Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə30/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

Elm və sənət   
 
- 101 - 
Qəribə  ideyaları qüvvəyə  çevirən, işə çevirən, onların  hə-
qiqilik sərhədini müəyyən edən bu adamlardır.  
İkincilərə gəldikdə isə vəziyyət bambaşqadır. Onlar, 
adətən, səliqəsizdirlər, özlərini xarici aləmdə qayda tapma-
ğa  həsr  edən  bu  adamların  işində  bir  qayda  görmək  çox 
çətindir. Ardıcıl işdən doğan yeknəsəqliyə dözmür, qəribə 
sualları, yekəxana fikirləri, elmi çəkilərinə uyğun olmayan 
başabəla məsləhətləri ilə gərgin ab-hava yaradırlar. Mütə-
madi zəhmət tələb edən işlərdə, adətən, müvəffəqiyyətsiz-
likdən  başqa  bir  şey  tanımayan  bu  adamların  məqsədi  tə-
biətdə  yeni  qaydalar  görmək,  açılmış  qaydalar  arasında 
körpü salmaq, intellektual narahatlığa səbəb olan suallara 
birdəfəlik cavab tapmaqdır. Bir sözlə, onlar özlərini elmin 
kəşfiyyatçıları adlandırırlar. Ancaq axtardıqlarının nə şək-
lini, nə axtarış qaydasını, nə də harada axtarmaq lazım ol-
duğunu bilirlər. Belə bir iş çətin olduğu qədər də maraqlı-
dır.  
Elmdə həmişə gedilməli bir yol varsa, o da gedilmiş 
yolla  getməməkdir.  Bu  yolda  “törədəcəyin  əngəlləri”,  ba-
şına gələ biləcək “bəlaları” qabaqcadan görmək olur, lakin 
kimsənin getmədiyi bu yolda əldə edəcəyin “qazanc” haq-
qında qabaqcadan nə demək olar? 
Yeni ilk baxışda, ağlabatan olmur. Onun əhəmiyyəti 
haqqında hələ təsəvvür yaranmamış bizi, köhnə təsəvvür-
lərimizi  alt-üst  etməklə  hədələyir.  Elmin  özündə  də  həqi-
qətlə səhvi ayırd etmək bütün hallarda düşündüyümüz qə-
dər  asan  deyil.  İnsanın  nə  üçün  əsrlərlə  kobud  bir  səhvə 
inandığına  və  nə  üçün  həqiqətə  inanmadığına  sonradan 
təəccüblənməsi  təbiidir.  Bir  gün  tədqiqatçılardan  birinin 
düşüncəmizdə  keyfiyyət  sıçrayışına  təkan  verən  yenilik 
gətirəcəyi ümidi ilə bütün çətinliklərə dözməli oluruq. Bu 
qəbildən  olan  çətinliklər  elmi  işçi  psixologiyasına  xüsusi 


Elm adamları elm haqqında 
 
- 102 - 
çalar verir və onda sənətə xüsusi ehtiyac doğurur. Buradan 
elə  nəticə  çıxarılmamalıdır  ki,  birinci  qrupa  mənsub  elmi 
işçilərin  və  başqa  fəaliyyət  sahəsində  çalışanların  sənətə 
ehtiyacı azdır. Söhbət yalnız bu ehtiyacın xüsusiyyətindən 
gedir.  
Bütün dövrlərdə  yaşayan elm adamları üçün ümumi 
cəhətlərdən  biri  də  emosionallıqdır.  Yüksək  dərəcədə 
emosionallıq!  Sənətkarlar  da  belədir.  Bu  hal  yaradıcılıqla 
bağlı  ümumi  bir  xüsusiyyətdir.  Alimin  öyrəndiyi  xarici 
aləmdə  də, onun öz daxili  aləmində də,  rəngarəng  emosi-
yalar üçün səbəb saysız-hesabsızdır.  
Nar çiçəyinə baxın. Qəlbinizə çəkisiz bir sevinc do-
lacaq. Sonra bu sevinc uzaqlaşacaq. Heyrət hiss edəcəksi-
niz:  nə  üçün  bu  rəng  belə  gözəldir,  bu  nə  qaydadır?  Tək-
rar-təkrar  özünüzə  verdiyiniz  sualların  cavabsızlığı  sizi 
qüssələndirəcək,  sanki  qalxa  bilmədiyiniz  bir  yüksəklik 
qarşısındasınız.  Belə  hallar  bir  anda  keçir.  Maddi  varlığı-
nızla, yaşayışınızla bilavasitə əlaqəsi olmayan və ilk baxış-
dan  adi  görünən  bir  şey  sizi  belə  haldan-hala  sala  bilirsə 
sizdə elm adamı üçün zəruri olan əlamətlərdən biri vardır. 
Yüksək emosionallıqla bərabər, 3-4 yaşlarında özünü gös-
tərməyə  başlayan  xarici  aləmə  maraq,  heyranlıq,  bilikse-
vərlik  sizdə  yaşamaqdadır  və  dünya  sizin  üçün  adiləşmə-
mişdir. Elmi yaradıcılığa həvəs bu mənada “dünya adiləş-
məmiş” tərbiyə olunmağa başlanmalıdır, başqa sözlə, uşaq 
bağçasında. Hələ bu  yaşlardan istər şəxsiyyətin formalaş-
masında,  istərsə  də  bilik  və  elm  tədrisində  sənətin  əvəz-
edilməz rolu vardır.  
Əvvəl deyildiyi kimi, xarici aləmdəki qanunauyğun-
luq, qayda gözəlliyi, ahəngi, heyrət və qəribəliyi ilə aləmi 
özünə  cəlb  edir.  Sanki  bu  qaydanın  açılması  üçün  təbiət 
insanda hisslər cığırı “yaratmışdır”. Böyük alman şairi Gö-


Elm və sənət   
 
- 103 - 
tenin  sözləri ilə  desək:  “...onsuz (gözəlliksiz) bu qanunlar 
bizdən  gizli  qalardılar”.  Buna  görə  də  bilik  və  elm  öyrət-
məklə  yanaşı,  tədrisin  əsas  məqsədlərindən  biri  də  hisslə-
rin  həssaslığı  tərbiyəsi  olmalıdır.  Bunun  üçün  dərsdənkə-
nar  tədbirlərdən  əvvəl  məktəbdə  keçilən  fənlərin  özünün 
imkanlarından  istifadə  etmək  lazımdır.  Fizika,  kimya,  ri-
yaziyyat,  biologiya,  coğrafiya  kimi  fənlərin  tədrisi  biliklə 
bərabər dünyaya bir qəribəlik, möcüzə, ahəng, heyrət qay-
nağı kimi baxmaq vərdişi verməlidir. Sənətə aid fənlər isə, 
etika,  əxlaq  kimi  ictimai  məqsədlərdən  başqa,  gözəlliyə 
ehtiyac,  onu  hər  şeydə  görə  bilmək  həssaslığı  tərbiyə  et-
məlidir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  ədəbiyyat, 
rəsm, musiqi dərsləri çox vaxt ancaq bilikləndirmə vasitəsi 
kimi tədris olunur. Belə halda bu fənlər bilik almaq üçün, 
şəxsiyyətin formalaşması üçün vacib olan estetik ab-hava 
yaradan bir vasitə kimi istifadəsiz qalır. Çox güman ki, öz 
dövründəki  tədrisin  bu  cür  quruluşundan  təsirlənən  Eyn-
şteyn  yazırdı:  “Əslində indiki tədris  metodlarının müqəd-
dəs  biliksevərlik  hissini  təmiz  yox  etməməsi  bir  möcü-
zədir.  Çünki  bu  zərif  bitki  üçün  qulluqla  bərabər  bir  də 
sərbəstlik lazımdır”.  
Orta məktəb illərində uşaqların sənətlə ilk təması on-
ları  ömürlük  sənət  “əsiri”  etməlidir.  Axı,  onlar  bu  yaşda 
sənəti  sənətə  məxsus  bir  hisslə  qavrayırlar.  Bu  yaşlarda  
təbiət  bilik  mənbəyindən  çox  estetik  həzz  mənbəyi  kimi 
daha  həvəslə  qəbul  olunur.  İnsanda  sənət  –  elm  körpüsü-
nün əsası belə qoyula bilər, biliksevərlik belə tərbiyə oluna 
bilər.  Şübhəsiz,  orta  məktəbdə  alınan  bilik  elmi  axtarış 
üçün  bəs  deyil,  o  sonra  təkmilləşdirilir.  Biliksevərlik  isə 
hələ orta məktəbdə mükəmməl olmalıdır. Sonradan yaran-
mış biliksevərlik hesabına, yaxşı halda, dərin məlumat sa-
hibi olarsan. Bu baxımdan şagirdlərin keçilən dərsi qüsur-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə