Elm sahəsi: filologiya – dilçilik


Antonimlərin təsnifi məsələsinə müxtəlif yanaşmalar



Yüklə 0,84 Mb.
səhifə14/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#81610
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
Sevda-Xelilova-Dissertasiya

1.3. Antonimlərin təsnifi məsələsinə müxtəlif yanaşmalar

Antonimlərin təsnifi onların təyin olunması meyarları və antonim cütləri bir-birindən fərqləndirən cəhətlər üzrə aparılmalıdır. Antonimləri ingilis dili materialı əsasında öyrənmiş C.Layonz əksliklərə əsaslanmış və bu əksliklərin üç tipini-“konversiv, komplementar (tamamlama) və bilavasitə antonimlik (converseness, complementarity, antonim “) fərqləndirmişdir [124, s.460-470].

Müxtəlif dillərdə antonimlik əlaməti funksional müstəvidə də qəbul olunur. Bu əlamət sintaqmatik meyar hesab edilir. Təbii ki, bu meyar üslubi antonimliklə bağlıdır.

Gədadan bəy olmaz, dəlidən darğa,



Suda çimmək ilə sağsağan, qarğa

Göldə silkələnib qaz olmaz-olmaz” [6, s.22].

Verilmiş nümunədə gəda – bəy qarşılaşdırması antonim cüt əmələ gətirmişdir. Lakin dəli –darğa, sağsağan – qarğasağsağan – qaz qarşılaşdırmaları əsasında formalaşan cütlərdə qarşılıqlı əkslik yoxdur. Ümumiyyətlə, bir quş digərinin antonim ola bilməz. Lakin bədii ədəbiyyatda, danışıq dilində, atalar sözlərində elə qarşılaşdırmalar qeydə alınır ki, onlar bir-birinə əks olan anlayışlar səviyyəsində təqdim olunur. Bu zaman sözlərin ifadə etdikləri anlayışlar arasında ziddiyyət kontekstdən və nəzərdə tutulan mənadan, eləcə də sətiraltı mənadan üzə çıxır. Aşıq Ələsgərin şeirindən verilmiş parçada da qarşılaşdırılan anlayışlar arasındakı ziddiyyət əlavə izahla açılır. Bu baxımdan bir-biri ilə qarşılaşdırılan bəzi sözlər arasındakı münasibətin antonim münasibət olması üslubi səciyyə daşıyır. Elmi ədəbiyyatda belə antonimlərə münasibətdə iştirak edən sözlərin üslubi və ya kontekstual antonim olması məsələsi qoyulur.

L.A.Novikov yazır: “Sintaqmatik cəhətdən antonimlər nitqdə eyni zamanda canlandırılan sözlərdir” [151, s.327]. Fikrimizcə, bu tərif üslubi antonimliyin təyinində zəruri şərt sayıla bilər. Lakin qeyd edilən meyar antonimliyin müəyyənləşdirilməsinin bir şərti olsa da, antonimlərin təsnifi üçün istifadə oluna bilmir, sintaqmatik münasibət ziddiyyətin sintaqm çərçivəsində axtarılmasına əsas verir. Belə olan halda funksional antonimlik məsələsinə baxmaq mümkündür.

İngilis dilçiliyində antonimlik D.Cruse, R.Egan, A.Lehrer və başqaları tərəfindən də öyrənilmişdir. Onların məsələyə münasibəti C.Layonzun fikirləri ilə səsləşir və kontrar, kontradiktor və konversiv antonim qruplarını ayırmağa əsas verir [Bax: 185; 194; 188].

“İzahlı dilçilik lüğəti”ndə “antonim”in izahında bəzi maraqlı məqamlar vardır. İzahda göstərilir ki, “sözlər arasında antonim əlaqələr nominativ səciyyə daşımır, bəlkə sırf semasioloji əlaqələr olub məfhumların qarşılaşdırılmasına əsaslanır. Odur ki, ən “bəsit antonimlər” inkar məzmunlu şəkilçilərin köməyi ilə düzələnlərdir: getdi-getmədi, bildi-bilmədi, dilli-dilsiz, başlı-başsız, nəcib-nanəcib. Bunlara eyni antonimlər də deyilir. Müxtəlif köklü antonimlər isə sözün mənasında keyfiyyət anlayışının dərəcələnməsi ilə əlaqədardır. Sifət, zərf, isim və feillərdə bu kimi antonimlər çoxdur: sülh-hərb, yuxarı-aşağı, yaşa-öl, tez-gec, gənclik-qocalıq, gəl-get” [3, s.20].

Bu izahda işlədilmiş “ən “bəsit antonimlər” ifadəsi, zənnimizcə, yerində deyildir. Antonimin bəsiti və qeyri-bəsiti, eləcə də mürəkkəbi ola bilməz. Şübhəsiz ki, müəlliflər sözün quruluşunu nəzərdə tutmurlar. Çünki getdigetmədi sözlərindən birincisində zaman, ikincisində isə həm zaman, həm də inkar şəkilçisi vardır. Belə olan halda antonimliyin bəsitliyi məsələsi inkar kateqoriyası əlamətinə görə ortaya atılmış olur. Digər iki nümunədə isə (dilli-dilsiz, başlı-başsız) isimdən sifət düzəldən şəkilçilərdən istifadə edilmişdir. Nəhayət, üçüncü antonim cüt də alınma sözdüzəldici şəkilçinin köməyi ilə əmələ gəlmiş sözdən istifadə etməklə qurulmuşdur: nəcib-nanəcib.

Real gerçəklikdə sonsuz sayda əlamət və keyfiyyət vardır. Bu əlamət və keyfiyyətlərin hər birini adlandırmaq, ayrıca bir adla ifadə etmək üçün sonsuz sayda söz lazım gələrdi. Hər bir dilin leksik sistemi açıq olsa da, ondakı sözlərin sayı məhduddur. Lüğət tərkibində sonsuz sayda söz olan dil yoxdur. Ona görə də dilin ümumi sistemində bu çətinliyi aradan qaldırmağa imkan verən vasitələr, vahidlər əmələ gəlmişdir. Əlamətin, keyfiyyətin varlığı və ya yoxluğunu bildirmək üçün dilin lüğət tərkibində həmişə fonetik cildinə görə tam fərqlənən ayrı-ayrı sözlər olmur. Müəyyən əlamətin varlığını və yoxluğunu yaratmaq üçün müəyyən dil vahid­lərindən istifadə olunur. Məsələn, daş – daşlı, daş – daşsız.

Azərbaycan dilindəki -lı, -li, -lu, -lü; -sız, -siz, -suz, -süz belə vahidlərdəndir. Bu şəkilçilər, eləcə də başqa dillərdə eyni funksiyada işlənən şəkilçiləri inkar şəkilçiləri adlandırmaq haqqında fikirlər vardır. Belə fikirlərə münasibət fərqlidir. Qeyd olunmalıdır ki, sözdüzəldici şəkilçilərin inkar əlaməti bildirən, inkarlıq kateqoriyasına aid olan şəkilçilər hesab edilməsi ilə bağlı fikirlərin yaranma səbəbi məhz əlamətin varlığı və yoxluğunu ifadə etmək vasitəsinin fərqlənməsi, həmin vasitələrin müəyyən bir qrup yaratması, müəyyən sahədə birləşməsidir. Bu, semantik sahədir.

Həmin şəkilçilərin inkar şəkilçisi kimi qəbul edən tədqiqatçılar vardır. Lakin bütövlükdə dilçiliyimizdə onların inkar kateqoriyasına aid edilməsinə etiraz olunur. İzahlı terminoloji lüğətdə “antonim” məqaləsində daha bir məqam diqqəti cəlb edir. Lüğətdə yazılır: “Antonimlərin bəziləri mənanın polyarlaşdırılması nəticəsində meydana gəlir. Belə ki, əvvəlki neytral məna iki zidd mənaya parçalanır: Qonaq qonağı istəməz….(hər söz başqa, zidd mənadadır)” [3, s.20].

M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın tərtib etdiyi lüğətdə verilmiş mənanın polyarlaşması ilə bağlı “Qonaq qonağı istəməz” misalında ziddiyyət qonağın hər birinin özünü “evin adamı” və ya yalnız özünü qonaq hesab etməsi və ya hesab etmək istəyi ilə bağlıdır. Qonağın çoxalması qonaqlara ayrı-ayrılıqda diqqətin azalmasına səbəb ola bilər. Məsələyə belə mövqedən yanaşdıqda bir qonaq digərini istəmir, onu qonaq saymır. Bu halda iki “qonaq” sözü hər bir qonağın subyektiv semantik qiymətləndirmə prizmasından bir-birinin əksi olur. “İt-itin ayağını basmaz” misalında məntiqi olaraq “it it olmayanın ayağını basar” mənası da çıxır. Burada mənanın polyarlaşması deyil konversiya özünü göstərir. lakin “it” və “it olmayan varlıq” antonim cüt təşkil etmir. Əkslik “basar-basmaz” cütünə xasdır. Bizim qənaətimizə görə, mənanın kontekst daxilində polyarlaşması ziddiyyət doğursa da, antonim cütü əmələ gətirmir.

Birinci paraqrafda antonimlərin eyniköklü və fərqli köklü sözlər olması barədə tədqiqatçıların irəli sürdüyü fikirlər nəzərdən keçirilmişdi. Bu fikirlər təsdiq edir ki, antonim cütə daxil olan sözlərin eyniköklü və fərqli köklü olması onların təsnifi üçün bir meyar rolunu oynaya bilər. Bu baxımdan antonimləri eyniköklü və müxtəlifköklü olmaqla iki qrupa ayıra bilərik. Belə qruplaşdırma daha bir təsnif üçün zəmin yaradır. Antonimlik kök və affikslər arasında qeydə alınır.

Kök və affiksal antonimlərə aid bədii ədəbiyyatda kifayət qədər nümunələr tapmaq mümkündür.

New – old. The new town of Whitney Clay had swallowed up the old village. New – not existing before; introduced, made, invented, etc. recently or for the first time. Old – having been in existence or use for a long time”. Bu nümunədə “not” inkarı antonimliyi gücləndirən vasitə kimi çıxış edir.

Black – white. Black of the very darkest colour; the opposite to white. White – of the very palest colour, like fresh snow or milk.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə