Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

Elm adamları elm haqqında 
 
- 94 - 
                     “Qara bəxtim oyanmazmı?” 
                     “Bu dağların maralıyam”. 
 
“Qaraca  çoban  qoyunları  sapanda  qoyub  gavurların 
başına yağdırardı”. 
“Dev tüstüyə çevrilib bardağa doldu” və s. 
Bu  misallarda  göstərilən  hadisələrin  heç  biri  elmi 
məntiq  baxımından  doğru  deyildir.  Başqa  sözlə,  elmi 
həqiqət deyildir.  
Rəssamlıq  sərgisində  bir  səyyah  qadının  Toğrulun 
“Narlar” əsərinə baxıb, “Mən belə narı yemərəm” dediyi-
nin şahidi olmuşam. Görünür ki, onun fikrincə, meyvə şə-
killərini  iştaha  açmaq  üçün  çəkirlər  və  onları  yemək  ota-
ğından asmaq lazımdır. Qəribə də olsa belə oxşar münasi-
bətə tənqiddə də rast  gəlmək olur: “Rəssam A. xalqın hə-
yat və əmək tərzini öz tablolarında məharətlə tərənnüm et-
mişdir”.  Sözsüz,  bu  şeyləri  rəssamın  işində  görmək  olar, 
lakin  onun  əsas  məqsədi  bundan  ibarət  deyil.  Etnoqrafiya 
bədii  foto  oçerklər  bu  vəzifəni  rəssamdan  daha  yaxşı  ye-
rinə yetirə bilər.  
Söhbətimizi  elmlə  sənətin  daha  bir  ümumi  cəhətini 
yada salmaqla qurtaraq. Bir zaman insan uçmaq məqsədilə 
quşları  yamsılamağa  çalışırdı.  O,  bu  qayda  ilə  uça  bil-
məzdi.  Uçuşun  qanunauyğunluqlarını,  prinsiplərini  öyrə-
nib,  onu  həyata  keçirməkdən  ötrü  başqa  yollar  tapdıqdan 
sonra  insan  uça  bildi.  Təbiəti  öyrənməkdə  məqsəd  onun 
yalnız  elmi  təsvirini  vermək  deyil.  Bu  yolla  təbiətin  iş 
prinsipləri  öyrənib,  onun  fəaliyyət  imkanlarını  da  aşkara 
çıxarmaqdır.  Qədim  mədəniyyətimizdə  və  müasir  dünya 
sənətində də oxşar proses gedir: təsvirçilikdən aralanıb, tə-
biətin  işlətdiyi  estetik  imkanları  onun  potensial  imkanla-
rından  seçib  tapmaq  və  bunları  sənətin  xammalına  çevir-


Elm və sənət   
 
- 95 - 
mək.  Sənətkarın  təbiətdə  bilavasitə  gördüyü  uyarlıq  yara-
dan  qaydalar  burada  onun  görə  bilmədiyi  qaydaların  mü-
qayisə oluna bilməyən kiçik bir hissəsidir. Sənətkarı yalnız 
təbiətdə  onun  görə  bildiyi  qaydalara  bağlamaq,  “təbiət 
çarxdan  istifadə  etməyib”  –  deyə  konstruktoru  çarx  işlət-
məyə qoymamaq kimi bir şey olardı. Sənətkarın  qarşısına 
qoyulan tələb, mürəkkəbliyi doğrulda biləcək qaydanı seç-
məkdən  ibarət  olmalıdır.  Təbiətin  estetik  məlumat  yarat-
maq təcrübəsinin və xalq sənətinin öyrənilməsi elə bu ba-
xımdan düşündürücü, maraqlı və çox əhəmiyyətlidir.  
 
                        
Duyğu çalarlı fikir 
 
Əsl riyaziyyatçı olmaq üçün 
 bir az şairlik lazımdır. 
 
VeyerĢtras 
 
Alimin adını fikir tarixində ölməzləşdirən, yaradıcı-
lığına  qanad  verən  onun  elə  bir  az  şairliyidir.  Sözsüz  ki, 
görkəmli riyaziyyatçılardan biri olan Veyerştras şairlik de-
dikdə heç də alimin şeir yaza bilməsini deyil, onun təbiət-
cə şair olmasını nəzərdə tuturdu.  
Alman alimi, böyük təbiətşünas – Heyzenberqin söz-
ləri  ilə  poeziya  aləmi  əsil  təbiətşünaslara  çox  yaxındır,  – 
desək bəlkə  yanılmarıq – hər halda fizikin də məqsədi tə-
biət hadisələrinin ahəngini açmaqdır.  
Ancaq alim hadisələrin ahəngini açmaqla öz vəzifə-
sini  bitmiş  hesab  etmir  o,  bu  ahəngin  səbəbi  olan  daha 
ümumi qaydanı görməyə can atır.  
Müasirlərinin yazdıqlarına görə Amerika alimi May-
kelsonun rəssamlıq istedadı da var imiş. Elm xatirinə onun 


Elm adamları elm haqqında 
 
- 96 - 
bu istedadından istifadə etməməsinə təəssüflənən müsahi-
binə o, belə cavab vermişdi: 

 
Sənət ulu məqsədinə elmdə çata bilir.  
Maykelson  demək istəyirdi ki,  o  yenə  də  rəssamdır, 
sənətkardır, ancaq “sənətin ulu məqsədinə daha yaxşı qul-
luq edən bir qayda ilə” işləyir.  
Sözsüz, elmlə açılan qaydaları sənət əsərinə məxsus 
bir ahəng kimi duymaqdan ötrü böyük hazırlığa malik elm 
adamı olmaq lazımdır. Əsil musiqiçi partituraya baxarkən 
qulağına  xoş  sədalar  gəldiyi  kimi,  elm  adamı  da  üç-dörd 
işarədən ibarət bir formulanın təsiri ilə sehrlənə bilir.  
Sənət, alimin şairliyini gücləndirir, onun ahəngə həs-
saslığını itiləşdirir, ahəngə tələbini artırır. Sənətin elm ada-
mı  üçün  nə  demək  olduğunu  daha  aydın  təsəvvür  etmək-
dən ötrü məşhur Avstriya alimi Lyudviq Bolsmanın dedik-
lərini  yada  salaq:  “Mən  indi  nəyəmsə,  Şillerə  borcluyam. 
Onsuz saqqallı və burnu ilə mənə oxşar bir adam olardım, 
ancaq o mən olmazdım”. Bəlkə də bütün danışacaqlarımı-
zın  məzmunu  bu  bir  neçə  sözdə  deyilmişdir.  Bununla  da 
sənətin  elmi  yaradıcılıqdakı  rolu  haqqında  söhbəti  bitir-
mək olardı. Ancaq məqsədimiz bir də bu rolu elmi yaradı-
cılığın  ayrı-ayrı  çağlarında,  alim  şəxsiyyətinin  formalaş-
masında izləməkdir.  
Xalq  arasında  “alim”  sözünün  mənası  elmdəkindən 
çox genişdir: alim  – zamanın  ən ağıllı adamlarından biri-
dir,  keçmişi  bilən,  gələcəyi  görən,  yüksək  əxlaqi  keyfiy-
yətləri  ilə  seçilən  fəzilət  sahibidir.  “Alim”  deyəndə  yadı-
mıza  Aristotel,  İbn  Sina,  Büruni,  Fərabi,  Tusi,  Uluqbəy, 
Nyuton, Eynşteyn, Mendeleyev kimi şəxsiyyətlər düşür.  
Tanınmış  riyaziyyatçı,  Sosialist  Əməyi  Qəhrəmanı 
akademik P.A. Aleksandrov demişdir: “Elmlə məşğul olan 
adam  elmi  işi  özünə  bir  peşə  etdikdə,  az  hallarda  özünü 


Elm və sənət   
 
- 97 - 
alim  adlandırır.  “Mən  aliməm”  ifadəsini  ömrümdə  cəmi 
üç-dörd  dəfə  eşitmişəm,  hər  dəfə  bu  ifadəni  elə  adamlar 
işlədib  ki,  onların  belə  bir  ad  daşımaq  ixtiyarı  şübhəli 
olub”. 
Bizcə,  elmi  özünə  çalışma  sahəsi  seçənlər  üçün  adi 
hallarda “elmi işçi” kimi ümumi ad daha uyğundur. 
50-60  il  bundan  qabaq  elmi  iş  bugünkü  kütləviliyə 
malik deyildi. Hələ o vaxtlar, elmi işçilik az tapılan nemət-
lərdən olarkən, Eynşteyn elm adamlarını üç qrupa bölürdü. 
Eynşteynə  görə  bir  qrup  adamlar  elm  aləminə  təsadüfən 
düşmüşlər, onlar eyni asanlıqla başqa yerdə işlər və özlə-
rini yenə də öz yerlərində hiss edərdilər. İkinci qrup nüma-
yəndələrinin  elmə  münasibəti idmançının idman yarışları-
na  yanaşmasını  yada salır: maraqlı bir çətinliyin  öhdəsin-
dən gəlib öz üstünlüyünü göstərmək. Elm adamlarının qa-
lan az bir qismi isə, istəsələr də özlərini başqa bir işdə tapa 
bilməzlər.  Onların  bütün  həyatı  varlığın  qəribəliklərini 
görmək,  axtarmaq  və  bacardıqları  qədər  onların  səbəbini 
dərk etməyə yönəlmişdir. Eynşteynin bu bölgüsü çox kəs-
kin olsa da burada böyük bir gerçəklik var. Bölgüdə sadə-
cə olaraq, elmi işçilərin elmə yanaşmasından söz gedir. El-
mə böyük yenilik gətirənlər bu qrupların hamısına mənsub 
ola bilər. Bütün həyatını elmdə görən bir adamdan isə də-
yərli bir iz qalmaya da bilər.  
İndi elmin cəmiyyətdəki rolu və kütləviliyi onun qu-
ruluşunun (anatomiyasının), Eynşteynin yuxarıda təsvir et-
diyi quruluşa nisbətən dəfələrlə mürəkkəbləşməsinə səbəb 
olmuşdur.  Elmin  quruluşu  və  ya  anatomiyası  dedikdə, 
müxtəlif  baxışlı,  müxtəlif  bacarıq  kateqoriyalarına  mən-
sub, müxtəlif ixtisaslı elmi işçi qrupları və onların qarşılıq-
lı əlaqələri başa düşülməlidir. Elm aləminin öz daxilindəki 
münasibətlər  və  onun  ictimai  mühitlə  əlaqələri  olduqca 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə