Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə24/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

 
82 
 
 
 
du,  yəni  “eyni  dildə  danışmaq”-  məsələnin  düzgün  qoyuluşu 
deyil,  “hər  ikisində  prototürk  dillilər  vardı”  demək  daha  düz-
gün fikir ola bilər (Çin türklərində daha çox, Avropa hunların-
da daha az?!). O, hun və hsiunq-nu adlı iki xalqın incəsənət və 
mədəniyyətinin çox fərqli olduğunu da onların çox fərqli xalq-
lar olduğu tezisinin əsasında qoyur. Sonralar O, bu tezisini xeyli 
dəyişdirdi.  Otto  Mençen-Helfen,  ümumiyyətlə  Avropa  hunları-
nın Çin tərəfdən gəlməsi fikrini də əsassız (isbatsız) sayır. Rus 
məktəbinin (V.Bartold və sonrakı dövr alimlərin) ortaya atdığı 
çuvaşcanın hun dilinin davamı olması, çuvaşların dilindəki qə-
dim türk-monqol ünsürlərini onların Çin tərəfdən gəlməsi fikri 
ilə  əlaqələndirməsi  O.M-Helfenin  “tam  ayrı”  tezisinin  tam 
əleyhinədir. O.M-Helfenin ən mühüm arqumentlərini L.Qumi-
lev təkzib edir,
84
 eyni zamanda O.M-Helfenin bu iki xalqın bir-
birinə  oxşamaması  fikrini  əsaslı  sayır.  “Öz  tarixi  mövcudluğu 
boyunca bütün xalqlar etnoqrafik (və mədəni) cəhətdən dəyişir-
lər və hunlar istisna deyillər”.
85
 O.M-Helfen də Qumilevin fin-
uqor evlənmələri kimi fikirlərini tənqid edir. 
 
Hiunq-nu  sözünün  soqdca  deyilişinin  hun  şəklində  ol-
ması  Asiya  (Mao-Dun)  hunnuları  ilə  avropa  (Attila)  hunları-
nın yaxınlığı problemi baxımından çox maraqlıdır!
86
  
 
Dil məsələsini çətinləşdirən isə hun dilinə aid çox az ma-
terialın  qalmasıdır.  Çin  hunlarının  dilindən  qalan  bir  neçə  nü-
munə bu dilin kimliyi barədə ciddi fikir söyləməyə əsas vermə-
sə  də,  onları  qədim  türk  dili  baxımından  müəyyən  dərəcədə 
şərh  etmək  cəhdləri  mövcuddur.  Digər  tərəfdən  isə,  mütəxəs-
sislər  başqa  dillər  vasitəsi  ilə  belə  şərhlər  verməyə  ciddi  cəhd 
etməmiş, ya da heç bir ağlabatan nəticə ala bilməmişlər. Lakin 
Çin salnamələrinin verdiyi məlumat, yəni 6-cı əsrdə öz dövlət-
                                                 
84
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.661-
672 
85
 Yenə orada,, səh. 665 
86
 Jean-Paul Roux. Türklerin Tarihi. Pasifik`ten Akdeniz`e 2000 Yıl. Kabalcı, 2007. 
səh. 70. 


 
83 
 
 
 
ləri ilə ortaya çıxan “türklər cüzi fərqlərlə hun dilində danışır-
dılar” fikri digər tarixi, arxeoloji və lingvistik amillərlə birləşə-
rək, gərək ki, hər şeyi həll edir, hunların “mərkəz”inin türkdilli 
olduqlarına  şübhə  yeri  qoymur.  Tarixçilər  bu  fikri  hazırda  az 
qala  yekdilliklə  qəbul  edir,  sadəcə  o  dövrə  məxsus  dil  abi-
dələrinin çox yoxsul olmasından qayğılanırlar. 
 
O dövrün bəzi qaynaqları türklərin məlum ilk tayfa bir-
ləşmələrindən  biri  olan  teleləri  (tölösləri)  hunların  bir  qolu 
hesab edir.
87
 Uyğurlar da tele tayfalarından hesab edilir (bəzən 
isə onları eyniləşdirirdilər). Eyni qaynaqlar türkütləri hunların 
bir qolu hesab edir, “onların adətləri də hunlarla birdir”.
88
  
Avropa hunlarının məşhur lideri Attilanın adının mənşəi 
haqqında  tarixçilər  arasında  fikir  birliyi  olmasa  da  (“atta” 
qotca ata, “ila” kiçik və əzizləyici şəkilçidir, yəni Attila “Ata-
cığımız” demək ola bilər, Ruqila, Rua da eyni cür...Türkcə Ata 
və  onun  qotca  Attila  adlanması  da  mümkündür),  “onun  atası 
Mundiuchos,  Mundzukus  (Muncuq),  əmisi  Oibarsios  (və  ya 
Oybars/  Aybars),  baş  arvadı  Arıkan  (Arıkağan),  ondan  olan 
varisləri  –  oğulları  Ernax/Hernac  (İrnik  və  ya  İrnək),  Ellak 
(İllek; ilik-hökmdar?!) və Dengizik (Dengiz, Tengiz) xalis türk 
adları  daşıyırlar”  fikri  böyük  mübahisə  doğurmur.  Eyni  fikir 
şaman anlamlı Atakam, Eşkam (mənaca Ata-şaman, Dost-şa-
man), eləcə də Basıq, Ayqan, Uldin, Uldinzur kimi hun kişi ad-
larına,  eləcə  də  hun  birliyinə  daxil  olan  əksər  tayfa  adlarına 
(ağacəri, yəni meşə xalqı, və ya ağ-xəzir, ağ-xəzər, alp-il-çur, 
huniquri=onoqur,  kutriqur,  bittuqur,  ultinçur,  ultindur  və  s.) 
da aiddir. Hun adının xalq anlamına gələn türkcədəki kün sö-
zündən alındığı ehtimalı da müzakirə olunur.
89
 (Dengizik adın-
dakı z səsi huncanın bulqarcadan fərqli qrupa daxil olduğunu 
göstərmək üçün yetərmi?). Tək türk mənşəli deyil, german və 
                                                 
87
  bax,  məsələn,  История  Сибири.  Том  первый.  Древняя  Сибирь.  “Наука”, 
Ленинград, 1968, стр. 267 
88
  История  Сибири.  Том  первый.  Древняя  Сибирь.  “Наука”,  Ленинград,  1968, 
стр. 269. 
89
 Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы. 
“Наука”, Москва, 1986. стр. 150-152; 64, стр. 392-443 


 
84 
 
 
 
ya germanlaşmış, İran və digər mənşəli hun adları da var. Ad-
ların bir qisminin mənası və mənşəi isə bu gün anlaşılmır.  
 
Hunların Qara dənizin şimalında “süpürüb keçdiyi” (yəni 
hunlardan əvvəl burada yaşamış) tayfalar arasında alpilçurların, 
bu türkdilli tayfaların adı birinci çəkilir.
90
  
18-ci əsrin ortalarında sinoloq Deguignes Çin qaynaqları 
əsasında Çinlə qonşu olan qədim köçəri xalqların tarixini yaz-
mağa  çalışdı  və  məşhur  kitabında  onları  Avropaya  köç  edən 
xalqlar axını ilə əlaqələndirdi. Daha sonra Deguignes çinlilərin 
hiung-nu adlandırdığı xalqın Avropa hunları ilə, juan-juanların 
isə Avropada bilinən avarlarla əlaqəli olduğunu irəli sürdü (dis-
sertasiya  işində).  O  zamandan  başlayaraq  bu  mövzu  tarixçi  və 
arxoloqların  diqqətində  oldu,  Deguinnesin  tezisini  genişləndi-
rən və dərinləşdirən, həmçinin əleyhinə olanlar əmələ gəldilər. 
1900-cü  illərdə  digər  görkəmli  sinoloq  F.Hirth  Çin  qaynaqla-
rında  hiung-nu  və  hunları  eyniləşdirən  məlumatlar  olduğunu 
irəli sürmüşdü. Bu nüfuzlu sinoloqun fikirləri böyük maraq do-
ğursa da, onun qaynaqları hal-hazırda tarixçilər tərəfindən tam 
qəbul  edilmir.
91
  Hiung-nu  və  hun  yaxınlığının  daha  bir  göstə-
ricisi  olaraq  qədim  Yunan  və  Roma  xəritələrində  və  coğrafi 
ədəbiyyatda  (Pompeius,  Apollodoros,  Dionysios,  Ptolemaeus, 
Plinius və başqaları) Çinin qonşuluğunda hun sözünə yaxın bir 
adda xalqın yaşadığını qeyd etmişlər.
92
 Ligeti bu fikrin çox tə-
rəfdarları olması ilə yanaşı “təmkinli olmağa çalışanlar”ın var-
lığını da göstərir.  
Hunlar Avropanı məğlub etdilər, müəyyən dövrdə Roma 
və  Bizansdan  güclü  olduğlarını  göstərdilər.  Əgər  onların  Çin-
dəki hiunq-nularla yaxın qohumluğu isbat olunarsa, bu, onların 
dövlətçilik və mədəniyyət tarixini dərnləşdirir, adi barbalar ol-
ması  fikrini  təkzib  edir.  Zənnimcə,  məhz  bu  psixoloji  durum 
                                                 
90
 Priscus, Jordanes; Otto J. Maenchen-Helfen. The World of The Huns. University 
of California Press, 1973, səh. 23  
91
 Yenə orada, 1986. səh. 12,13 – L.Ligeti 
92
 Yenə orada, 1986. səh. 14 – L.Ligeti 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə