Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə34/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

Elm və sənət   
 
- 113 - 
Ulduzlar təkcə okeanlarda gəmilərə, səhralarda karvanlara 
deyil, habelə insan zəkasına yol göstərmiş, onu müasir el-
min nailiyyətlərinə qədər yüksəldə bilmişdir. Göy cisimlə-
rinə  Şərq  poeziyasındakı  münasibəti  onun  yalnız  karvan 
yolları  üçün  əhəmiyyətli  olması  ilə  bağlayanlar  nə  dərə-
cədə haqlıdırlar? Qədim insan naşı xəyalının gözü ilə göy-
dəki nizama yerdəki qaydaların əksi kimi baxırdı.  
Kepler öz tanınmış qanunlarına göydəki bu ahəngin 
səbəbini  izləyərək  gəlib  çıxdı.  O  hesab  edirdi  ki,  göy  ci-
simləri düzgün həndəsi çoxüzlünün təpələrinə uyğun gəlir 
və bu oxşarlıq göydəki ahəngin səbəbidir. Axtarış onu da-
ha mürəkkəb səbəbə gətirib çıxartdı. Çətin və qəribə taleli 
Kepler  “kainatın  sirrini”  tapmaq  arzusu  ilə  münəccimlik 
etməyə də məcbur olmuşdur. Qəribə burasıdır ki, onu belə 
bir addım atmağa mənəvi aləminin tələbi məcbur etmişdir. 
Kepler  öz  vəziyyətini  düşünərək  deyirmiş:  “Allah  yarat-
dıqlarını  saxlamaq  üçün  hərəsinə  bir  vasitə  fikirləşib. 
Astronomlarınkı isə münəccimlikdir”. 
Keplerin  elmi  axtarışlarına  gözəlliyin  təsiri  danıl-
mazdır. 
Pifaqorun  musiqi  ilə  ədədlər  arasında  tapdığı  bağlı-
lıq onun musiqiyə heyranlığının nəticəsi deyildimi? 
Sonralar bütün kainatı ədədlərlə görmək bir düşüncə 
tərzinə  çevrilmişdir.  Dünyanın  miqdari  təsvirindəki  bu-
günkü qaydalar öz başlanğıcını, çox güman ki, elə buradan 
almışdır.  
Deyildiyinə  görə,  müasir  fizikanın  görkəmli  yaradı-
cılarından Şredinqer dalğa tənliyini yaratmaq fikrinə musi-
qi haqqındakı düşüncələrinin təsiri altında gəlmişdir. Şre-
dinqer dünyanı vəhdət şəklində görməyə can atan alimlə-
rin  tipik  nümayəndəsi  idi.  Sanki  onun  bütün  həyat  fəaliy-


Elm adamları elm haqqında 
 
- 114 - 
yəti qaydasızlıqdan doğan intellektual narahatlıqla mübari-
zəyə yönəlmişdir. Dalğa tənliyinin ehtimalla əlaqələndiril-
məsi  onun  narazılığına  səbəb  olmuşdur.  (Əlbəttə,  haqsız 
olaraq!) Axı, o hər şeydə müəyyənlik, qayda görmək istə-
yirdi.  Həyat kimi  mürəkkəb bir sistemdə   qayda  – “təbiət 
mənzərəsinə”  oxşar  bir  şəkil  görmək  arzusu  da  ona  mən-
subdur.  Hitler  Almaniyasından  İngiltərəyə  keçən  Şredin-
qer – dünyada məşhur bu fizika alimi, burada bir tələbə ki-
mi  biologiya  öyrənməyə  başlayır  və  “Həyat  fizika  baxı-
mından” kitabını yazır. Bu əsər müasir biologiyanın təməli 
idi. Bir sözlə, sənət öz genişliyini pərəstişkarından əsirgə-
mir,  ona  təfəkkür  sərbəstliyi,  düşüncə  incəliyi  bəxş  edir. 
Bir qayda olaraq məşhur alimlər ya sənətkar, ya sənət hə-
vəskarı,  ya da böyük sənətsevər olmuşlar. Bu halların  hər 
birisi alimi elə yüksəkliyə qaldırır ki, oradan onun görmək 
arzusunda  olduğu  qayda  daha  aydın  seçilir.  Belə  bir  uçuş 
olmadan,  təkcə  biliklə  yalnız  məlum  qaydaların  ətrafında 
dolanmaq olar. 
Elmi axtarışda məsələ qəribəliyi hiss etməklə bitmir. 
Onun  səbəbini  aramaq  şirin  bir  arzuya  çevrilməlidir.  Bu-
nun üçün alim axtarışların nəticəsini xəyalən görə bilməli, 
onun  musiqisinə  xəyalən  heyran  olmalıdır.  Başqa  sözlə 
onda şair xəyalı, rəssam təxəyyülü olmalıdır. İstəsəniz onu 
bizim dastanlardakı aşiqlərə bənzədin. Aşiqə “vergi” veri-
lərkən  uzaq  ölkədəki  sevgilisi  də  gözünə  görünür.  O,  vü-
salı xəyalında canlandıra bilməsəydi, uzaq səfərdəki əziy-
yətlərə necə dözərdi?  
Sənət  xəyalı,  fantaziyanı  gücləndirən  vasitədir.  Ya-
radıcılığın bu cəhəti üçün folklorun xüsusi əhəmiyyəti var-
dır. Gələcək alim nağıllardan fantaziya zənginliyi, ardıcıl-
lıq,  məntiqilik  və  təcrübə  aparmaq  vərdişi  alır.  Nağıllar 
onu  gördüyünün  əsiri  olmamaqdan  azad  edir.  Məlum  qa-


Elm və sənət   
 
- 115 - 
nunlar  çərçivəsinə  sığmayan,  gözlənilməz  yenilik  nağılla 
tərbiyə  olunmamış  beyinlərin  narahatlığına  səbəb  olur. 
Ancaq  nağılda  tərbiyə  olunmuş  beyin  hər  cür  yeniliyə 
ürəklə  qol  aça  bilər.  Yalnız  ən  böyük  yenilikləri  nağıla 
bənzətmək olar, qalanları isə gördüklərimiz kimidir. 
Qədim bir  yapon nağılında deyilir ki,  balıqçı  Urasi-
mo  Paro  getdiyi  vaxtdan  700  il  keçdiyini  görür.  Belə  bir 
nağılı uşaqlıqdan eşitmiş bir adam üçün Eynşteynin səya-
hətçi əkizlər paradoksu  qəribə  görünə bilməz. Əkizlər pa-
radoksunda  deyilir  ki,  onlar  20  yaşına  çatdıqda  onlardan 
biri işıq sürəti ilə hərəkət edən raketlə səyahətə çıxır və 10 
illik səyahətdən sonra qayıdıb qardaşını 60 yaşında görür.  
Bu  baxımdan  xalq  yaradıcılığı,  eyni  zamanda,  elmi 
suallar  mənbəyi  kimi  də  qiymətli  və  maraqlıdır.  Deyirlər 
ki,  təbiət  ancaq  ağıllı  suallara  cavab  verir.  Çoxları  haqlı 
olaraq hesab edirlər ki, sualın qoyuluşu üçün onun həllinə 
lazım  gəldiyindən  daha  çox  istedad  tələb  olunur.  Sualın 
qoyuluşunu  nəticəyə  gedilən  yolun  planına  bənzətmək 
olar. Sonra vasitə tapıb bu yolu getmək lazımdır.  
Oxşarlıq uzaqsa da, elmi məsələnin həllini adi riyazi 
məsələ həllinə bənzətmək olar: nələrsə məlumdur, nəyi isə 
tapmaq lazımdır.  Belə bir məsələni həll etmək üçün məlu-
matlarla  məlum  olmayanlar  arasındakı  əlaqələr  müəyyən 
edilməlidir.  Məsələdəki  əlaqələr  ilk  baxışdan  hiss  olunur-
sa, o sizi daha tez cəlb edir və siz onu həll edənə qədər ra-
hatlıq  tapmırsınız.  Bu  prosesdə  bildiyiniz  əlaqələri,  oxşar 
məsələləri,  bir  sözlə,  beyninizdə  bununla  az-çox  əlaqəsi 
ola  biləcək  nə  varsa  yadınıza  salmağa  çalışacaqsınız.  Adi 
məsələ həlli üçün beyni çox araşdırmaq lazım gəlmir. Axı, 
məsələ tərtib olunarkən beynin hazırlığı nəzərə alınmışdır. 
Bəs  sizin  təbiətə  verdiyiniz,  ancaq  özünə  cavab  axtarmalı 
olduğunuz  suallar  necə?  Əlbəttə,  müşahidə  etdiyiniz  ha-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə