Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   33   34   35   36   37   38   39   40   ...   92

Elm adamları elm haqqında 
 
- 122 - 
ancaq onu bir yerdə  yaradıb, başqa yerdə  yox edə bilməz. 
Başqa  sözlə,  qabiliyyətsizə  kömək  etmək,  qabiliyyətliyə 
isə  maneçilik  törətmək  mümkündür, ancaq heç  vaxt  qabi-
liyyətlini  qabiliyyətsizə,  qabiliyyətsizi  isə  qabiliyyətliyə 
çevirmək olmaz! 
Hər  dəfə  yeni  elmi  jurnallara  baxarkən  bir-birinə 
zidd  olan  iki  hiss  arasında  qalırsan:  bir  tərəfdən  sualının 
həll olunduğunu görmək qorxusu, digər tərəfdən də sualı-
nın cavabını görmək qorxusu. Bəzən məsələni həll edə bi-
ləcəyinə  ümidini  təmiz  itirib  və  yaxud  onun  həll  olundu-
ğunu  görüb  qüssəli  bir  sevinc  hissi  keçirirsən.  Yaradıcı, 
dünyada  yalnız  müvəffəqiyyətlərini  qoyub  gedir,  əzabla-
rını isə özü ilə aparır. Aylar ötür, illər keçir, tapmaq istədi-
yin cavabdan ümidverici bir nişan yoxdur. Fikirli getdiyin 
yerdə köhnə bir tanışın səni dayandırıb sorğu-suala tutur: 

 
Güzəranın  necədir?  İşini  qurtardınmı?  Maaşın  nə 
qədərdir? Ev-eşik düzəldə bilmisənmi? 
Bəli, deməli sənin daxili dramın, yuxusuzluğuna sə-
bəb  olan  düşüncələrin  heç  kəsi,  hətta  bu  köhnə  tanışı  da 
maraqlandırmır, sənin axtardığına ehtiyac yoxdur, insanlar 
bunsuz  da  indiyə  kimi  yaşamış,  bundan  sonra  da  yaşaya 
bilirlər. Ümidsizliyin əsassız deyilmiş, daha səndən bir şey 
gözləyən  yoxdur... Bəlkə də sadə bir işdə daha böyük xe-
yir verə bilərdin, bir də ki, sualına cavab tapmaqla dünya-
dan sual tükənmir. Elmin böyük dühaları işə başlarkən rast 
gəldikləri  suallardan  da  çox-çox  suallar  qoyub  getdilər. 
Səndən  sonra  gələnlərin  biri  elə  bir  ümumi  məsələ  həll 
edəcəkdir  ki,  sənin  sualın  onun  kiçik  bir  hissəsi  olacaq, 
bəlkə  də  sənin  tapdıqlarını  etibarsız  bir  şey  kimi  yada 
salan  olmayacaq.  Görünür  ki,  məhz  belə  anlarda,  belə  fi-
kirlərin  təsiri  altında  Blez  Paskal  demişdir:  “Zəkanın  bü-


Elm və sənət   
 
- 123 - 
tün  cəhdləri  dərk  edilə  bilməyəcək  saysız-hesabsız  şeylər 
olduğunu bilməklə qurtarır”. 
Aylar  ötür,  illər  keçir,  ətrafında  çox  şeyləri  səndən 
tez  və  yaxşı  başa  düşən  təzə  adamlar  görürsən.  Sənin  hi-
mayənlə  böyümüş  adamlar  indi  müstəqil  sual  meydana 
atıb sərbəst həll edirlər. “Artıq sən bir bilik qaynağı kimi 
öz  rolunu  itirirsən”  kimi  düşüncələr  beynində  tez-tez  do-
laşmağa başlayır. Elmi işçinin daxili narahatlıqlarından bi-
rinin də səbəbi budur. Çünki hər an köhnə ilə təzənin sər-
hədidir. Əlbəttə, belə bir hal sevincə səbəb olmalıdır. Bu-
nu hamı bilir və hərə öz reaksiyasına müxtəlif don geyin-
dirir.  Qeyd  etmək  lazımdır  ki,  sənətlə  yoğurulmuş  ruhlar 
üçün  belə  bir  hal  sonsuz  sevinc  mənbəyidir.  Sən  artıq  la-
zım olmasan da, öz vəzifəni düzgün və vaxtında yerinə ye-
tirmisən.  Axı  sən  heç  vaxt  hesab  etmirdin  ki,  elm  səninlə 
qurtarır. Sən özünü qüvvətli düşmən qarşısında səngəri qo-
ruyan zəif bir əsgərə bənzədirdin, yeni qüvvələrin harayına 
gəldiyini görüb necə sevinməyə bilərsən.  
Atomun quruluşunu kəşf edən məşhur alim Nils Bor 
vəfatından  bir  az  əvvəl  Sovet  İttifaqında  olarkən  ondan 
soruşurlar: 

 
Necə oldu ki, siz bu qədər istedadlı adamları ətrafı-
nızda toplayıb belə  bir elmi məktəb yarada bildiniz?  
O: 

 
Mən  onların  yanında  axmaq  görünməkdən  qorx-
madım, – deyə cavab verir. 
Bor  uşaqlıqdan  sənət  və  fəlsəfə  ilə  tərbiyələnmiş 
güclü şəxsiyyətlərdən biri idi. O bilirdi ki, bir çiyin nə qə-
dər böyük olur-olsun, insan fikrini düşdüyü çuxurdan çıxa-
ra bilməz; çiyinlər – bir istiqamətə gücünü tətbiq edən çi-
yinlər lazımdır. O bilirdi ki, yenilik yaranmağa başlamışsa 
və  zamanının  tələbi  ilə  səsləşirsə,  heç  bir  avtoritet  onun 


Elm adamları elm haqqında 
 
- 124 - 
qarşısını  ala  bilməz.  Ya  kənara  çəkilmək,  ya  da  yeniliyə 
kömək etmək lazımdır.  
Aylar  ötür,  illər  keçir,  bir  gün  xoşbəxtlik  üzünə  gü-
lür, adın qəzetlərdən, dillərdən düşmür, hər sözün, hətta 50 
il  sonra  beynəlxalq  vəziyyətin  necə  olacağı  haqqındakı 
fikrin maraqla dinlənilir.  
Demək, sən kamalın zirvəsindəsən, başqalarının fikri 
ilə hesablaşmaya da bilərsən, hamı səndən dərs  almalıdır. 
Sən yaradıcısan, xoşuna gəlməyən nə varsa uçura bilərsən. 
İş o yerə gəlib çatır ki, heç yuxuna belə girməyən məsələ-
lərə aid məqalələrin müəllifi olursan.  
Özündən  xəbərin  olsaydı  heç  olmazsa  saatın  xoş 
vaxtlarında özünə gülə bilərdin.  
Bütün bu yuxarıda danışdığımız hallar ya ümidsizli-
yin, ya da özündən müştəbehliyin doğurduğu fəsadlardır.  
Onların bir dərmanı varsa o da sənətdir, sənətin təsi-
rinə həssaslıqdır. Burada təəccüb doğuran bir şey  yoxdur, 
mənəvi dərdlərin mənəvi dərmanı olmalıdır. Bir misra, bir 
musiqi  ifadəsi,  bir  rəng  keçidi,  bir  nisbət,  bir  söz  sizi  ən 
çıxılmaz  anlarda  ayağa  qaldırıb  irəli  aparmağa  qadirdir. 
Fikir  vermisinizsə  körpə  uşaqlar  da  belədir.  Onlar  birdən 
elə ahəngdar ağlayırlar ki, necə və harada dayanacaqlarını 
təsəvvür etmək olmur. Lakin uşaq qəlbini oxşayan bir kəs, 
bir rəng bu fırtınanı gözlənilmədən şirin təbəssümə çevirir.  
Deyilənə görə, iki alim təbiət qoynunda görüşür. On-
lardan biri balıq tutmağa, o biri də dağa çıxmağa gəlibmiş. 
“Balıqçı” soruşur: 

 
Nə üçün dağa çıxırsan? Burada maraqlı nə var? 

 
İlk  mədəni  insan  dağ  zirvəsindən  ətrafı  seyr  edən 
olmuşdur! – deyə dağa çıxan cavab verir.  
Sözün  gücünə  bax!  Gələn  il  balıqçı  dağa  çıxmaq 
üçün ailəsini də özü ilə gətirdi.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə