Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Yeddinci bölmə: Müxtəlif məsələlər



Yüklə 2,2 Mb.
səhifə26/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   23   24   25   26   27   28   29   30   31

Yeddinci bölmə: Müxtəlif məsələlər

Birinci fəsil: Qadınlar və elm


Qadınların elm və bilgidən uzaq saxlanması

Bizim cəmiyyətimizdə acı bir həqiqət var. Qadınlara dair acı həqiqət budur ki, ötən əsrlər ərzində və hətta təlim-tərbiyənin Avropadan yeni üsulla İrana daxil olduğu və yamsılandığı dövrdə də qadınlar elmə sarı hərəkətdə kişilərdən uzaq saxlandılar və məhrum qaldılar. Sözsüz ki, bu, inqilabın qələbəsindən öncəyə aiddir və indiki vəziyyətimizə dəxli yoxdur. Lakin keçmiş dövrün acı təsirləri təəssüf ki, hələ də qalır. Əlbəttə, bir qədəri təəssübkeşliklərin, cəhalətlərin və bilməzliklərin təqsiridir. Lakin Avropa təlim-tərbiyə sisteminin ölkəmizə daxil olduğu zamandan qadınların təhsildən uzaq qalmasının əsas təqsirkarı zorla idxal olunan həmin mədəniyyətdən təsirlənən xəbis siyasətlər olmuşdur. Mömin ailələr qızlarını elm öyrənmək üçün məktəblərə, universitetlərə və o zaman mövcud olan elmi-mədəni mərkəzlərə göndərməyə həqiqətən cürət etmirdilər. Və bunda haqlı idilər.

Əgər keçən nəslin və Pəhləvilər dövründən bu yana, hətta əcnəbi mədəniyyətinin ölkəmizə daxil olduğu bir qədər qabaqkı nəsillərin qızlarının maarifdən, elmdən, məlumatdan, təhsildən və hətta dövrlərinin bir çox nəşriyyə və mətbuatından məhrum və geri qalmasını görürüksə, günahı qadınların iştirak etdiyi elmi-mədəni mühitləri bulaşdıranların boynuna düşür. Belə ki, müsəlman ailə və ata öz namusunu - həyat yoldaşını və qızını elə mühitlərə göndərməyə cürət etmirdi.

Bizim bu geriliklərimiz var. Əlbəttə, ondan öncə də qızların təlim-tərbiyəsinə əhəmiyyət vermirdilər; məktəbə gedib dərs oxuyan qızlar oğlanlar qədər deyildi, atalar bu barədə düşünmürdülər. Bəzi dövrlərdə geniş yayılmış təəssübkeşliklər yanlış idi və bəzən ehtiyat edirdilər.

Danışan dinlərin, düşünən və fəal beyinlərin düzgün İslam maarifini bəyan etməyə başladığı zaman da həmin şəraitə görə qızlar düzgün və dərin təbliğatdan bir qədər kənarda qaldılar. O zaman beş yüz tələbə bizim sözlərimizdən qeydlər götürürdüsə, beşdə biri də qız deyildi. Bunun günahı onların boynuna düşür. Çünki elə şərait yaratmışdılar ki, bundan başqa cür ola bilməzdi. Rza xan, oğlu və ondan qabaqkılar kimlər idilər? Bir qrup savadsız, mədəniyyətsiz, mərifətsiz insanlar, zorla hakimiyyətə gəlmiş quldurlar, yaxud dövrlərinin bilgilərindən uzaq ərköyün və məqsədsiz bəybalalar idilər. Onlar nə bilirdilər ki, mədəniyyət nədir, yaxud dini elmlər və həqiqi bilgilər nədir. Sağlam alimlərin, xeyirxahların və ziyalıların sözlərinə də qulaq asmırdılar. Nəticə baş verdi, o işlərin təsirləri uzun illər qaldı, cəmiyyətimiz və siz qadınlar bu gün də onların acısını çəkirsiniz. Təsiri budur ki, qadınlarımızın elmi və mədəni inkişafı kişilərdən azdır.828
Qadınların zamanı tanıması onların elm və savadından başqa bir şeydir!

Əlbəttə, elm və mədəniyyətin fədakarlığa və dövrün ehtiyaclarını anlamağa təsiri yoxdur. Necə ki, ölkəmizin qadınları savadlı və savadsız, təhsilli və təhsilsiz olmalarından asılı olmayaraq, məlumata, təhsilə və yüksək elmi dərkə ehtiyacları olmadan əl-ələ verib inqilab etdilər, müharibəni uddular, arxa cəbhəni saxladılar, ailələri İslam dəyərlərinin, İslam və inqilab eşqinin isti mərkəzinə çevirdilər. Eyni zamanda bu nöqsan vardır. Bizim qadınlarımız bilgi, mədəniyyət və elm sarıdan ümumilikdə kişilərdən geridədirlər. Düzdür, bizim təhsilli qadınlarımız arasında kişilərin çoxundan, bəlkə də bəzi sahələrdə bütün kişilərdən üstün və yüksək şəxsiyyətlərimiz var. Bunda şübhə yoxdur. Lakin siz o çatışmazlığı aradan qaldırmalısınız. Deməli, bu gün siz qadınların üzərinə iki səbəbdən böyük məsuliyyət düşür: biri bəlli təbliğatla və digəri mövcud acı reallıqla mübarizə.829


Qərbin mütəxəssis qadınlarına dair rəqəmlərin şişirdilməsi

Qərb dəyərləri qadın üçün həqiqi hörmət tanımır. Öz təbliğatlarında Qəbdə nə qədər qadın mütəxəssisin olduğunu göstərmək istədikdə də elə danışırlar ki, kimsə xəbərdar olmasa və statistikanı bilməsə, bütün qərbli xanımların ali təhsilli olduğunu, onların arasında savadsızın və ya az savadlının olmadığını güman edər. Halbuki belə deyil və onlar şişirdirlər.830


Qadınların elmi və ictimai geriliklərini düzəltmək

Çalışın elm və bilgi karvanını bir yolla hərəkətə gətirəsiniz. Qadınların elmini, ictimai və siyasi fəaliyyətlərini hərəkətə gətirin və elə inkişaf edin ki, keçmiş geriliklər düzəlsin.831


Qadın şəxsiyyətini təkmilləşdirmək üçün elm və təqva

Elm və din şəhəri olan müqəddəs Qum şəhərində siz hörmətli qadınlarla görüşmək mənim üçün böyük səadət və həmçinin çox yaxşı və ürəkaçan xatirədir. Alim və dəyərli qadınların, dini tələbələrin, müxtəlif fənlərdə təhsil alan universitet tələbələrinin və elmi-mədəni işlərdə çalışan qadınların iştirak etdiyi bu hörmətli auditoriya elm, bilgi və eyni zamanda uca İslam dəyərlərinə sadiqlik tərənnümüdür. Bu, bizim dövrümüz üçün yalnız ölkə səviyyəsində yox, hətta dünya səviyyəsində mənalı bir hadisə və bir örnəkdir.

Mənəviyyat və din düşmənləri cəmiyyətin bütün sahələrində apardıqları təbliğatlarında iddia edirlər ki, elmlə dini etiqad və mənəvi dəyərlər arasında uyğunsuzluq mövcuddur. Yəni elm və dini bir-biri ilə uzlaşmayan iki fenomen kimi tanıtdırır və hamısından çox qadının həyatı və şəxsiyyəti mövzusunda buna təkid edirlər. Mənəviyyatdan, dini və mənəviyyata aid elmdən bəhrəsi olmayan bir dünya belə göstərməyə çalışır ki, qadınlar elmə yiyələnmək istəsələr, dini dəyərlərə sadiq ola bilməzlər. Onlar öz təsirləri altında olan cəmiyyətləri belə idarə etmişlər.

Həm elm və həm mənəvi dəyərlər dini olan İslam dini bu puç və əbəs fikirlər üzərindən xətt çəkmişdir. Dünya qadınlarının sərvəri elə böyük qadındır ki, alim və mütəfəkkirlər düşünməli və onun müxtəlif sahələrdə dediyi dərin sözlərinin bir hissəsini dərk etməlidirlər. Amma eyni zamanda həmin şəxs ibadət mehrabında - Allah qarşısında təzim məqamında mənəviyyat üçün müstəsna əməlini göstərmiş, gecəni səhərə qədər ibadət etmişdir. O, iffət və hicab örnəyi olmuşdur. Yəni qadının mənəviyyatı, paklığı və təqvası onun elmi ilə nəinki ziddiyyət təşkil etmir, hətta qadın şəxsiyyətini təkmil etmək üçün onlar bir-birinə kömək də edirlər.832


Düzgün metodlarla dini elmlərə yiyələnməyin qadınlar üçün əhəmiyyəti

Bu gün xoşbəxtlikdən, İslam quruluşu sayəsində ölkə qadınları bu istiqamətdə hərəkət edirlər; yəni bir tərəfdən elmi, ictimai, yaxud siyasi şəxsiyyətin və digər tərəfdən dini şəxsiyyətin və İslam dəyərlərinə diqqətin cəm olmasına sarı. Buna əsasən, bu gün ilahi və islami dəyərlərə sadiq mərkəzlərdə təhsil alan qadınlar və gənc qızlar dünya qadınlarına örnəkdirlər. Həmçinin burada iştirak edən siz möhtərəm xanımlar göstərirsiniz ki, qadınlar elm və bilgi yollarını keçib irəliləyə və eyni zamanda İslam dəyərlərini qoruya, dinə və iffətə sadiq qala bilərlər.

Bu bizim tariximizdə heç zaman geniş miqyasda mövcud olmamışdır. Odur ki, gənc qadınların diqqətəlayiq bir toplumunun dəlillə, elmi metodlara, düzgün və güclü mənbələrə arxalanmaqla din elmlərini və din maarifini öyrənmələri olduqca əhəmiyyətlidir.833
Elm öyrənməkdə dinin cinsi ayrıseçkilik salmaması

Mən ailələrə tövsiyə edirəm ki, qızlarının dərs oxumasına icazə versinlər. Bir ata, yaxud ana dini təəssübkeşlik üzündən qızının ali təhsilinin qarşısını almalı olduğunu düşünməsin. Xeyr, din belə bir söz deməyib. Din təhsil sahəsində qızla oğlan arasında fərq qoymur. Əgər sizin oğlunuz ali təhsil alırsa, qoyun qızınız da alsın. Qoyun bizim gənc qızlarımız dərs oxusunlar, elm öyrənsinlər, ayıqlıq əldə etsinlər, öz məqamlarına vaqif olsunlar, öz qədirlərini bilsinlər və qlobal hegemonizmin qadına dair təbliğatının nə qədər əsassız, köksüz və puç olduğunu anlasınlar. Bunları savadla anlamaq olar.834


Ən inqilabçı və ən pak qadınların ali təhsillilər arasında olması

Bu gün bizim gənc qız və qadınlarımızın ən dindarları, ən inqilabçıları, ən pakları və ən imanlıları ali təhsillilər arasındadır. Bərbəzək düşkünü olanlar, yaxud geyimdə və həyat tərzində Qərb modellərini kor-koranə və gözübağlı yamsılayanlar adətən yetərli savadı və məlumatı olmayanlardır. Məlumatı olan şəxs öz rəftarını tənzim edə və onu haqq, həqiqət və yaxşı olanla uyğunlaşdıra bilər. Buna əsasən, elm işində bütün fəaliyyət yolları qadınların üzünə açıq olmalıdır. Qızlar hətta kəndlərdə də dərs oxusunlar. Mənim valideynlərə tövsiyəm budur ki, qız uşaqlarının məktəbə getmələrinə və savadlanmalarına imkan yaratsınlar. Əgər istedadları varsa və ibtidai mərhələlərdən sonra ali təhsil almaq istəyirlərsə, mane olmayın, qoyun bizim İslam cəmiyyətimizdə savadlı və məlumatlı insanlardan olsunlar.835


Elmə və dinə diqqətin qadınların qəti vəzifələrindən olması

Bu gün Allaha şükür olsun ki, ölkənin hər bir yerində universitet və elm hövzəsi var. Gənc qızlar elm hövzələrinin və universitetlərin müxtəlif fənlərində elm öyrənir, məlumat toplayırlar. Nə qədər ki, Allahın lütfü ilə bizim cəmiyyətimizdə çox olan belə həvəskar, məlumatlı, iradəli və sevgili gənc ruhlar var, hegemonizm, ABŞ və bu xalqın digər böyük-kiçik düşmənləri ölkəmizə qarşı heç bir qələt eləyə bilməyəcəklər. Əziz bacılarıma və qızlarıma tövsiyəm budur ki, məlumatlarınızı artırın. Mütaliə, diqqət, tədqiqat, dərs, günün aktual məsələləri və dini işlərlə məşğul olmaq qaçılmaz və qəti vəzifələrdəndir; bu gün ölkə qadınları özlərini bu işlərə kişilər qədər vəzifəli bilməlidirlər.836


Qadınların istedadlarının çiçəklənməsi üçün şərait çatışmazlığı

Bəli, müsəlman cəmiyyətlərində və bizim cəmiyyətimizdə qadın hüquqlarının bərpası istiqamətində mütləq hərəkət etmək lazımdır; lakin İslam əsasında və İslami məqsədlə. Bəzi adamlar deməsinlər ki, məgər cəmiyyətimizdə qadının nəyi çatmır?! Təəssüf ki, bəzilərində belə düşüncə var. Bu, yaxıngörənlikdir. Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə zülmə və məcburən yaradılmış çatışmazlıqlara məruz qalmışdır. Bu çatışmazlıq özbaşınalıq mənasında olan azadlıq deyil, elm, bilgi, tərbiyə, əxlaq, inkişaf və istedadların çiçəklənməsi üçün imkan çatışmazlığıdır. Bunu təmin etmək lazımdır. Bu, İslamın təkid göstərdiyi bir məsələdir.837


Qadınlarda elm və mənəviyyat inkişafının səmərələri

Əgər İslam cəmiyyəti İslam örnəyinə, yəni Zəhra (ə), Zeynəb (ə) örnəyinə uyğun olan, dünyada və tarixdə təsir buraxacaq böyük qadınlar yetişdirə bilsə, qadın öz həqiqi və uca məqamına nail olar. Əgər qadın Allah-Taalanın və ilahi ayinin bütün insanlar - kişi və qadınlar üçün eyni səviyyədə nəzərdə tutduğu elmi, mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnsə, övladların tərbiyəsi daha yaxşı, ailə daha səmimi, daha gözəl olar, cəmiyyət daha yaxşı inkişaf edər, həyatın düyünləri daha asan açılar, qadın və kişi xoşbəxt olarlar. Bunun üçün çalışmaq lazımdır. Məqsəd budur.838


Qadın istedadlarına qarşı zülm

Qadını düzgün təhsildən, elm və bilgidən məhrum etmək zülmdür. Əgər qadın işin çoxluğuna və müxtəlif işlərin yaratdığı çətinliyə görə öz əxlaqı, dini və elmi ilə məşğul olmağa macal tapmasa, bu, zülmdür. Əgər qadının elmə, ixtira və kəşflərə, siyasi və ya ictimai işlərə istedadı varsa, lakin bu istedaddan istifadə etməyə, onları çiçəkləndirməyə qoymurlarsa, bu, zülmdür.839


Mütaliəni ciddi saymaq

Qadınların elmə, biliyə, mütaliəyə doğru hərəkəti onların özləri arasında ciddi sayılmalı, buna əhəmiyyətli yanaşmalıdırlar.840


Qızların təhsilinə dair tövsiyə

Bir məsələ də xanımların təlim-tərbiyə məsələsidir. Mən həmişə bunun üzərində dayanıram. Xoşbəxtlikdən, bu gün bizim cəmiyyətimizdə qadınların təlim-tərbiyəsi güclənmişdir. Amma eyni zamanda hələ də öz qızlarını təhsildən məhrum edən ailələr var. Əgər bir zaman təhsil mərkəzləri qeyri-sağlam idisə, bu gün Allaha şükür ki, İslam dövrüdür və elə deyil. Gərək qızların təhsilinə, mütaliəsinə, kitab oxumasına, din təlimləri və insani bilgilərlə tanış olmasına və beyinlərinin güclənməsinə icazə versinlər. Bu, çox vacib bir işdir.841


Əks-təbliğatla mübarizədə tədqiqat işinin tələbi

Xanımlar İslam hüququna dair bəzi haqlı fikirlər bildirdilər. İşləmək, araşdırmaq üçün çoxlu sahələr vardır. Bəzi qadınlar dedilər ki, biz əks-təbliğat sahəsində, o cümlədən feminizmə qarşı mübarizədə lazımınca, düzgün, güclü, yetərli və keyfiyyətli işlər görməmişik. Mən də bunu təsdiq edirəm. Mən tədqiqat mərkəzlərinə, universitetlərə, elm hövzələrinə və nəzər sahiblərinə buradan tövsiyə edir və onlardan tələb edirəm ki, bu sahədə işləsinlər. Məsələ mühüm məsələdir. Biz öz ölkəmizdə qadın məsələsi üzərində yaxşı işləsək, bu bütün dünya qadınlarına əsl xidmət olar. Bəzilərinin bu gün bu xidmətin dəyərini anlamamaları mümkündür. Bəziləri də illər sonra analayacaqlar.842


Alim qadınlar

Biri budur ki, müxtəlif fənlər üzrə alim qadınlar İslam quruluşunun və İslamın qadına baxışının uğurlu olduğunu göstərirlər. Tağut hakimiyyəti dövründə bizim bu qədər alim qadınımız yox idi.

Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan, düşünən, nəzər yürüdən və yazan qadın alimlərin, mütəfəkkirlərin, yazıçıların, ədiblərin, şairələrin, sənətkarların, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabın, iffətin, qadın və kişi arasındakı pərdənin tamamilə götürüldüyü və bu özbaşınalığın günbəgün artdığı dövrdə hətta bəzi nümunələrdə Avropa ölkələrindən də pis və kəskin əməl edirdilər. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra, başörtüyü altında qadınlardan ibarət nümunəvi düşüncə, elm, əməl adamları, siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri olduqca çoxdur. O zaman bunun bir hissəsi də yox idi, çox az idilər.

Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, özbaşınalığı yaymaq nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil, əslində müxtəlif bərbəzəklər və bu işlərdən irəli gələn müxtəlif problemlərlə məşğul etmək və bunun özü qadınların kamiliyyə və tərəqqiyə sarı hərəkətinə maneədir.

İslam quruluşunda qoyulan məhdudiyyət qadının insani fitrətinə uyğundur; həm kişilər üçün məhdudiyyət var, həm də başqa bir formada qadınlar üçün. Bu məhdudiyyət onların enerjilərinin hədər getməməsinə və imkan daxilində yaxşı istiqamətdə işlədilməsinə kömək edir. Nəticəsi isə bu gün qadınlarda müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır.843
Elmin hər bir səviyyəsində qadının ən mühüm rolu

Mən deyirəm ki, bir qadının elmin, savadın, məlumatın, tədqiqatın və mənəviyyatın hər bir səviyyəsində ifa etdiyi ən mühüm rol bir ana və həyat yoldaşı kimi ifa etdiyi roldur. Bu onun bütün işlərindən mühümdür. Bu işi qadından başqa heç kəs görə bilməz. Tutaq ki, qadının başqa mühüm vəzifəsi də var; eybi yoxdur, amma bu məsuliyyəti özünün birinci və əsas işi bilməlidir. İnsan nəslinin davam etməsi, daxili istedadların inkişafı, cəmiyyətin psixoloji sağlamlığının qorunması, qərarsızlıq, sıxıntı və təlatümlər qarşısında hüzur, aramlıq və dinclik bundan asılıdır. Bunu unutmamalıyıq.844


Qadın haqda yanlış baxışı düzəltməkdə qadın alimlərin vəzifəsi

Hər halda, siz ölkənin elmli qadınlarısınız; istər yolun əvvəlində olan tələbələr, istər işin ilk mərhələlərində olanlar, istər bir neçə il işləmiş və zəhmət çəkmiş qadınlar. Bilin ki, bu gün ölkəmizin qadınlarının üzərinə ağır vəzifə düşür. Bu gün sizin əlavə vəzifəniz budur ki, qadın və kişi məsələsinə səhv baxışı düzəldəsiniz. Bu gün Qərb dünyasının qadın və kişi məsələsində təlqin etməyə çalışdığı baxış səhv və batildir. Bu, cəmiyyətlərdə çoxlu dəyərlərin tapdanması ilə nəticələnəcək. Onun bəzi əlamətləri indi görünür və bizim cəmiyyətlərimizdə daha aydın sezilir. Siz bu baxışı düzəltməlisiniz. Bu gün siz qadınlar bu sahədə rol ifa edə bilərsiniz; həm tədqiqat aparın, həm yazın, həm təbliğ edin, həm də əməlinizlə göstərin.845


Qadınların elmi işlərdə iştirakının ölkədə İslam hakimiyyətinin səmərələrindən olması

Əvvəla, qadınların elm və tədqiqat işlərinin özü təqdirəlayiq haldır. Mən adətən ölkədə nəşr olunan jurnallara baxır, onları vərəqləyirəm. Yeni mövzulara toxunan jurnallarımızda qadın yazıçı və tədqiqatçıların müxtəlif fənlərə aid məqalələrinin sayı gözəçarpan həddə çoxdur. Hövzə elmlərində, fiqhdə, fəlsəfədə, humanitar elmlərdə, təbii elmlərdə ölkəmizin qadınlarının iştirakı yüksək səviyyədədir. Universitetlər tələbə qızlarımızla doludur. Elm mərkəzlərində qadınlar heyrətamiz şəkildə iştirak edirlər. Bu necə möhtəşəm hadisədir! Bizim ölkəmizdə nə zaman bu qədər tədqiqatçı, araşdırmaçı, alim və təbliğatçı qadın olmuşdur?!

Tariximizdə heç zaman belə bir şey olmamışdır. Bəli, tək-tük alim və görkəmli qadın olmuşdur, lakin bütün cəmiyyətdə gözəçarpan həddə olmamışdır. Bu, İslam Respublikası dövrünə məxsusdur. Bu, ölkədə İslam hakimiyyəti sayəsində baş vermişdir. Qadınlar elmi səhnədə özlərini belə göstərməkdədirlər və bu nailiyyətləri əldə etmişlər. Bu, İslam Respublikası quruluşunun uğurlarındandır. Mən buna görə tələbə və gənclərlə görüşlərdə dəfələrlə demişəm ki, biz qərblilərin qadına dair iddiaları qarşısında müdafiə olunmuruq, hücuma keçirik və özünü müdafiə etməli olan Qərbdir, İslam yox.846


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə