Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə21/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   17   18   19   20   21   22   23   24   ...   92

Elm və sənət   
 
- 71 - 
İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir 
elm  obyekti  kimi  öyrənilməsi  ilk  baxışda  əməli  cəhətdən 
az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu mə-
sələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiyyə-
ti məsələlərinin vacib hissələridir.  
Həyatın  təkmilləşməsi,  yetkinləşməsi  üçün  insanın 
görəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Görülə-
cək işlərin qurtarması həyatın sona çatması olardı. İşin be-
lə  tükənməzliyinə  baxmayaraq  insan  fikirləşməyə  başla-
yandan bəri həyatın və özünün mahiyyəti haqqında düşün-
məyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə 
bilən bu axtarışlar insanın sabahı üçün gərəkdir. Axı, insan 
öz  gələcəyini  təkmilləşdirmək  üçün  onun  mahiyyətini  an-
lamalıdır,  aləmi  dərk  etməlidir.  İnsanın  təcrübi  məqsədlər 
üçün yaratdıqlarının hamısı aləm haqqındakı təsəvvürləri-
nin,  biliyinin  nəticəsidir.  İnsanın  aləm  haqqında  biliyi, 
qəribə  də  olsa,  öz  həyatı  üçün  istifadə  etdiyi  faydalı  im-
kanlardan  dəfələrlə  çoxdur.  Bu  biliyin  böyük  bir  hissəsi 
həyata tətbiq olunmur. Belə hal təbiidir – ürəkli bir addım 
atmaq  üçün  neçə-neçə  addım  irəlini  görmək  lazımdır.  Bir 
sözlə,  təcrübədə  istifadə  olunmayan  bilik  işıq  rolunu  oy-
nayır. Əlbəttə, müəyyən vaxta qədər.  
 
                
...Bir kimsə əgər olaydı agah 
                 Kim, xəlqi necə yaradır Allah, 
                 Mümkün ki, iradətilə ol həm
                 Xəlq edə biləydi özgə aləm. 
 
İndiki  elmin  gözü  ilə  baxsaq  və  müasir  elm  dilinə 
çevirsək,  Füzuli  deyir  ki,  insan  aləmin  necə  yarandığını, 
necə  qurulduğunu  bilsəydi,  özü  də  belə  bir  aləm  yarada 
bilərdi.  


Elm adamları elm haqqında 
 
- 72 - 
Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan 
əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəs-
təliklərin müalicəsi problemini həll etmək, insanın texniki 
fəaliyyəti nəticəsində təbiət  ahənginin pozulması qarşısını 
almaq,  elmin,  sənətin  mahiyyətini  başa  düşüb,  bunların 
imkanından tam istifadə etmək üçün lazımdır. Elmlə sənə-
tin  əlaqəsi  məsələsi  yeni  qoyulmur.  Bu,  çox  qədim  prob-
lemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qar-
şıya çıxan hər hansı  bir sualın mahiyyətinə ayrı-ayrı  çağ-
larda baxsaq, onun zamana görə  necə  dəyişdiyini görərik. 
Biz  “cavab  köhnəlib”  deyirik.  Bəlkə  “sual  yeniləşib”  de-
mək daha doğrudur. 
Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki 
“Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa 
da,  əslində  bizi  maraqlandıran  “Sənət  necə  olmalıdır?” 
sualıdır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-bi-
rini necə tamamlayır?” kimi suallar hər ikisinin yüksəlişin-
dəki  ziddiyyətli  dövrlərdə  irəli  sürülür.  Alına  biləcək  ca-
vablar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. 
Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, tri-
vial  (əksi  mənasız  olan)  olmayan  cavabların  tapılması  
üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.  
Kvant  fizikasının  görkəmli  nümayəndələrindən  biri 
olan  Lui  De  Broyl  elmi  axtarış  aparan  adamı  zirvə  arxa-
sında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. 
O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zir-
vələr görür. Hər sualın-sorğunun həlli cavabla bərabər ye-
ni  suallar,  yeni  diləklər,  sirlər  aləminə  gedən  yeni  yollar-
dır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölümdən 
qurtardığı  kimi,  elmi  işçini  də  fəaliyyətsizlikdən,  mənəvi 
yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.  


Elm və sənət   
 
- 73 - 
Yeni  çıxılmış  zirvələrdən  gələcək  zirvələrə  bərabər 
keçilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni 
zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksəklik-
dən  baxır.  İndi  keçilmiş  olan,  ayrı-ayrılıqda  gördüyümüz, 
lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırım-
lar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəl-
miş olsaydınız, oraya  ən rahat  yol  seçərdiniz. Artıq çatıl-
mış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu 
məqsəd  üçün  elə  bir  əhəmiyyət  kəsb  etmir.  Bu  müzakirə 
gələcək yolun qısaldılması üçün lazımdır.  
İndi  fikir  aləmində  belə  zirvələr  çoxdur:  mikroalə-
min  quruluşu,  molekulyar  biologiya,  kibernetika,  təşkilat 
haqqında  elm  və  s.  Bütün  bu  zirvələrdən  elmə,  sənətə  və 
onların  əlaqəsinə  baxış  yeni  nəticələr  əldə  etməyə  imkan 
verir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az 
deyil: “Sənəti kimya, fizika, biologiya anlayışlarına xırda-
lamaq onu yox etmək demək deyilmi?” 
Həyat  məhz  kimya,  fizika,  biologiya  anlayışlarına 
xırdalana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. 
Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu 
başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qəri-
bəlik  gəlir.  Elə  kristalloqraf  görməmişəm  ki,  kristalların 
içərisinin  quruluşunu  öyrəndiyinə  görə  çölünün  gözəlliyi-
nə laqeyd olsun. Elə də həkimlər, anatomlar. Məgər çiçək-
ləri ləçəklərinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən 
botanik onların gözəlliyindən zövq almırmı? 
Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşün-
dürmür.  Bilikdən,  tanışlıqdan  yaranan  heyranlıq  isə  həya-
tın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənil-
dikcə  şirinləşir,  şirinləşdikcə  öyrənilir.  Həyatın  sirlərini 
öyrənməyə  inamsızlıq,  həyatın  özünə  ümidsiz  baxışdan 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə