm adamları bir rəssam kollektivi kimi bu böyük, bu son-
suz  mükəmməlləşən  lövhənin  ayrı-ayrı  parçalarını,  fraq-
mentlərini  “yaradırlar”.  Dünyanı  bir  vəhdət  kimi  görmək 
məqsədi  güdən bu  yaradıcılıq, insanın  bütün  imkanlarının 
səfərbərliyini  tələb  edir.  Təəssüf  ki,  bu  imkanların  çoxu 
bir-birini  inkar  edir  və  eyni  şəxsiyyətdə  onların  hamısına 
bütövlükdə  rast  gəlmək  çox  çətindir.  İdeal  elmi  işçi  aşa-
ğıdakı xüsusiyyətlərə malik olmalı idi:  

 
İstədiyini  asanlıqla  yadda  saxlamaq,  asanlıqla  da 
unutmaq;  


Elm adamları elm haqqında 
 
- 100 - 

 
Hər  şeyi  onu  təşkil  edən  hissələrə  parçalayıb,  his-
sələr və onların əlaqəsi şəklində görə bilmək, eyni zaman-
da, hər şeyi tam görə bilmək

 
Universal həssaslığa malik olmaq, istənilən vaxt öz 
həssaslığını konkret istiqamətə yönəldə bilmək

 
Yüksək  dərəcədə  xəyalpərəstlik  və  istənilən  vaxt 
yerə enə bilmək – realistlik, gerçəklik duyğusu

 
Elmin  nəhayətsizliyinə  inam,  eyni  zamanda,  onun 
ayrı-ayrı məsələlərinə nəhayəti olan bir iş kimi baxmaq

 
Yüksək emosionallıq, yüksək tənqidi ağıl; 

 
Qaydaya  hörmət,  ona  əsir  olmamaq,  onu  poza  da 
bilmək və s. 
Bu siyahını uzatmaq da olardı. Lakin, bir-birini inkar 
edəcək qədər əkslik təşkil edən bu xüsusiyyətlər bir fərddə 
toplana bilməz, başqa sözlə heç bir fərd təklikdə elmə aid 
bütün xüsusiyyətləri özündə cəmləyə bilməz. Bu xüsusiy-
yətləri özündə cəmləşdirən ayrı-ayrı fərdlərin toplusu – in-
sanlıq, bəşəriyyətdir.  
Beləliklə  də,  dünyanın  mükəmməlləşən  elmi  şəkli 
insanlığın kollektiv intellektinin məhsuludur. Buradan gör-
mək  olar  ki,  elm  adamları  bəzilərinin  düşündükləri  kimi 
heç də standart xüsusiyyətli adamlar deyildir. Bununla be-
lə, iş üslublarına görə elmi işçiləri iki qrupa ayırmaq olar.  
Bunlardan birinin iş üslubu müəyyən şəklə malikdir. 
Onları tez tanımaq olur, hər şeydə səliqəlidirlər: geyimdə, 
danışıqda,  yazıda...  İşlədikləri  cihazlarda  bir  təzə  gəlin 
yaraşığı olar, iş yerləri cana yatar. İşdə dəqiqlik, elmi mü-
bahisələrdə  təmkinlilik, səbirlilik  onlar  üçün  çox  səciyyə-
vidir. Yarımçıq qoyduqları işi başlamaq üçün onlara uzun 
vaxt  lazım  deyil  – tez köklənirlər. Bu  adamlar olmasaydı 
elm  sxolastikadan  –  cansız,  quru  mühakimələrdən  yaxa 
qurtarıb  bugünkü  həyati  qüvvəsinə  malik  ola  bilməzdi. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə