76
Lakin bu anlaşmalar uzunömürlü olmurdu, çox zaman da
hunlar tərəfindən pozulub daha ağır xərac istəməklə yenilənir-
di. Bu Bleda və Attilanın birgə hakimiyyəti dövründə də, Atti-
lanın təkhakimiyyətliliyi zamanı da, 447-448-ci illərdə Balkan-
ları işğal edəndə də belə oldu. Bizansın bu ən ağır zamanında
Attila gözlənilmədən Bizans elçılərini böyük hörmət və nəza-
kətlə qəbul edib dava mövzusu olan Bizans ərazisindən gözünü
çəkərək barışığa razı oldu; o, hücumun istiqamətini dəyişmək
fikrinə düşmüşdü.
69
Hunlar fəth dövründə Romalılarla müttəfiq olub sülh
içində yaşayırdılar, döyüşkən köçəri xalqların hunlara boyun
əyməsi Romanı da əslində böyük basqınlardan xilas edirdi.
Lakin hunlar gücləndikcə onların iddiaları da artır, Romanın ən
təhlükəli rəqibinə çevrilirdilər. Hunlar qotlarla savaş dövründə
Perslərlə, Qara dənizin şimal-qərbində savaşarkən Bizansla,
Mərkəzi və Qərbi Avropadakı fəthlər dövründə Roma ilə sülh
içində olmağa çalışırdılar. Sonra isə növbə ilə bu sülh müqavi-
lələri pozulurdu. Roma-hun dostluğunda Flavius Aetius böyük
rol oynadı. Gəncliyində hunlara əsir düşmüş, onlar arasında
Atilla daxil olmaqla özünə dost qazanmışdı. Bu tanışlıq
ona bö-
yük üstünlük vermişdi, həlledici döyüşlərdə hunlardan böyük
yardım ala bilirdi. Saray çəkişmələrindən qaçmağa məcbur
olanda da hunların, Ruanın yanına qaçmışdı və sonralar 433-cü
ildə onların köməyi ilə hərbi qüdrətini, birinciliyini bərpa edə
bilmişdi.
Attilanın zamanında (445-453) Böyük Hun imperator-
luğu Volqa və Reyn arasında şərqi və mərkəzi Avropanın bö-
yük hissəsini içinə almış, Roma imperiyasının ən təhlükəli rə-
qibinə çevrilmişdi. Attilanın ordusuna hunlarla yanaşı uqor,
german, kelt və mümkündür ki, slavyan tayfaları daxil idi. At-
tila Roma ilə savaş üçün bəhanə axtarırdı (əslində hunların istə-
yi də əsaslı idi...).
70
Nestoriusa görə 440-cı illərin axırına yaxın
69
Yenə orada, səh. 60 –Peter Vaczy
70
Yenə orada, səh. 110
78
Qalliyaya zəfər yürüşünün sonunda Attilanın ordusu ilə
Aetiusun birləşmiş Roma-qərbi qot ordusu üz-üzə gəldi (Aetius
iki dəfə hunların içində yaşamış, Attilanın uşaqlıq dostu olmuş-
du). Hər iki ordu daha çox qotlar və digər german tayfalarından
təşkil olunmuşdu. 451-ci ildə Katalaun çölündə qanlı savaş ol-
du, hər iki tərəf ağır itki verdi, Attilanın mühasirəyə düşdüyü
güman edilir. Lakin Aetius ehtiyat ucundan və ya digər bir səbəb
üzündən hücuma keçmədi və Attila ordusunu çəkib getdi; əslin-
də savaşda qalib-məğlub müəyyən edilmədi. O biri il, 452-də
Attila İtaliyanın şimalını fəth edib Romaya yaxınlaşdı. Aetiusun
savaşı uduzacağı aydın idi, sanki çıxış yolu qalmamışdı. Papa
Leonun başçılıq etdiyi heyət Attiladan aman istədi. Attila çox
böyük hədiyyə-qızıl aldı, şəhərə girmədi və öz evinə qayıtdı.
Səbəblər içində hun ordusunda yoluxucu xəstəliyin baş qaldır-
ması, Bizansın hun torpaqlarına girməsi xəbərinin yayılması,
eləcə də şamanların Romanın fəthini yaxşı görmədikləri də
göstərilir. Attilanın Perslər üzərinə yürüş etmək planı da var-
dı.
76
Jordanesə görə Attila qısa boylu, köksü əzələli və geniş,
başı böyük, gözləri kiçik, kosasaqqal (dən düşmüş seyrək saq-
qallı), basıq (yastı) burunlu, rəngi solğundur. Bunlar onun
“etnik kökünün damğasını daşıyır”. O, savaşlardan xoşlanan,
amma insan olaraq çox ağıllı, güvəndiyi insanlara qarşı son
dərəcədə əli açıqdır. Attila “dəhşət saçmağa, xalqların ürəyini
qorxu ilə doldurmağa gəlmişdi dünyaya”.
77
İmperator Theodosius, Attilanın katibinə hunlarla ittifaq
bağlamağa kömək edərsə, onu varlı bir qızla evləndirəcəyini
vəd etmiş, lakin sonra həmin qızı başqasına vermişdi. Katibin-
dən bunu eşidən Attila sarayındakı Bizanslı heyətlə imperatora
xəbər göndərmişdi (Priskos): “imperator verdiyi vədə əməl et-
məlidir, imperatora yalan söyləmək yaraşmaz”.
78
Attila həyat-
76
Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press,
1973. səh. 53
77
Hunlar ve Tanrının Kırbacı Attila. Hazırlayan Gyula Nemeth.YKY, İstanbul,
1996. səh. 42,43 və 78, 79–Peter Vaczy; səh. 104–Sandor Eckardt
78
Yenə orada, səh. 80–Peter Vaczy